Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-351/2020 27.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rzaoğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə İddiaçı oğlunun cavabdehlər Cavabdehnə və X2 qarşı “8 saylı, xx xxxxxxx 2007-ci il tarixli Xilmilli Bələdiyyəsi ilə İ.Yusifov arasında 75 ha torpaq sahəsinin örüş yerləri kimi icarəyə verilməsi barədə müqavilənin və Xilmilli Bələdiyyəsinin 09/2 saylı, xx xxxxxxxx 2007-ci il tarixli qərarının ləğv edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər Cavabdehnə və X2 qarşı 8 saylı, xx xxxxxxx 2007-ci il tarixli Xilmilli Bələdiyyəsi ilə İ.Yusifov arasında 75 ha torpaq sahəsinin örüş yerləri kimi icarəyə verilməsi barədə müqavilənin və Xilmilli Bələdiyyəsinin 09/2 saylı, xx xxxxxxxx 2007-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında İddiaçı oğluna hüquqi yardım edilmiş, iddiaçı iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-351/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-351/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver