Məhkəmə qərarları › İş №2-1(118)-3507/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3507/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3507/2024 15.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X10 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ünvan 2qayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 23 saylı, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə sərəncamının ləğv edilməsi və onun yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib ünvan 2qayıt Şəhər İcra Hakimiyyətinin 23 saylı, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə Sərəncamının ləğv edilməsi, onun yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və onun ailə üzvləri ilə birgə mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 2qayıt şəhəri, 17-ci mikrorayon, yataqxana 36, otaq 16-da 12 kv.m sahəsi olan çox kiçik bir otaqda 5 nəfər ailə üzvü ilə birgə yaşayır. 2021-ci il dekabrın 8-dək onlar bu evdə 6 nəfər ailə üzvü ilə birgə yaşayırdı, lakin onun həyat yoldaşı Məmmədova Gülayə 2021-ci il dekabrın 8-də xəstəlikdən vəfat etmiş, 2018-ci il tarixli arayış da bunu tam olaraq sübut edir. İddiaçı xx.xx.1985-ci il tarixdən etibarən ünvan 2qayıt Şəhər İcra hakimiyyəti nəzdində güzəştli siyahı üzrə mənzil növbəsinə qeydə alınmış, lakin hələ də mənzil növbəsindədir. Dəfələrlə bu məsələ ilə bağlı ünvan 2qayıt Şəhər İcra Hakimiyyətinə və digər orqanlara müraciət etməyinə baxmayaraq bu problem öz həllini tapmamışdır. Heç mənzil şəraitinə belə baxış keçirilməyib. Onlar hal-hazırda çox pis bir vəziyyətdə yaşayır, otağa çarpayı qoymaq mümkün olmadığından onların hamısı döşəmədə yatmalı olur. Elə bu səbəbdən övladlarının üçü də vərəm xəstəliyinə düçar olmuşdur.Bunu 2007-ci il tarixli ünvan 2qayıt Şəhər Səhiyyə şöbəsinin arayışları tam təsdiq edir.Bu arayışlardan da görünür ki, övladları müalicə almışlar və ağır xəstədirlər. Bu xəstəlik də onların evlə təmin olunmasını daha da əhəmiyyətli edir. Buna görə də o dəfələrlə ünvan 2qayıt Şəhər İcra hakimiyyətinə ərizə ilə müraciətlər etmiş, lakin ona hər dəfəsində eyni məzmunlu cavablar verilmişdir. Həmçinin, o 03 avqust 2018-ci il tarixdə MKTİB-in baş idarəsində ünvan 2qayıt Şəhəri İcra Hakimiyyətinin başçısının qəbulunda olmuş, icra hakimiyyətinin başçısının qəbulunda olarkən bu zaman “Dünya TV”-nin çəkiliş qrupunun əməkdaşları da iştirak etmiş, video-çəkiliş də aparmışlar. Burada icra başçısı ona qəti şəkildə bildirmiş ki, 2018-ci ilin sonu, 2019-cu ilin İ rübündə mənzillə təmin olunacaq, lakin həmin müddət keçdikdən sonra da o mənzillə təmin olunmamışdır. Hal-hazırda isə çox çətin vəziyyətdə yaşayır,bu uzun illər kəsiyində isə onların evlə təmin olunmağına heç bir səy göstərilməmişdir. Bu isə cavabdehin öz səlahiyyətlərini düzgün yerinə yetirməməsi ucbatından olmuşdur.Beləliklə, onun hüquqları cavabdeh tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı müraciətində ilkin mənzil növbəliyinin 1984-cü ildən olduğunu qeyd etsə də, bu hal mövcud sənədlərdə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçi İddiaçı xx.xx.2009-cu ilədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq (onun hüquq münasibətləri yaranan zaman) xx.xx.1985-ci il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müəyyən olunmuşdur.Sonradan iddiaçı xx.xx.1993-cü il tarixdə cavabdeh orqan ünvan 2qayıt şəhər İcra hakimiyyətinə ərizə ilə müraciət edərək, ailə tərkibinin 6 nəfər ( çoxuşaqlı ailə) olması səbəbi ilə 1985-ci ildən olan mənzil növbəliyinin güzəştli siyahıya köçürülməsini xahiş etmişdir.İddiaçının özü tərəfindən təqdim edilmiş və ünvan 2qayıt şəhər Səhiyyə şöbəsi tərəfindən 2007-ci ildə verilmiş məktub və arayış əsasında vərəm xəstəsi olan 3 övladından (1985-ci il təvəllüdlü X5, xx.xx.1989-cu il təvəllüdlü X6, 1994-cü il təvəllüdlü X2) 2-sinin (qızı Gülnar və oğlu Əbülfəz) mənzillə təmin olunma imtiyazının olmadığı, yalnız 1 -inin (qızı Xəyalə) mənzil alma imtiyazına malik olduğu məlum olmuşdur. (1 məktub və 1 arayış əlavə olunur).İddiaçının mənzil növbəliyinin ümumi əsaslarla 1985-ci ildən, çoxuşaqlı ailə imtiyazının 1989-cu ildən (4-cü övladı - 1989-cu il təvəllüdlü X1 doğum tarixindən) , övladı X1 vərəm xəstəliyinə görə imtiyazının 2007-ci ildən yaranmasına baxmayaraq, ailə vəziyyəti nəzərə alınaraq onun növbəliyi qeyd edilən və digər imtiyazların əhatə olunduğu birgə siyahı üzrə dəyişdirilmədən 1985-ci ildən saxlanılmışdır.İddiaçının davamlı çoxsaylı müraciətlərinə baxılması məqsədilə 2015-ci ildə cavabdeh orqan ünvan 2qayıt şəhər İcra hakimiyyətinin sorğusuna ünvan 2qayıt şəhər X4 tərəfindən verilmiş arayış əsasında müəyyən olunmuşdur ki, İddiaçı övladlarından xx.xx.1985-ci il təvəllüdlü X5 2008-ci ildə, xx.xx.1989-cu il təvəllüdlü X6 2010-cu ildə və 1994-cü il təvəllüdlü X2 müalicə alaraq sağaldıqlarına görə qeydiyyatdan çıxmışlar. Məlum olmuşdur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ünvan 2qayıt şəhər Baş idarəsinin məlumatına əsasən 1994-cü il təvəllüdlü X2 xx.xx.2012-ci il tarixdən 01,04.2014-cü il tarixinə kimi AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.Beləliklə, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda qalmasına hüquq yaradan əsaslar aradan qaldırılmışdır. Lakin yenə də iddiaçının ailə vəziyyəti və israrlı müraciətləri nəzərə alınaraq, o, istisna hal olaraq 1985-ci ildən güzəştli mənzil uçotunda saxlanılmış, ümumi güzəştli siyahı üzrə 117-ci olmuşdur.Şəhər ərazisində ümumi xəstəliyə görə əlillər üçün mənzil tikintisi aparılmadığı və ölkədaxili özəlləşmə siyasəti ilə əlaqədar olaraq, vətəndaşların istifadəsində olan mənzillər tam olaraq onların xüsusi mülkiyyətinə verildiyi, beləliklə dövlət mənzil fondunda boş yaşayış sahələrinin mövcud olmadığı səbəblərdən şəhər İcra Hakimiyyəti tərəfindən ev növbəsində olan göstərilən kateqoriyadan olan əlillərə yaşayış sahələri verilməmişdir.Məlumat üçün bildirir ki, ölkə rəhbərinin sərəncamına uyğun olaraq, AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən yaşayış yeri üzrə mənzil uçotuna alınmış Qarabağ və Vətən Müharibəsi əlilləri, şəhid ailələri, Çernobıl əlilləri və gözdən əlillər yaşayış sahələri ilə təmin olunur.Eyni zamanda bildirir ki, iddiaçının mənzil uçotunda olduğu dövrdə qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” AR Qanununun 43-cü maddəsinə əsasən 1-ci qrup əlillər növbədənkənar yaşayış sahəsi ilə təmin olunması nəzərdə tutulmuşdur.Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlar, o cümlədən ümumi xəstəliyə görə əlillər yaşayış sahələri ilə növbəlilik qaydasında təmin olunurlar.Sonradan iddiaçi İddiaçı cavabdeh ünvan 2qayıt şəhər İcra hakimiyyətinə qarşı “ ailə üzvləri ilə birgə mənzillə təmin olunması öhdəliyinin ünvan 2qayıt şəhər İcra hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair iddiası gündəmə gəldiyindən və mövcud vəziyyətlə əlaqədar yaşayış sahəsi ilə təmin olunması mümkün olmadığından onun mənzil növbəsindən çıxarılması məsələsinə baxılmışdır.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsas götürülərək, ünvan 2qayıt şəhər İcra hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 23 saylı sərəncamı ilə İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda qalmasına hüquq yaradan əsaslar aradan qaldırıldığından, o, uçotdan çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 nömrəli, 24 yanvar 2024-cü il tarixli sərəncamının surəti, cavabdehin M-8-068 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən sərəncamın verildiyi vaxtdan yaranmış olur. ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq icra hakimiyyəti hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan sərəncam ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 2qayıt şəhəridir və qeyd olunan ərazi üzrə yaşayış sahəsinə ehtiyacı olan şəcxslərin mənzil növbəsinə alınması səlahiyyəti yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə ünvan 2qayıt Şəhər İcra Hakimiyyətinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı ünvan 2qayıt Şəhər İcra Hakimiyyətinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı hüquqlarının pozulması barəsində ünvan 2qayıt Şəhər İcra Hakimiyyətinin tərəfindən qəbul edilmiş Sərəncamından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. Belə ki, sərəncamın qəbul edildiyi tarixin xx.xx.2024-cü il olmasını nəzərə alıb və iddiaçıya təqdim edilməsi müddətlərini hesabladıqda xx.xx.2024-cü ildə sərəncamın ləğv edilməsi məqsədilə iddiaçı ünvan 2qayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Eyni zamanda cavabdeh təşkilat tərəfindən müddətin ötürülməsi barədə hər hansı sübut da təqdim edilməmişdir. Beləliklə, təqdim edilən sübutlardan prosessual müddətin ötürülməməsi öz təsdiqini tapmışdır. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının ünvan 2qayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə ünvan 2qayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəməyə təqdim edilən sübutlara, işin araşdırılan hallarına əsasən hesab edilir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixindən güzəştli əsaslarla yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmışdır. Həmçinin, iddiaçının digər ailə üzvləri də güzəştli əsaslarla yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmış və iddiaçının ailə üzvlərinə münasibətdə əsas olmuş hallar aradan qalxdığına görə onlar mənzil uçotundan çıxarılmışlar. Lakin, cavabdeh təşkilatın da xx.xx.2024-cü il tarixli etirazında qeyd etdiyi kimi İddiaçı münasibətdə istisna hal olaraq, o, 1985-ci ildən mənzil uçotunda saxlanılmış və siyahı üzrə 117-ci şəxsdir. Cavabdeh təşkilat iddiaçının mənzillə təmin olunması bardə çoxsaylı müraciətlərini əsas alaraq, iddiaçının hüquqi vəziyyətini çətinləşdirən əlverişsiz inzibati akt olan ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti başçısının 24 yanvar 2024-cü il tarixli, 23 nömrəli sərəncamı ilə ümumiyyətlə onu mənzil uçotu siyahısından çıxartmışdır.İddiaçı da öz növbəsində sərəncam qəbul edilərkən, onun xəbəri olmadan inzibati icraat aparılması və bu səbəbdən də həmin sərəncamın ləğv edilməsini və onun mənzil növbəsinin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 24 yanvar 2024-cü il tarixli, 23 nömrəli sərəncamı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən etirazında göstərdiyi dəlillərə dair əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş və cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Nəzərə almaq lazımdır ki, inzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinin tələblərindən göründüyü kimi bu hüququn tələblərinə riayət edilməməsi inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuzluğuna səbəb olur və müvafiq olaraq həmin inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun tələbi baxımından inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görməkimkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Digər tərəfdən, sərəncamın məzmunundan müəyyən edilir ki, həmin inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi isə belə olan halda həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilməsinin mümkünlüyünü müəyyən edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının dinlənilmə hüququ təmin edilmədən, etimadın qorunması prinsipləri gözlənilmədən, başqa sözlə, inzibati akt onun mahiyyətinə əhəmiyyətli şəkildə təsir edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmadan qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 saylı, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə sərəncamının ləğv edilməli və İddiaçı yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyini cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 saylı, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə sərəncamı ləğv edilsin və İddiaçı yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən ünvan 2qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar