Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-35/2020 28.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X13 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı“İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətınin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 X3rşı “3 saylı X20 xx.xx.2019-cu il tarixli **********17492 №-li "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarın "İddiaçı" MMC-nin 2016- 2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətAinə cəlb olunması hissəsində ləğv edilməsi və həmin qərar əsasında "İddiaçı" MMC-nin hesabından tutulmuş 32962,76+16481,38=49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pul 3 saylı X28 tərəfindən "İddiaçı" MMC-nin bank hesabına qaytarılması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh 3 X3rşı iddia qaldıraraq 3 saylı X20 xx.xx.2109-cu il tarixli **********17492 №li “"Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı "İddiaçı" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki:
1. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (85)-78/2017 №-li iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdeh - 3 X3rşı iddiası təmin olunaraq 3 saylı X20 xx xxxx 2016-cı il tarixli, **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı İddiaçın 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34737,92 manat (19184,62 + 15553,30) və maliyyə sanksiyası 17368,96 manat (9592,31 + 7776,65) olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-cü il tarixli İş 2-1(105)-347/2017 №-li qərarı ilə, apellyasiya məhkəməsinin qərarı da Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2- 1(102)-241 /2018 №-li qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır.
2. İş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1 (85)- 1078/2016 №-li qərardadı ilə də İddiaçı MMC-nin müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə ərizəsi də təmin olunaraq, işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisələndirilən borc məbləği ilə bağlı cavabdeh - 3 saylı X28 tərəfindən İddiaçı MMC-nin “xxxx” açıq səhmdar cəmiyyətinin Yasamal fılialındakı KOD: 805562; M.hesab: AZ03NABZ013 **********0002944; VÖEN: ********** SWİFT: İBAZAZ2X; H.hesab AZN: AZ22İBAZ******************** saylı hesablaşma hesabına qoyulmuş sərəncamların icrası dayandırılmış və həmçinin 3 saylı X28 tərəfindən xx xxxx 2016-cı il tarixli **********025592 №-li qərarının icrası ilə əlaqədar hərəkətlərin (əmlakın siyahıya alınması və bank hesablaşma hesablarına həbs qoyulması) edilməsi 3 X3dağan olunmuş, həmin qərardad da Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə təmin edilməyərək birinci instansiya məhkəməsinin-qarardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. 3.Lakin buna baxmayaraq 3 saylı X28 tərəfindən həmin iş üzrə aparılan araşdırma ilə bağlı Vergilər Nazirliyi yanında X12 Araşdırılması Departamentinin xeyrinə Vergi Məcəlləsinin 65.2 maddəsinə əsasən İddiaçı MMC-nin hesabında olan 46.026,81 manat pul vəsaitinin dondurulması barədə xx.xx.2016-cı il tarixli **********5D №-li, sonra da 46.906,64 manat pul vəsaitinin alınması barədə xx.xx.2016-cı il tarixli **********A №-li sərəncamlar tərtib olunaraq “xxxx” ASC-nin Yasamal filialına göndərilmiş, “xxxx” ASC-nin Yasamal filialı da göstərilən məbləği Vergilər Nazirliyi yanında X12 Araşdırılması Departamentinin xeyrinə İddiaçı MMC-nin hesabından qanunsuz silmişdir.
4. İş üzrə cavabdeh 3 saylı X20 xx xxxx 2016-cı il tarixli, **********025592 saylı qərarı da, yalnız X35 Mərkəzinin aparıcı ekspet-mütəxəssisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli mütəxəssis rəyi əsasında tərtib olunmuş yoxlama aktına əsaslanmışdı.
5. Həmin mütəxəssis rəyində də göstərilirdi ki, İddiaçı MMC-nə məxsus, Qusar rayonun Çubuqlu kəndində yerləşən intensiv tipli meyvə (alma) bağlarında almanın yetişmə dövrü ilin iyul-oktyabr aylarını əhatə edir və eyni sort alma üçün iqlim şəraitindən asılı olaraq yetişmə dövrü dəyişə bilər. Məhsul yığımı ilə bağlı mövsümün gərgin vaxtlarında alma bağında müvəqqəti işləyən işçilərin sayı yerli əhalinin hesabına 1 ha üçün 7 nəfər cəlb etməklə məhsulu itkisiz və tez yığılıb soyuducuya təhvil vermək olur.
6. Mütəxəssis rəyinə görə həmin tipli alma bağlarında meyvə yığımı üçün bir hektar sahədə işçilərin orta statistik sayı 7 adam/gün qəbul edilir və bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün iş aylarının 15 avqust - 15 oktyabr ayları olaraq 2 ay qəbul edilməklə, bir mövsüm ərzində, yəni meyvələrin toplanması və daşınması üçün işçilərin sayının 7 işçi sayı x 2 ay x 60 ha=840 adam/gün hesablanmışdır.
7. Mütəxəssis rəyinin nəticə hissəsində də göstərilirdi ki, İddiaçı MMC-yə məxsus Qusar rayonu Çubuqlu kəndində yerləşən intensiv tipli alma bağında istehsal olunan məhsulların orta məhsuldarlığı 2014-cü il üçün hər ağaca 9,5 kq/ağac və 2015-ci il üçün 13,5 kq/ağac olduğu müəyyən edilmiş, əmək tutumu dan 2014-2015-ci illərin 2 ayı ərzində (15 avqust - 15 oktyabr) 840 işçi (bir ayda 420 nəfər), orta əmək haqqı 2014-cü ildə 213,7 manat və 2015-ci ildə isə 238,8 manat təşkil edir.
8. Mütəxəssis rəyi heç bir hüquqi-normativ akta, yaxud da digər elmi-təcrübəvi tədqiqatlara əsaslanmamışdı və rəydə onun hazırlanması üçün müxtəlif internet saytlarına istinad olunması göstərilməsinə baxmayaraq həmin məlumatlar alma yığımı barədə yox, hər bir alma bağına qulluq və becərmə işləri barədə idi.
9. Mütəxəssis rəyində həmin tipli alma bağlarında meyvə yığımı üçün bir hektar sahədə işçilərin orta statistik sayının 7 adam/gün qəbul edilməsi mülahizə kimi göstərilirdi və mülahizəyə əsasən məhsul yığımının 15 avqust - 15 oktyabr ayları olaraq, guya cəmi 2 ayda başa çatmalı olması kimi fərziyyələrlə hər bir mövsüm ərzində, yəni meyvələrin toplanması və daşınması üçün işçilərin sayının 7 işçi sayı x 2 ay x 60 ha=840 adam/gün hesablanması absurd idi.
10. Yoxlama aktında da heç bir hüquqi əsası olmayan həmin mütəxəssis rəyinə əsaslanaraq qeyd edilmişdi ki, İddiaçı MMC-nə məxsus 60 ha intensiv məhsuldar alma bağı sahələrində meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, alma bağının hər bir hektar sahəsində işçilərin orta statistik sayı 7 adam/gün qəbul edilir və bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün iş aylarının 15 avqust - 15 oktyabr ayları olaraq 2 ay qəbul edərək, bir mövsüm ərzində, yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 7 işçi sayı x 2 ay x 60 ha = 840 adam/gün hesablanmış , statistik məlumatlara görə də kənd təsərrüfatı, o cümlədən bağçılıq sahəsində çalışan işçilərə ödənilən əmək haqqının miqdarı 2014-cü ildə 213,7 manat və 2015-ci ildə 238,6 manat olmuş, ona görə də yoxlama dövrü ərzində guya 34737,92 manat məbləğində ödəmə mənbəyində tutulan vergi büdcədən yayndırılmış, həmin məbləğin 50 faizi miqdarında yəni 17368,96 manat məbləğində də maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.
11. İddiaçı MMC üzrə 2014-cü ildə ******* kq alma məhsulu istehsal edilmiş, bunun da: avqust ayında 190800 kq-ı 46 nəfər tərəfindən yığılmaqla adam başına gündə 138 kq; sentyabr ayında 687300 kq-ı 73 nəfər tərəfindən yığılmaqla adam başına gündə 313 kq; oktyabr ayında 378700 kq-ı 66 nəfər tərəfindən yığılmaqla adam başına gündə 191 kq; noyabr ayında 165200 kq-ı 33 nəfər tərəfindən yığılmaqla adam başına gündə 169 kq olmaqla mövsüm ərzində gündə orta hesabla bir nəfər tərəfindən cəmi 217 kq;2015-ci ildə də ******* kq alma məhsulu istehsal edilmişdir ki, bunun da: avqust ayında 120600 kq-ı 101 nəfər tərəfindən yığılmaqla adam başına gündə 40 kq; sentyabr ayında 416800 kq-ı 162 nəfər tərəfindən yığılmaqla adam başına gündə 86 kq; oktyabr ayında 662900 kq-ı 163 nəfər tərəfindən yığılmaqla adam başına gündə 135 kq; noyabr ayında 787800 kq-ı 133 nəfər tərəfindən yığılmaqla adam başına gündə 197 kq olmaqla mövsüm ərzində gündə orta hesabla bir nəfər tərəfindən cəmi 118 kq alma toplanmışdır.
12. 1 nəfərin gündəlik alma yığım normasının da orta hesabla 200-300 kq olmasını nəzərə alsaq həmin illərdə MMC üzrə istehsal edilmiş alma məhsulunun toplanması üçün cəlb edilmiş mövsümi işçilərin sayı kifayət qədər yetərli olmuşdur.
13. Həmin səyyar vergi yoxlaması aktında isə göstərilirdi ki, İddiaçı MMC üzrə 2014-cü ildə istehsal olunmuş ******* kq alma məhsulu guya 2 ay müddətində 840 nəfər tərəfindən toplanmalı idi ki, bu da adambaşına (1422000 : 840 = 1692,8 : 30 = 56,4) bir günə cəmi: 56,4 kq alma deməkdir. 2015-ci ildə istehsal olunmuş ******* kq alma məhsulu da guya 2 ay müddətində 840 nəfər tərəfindən toplanmalı idi ki, bu da adambaşına (1988100 : 840 = 2366,8 : 30 = 78,9) bir günə cəmi: 78,9 kq alma deməkdir.
14. 3 saylı X20 mövqeyindən belə çıxırdı ki, İddiaçı MMC, əsassız olaraq əlavə vergi ödəmək üçün faktiki olaraq 4 ay ərzində toplanmış alma məhsulunu 2 ayda, gündə bir nəfər tərəfindən cəmi 67,6 kq kimi sənədləşdirməli, bunun üçün də işçilərin sayını heç bir əsas olmadan süni şəkildə artıraraq külli miqdarda əmək haqqı hesablayıb ödəməklə israfçılığa yol verməli idi.
15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli 07/xx-xx-1777 №-li məktubu ilə də təsdiq edilirdi ki, Respublika Normativ-Tədqiqat Stansiyası tərəfindən hazırlanmış “Bitkiçilikdə əl ilə görülən işlərin istehsal normaları və tarif dərəcələri” (Bakı-1981) təlimatına əsasən (yenisi hazırlanmayıb) Azərbaycan Respublikasında alma yığımı mövsümündə bir nəfər işçinin bir gündə almanın yığım norması almanın sortundan, böyümə gücündən və hektarın məhsuldarlığından asılı olaraq 150-600 kiloqram arasında dəyişir.
16. Rəyində bununla bağlı heç bir söz qeyd etməyən mütəxəssis - X9 da birinci instansiya və apellyasiya məhkəmələrində verdiyi izahatlarında təsdiq etmişdi ki, alma yığımı mövsümündə almanın sortundan, böyümə gücündən və hektarın məhsuldarlığından asılı olaraq bir nəfər işçi bir gündə 300-400 kq alma toplaya bilər.
17. Ona görə də məhkəmə həmin mütəxəssis rəyində göstərilənləri əsaslı sübut kimi qəbul etməmiş və haqlı olaraq İddiaçı MMC-nin iddiasını təmin edərək cavabdeh 3 saylı X20 xx xxxx 2016-cı il tarixli, **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı İddiaçın 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34737,92 manat (19184,62 + 15553,30) və maliyyə sanksiyası 17368,96 manat (9592,31 + 7776,65) olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv etmişdir.
18. Həmin iş üzrə yekun məhkəmə qərarı xx xxxxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minməsinə baxmayaraq 3 saylı X28 tərəfindən onun icrası təmin olunmamış, əksinə yenə də analoji qaydada fəaliyyətlərinə əsassız müdaxilələr edilmişdir.
19. Belə ki, 3 Saylı X28 tərəfındən”İddiaçı” MMC-nin 2016-cı ilin yanvar ayından 2018-ci ilin fevral ayına kimi olan dövrdə vergilər və digər ödənişlərə qair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması barədə xx.xx.2018-ci il tarixli **********147880 №-li qərar qəbul edilmiş və yoxlamanın keçirilməsi Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin rəhbəri X16 tapşırılmışdır.
20. Həmin yoxlama ilə əlaqədar İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün “xxxx” MMC-nin mütəxəssisi X10 mütəxəssis kimi dəvət olunması barədə 3 Saylı X28 tərəfindən xx.xx.2018-ci il tarixli **********152366 №-li qərar qəbul edilmişdir.
21. xx.xx.2018-ci il tarixdə də 3 Saylı X28 tərəfindən İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlamasının xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) barədə **********154122 №-li qərar qəbul edilmişdir.
22. 3 Saylı X20 xx.xx.2018-ci il tarixli **********165536 №-li qərarı ilə Səyyar veri yoxlaması keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********147880 №-li qərarda dəyişiklik edilmiş və səyyar vergi yoxlamasının keçirilməsi 3 Saylı X20 Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin rəhbəri X23 və həmin şöbənin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi X7 tapşırılmışdır.
23. 3 Saylı X28 tərəfindən İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə yenidən müvəqqəti dayandırılması (təxirə salınması) barədə xx.xx.2018-ci il tarixli **********169636 №-li qərar qəbul edilmişdir.
24. xx.xx.2018-ci il tarixdə vergi müfəttişi X23 tərəfindən İddiaçı MMC-nin mühasibatlığına, 3 Saylı X28 tərəfindən İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün X35 Mərkəzinin mütəxəssisi X5 mütəxəssis kimi dəvət olunması barədə xx.xx.2018-ci il tarixli **********157457 №-li qərarının, eləcə də mütəxəssis Mədət Qurbanov tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktın surətləri təqdim edilmişdir.
25. xx.xx.2018-ci il tarixdə də İddiaçı MMC-nin elektron poçtuna İddiaçı MMC üzrə keçirilən xx.xx.2018-ci il tarixli **********169636 №-li Səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının xx.xx.2018-ci il tarixdən bərpa olunması barədə 3 Saylı X20 xx.xx.2018-ci il tarixli **********170321 №-li qərarının surəti və həmin qərarının göndərilməsi, eləcə də mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubların surətləri daxil olmuşdur.
26. X36 Mərkəzinin aparıcı Ekspert-mütəxəssisi X9 tərəfindən İddiaçı MMC-nin alma bağında aparılmış araşdırmaların nəticəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli rəydə də göstərilir ki, (səhifə 4-7) “...xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin Qusar rayonu Çubuqlu kəndinin ərazisində yerləşən məhsuldar, intensiv tipli meyvə bağlarına tərəfimizdən baxış keçirildi. 80 məhsuldar bağ sahəsi 16 kvartalda, hər kvartal isə ortalama 5 ha-dır (sahələri 4,40-6,10 ha). Belə alma bağında ağacların bütün sortlar üzrə potensial və normativlərə uyğun məhsuldarlığı orta hesabla 25-28 kq/ağac olmalıdır. MMC-nin sənədlərinə görə 2016-cı ildə 60 ha üzrə cəmi ******* kq alma məhsulu yığılmışdır ki, bu da 60 ha sahədə olan 167000 ədəd ağacın hər birinə 10,51 kq (1756000kq/167000 ağac) meyvə düşür.
27. 2016-cı ildə bağda kvartallar üzrə məhsuldarlıq 2015-ci illə müqayisədə nisbətən az (1,3 kq) olmuşdur. Beləliklə, 2016-cı ildə İddiaçı MMC-nin 60 ha alma bağından cəmi ******* kq meyvə yığılmışdır ki, bu da 10,51 kq/ağac (1756000kq/167000 ağac), yaxud 29,3 ton/ha deməkdir. İqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ******* (14,5 kq/ağac x 167000 ağac), yaxud 40,3 ton/ha olmalıdır.
28. 2017-ci ildə 60 ha alma bağı sahəsindən ******* kq məhsul yığılmışdır ki, bu da 11,0 kq/ağac deməkdir (1824000 kq/167000 ağac), yaxud 30,7 ton/ha deməkdir. 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq (15,5 kq/ağac x 167000), yaxud 43,1 ton/ha olmalıdır. Beləliklə iki il ərzində alma bağı üzrə orta məhsuldarlıq 41,7 ton/ha (40,3+43,1=83,4:2=41,7) olmalıdır.
29. İstər 2016-cı il, istərsə də 2017-ci il üçün məhsuldarlıq az vermişdir. Qeyd etmək lazımdır ki, yeni texnologiya əsasında salınmış intensiv tipli alma bağları ikinci ildən başlayaraq meyvəyə düşür və belə cavan bağlarda məhsuldarlıq 1 hektardan ən azı 15-20 tona çatır. Beləliklə 20 ha cavan alma bağı sahəsindən ikinci il 15-20 ton (20 ha x 15 ton), üçüncü ildə isə hektardan 25-30 tona qədər məhsul yığılır ki, bunlar eləcə də 1,0 ha 2014cü ildə salınmış armud bağının məhsuldarlığı MMC- nin sənədlərində əks olunmamışdır. MMC-də məhsuldarlıq az göstərilsə də 2016-2017-ci illərin avqust, sentyabr, oktyavr və noyabr aylarında əlavə işçi qüvvəsinin cəlb olunması məhsulun çox olduğunu sübut edir. Eyni zamanda işçilərin əmək tutumu da ümumi normalardan az göstərilmişdir.
30. Həmçinin MMC-də 80,0 hektar intensiv tipli məhsuldar alma bağı sahələrində meynələrin toplanması ilə bağlı aparılan araşdırma nəticəsində, 4x1 m, 3,5 x 0,8 metr əkin sxemi ilə salınmış alma bağlan bir hektar sahədə işçilərin orta statistik sayı 4,0 adam/gün qəbul edilir. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsul yığımı 15 avqust-15 noyabr ayları olaraq 3,0 ay qəbul edilsə, bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 4 işçi sayı x 3,0 ay x 80 ha=960 adam/gün olduğu hesablandı. Meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar avqust ayının 10-15 tarixindən başlayaraq işçi sayına tələb artır və noyabr ayının 15-dən sonra isə azalır.
31. İntensiv tipli alma bağlarına aqrotexniki becərmə işləri (budama, meyvələrin seyrəldilməsi, suvarma, gübrələmə və s.), meyvələrin toplanması, daşınması, saxlanmasında işləyən işçilərin orta əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İqtisadi Fəaliyyət Növləri Təsnifatı üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablandı.
32. Qərarın 2-ci bəndində göstərilən suallara cavab olaraq mütəxəssis tədqiqatı ilə aşağıdakılar müəyyən edildi: 1. Yetişdirilmiş məhsulların istehsal həcmi; 2. Əmək tutumunun həcmi.
33. 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağac hesabı ilə ******* kq, 2017-ci ildə isə 15,5 kq/ağac hesabı ilə ******* kq olmalıdır. 2014-cü ildə salınmış intensiv tipli 20 ha alma, 1,0 ha gavalı və 1,0 ha armud bağlarından yığılmış məhsullar MMC-nin maliyyə sənədlərində öz əksini tapmamışdır və beləliklə həmin sahə üzrə becərmə və məhsul yığımına cəlb edilən fəhlələrin sayının azaldılması ilə əmək tutumu da azaldılmışdır.
34. İddiaçı MMC-nin “muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nə görə əmək tutumu 2016-cı ildə 216416,35 manat və 2017-ci ildə 299507,86 manat (216416,35 manat + 299507,86 manat = 515924,21 manat) cəmi 515924,21 manat olmuşdur. Real vəziyyətə görə isə 2016-2017-ci illər üzrə məhsul yığımı dövrü nəzərə alınmaqla əmək tutumu aşağıdakı cədvəldəki kimi olmalıdır....
35. 2016-cı ildə işçilərin sayı 1497 nəfər, orta aylıq əmək haqqı 240,35 manat, gəlirin məbləği 359805,8 manat, 2017-ci ildə də işçilərin sayı 1575 nəfər, orta aylıq əmək haqqı 248,61 manat, gəlirin məbləği 391566,7 manat.
36. Verilən cədvələ əsasən MMC-də əmək tutumu 2016-2017-ci illər üzrə orta hesabla 751372,51 manat olmalıdır. Beləliklə 2016-2017-ci illər üzrə əmək tutumu 751372,51-515924,21 = 235448,3 manat az göstərilmişdir..
37. Nəticədə də mütəxəssis rəyində belə bir nəticəyə gəlinir ki, “Mütəxəssis araşdırılması ilə müəyyən edilmişdir: “İddiaçı" MMC-yə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli mryvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə azı 41,7 ton/ha olduğu halda 30 tan/ha göstərilmiş və ona uyğun olaraq əmək tutumu da 751372,51 manat olmalı olduğu halda 515924,21 manat göstərilərək 235448,3 manat azaldılmışdır.
38. Əmək tutumu 2016-2017-ci illərin 3,0 ayı ərzində (15-avqust-15 noyabr) 960 işçi (bir ayda 320 nəfər), orta əmək haqqı 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat təşkil edir.
39. Mütəxəssis rəyində onun hazırlanması üçün müxtəlif internet saytlarına və sair ədəbiyyatlardakı məlumatlara istinad olunması göstərilsə də bu barədə müvafiq çıxarışlar rəyə əlavə olunmamışdır.
40. Qəribədir ki, mütəxəssis rəyində, həmin tipli alma bağlarında bir nəfər tərəfindən gündə nə qədər alma toplanmasının mümkünlüyü, eləcə də İddiaçı MMC üzrə həmin müddətdə istehsal olunmuş alma məhsulunun aylar üzrə neçə nəfər tərəfindən toplanması və satışı barədə heç bir söz qeyd edilməmişdir.
41. Göründüyü kimi Vergi əməkdaşları tərəfindən yoxlama zamanı alınmış mütəxəssis rəyi heç bir hüquqi normaya və elmi-təcrübəvi tədqiqatlara əsaslanmayan, ziddiyyətli, reallıqdan uzaq uydurma xarakterli fərziyyələrdən ibarət idi ki, həmin rəyə əsaslanıb kənd təsərrüfatı sahəsi ilə məşğul olan müəssisəni vergi məsuliyyətinə cəlb etmək yolverilməzdir.
42. Lakin buna baxmayaraq 3 saylı X20 əməkdaşları tərəfindən yenə də ancaq həmin mütəxəssis rəyi əsasında İddiaçı MMC-də səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2018-ci il tarixli **********148603 №-li akt tərtib olunmuş və yoxlama aktında da (vər. 14-15) heç bir hüquqi əsası olmayan həmin mütəxəssis rəyinə əsaslanaraq qeyd edilir kı,”...Mütəxəssis rəyində intensiv tipli alma bağlarında... meyvələrin toplanması, daşınması, saxlanması işlərini görən işçilərin orta aylıq əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İqtisadi fəaliyyət növləri Təsnifatı üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq) sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablandığı qeyd edilmişdir.
43. Mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin və satış dövriyyəsinin tərkibində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 751377,46 manat əmək tutumu və 3,05 ayı ərzində (10 avqust-15 noyabr) 976 nəfər işçi (bir ayda 320 nəfər) olması müəyyən edilmişdir.
44. Yoxlama zamanı 2016-cı ilin avqust ayında vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 151 nəfər işçi sayına görə 24108,60 manat hesablanmış əmək haqqı məbləği bəyan edilmiş, mütəxəssis rəyinə əsasən isə həmin ayda 176 nəfər işçi sayına görə (10 avqust-31 avqust) əmək tutumunun 22668,8 manat (176 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 20560,20 manat təşkil edir.
45. 2016-cı ilin sentyabr ayında vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 166 nəfər işçi sayına görə 31110 manat hesablanmış əmək haqqı məbləği bəyan edilmiş, mütəxəssis rəyinə əsasən isə həmin ayda 320 nəfər işçi sayına görə əmək tutumunun 81216,00 manat (320 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 48106,00 manat təşkil edir.
46. 2016-cı ilin oktyabr ayında vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 166 nəfər işçi sayına görə 34421,00 manat hesablanmış əmək haqqı məbləği bəyan edilmiş, mütəxəssis rəyinə əsasən isə həmin ayda 320 nəfər işçi sayına görə əmək tutumunun 81216,00 manat (320 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 45795,00 manat təşkil edir.
47. 2016-cı ilin noyabr ayında vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 85 nəfər işçi sayına görə 12679,75 manat hesablanmış əmək haqqı məbləği bəyan edilmiş, mütəxəssis rəyinə əsasən isə həmin ayda 160 nəfər işçi sayına görə (01 noyabr-15 noyabr) əmək tutumunun 40608,00 manat (160 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 27928,25 manat təşkil edir.
48. 2017-ci ilin avqust ayında vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 143 nəfər işçi sayına görə 28023,40 manat hesablanmış əmək haqqı məbləği bəyan edilmiş, mütəxəssis rəyinə əsasən isə həmin ayda 176 nəfər işçi sayına görə (10 avqust-31 avqust) əmək tutumunun 46024,00 manat (176 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 18000,60 manat təşkil edir.
49. 2017-ci ilin sentyabr ayında vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 239 nəfər işçi sayına görə 67048,80 manat hesablanmış əmək haqqı məbləği bəyan edilmiş, mütəxəssis rəyinə əsasən isə həmin ayda 320 nəfər işçi sayına görə əmək tutumunun 83680,00 manat (320 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 16631,20 manat təşkil edir.
50. 2017-ci ilin oktyabr ayında vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 220 nəfər işçi sayına görə 48220,00 manat hesablanmış əmək haqqı məbləği bəyan edilmiş, mütəxəssis rəyinə əsasən isə həmin ayda 320 nəfər işçi sayına görə əmək tutumunun 83680,00 manat (320 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 35460,00 manat təşkil edir.
51. 2017-ci ilin noyabr ayında vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 130 nəfər işçi sayına görə 19873,00 manat hesablanmış əmək haqqı məbləği bəyan edilmiş, mütəxəssis rəyinə əsasən isə həmin ayda 160 nəfər işçi sayına görə əmək tutumunun 41840,00 manat (160 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 21967,00 manat təşkil edir.
52. Beləliklə yoxlama zamanı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində bəyan edilmiş əmək haqqı məbləğləri 515929,21 manat (751377,46-515929,21) çıxılaraq ödəmə mənbəyində vergiyə cəlb olunan yaranmış fərq məbləği 235448,25 manat təşkil edir. Həmin 235448,25 manat əmək haqqı tutumu məbləğindən 14 % dərəcəsi ilə ödəmə mənbəyində 32962,76 manat verginin hesablanması təklif olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə büdcədən yayındırılmasına görə, yayındırdmış 32962 manat məbləğə 50 % miqdarında maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməlidir.”
53. X1 uydurma xarakterli qərəzli fərziyyələri əsasıda tərtib olunmuş həmin yoxlama aktının nəticələrinə görə də 3 saylı X20 direktoru X18 tərəfindən Vergi ödəyicisinin, yəni İddiaçı MMC- nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********17492 №-li qərar qəbul olunmuş və həmin qərarla da İddiaçınə: 1.Torpaq vergisi üzrə 1755,54 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 877,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 2.ÖMV üzrə 32962,76 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 16481,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 3.Yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; Ümumilikdə SYV nəticəsində vergi ödəyicisinə 34718,30 manat vergi hesablanması və 17519,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır.
54. Həmin qərarın torpaq vergisi üzrə 1755,54 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 877,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsinə etirazları yoxdur.
55. Qərarın ÖMV üzrə 32962,76 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1- ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 16481,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi isə mütəxəssisin uydurma xarakterli fərziyyələrinə əsaslanmaqla qərəzli qanuna ziddir.
56. Belə ki, ’’İddiaçı” MMC-nin 2016-cı ilin yanvar ayından 2018-ci ilin fevral ayına kimi olan dövrdə vergilər və digər ödənişlərə qair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması barədə qərar xx.xx.2018-ci il tarixdə qəbul edilmiş və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi olan dövrdə, sonra da xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi olan dövrlər üçün vergi yoxlaması dayandırılaraq təxirə salınmış, xx.xx.2018-ci il tarixdən vergi yoxlaması bərpa edilmiş və yoxlamanın nəticəsinə dair akt da xx.xx.2018-ci il tarixdə tərtib olunmaqla İddiaçı MMC-də aparılan vergi yoxlaması 9 aya yaxın müddətdə davam etmişdir ki, bu da vergi qanunvericiliyinin kobud surətdə pozulması və yoxlamanın aparılmasında 3 saylı X29 qərəzinin təzahürüdür.
57. Vergi Məcəlləsinin (bundan sonra VM) 38.2-ci maddəsinin tələbinə əsasən növbəti Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.
58. Bundan başqa həmin yoxlama ilə əlaqədar 3 Saylı X20 xx.xx.2018-ci il tarixli **********152366 №-li qərarı ilə İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün mütəxəssis kimi dəvət olunmuş “xxxx”MMC-nin mütəxəssisi X19 tərəfindən araşdırma aparılmamasının səbəbləri, eləcə də bu barədə olan qərarın icra vəziyyəti barədə bizdə heç bir məlumat yoxdur.
59. 3 Saylı X28 tərəfindən İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün X35 Mərkəzinin mütəxəssisi X5 mütəxəssis kimi dəvət olunması barədə xx.xx.2018-ci il tarixli **********157457 №-li qərar qəbul etməsi də vergi qanunvericiliyinin tələblərinə ziddir.
60. Belə ki, VM-nin 45-ci maddəsinin tələbinə görə Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. 61.Yuxarıda qeyd olunduğu kimi X34 Elm Mərkəzinin mütəxəssisi X9 vaxtilə 3 saylı X28 tərəfindən İddiaçı MMC-nin 2014-2015- ci illər üzrə fəaliyyətinin yoxlanılması zamanı da mütəxəssis qismində dəvət olunmuşdu və onun verdiyi rəy əsasında tərtib olunmuş akta görə Vergi orqanı tərəfindən qəbul olunmuş qərar da məhkəmə aktı ilə ləğv edilmişdir.
62. Ona görə də X9 hazırkı yoxlama üzrə işin nəticələrində maraqlı şəxsdir və vurulmuş ziyanın ödənilməsi tələbi ilə iddiaçı tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılacaqdır.
63. Bundan başqa X9 ixtisasca aqronomdur və onun, əmək haqqılarına dair mühasibat əməliyyatları üzrə xüsusi biliyi və təcrübəsi yoxdur. Ona görə də onun bu sahə üzrə rəyi yoxlama üçün əsas götürülə bilməz.
64. X2 rəyində açıq şəkildə qeyd olunur ki, hazırkı iş üzrə Vergi orqanının qərarına və qoyulan suallara əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin intensiv tipli meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə istehsal həcminin, həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi ilə bağlı mütəxəssis araşdırılması aparılmışdır və bu məqsədlə də xx.xx.2018-ci il tarixdə onun tərəfindən İddiaçı MMC-nin Qusar rayonun Çubuqlu kəndində yerləşən intensiv tipli meyvə bağlarına baxış keçirilmişdir.
65. X5 xx.xx.2018-ci il tarixli qərarla mütəxəssis qismində dəvət olunduqdan sonra, həmin qərarın surətini götürüb işin nəticəsi barədə maraqlı olmadığına dair iltizam verib zəruri materiallarla tanş olaraq həmin gündə də 80 hektardan ibarət alma bağına baxış keçirilməsi texniki cəhətdən mümkün deyildi.
66. Bundan başqa həmin baxışı keçirməklə İddiaçı MMC üzrə 2016-2017-ci illərdə istehsal olunmuş alma məhsuldarlığı barədə fikir yürütmək absurd və gülüncdür.
67. Belə ildırım sürətilə alma bağına baxış keçirən X2, həmin gündən 4 aydan da artıq vaxt keçdikdən sonra xx xxxxxx 2018-ci il tarixdə rəy tərtib edib Vergi orqanına təqdim etməsi də olduqca təəccüblüdür.
68. Burada cavabdeh 3 Saylı X20, eləcə də X35 Mərkəzinin mütəxəssisi X5 yalnız bir məqsədləri olmuşdur ki, onun tərəfindən İddiaçı MMC-nin 2014-2015-ci illərə dair fəaliyyəti üzrə verdiyi rəyin nəticələrinə görə tərtib olunmuş qərar ləğv olunduğuna görə iddiaçıdan qisas alsın, eləcə də Vergi orqanının qanunsuz olaraq hesabımızdan sildiyi pulu iddiaçıya geri qaytarmasın.
69. X2 rəydə qeyd etdiyi fərziyyə xarakterli uydurma fikirlərinə görə İddiaçı MMC üzrə 2016-cı ildə guya ******* kq alma məhsulu istehsal olunduğu halda sənədlərdə ******* kq, yəni 655500 kq az, 2017-ci ildə də guya ******* kq alma məhsulu istehsal olunduğu halda 1842000, yəni 746500 kq göstərilmişdir.
70. X14 bu rəqəmləri haradan götürdüyü məlum deyildir və o, unudur ki, İddiaçı MMC-nin soyuducusunun alma tutumu cəmi 2.000.000 kq-dır.
71. Eləcə də İddiaçı MMC üzrə 2016-2017-ci illərin alma yığımı mövsümündə işə cəlb olunmuş işçilərin sayı 600-700 nəfər arası dəyişmişdir ki, onların da gündə 200-300 kq olmaqla 90 gün ərzində 10.000.000 kq-dan artıq, yəni mütəxəssisin iddia etdiyindən də 4-5 dəfə artıq alma toplamağa imkanları olmuşdur.
72. Faktiki olaraq isə İddiaçı MMC üzrə 2016-cı ildə ******* kq alma məhsulu istehsal edilmiş, bunun da: avqust ayında 250000 kq-ı 151 nəfər tərəfindən yığılmaqla adam başına gündə 55,2 kq; sentyabr ayında 650000 kq-ı 166 nəfər tərəfindən yığılmaqla adam başına gündə 130,5 kq; oktyabr ayında 696000 kq-ı 166 nəfər tərəfindən yığılmaqla adam başına gündə 135,2 kq; noyabr ayında 160000 kq-ı 85 nəfər tərəfindən yığılmaqla adam başına gündə 67,7 kq olmaqla mövsüm ərzində gündə orta hesabla bir nəfər tərəfindən cəmi 97,15 kq; 2017-ci ildə də ******* kq alma məhsulu istehsal edilmişdir ki, bunun da: avqust ayında 180000 kq-ı 143 nəfər tərəfindən yığılmaqla adam başına gündə 42 kq; sentyabr ayında 955000 kq-ı 239 nəfər tərəfindən yığılmaqla adam başına gündə 133,2 kq; oktyabr ayında 655000 kq-ı 220 nəfər tərəfindən yığılmaqla adam başına gündə 96 kq; noyabr ayında 52000 kq-ı 131 nəfər tərəfindən yığılmaqla adam başına gündə 13,2 kq olmaqla mövsüm ərzində gündə orta hesabla bir nəfər tərəfindən cəmi 146,1 kq alma toplanmışdır.
73. 1 nəfərin gündəlik alma yığım normasının da orta hesabla 200-300 kq olmasını nəzərə alsaq həmin illərdə MMC üzrə istehsal edilmiş alma məhsulunun toplanması üçün cəlb edilmiş mövsümi işçilərin sayı kifayət qədər yetərli olmuşdur.
74. Alma yığımına cəlb olunmuş işçilərin əmək haqqları da orta hesabla avqust ayında 200 manat, sentyabr-oktyabr aylarında 200-250 manat, noyabr ayında da 150 manat civarında olmuşdur ki, bu da Respublika üzrə minimum əmək haqqı normasından yuxarıdır.
75. 3 saylı X20 isə mövqeyindən yenə də belə çıxır ki, İddiaçı MMC, əsassız olaraq ödəmə mənbəyində süni surətdə əlavə vergi ödəmək üçün istehsal edilmiş alma məhsulunun toplanması üçün zəruri olan işçilərin sayını heç bir əsas olmadan süni şəkildə artıraraq külli miqdarda əmək haqqı hesablayıb ödəməklə israfçılığa yol verməlidir.
76. " Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müddəaları tətbiq oluna bilər.
77. İPM-nin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
78. MPM-nin 15.2-ci maddəsinə görə də məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı, 15.3-cü maddəyə görə də məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
79. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (aktı) ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
80. VM-nin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
81. VM-nin 64-cü maddəsinə görə Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) ilə müəyyən edilmiş qaydada baxılır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “3 saylı X20 xx.xx.2019-cu il tarixli **********17492 №-li "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı "İddiaçı" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi və həmin qərar əsasında "İddiaçı" MMC-nin hesabından tutulmuş 32962,76+16481,38=49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pul 3 saylı X28 tərəfindən "İddiaçı" MMC-nin bank hesabına qaytarılması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırır ki, Sumqayıt İnzibati Məhkəməsində İddiaçı MMC-nin cavabdeh - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 X3rşı “3 saylı X29 xx.xx.2019-cu il tarixli **********17492 №-li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı İddiaçı MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi” tələbinə dair mübahisələndirmə haqqında iddia üzrə işə baxılır. Bildirir ki, aralarında olan mübahisəyə görə xx xxxxxx 2017-ci il tarixdən etibarən qanuni qüvvədə olan Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2- 1 (85)-78/2017 №-li qərarı, üstündən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq 3 saylı X28 tərəfindən icra olunmur, əksinə yenə də analoji qaydada fəaliyyətlərinə əsassız müdaxilələr edilməklə məhkəməyə qərarın icra olunması barədə yalan məlumatlar verilərək, şəxsi hesab vərəqəsinə qaytarılmış pul iddiaçıya qaytarılmış kimi qələmə verilir. Ona görə də hazırkı iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yaranmış və ilkin iddia tələbimizlə bərabər mübahisələndirilən qərar əsasında İddiaçı MMC-nin hesabından əsassız tutulmuş 32962,76 + 16481,38 = 49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pul da 3 saylı X28 tərəfindən İddiaçı MMC-nin bank hesabına qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və idianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı MMC (VÖEN **********) 3 X3rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019- cu il tarixli, **********174921 nömrəli qərarının 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,36 manat olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3 saylı X28 iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, 3 saylı X20 “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********147880 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181254286 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********174921 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən torpaq vergisinin 2016-cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat, ödəmə mənbəyində tutulan vergilərin 2016-cı il üzrə 20074,53 manat, 2017-ci il üzrə 12888,23 manat olmaqla, ümumilikdə 34718,30 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyisinə 34718,30 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 17519,17 manat, həmçinin ödəmə mənbəyində tutulan vergi hesabatlarının təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən 160 manat olmaqla, ümumilikdə 17679,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli, **********148140 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********149475 nömrəli qərara əsasən müəssisənin ünvan 1i ünvanda yerləşən intensiv tipli meyvə (alma) bağına və soyuducu anbarına xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və bu barədə xx.xx.2018-ci il tarixli protokol tərtib edilmişdir. Yoxlama zamanı 3 saylı X20 “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli **********157458 nömrəli qərarına əsasən yoxlama dövrü üzrə zəruri sənədlər götürülmüş və aparılmış hərəkətlər “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli **********160936 nömrəli protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı İddiaçı MMC-yə məxsus, ünvan 1ində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********157457 nömrəli qərar qəbul edilmiş, bağlanmış xx.xx.2018ci il tarixli müqaviləyə əsasən X34 Elm Mərkəzinin əməkdaşı X9 mütəxəssis kimi dəvət olunmuş və mütəxəssis tərəfindən xx.xx.2018-ci il tarixli rəy tərtib edilmişdir. Mütəxəssis tərəfindən araşdırma aparılmış və rəydə intensiv tipli alma bağında Qolden Reynders, Braburn, Qala, Conaqold, Red Delişes, Fuji, Qrani Smit və Jeramin adlı cəmi 196290 ədəd alma ağacı, o cümlədən, 60 ha məhsuldar alma bağında 167000 ədəd alma ağacı və 2014-cü ildə salınmış 20,0 ha alma bağında 29290 ədəd alma ağacının mövcud olduğu və yeni texnologiya əsasında salınmış belə alma bağları ikinci il 15-20 ton/ha, üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verildiyini bildirmişdir. Həmçinin, cəmiyyətin ərazisində 2014-cü ildə salınmış 1,0 ha gavalı, 2015-ci ildə salınmış 1,0 ha və 2018-ci ildə salınmış 1,4 ha armud bağının da olduğu, cəmiyyətin balansında olan bağların 4x1 m, 3,5x0,8 metr əkin sxeminə uyğun salındığı və bağ sahəsində bir hektara orta hesabla 2454 ədəd alma ağacının yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən 2016-cı ildə 60 ha alma bağından cəmi ******* kq meyvənin yığılması bu da 10,51 kq/ağac (1756000 kq/167000 ağac) və 2017-ci ildə ******* kq meyvənin yığılması bu da 11,0 kq/ağac göstərilsə də (1842000 kq/167000 ağac), iqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ******* kq (14,5 kq/ağac x 167000 ağac), yaxud 40,3 ton/ha olmalı 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq (15,5 kq /ağac x167000), yaxud 43,1 ton/ha olması göstərilmişdir. Beləliklə, iki il ərzində alma bağı üzrə orta məhsuldarlığın 41,7 ton/ha (40,3+43,1=83,4: 2=41,7) olduğu göstərilmişdir. Həmçinin cəmiyyətə məxsus 80 hektar intensiv tipli məhsuldar alma bağında meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, bağın 4x1 m, 3,5x0,8 metr əkin sxemi ilə salındığı üçün bir hektar sahədə işləyən işçilərin orta statistik sayı günə 4 adam/gün qəbul edilmişdir. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsil yığımı 10 avqust - 15 noyabr ayları olaraq 3.05 ay qəbul edilib və bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 976 nəfər (4 işçi sayı x 3.05 ay x 80 ha = 976) olduğu müəyyən edilmişdir. Beləliklə mövsüm ərzində işçilərin sayının bir ayda gündə 320 nəfər olduğunu nəzərə alsaq, meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar işçi sayına tələb avqust ayının 10-15 tarixindən başlayaraq artdığı üçün həmin ayda 176 adam/gün və noyabr ayının 15-dən sonra işçi sayının azaldıldığı nəzərə alnaraq 160 adam/gün olduğu hesablanmışdır. İşçilərin orta aylıq əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin iqtisadi Fəaliyyət Növləri Təsnifatı üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablanmışdır. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən əmək tutumu 2016-cı ildə 216421,35 manat və 2017-ci ildə 299507,86 manat ( 216421,35 manat - 299507,86 manat =515929,21 manat) cəmi 515929,21 manat olmuşdur. Lakin, faktiki vəziyyətə görə cəmiyyətdə 2016-2017-ci illər üzrə məhsul yığımı dövrü nəzərə alınmaqla əmək tutumu aşağdakı cədvəldəki kimi göstərilmişdir: İşçilərin Orta aylıq Gəlirin sayı əmək haqqı məbləği Aylar (nəfərlə) 2016 2016-cı il yanvar 54 232,41 12550 2016-cı il fevral 53 233,60 12381 2016-cı il mart 77 211,30 16270 2016-cı il aprel 79 217,97 17220 2016-cı il may 71 222,96 15835 2016-cı il iyun 57 208,98 11912 2016-cı il iyul 57 228,60 13030 2016-cı il avqust 176 253,8 44668.8 2016-cı il sentyabr 320 253,8 81216 2016-cı il oktyabr 320 253,8 81216 2016-cı il noyabr 160 253,8 40608 2016-cı il dekabr 73 176,77 12904 2016-cı il üzrə cəmi 1497 240,35 359810,8 2017 2017-ci il yanvar ^2 190,06 15585 2017-ci il fevral 82 185,21 15187 2017-ci il mart 81 200,06 16205 2017-ci il aprel 71 254,02 18035,64 2017-ci il may 64 240,38 15384,22 2017-ci il iyun 73 243,95 17808,66 2017-ci il iyul 71 251,31 17843,14 2017-ci il avqust 176 261,5 46024 2017-ci il sentyabr 320 261,5 83680 2017-ci il oktyabr 320 261,5 83680 2017-ci il noyabr 160 261,5 41840 2017-ci il dekabr 75 270,59 20294 2017-ci il üzrə cəmi 1575 248,61 391566,66 Cəmi 751377,46 Beləliklə müəyyən edilmişdir ki, cəmiyyətə məxsus Qusar rayonunun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə azı 41.7 ton/ha göstərilməli olduğu halda 30 ton/ha göstərilmiş və ona uyğun olaraq əmək tutumu da 751377,46 manat göstərilməli olduğu halda 515929,21 manat göstərilərək 235448,25 manat azaldılmışdır. Əmək tutumu 2016- 2017-ci illərin 3.05 ayı ərzində (10 avqust-15 noyabr) 976 işci (bir ayda 320 nəfər), orta aylıq əmək haqqı 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki: 2016-cı ilin 3-cü rübünün bəyannaməsinin 2-ci ayında (10 avqust-31 avqust) 151 nəfər işçiyə 24108,60 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 176 nəfər işçi sayına görə əmək tutumunun 44668,8 manat (176 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 20560,20 manat fərq məbləğinə görə 2878,42 manat vergi; 2016-cı ilin 3-cü rübünün bəyannaməsinin 3-cü ayında (1 sentyabr-30 sentyabr) 166 nəfər işçiyə 33110,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 81216,00 manat (320 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 48106,00 manat fərq məbləğinə görə 6734,84 manat vergi; 2016-cı ilin 4-cü rübünün bəyannaməsinin 1-ci ayında (1 oktyabr-31 oktyabr) 166 nəfər işçiyə 34421,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 302 nəfər işçi sayına görə əmək tutumunun 81216,0 manat (320 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 46795,0 manat fərq məbləğinə görə 6551,13 manat vergi; 2016-cı ilin 4-cü rübünün bəyannaməsinin 2-ci ayında (1 noyabr-15 noyabr) 85 nəfər işçiyə 12679,75 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 160 nəfər işçi sayına görə əmək tutumunun 40608,0 manat (160 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 27928,25 manat fərq məbləğinə görə 3909,95 manat vergi; 2017-ci ilin 3-cü rübünün bəyannaməsinin 2-ci ayında (15 avqust-31 avqust 143 nəfər işçiyə 28023,40 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 176 nəfər işçi sayına görə əmək tutumunun 46024 0 manat (176 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 18000,60 manat fərq məbləğinə görə 2520,85 manat vergi; 2017-ci ilin 3-cü rübünün bəyannaməsinin 3-cü ayında (1 sentyabr-30 sentyabr) 239 nəfər işçiyə 67048,80 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 83680,0 manat (320 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 16631,20 manat fərq məbləğinə görə 2328,68 manat vergi; 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin 1-ci ayında (1 oktyabr-31 oktyabr) 239 nəfər işçiyə 48220.00 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 83680,0 manat (320 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 35460,0 manat fərq məbləğinə görə 4964,4 manat vergi; 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin 2-ci ayında (1 noyabr-15 noyabr) 130 nəfər işçiyə 19873,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 160 nəfər işçi sayına görə əmək tutumunun 41480,0 manat (160 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 21967,0 manat fərq məbləğinə görə 3075,38 manat ödəmə mənbəyində tutulan vergiləri bəyan edilmədən büdcədən yayındırılmışdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə ümumi əmək tutumundan, bəyannamələrində bəyan edilmiş əmək haqqı məbləğləri çıxılaraq (751372,51-515924,21) ödəmə mənbəyində vergiyə cəlb olunan 235448,3 manat əmək tutumu məbləğindən 14 % dərəcəsi ilə ödəmə mənbəyində 32962,76 manat məbləğində vergilərin hesablanması təmin edilmişdir. Səyyar vergi yoxlaması zamanı həmçinin, cəmiyyət tərəfindən torpaq vergisinin 2016- cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 877,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən verilmiş rəyin heç bir hüquqi-normativ akta, yaxud digər elmi-təcrübəvi tədqiqatlara əsaslanmadığını, rəydə göstərilənlərin ziddiyyətli olması, reallıqdan uzaq, yoxlamanın heç bir əsası olmayan rəyə əsaslandığını və mütəxəssis ixtisasca agranom olduğuna görə onun verdiyi rəyin yoxlama üçün əsas ola bilmədiyini göstərmişdir. İddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı X28 bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Vergi Məcəlləsinin 45.3-cü maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Vergi Məcəlləsinin 45.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən mütəxəssisin cəlb edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Mütəxəssis rəyi müəssisənin rəhbərinə təqdim edilməsinə baxmayaraq, o, rəylə razılaşmaması, razılaşmamasının səbəbləri barədə rəydə qeydiyyat aparmamışdır. Yuxarıda qeyd olunduğu kimi mütəxəssis vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda dəvət olunur. Yəni, mütəxəssis rəyi hər hansı sahə üzrə xüsusi biliyə və təcrübəyə malik olan şəxslər tərəfindən verilir və rəy mütəxəssisin xüsusi biliklərinə, təcrübəsinə, barəsində rəy verdiyi məsələlərin xüsusiyyətlərinə əsaslanır. Həmçinin, alma bağlarına qulluq, meyvənin yığımı, toplanması və daşınması ilk dəfə yerinə yetirilən işlər olmadığı üçün bu sahə üzrə hər hansı elmi-təcrübəvi tədqiqatların aparılmasına da ehtiyac yoxdur. Eyni zamanda mütəxəssis öz rəyini yalnız meyvənin toplanması ilə bağlı verməmiş, bütün il boyu intensiv tipli alma bağına qulluq edilməsi üçün zəruri olan işçi qüvvəsi, əmək tutumu, istehsal həcmi barədə rəy hazırlamış və rəydə hər hansı bir ziddiyyət mövcud deyildir. Mütəxəssis hər bir detalı, o cümlədən iqlim şəraitini nəzərə alaraq, ümumilikdə bu tip bağlar üçün xarakterik olan məhsuldarlıq və əmək tutumu barədə rəy vermişdir. Hesab edirik ki, mütəxəssis tərəfindən verilmiş rəy kifayət qədər əsaslıdır və yoxlamanın hüquqi əsası olmayan mütəxəssis rəyinə əsaslanması barədə göstərilənlər əsassızdır. İddiaçı həmçinin mütəxəssis rəyində bir nəfər tərəfindən gündə nə qədər alma məhsulunun toplanmasının mümkünlüyü və məhsulun aylar üzrə neçə nəfər tərəfindən toplanması və satışı barədə qeydin aparılmadığını bildirmişdir. Bundan əlavə, qeyd olunmuşdur ki, bir nəfərin gündəlik alma yığım norması orta hesabla 200-300 kiloqram teştədir. Cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, mütəxəssis rəyində hər bir ağacın orta məhsuldarlığı və ağacların sayı qeyd olunmuşdur. Hesab edirik ki, mütəxəssis bir hektar sahədə işçilərin orta statistik sayını 4 adam/gün müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçı bir hektar sahə üçün müəyyən edilmiş 4 adam/gün işçi sayını yalnız almanın ağacdan dərilməsinə aid etməklə səhvə yol verir. Belə ki, müəyyən edilmiş işçi sayı meyvənin yığılmasını, toplanmasını, daşınmasını, habelə bağ sahələrinə cari qulluğu, becərməni, eləcə də soyuducu anbarda işləyən işçi saylarını da əhatə edir. Rəydə mövsümün gərgin vaxtlarında bütün təsərrüfat işlərinin görülməsi üçün zəruri olan işçi sayı müəyyən edilmişdir ki, bu da yoxlama zamanı nəzərə alınmışdır. Yığım normasının bir nəfər üçün gündəlik 200-300 kq olmasını iddiaçının necə müəyyən etməsinin özü qeyrimüəyyəndir. İddiaçı həmçinin mütəxəssisin yoxlama üzrə işin nəticələrində maraqlı şəxs olduğunu və xx.xx.2018-ci il tarixli qərarla mütəxəssisin iş üzrə zəruri materiallarla tanış olaraq həmin gündə də 80 hektardan ibarət alma bağına baxış keçirilməsinin texniki cəhətdən mümkür olmadığını bildirmişdir. İddiaçının yuxarıda qeyd olunan mövqeyi tamamilə əsassızdır. İddiaçı mütəxəssisin yoxlama üzrə işin nəticələrində maraqlı şəxs olmasını bildirsə də qeyd olunan halları əsaslandıra bilməmiş və bu barədə hər-hansı sübut təqdim etməmişdir Səbəb kimi, yalnız mütəxəsis tərəfindən əvvəlki yoxlama zamanı rəy verildiyini və həmin yoxlama üzrə qəbul edilmiş qərarın məhkəmə tərəfindən ləğv edildiyi bildirilir. Qeyd olunmalıdır ki, “Qiymətləndirmə xidmətinin göstəsilməsi haqqında” xx.xx.2018-ci il tarixi müqavilədən də göründüyü kimi mütəxəssin marağı icra edilmiş iş üzrə ona ödənilən xidmət haqqından ibarətdir. Rəyindən də göründüyü kimi, mütəxəssis X34 Elm Mərkəzinin əməkdaşı X9 tərəfindən alma bağına xx.xx.2018-ci il tarixdə baxış aparılmış və müvafiq araşdırmalar aparıldıqdan sonra xx.xx.2018-ci il tarixdə bu barədə rəy tərtib edilmişdir. 3 saylı X28, iddiaçının vergi qanunvericiliyinin tələblərini pozaraq səyyar vergi yoxlamasının 9 aya yaxın müddətdə davam etməsi barədə göstərilənləri də əsassız hesab edir. Belə ki, 3 saylı X28 keçirilmiş səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23, 38 və 45.1-ci maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün vergi orqanının xx.xx.2018-ci il tarixli qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddətini 30 iş gününədək artırmışdır. Cəmiyyətə məxsus meyvə (alma) bağında istehsal olunan məhsulların 2016- 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “xxxx" MMC-dən “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Buna görə də xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlara əsasən müvafiq olaraq yoxlama xx.xx.2018-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmışdır. “xxxx” MMC tərəfindən müvafiq rəy verilə bilinmədiyi üçün “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərara əsasən X34 Elm Mərkəzinin əməkdaşı X9 mütəxəssis kimi dəvət olunmuşdur. 3 saylı X20 xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlarına əsasən yoxlama ilə bağlı mütəxəssis dəvət edildiyinə görə müvafiq olaraq yoxlama xx.xx.2018-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmış və xx.xx.2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən həmin tarixdən yoxlama bərpa edilmişdir. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). İddiaçı həmçinin cəmiyyətin iddia ərizəsi üzrə qəbul edilmiş Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-2-1(85)-78/2017 saylı qərarın xx.xx.2018-ci il tarixdən qüvvəyə minməsinə baxmayaraq 3 saylı X28 tərəfindən icra edilmədiyini, həmçinin müəssisənin fəaliyyətinə əsassız müdaxilələr edildiyini bildirmişdir. İddiaçının yuxarıda qeyd olunan mövqeyi də tamamilə əsassızdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-2-1(85)- 78/2017 saylı qərarı xx.xx.2018-ci il tarixdə icra olunmuş və bunula bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********144267 nömrəli qərar qəbul edilmiş və cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılmışdır. Həmçinin, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda keçirilə bilər. Cəmiyyət tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında xx.xx.2018-ci il tarixli **********350700 nömrəli məktubla müraciət edildiyinə görə, 3 saylı X28 Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən müəssisənin fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsinə etirazında qeyd edir ki, İddiaçı MMC (VÖEN **********) cavabdeh 3 X3rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (hazırda Sumqayıt İnzibati Məhkəməsi) müraciət edərək xx.xx.2019-cu il tarixli **********174921 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuli yyətə cəlb edilməsi haqqında” qərarın 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin xx.xx.2019-cu il tarixli, **********174921 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrası ilə bağlı 3 saylı X28 tərəfindən vergi ödəyicisinin “xxxx” ASC-nin KOD: 507064; M.hesab: AZ98NABZ013**********0042944; VÖEN: ********** SWİFT:NNİCBAZ722; H.hesab AZN: AZ38NİCB**********0001A40070 saylı hesablaşma hesabına mübahisələndirilən borc məbləği ilə bağlı sərəncam qoyulmasının cavabdehə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixli MXMT(085)-6/2019 nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsi qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisələndirilən borc məbləği ilə bağlı 3 saylı X28 tərəfindən İddiaçı “xxxx" ASC-nin KOD: 507064; M.hesab: AZ98NABZ013**********0042944; VÖEN: ********** SWİFT: NNİCBAZ722; H.hesab AZN: AZ38NİCB**********0001A40070 saylı hesablaşma hesabına borc məbləğinin 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması sərəncamların qoyulması hərəkəti istisna olmaqla əlavə sərəncamların qoyulması vergi orqanlarına qadağan edilmişdir. Həmçinin, iddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinin həcmini dəyişdirərək, xx.xx.2019-cu il tarixli **********174921 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsini və həmin qərar əsasında cəmiyyətin hesabından tutulmuş 49444,14 manat (32962,76+16481,38) pul vəsaitinin 3 saylı X28 tərəfindən cəmiyyətin bank hesabına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3 saylı X28 iddia tələbinin həcminin artırılması haqqında ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Vergi ödəyicisi iddia tələbinin həcminin artırılması haqqında ərizəsində 3 saylı X28 tərəfindən cəmiyyətin hesabından “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********174921 nömrəli qərarına əsaən hesablanmış 49444,14 manat pul vəsaitinin əsassız tutulduğunu qeyd etmişdir. İddiaçının yuxarıda qeyd olunan mövqeyi tamamilə əsassızdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli MXMT(085)-6/2019 nömrəli müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edildiyi tarixə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən 2016-2017-ci illər üçün ödəmə mənbəyində tutulan vergilər üzrə hesablanmış 32962,76 manat vergilər üzrə vergi borcu olmamış, ancaq tətbiq edilmiş maliyyə sanksiyası üzrə 13600,61 manat borcu mövcud olmuşdur. Vergi ödəyicisi tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edildikdən sonra xx.xx.2020-ci il tarixədək, yəni iddia ərizəsinə əlavəsinin vergi orqanına daxil olduğu tarixədək dövlət büdcəsinə cəmi 2361,32 manat ödəniş etmişdir. Həmin dövr ərzində cəmiyyətin vergi orqanına təqdim etdiyi bəyannamələrinə əsasən hüquqi şəxsin torpaq vergisi üzrə 1792,0 manat və ödəmə mənbəyində tutulan vergilər üzrə 210,0 manat olmaqla ümumilikdə 2002,0 manat vergilər hesablanmışdır. Xüsusilə qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 16.1.11 -2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. İstinad edilən maddənin məzmununa əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı məhkəmə mübahisəsi olduğu halda əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin bank hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iştirak etmiş iddiaya etirazı müdafiyə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının X6 qarşı qaldırdığı iddia təmin edilməmişdir. Həmin məhkəmə qərarının iş üzrə yekun qərar qəbul edilən zaman nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 izahatında bildirmişdir ki, o, X34 Elm Mərkəzinin aparıcı ekspert-mütəxəssisi vəzifəsində işləyir. 3 saylı X28 ilə bağlanmış xidmət müqaviləsinə əsasən İddiaçınə məxsus ünvan 1ində yerləşən intensiv tipli meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə istehsal həcminin və əmək tutumunun müəyyən edilməsi üçün araşdırma aparılmışdır. xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin Qusar rayonu Çubuqlu kəndinin ərazisində yerləşən məhsuldar, intensiv tipli meyvə bağlarına tərəfimizdən baxış keçirildi. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, MMC-nin mülkiyyətində və istifadəsində torpaq sahəsində bir neçə növ alma,armud, gavalı ağacları əkilibdir. Yeni texnologiya əsasında salınmış belə alma bağları ikinci il 15-20 ton/ha,üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verir. MMC-nin sənədlərinə görə 2016-cı ildə 60 ha üzrə cəmi ******* kq alma məhsulu yığılmışdır ki, bu da 60 ha bağda olan 167000 ədəd ağacın hər birinə 10,51 kq (1756000 kq/ 167000 ağac) meyvə düşür. 2016-cı ildə bağda kvartallar üzrə məhsuldarlıq 2015-ci illə müqayisədə nisbətən az (1,3 kq) olmuşdur. İqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ******* kq olmalıdır. 2016-ci ildə 60 ha alma bağı sahəsindən ******* kq məhsul yığılmışdır ki, bu da 11,0 kq /ağac deməkdir. 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq olmalıdır. Beləliklə, iki il ərzində alma bağı üzrə orta məhsuldarlıq 41,7 ton/ha olmalıdır. İstər 2016-cı il, istərsə də 2017-ci il üçün məhsuldarlıq az verilmişdir. MMC-də məhsuldarlıq aşağı göstərilsə də, 2016-2017-ci illərin avqust, sentyabr, oktyabr və noyabr aylarında əlavə işçi qüvvəsinin cəlb olunması məhsulun çox olduğunu sübut edir. Eyni zamanda işçilərin əmək tutumu da ümumi normalardan az göstərilmişdir. İntensiv tipli alma bağlarına aqrotexniki becərmə işləri (budama, meyvələrin seyrəldilməsi, suvarma, gübrələmə və s.), meyvələrin toplanması, daşınması, saxlanmasında işləyən işçilərin orta əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin İqtisadi Fəaliyyət Növləri Təsnifatı üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablanmışdı. 2016-cı il üzrə 1497 işçi,240,35 manat əmək haqqı olmaqla 359810,8 manat, 2017-ci ildə isə 1575 işçi,248,61manat əmək haqqı olmaqla 391566,66 manat olmuşdur. MMC-də əmək tutumu 2016-2017-ci illər üzrə orta hesabla 751,377.46 manat olmalıdır. Beləliklə, 2016-2017-ci illər üzrə əmək tutumu 7513xx.xx-515929.21 =235448.25 manat az göstərilmişdir. İddiaçı MMC-yə məxsus Qusar rayonunun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017- ci illər üzrə azı 41.7 ton/ha olmalı olduğu halda 30 ton /ha göstərilmiş və ona uyğun olaraq əmək tutumu da 751377.46 manat olmalı olduğu halda 515929.21 manat göstərilərək 235448.25 manat azaldılmışdır. Əmək tutumu 2016-2017-ci illərin 3.05 ayı ərzində (10 avqust-15 noyabr) 976 işci (bir ayda 320 nəfər), orta əmək haqqı 2016-cı ildə 253.8 manat və 2017-ci ildə isə 261.5 manat təşkil edir. Onun iddiaçıya qarşı heç bir qərəzi yoxdur, ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Əsaslandırma hissəsi:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktı qəbul etməsini aşağıdakılarla əsaslandırır: 3 saylı X20 “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********147880 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181254286 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********174921 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən torpaq vergisinin 2016-cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat, ödəmə mənbəyində tutulan vergilərin 2016-cı il üzrə 20074,53 manat, 2017-ci il üzrə 12888,23 manat olmaqla, ümumilikdə 34718,30 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyisinə 34718,30 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 17519,17 manat, həmçinin ödəmə mənbəyində tutulan vergi hesabatlarının təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən 160 manat olmaqla, ümumilikdə 17679,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli, **********148140 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********149475 nömrəli qərara əsasən müəssisənin ünvan 1i ünvanda yerləşən intensiv tipli meyvə (alma) bağına və soyuducu anbarına xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və bu barədə xx.xx.2018-ci il tarixli protokol tərtib edilmişdir. Yoxlama zamanı 3 saylı X20 “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli **********157458 nömrəli qərarına əsasən yoxlama dövrü üzrə zəruri sənədlər götürülmüş və aparılmış hərəkətlər “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli **********160936 nömrəli protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı İddiaçı MMC-yə məxsus, ünvan 1ində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********157457 nömrəli qərar qəbul edilmiş, bağlanmış xx.xx.2018ci il tarixli müqaviləyə əsasən X34 Elm Mərkəzinin əməkdaşı X9 mütəxəssis kimi dəvət olunmuş və mütəxəssis tərəfindən xx.xx.2018-ci il tarixli rəy tərtib edilmişdir. Mütəxəssis tərəfindən araşdırma aparılmış və rəydə intensiv tipli alma bağında Qolden Reynders, Braburn, Qala, Conaqold, Red Delişes, Fuji, Qrani Smit və Jeramin adlı cəmi 196290 ədəd alma ağacı, o cümlədən, 60 ha məhsuldar alma bağında 167000 ədəd alma ağacı və 2014-cü ildə salınmış 20,0 ha alma bağında 29290 ədəd alma ağacının mövcud olduğu və yeni texnologiya əsasında salınmış belə alma bağları ikinci il 15-20 ton/ha, üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verildiyini bildirmişdir. Həmçinin, cəmiyyətin ərazisində 2014-cü ildə salınmış 1,0 ha gavalı, 2015-ci ildə salınmış 1,0 ha və 2018-ci ildə salınmış 1,4 ha armud bağının da olduğu, cəmiyyətin balansında olan bağların 4x1 m, 3,5x0,8 metr əkin sxeminə uyğun salındığı və bağ sahəsində bir hektara orta hesabla 2454 ədəd alma ağacının yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən 2016-cı ildə 60 ha alma bağından cəmi ******* kq meyvənin yığılması bu da 10,51 kq/ağac (1756000 kq/167000 ağac) və 2017-ci ildə ******* kq meyvənin yığılması bu da 11,0 kq/ağac göstərilsə də (1842000 kq/167000 ağac), iqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ******* kq (14,5 kq/ağac x 167000 ağac), yaxud 40,3 ton/ha olmalı 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq (15,5 kq /ağac x167000), yaxud 43,1 ton/ha olması göstərilmişdir. Beləliklə, iki il ərzində alma bağı üzrə orta məhsuldarlığın 41,7 ton/ha (40,3+43,1=83,4: 2=41,7) olduğu göstərilmişdir. Həmçinin cəmiyyətə məxsus 80 hektar intensiv tipli məhsuldar alma bağında meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, bağın 4x1 m, 3,5x0,8 metr əkin sxemi ilə salındığı üçün bir hektar sahədə işləyən işçilərin orta statistik sayı günə 4 adam/gün qəbul edilmişdir. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsil yığımı 10 avqust - 15 noyabr ayları olaraq 3.05 ay qəbul edilib və bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 976 nəfər (4 işçi sayı x 3.05 ay x 80 ha = 976) olduğu müəyyən edilmişdir. Beləliklə mövsüm ərzində işçilərin sayının bir ayda gündə 320 nəfər olduğunu nəzərə alsaq, meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar işçi sayına tələb avqust ayının 10-15 tarixindən başlayaraq artdığı üçün həmin ayda 176 adam/gün və noyabr ayının 15-dən sonra işçi sayının azaldıldığı nəzərə alnaraq 160 adam/gün olduğu hesablanmışdır. İşçilərin orta aylıq əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin iqtisadi Fəaliyyət Növləri Təsnifatı üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablanmışdır. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən əmək tutumu 2016-cı ildə 216421,35 manat və 2017-ci ildə 299507,86 manat ( 216421,35 manat - 299507,86 manat =515929,21 manat) cəmi 515929,21 manat olmuşdur. Lakin, faktiki vəziyyətə görə cəmiyyətdə 2016-2017-ci illər üzrə məhsul yığımı dövrü nəzərə alınmaqla əmək tutumu aşağdakı cədvəldəki kimi göstərilmişdir: Aylar İşçilərin sayı (nəfərlə) Orta aylıq əmək haqqı Gəlirin məbləği 2016 2016-cı il yanvar 54 232,41 12550 2016-cı il fevral 53 233,60 12381 2016-cı il mart 77 211,30 16270 2016-cı il aprel 79 217,97 17220 2016-cı il may 71 222,96 15835 2016-cı il iyun 57 208,98 11912 2016-cı il iyul 57 228,60 13030 2016-cı il avqust 176 253,8 44668.8 2016-cı il sentyabr 320 253,8 81216 2016-cı il oktyabr 320 253,8 81216 2016-cı il noyabr 160 253,8 40608 2016-cı il dekabr 73 176,77 12904 2016-cı il üzrə cəmi 1497 240,35 359810,8 2017 2017-ci il yanvar ^2 190,06 15585 2017-ci il fevral 82 185,21 15187 2017-ci il mart 81 200,06 16205 2017-ci il aprel 71 254,02 18035,64 2017-ci il may 64 240,38 15384,22 2017-ci il iyun 73 243,95 17808,66 2017-ci il iyul 71 251,31 17843,14 2017-ci il avqust 176 261,5 46024 2017-ci il sentyabr 320 261,5 83680 2017-ci il oktyabr 320 261,5 83680 2017-ci il noyabr 160 261,5 41840 2017-ci il dekabr 75 270,59 20294 2017-ci il üzrə cəmi 1575 248,61 391566,66 Cəmi 751377,46 Beləliklə müəyyən edilmişdir ki, cəmiyyətə məxsus Qusar rayonunun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə azı 41.7 ton/ha göstərilməli olduğu halda 30 ton/ha göstərilmiş və ona uyğun olaraq əmək tutumu da 751377,46 manat göstərilməli olduğu halda 515929,21 manat göstərilərək 235448,25 manat azaldılmışdır. Əmək tutumu 2016- 2017-ci illərin 3.05 ayı ərzində (10 avqust-15 noyabr) 976 işci (bir ayda 320 nəfər), orta aylıq əmək haqqı 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması zamanı inzibati orqaan müəyyən etmişdir ki, ki: 2016-cı ilin 3-cü rübünün bəyannaməsinin 2-ci ayında (10 avqust-31 avqust) 151 nəfər işçiyə 24108,60 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 176 nəfər işçi sayına görə əmək tutumunun 44668,8 manat (176 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 20560,20 manat fərq məbləğinə görə 2878,42 manat vergi; 2016-cı ilin 3-cü rübünün bəyannaməsinin 3-cü ayında (1 sentyabr-30 sentyabr) 166 nəfər işçiyə 33110,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 81216,00 manat (320 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 48106,00 manat fərq məbləğinə görə 6734,84 manat vergi; 2016-cı ilin 4-cü rübünün bəyannaməsinin 1-ci ayında (1 oktyabr-31 oktyabr) 166 nəfər işçiyə 34421,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 302 nəfər işçi sayına görə əmək tutumunun 81216,0 manat (320 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 46795,0 manat fərq məbləğinə görə 6551,13 manat vergi; 2016-cı ilin 4-cü rübünün bəyannaməsinin 2-ci ayında (1 noyabr-15 noyabr) 85 nəfər işçiyə 12679,75 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 160 nəfər işçi sayına görə əmək tutumunun 40608,0 manat (160 nəfər x 253,8 manat) məbləğində olduğu müəyyən edilərək, 27928,25 manat fərq məbləğinə görə 3909,95 manat vergi; 2017-ci ilin 3-cü rübünün bəyannaməsinin 2-ci ayında (15 avqust-31 avqust 143 nəfər işçiyə 28023,40 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 176 nəfər işçi sayına görə əmək tutumunun 46024 0 manat (176 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 18000,60 manat fərq məbləğinə görə 2520,85 manat vergi; 2017-ci ilin 3-cü rübünün bəyannaməsinin 3-cü ayında (1 sentyabr-30 sentyabr) 239 nəfər işçiyə 67048,80 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 83680,0 manat (320 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 16631,20 manat fərq məbləğinə görə 2328,68 manat vergi; 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin 1-ci ayında (1 oktyabr-31 oktyabr) 239 nəfər işçiyə 48220.00 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 320 nəfər işçi sayına görə əmək tutumunun 83680,0 manat (320 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 35460,0 manat fərq məbləğinə görə 4964,4 manat vergi; 2017-ci ilin 4-cü rübünün bəyannaməsinin 2-ci ayında (1 noyabr-15 noyabr) 130 nəfər işçiyə 19873,0 manat əmək haqqı ödənildiyi bəyan edilmiş, lakin mütəxəssis rəyinə əsasən 160 nəfər işçi sayına görə əmək tutumunun 41480,0 manat (160 nəfər x 261,5 manat) məbləğində olduğu müəyyən edilərək, 21967,0 manat fərq məbləğinə görə 3075,38 manat ödəmə mənbəyində tutulan vergiləri bəyan edilmədən büdcədən yayındırılmışdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə ümumi əmək tutumundan, bəyannamələrində bəyan edilmiş əmək haqqı məbləğləri çıxılaraq (751372,51-515924,21) ödəmə mənbəyində vergiyə cəlb olunan 235448,3 manat əmək tutumu məbləğindən 14 % dərəcəsi ilə ödəmə mənbəyində 32962,76 manat məbləğində vergilərin hesablanması təmin edilmişdir. Səyyar vergi yoxlaması zamanı həmçinin, cəmiyyət tərəfindən torpaq vergisinin 2016- cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 877,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi cababdeh inzibati orqan inzibati aktın mübahisələndirilən hissəsini qəbul edərkən mütəxəssis rəyini əsas götürmüş və bütün əlavə hesablamaları bunun əsasında aparmışdır. İddiaçı hesab edir ki, İddiaçı MMC-nin 2014-2015- ci illər üzrə fəaliyyətinin yoxlanılması zamanı eyni mütəxəsisin rəyi əsasında əlavə hesablama aparılması və həmin artıq hesablamanın məhkəmə qərarı əsasında ləğv edildiyi halda oxşar formada qərar qəbul edilməsi, eyni mütəxəssisin rəyinin alınması onlara qarşı qərəzli və əsasız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı qeyd edir ki, 2014-2015- ci illər üzrə fəaliyyətinin yoxlanılmasını mübahisələndirdiyi iş üzrə yekun məhkəmə qərarı xx xxxxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minməsinə baxmayaraq 3 saylı X28 tərəfindən onun icrası təmin olunmamış, əksinə yenə də analoji qaydada fəaliyyətlərinə əsassız müdaxilələr edilmişdir. VM-nin 45ci maddəsinin tələbinə görə Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. X34 Elm Mərkəzinin mütəxəssisi X9 vaxtilə 3 saylı X28 tərəfindən İddiaçı MMC-nin 2014-2015-ci illər üzrə fəaliyyətinin yoxlanılması zamanı da mütəxəssis qismində dəvət olunmuşdu və onun verdiyi rəy əsasında tərtib olunmuş akta görə Vergi orqanı tərəfindən qəbul olunmuş qərar da məhkəmə aktı ilə ləğv edilmişdir. Ona görə də X9 hazırkı yoxlama üzrə işin nəticələrində maraqlı şəxsdir. Bundan başqa X9 ixtisasca aqronomdur və onun, əmək haqqılarına dair mühasibat əməliyyatları üzrə xüsusi biliyi və təcrübəsi yoxdur. Ona görə də onun bu sahə üzrə rəyi yoxlama üçün əsas götürülə bilməz. X2 rəyində açıq şəkildə qeyd olunur ki, hazırkı iş üzrə Vergi orqanının qərarına və qoyulan suallara əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin intensiv tipli meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə istehsal həcminin, həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi ilə bağlı mütəxəssis araşdırılması aparılmışdır və bu məqsədlə də xx.xx.2018-ci il tarixdə onun tərəfindən İddiaçı MMC-nin Qusar rayonun Çubuqlu kəndində yerləşən intensiv tipli meyvə bağlarına baxış keçirilmişdir. X5 xx.xx.2018-ci il tarixli qərarla mütəxəssis qismində dəvət olunduqdan sonra, həmin qərarın surətini götürüb işin nəticəsi barədə maraqlı olmadığına dair iltizam verib zəruri materiallarla tanş olaraq həmin gündə də 80 hektardan ibarət alma bağına baxış keçirilməsi texniki cəhətdən mümkün deyildi. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi dəlillər mübahisələndirilən hissədə vergi ödəyicisi tərəfindən vergi qanunvericilyinin pozulmasının müəyyən olunmasına əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İddiaçı vergi ödəyicisi yoxlanılan dövrlərdə və əvvəlki dövrlərdə konkret bir fəaliyyətlə məşğul olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh vergi orqanı onun 2014-ci ildən sonrakı fəaliyyətini yoxlamışdır. Lakin cavabdeh inzibati orqanın yoxlama əsasları inzibati icraatın və vergi qanunvericilyinin tələbləri ilə uyğunluq təşkil etmir. Beləki cavabdeh inzibati orqan iddiaçının 2014-2015-ci illərdəki fəaliyyətini yoxlamış, yekunda iddiaçıya əlavə vergi hesablamışdır. Bu hesablamanın əsassız olması məhkəmə qərarı ilə müəyyən olunmuş, həmin məhkəmə qərarı qanuni qüvvəsini almış, hesablamanın əsasını təşkil edən mütəxəssis rəyinin əsalı olmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyətində hər hansı bir dəyişiklik olmasada yenidən yoxlama zamanı eyni mütəxəssis dəvət edilmiş, oxşar əsaslarla qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsi Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi əsalarını müəyyən edir. 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Məhkəmə hesab edir ki, bu vəziyyətdə vergi orqanın mütəxəssis cəlb edilməsinin zəruri olması fikrinə gəlməsi və məhkəmə qərarı ilə ləğv edilmiş qərara uyğun əsaslarla yoxlama aparması inzibati qanunvericiliyin və vergi qanunvericilyinin tələbləri baxımından əsalı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilyə əsasən mütəxəssis dəvət edilməsi zəruri hal kimi qəbul edilməmiş, inzibati orqanın dikressiaon səlahiyyəti kimi müəyyən edilmişdir. Lakin bu diskressioan səlahiyyətin dairəsi vergi öhdəliyinin düzgün müəyyən edilməsi ilə məhdudlaşır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları nəticəsində yaranmış təcrübə inzibati orqanınların fəaliyyətinin düzgün qurulmasında əsaslı rol oynamalıdır. Vergi orqanın əsas vəzifəsi yaranmış vergi öhdəliklərinin müəyyən edilməsi və onların dövlət büdcəsinə ödənilməsinin təmin edilməsindən ibarətdir. Bunun üçün isə vergi qanunvericiliyində müxtəlif hüquqlar və vasitələr müəyyən olunmuşdir. Hazırkı işdə vergi orqanı vergi ödəyicisinin daha çox işci ilə fəalyyət göstərdiyini və vergidən yayındığı əsası ilə əlavə vergi məbləği hesablamışdır. Bunun üçündə təkrar əvvəlki yoxlamalarla analoji qaydada mütəxəssis rəyi əsasında hesablama aparmışdır. Halbu ki, vergi orqanın vergi nəzarətinin həyata keçirilməsinin bir çox formaları vardır. Bunlardan biridə xronometraj metodu ilə müşahidə aparılmasıdır. Məhkəmə hesab edir ki, vergi orqanı bu hüquqndan istifadə edərək vergi ödəyicisin real fəaliyyətini yoxlama imkanı olmuşdur. Lakin vergi orqanı məhkəmə qərarı ilə ləğv edilmiş yoxlama nəticələrinə uyğun yeni yoxlama keçirmiş və eyni mütəxəssisin rəyindən istifadə etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər və iddiaçının göstərdiyi dəlillər mübahisələndirilən hissədə vergidən yayınma halının olması üçün əsaslı şübhələr yaradır. Məhkəmə cavadeh inzibati orqanın iddiaçı tərəfindən mütəxəssisə qarşı ziyan tələbinin təmin edilməsinin qərar qəbul edilərkən inzibati orqanın xeyrinə nəzərə alınması dəlilinidə əsaslı hesab etmir. Həmin məhkəmə aktı mütəxəssisin rəyinin əsaslı olması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunduğu kimi inzibati orqanın qərarının və mütəxəssis rəyinin əsassız olmasını müəyyən edən məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi qanunverici yuxarıda qeyd olunan normalarla vətəndaşı qanunazid yaranmış vergi öhdəliklərinin tələb edilməsindən qoruyaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsini təminat altına almışdır. İnzibati İcraat haqqında Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan ona münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 3 saylı X20 xx.xx.2019cu il tarixli **********17492 №-li "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarın "İddiaçı" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi” hissəsində təmin edilməlidir. İddianın həmin qərar əsasında "İddiaçı" MMC-nin hesabından tutulmuş 32962,76+16481,38=49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pul 3 saylı X28 tərəfindən "İddiaçı" MMC-nin bank hesabına qaytarılması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, vergi qanunvericiyində fəaliyyəti davam edən vergi ödəyicisindən tutulmuş vergi məbləğinin onun şəxsi hesabına qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra digər vergi öhdəlikləri nəzərə alınaraq inzibati orqan tərəfindən qanuvericilyə uyğun hərkətlər edilməlidir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia qismən təmin edilsin. 3 saylı X20 xx.xx.2019-cu il tarixli **********17492 №-li "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı "İddiaçı" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev