Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-352/2025 29.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə qarşı iş üzrə (Açar sözlər: media subyektinin Media Reyestrinə daxil edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı “media subyektinin Media Reyestrinə daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 13 aprel 2023-cü il tarixli, R/56 nömrəli qərarı ilə 6 aprel 2023-cü il tarixli, 00001075 nömrəli müraciət üzrə “İddiaçı Mirzəcan oğlu” media subyektinin və “Yenixeber.org” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
2. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən təqdim edilmiş CD (compact disk).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
3. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının X1rşı (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının təsisçisi olduğu “yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır, 5 iyul 1972-ci il tarixdə anadan olmuş, jurnalistdir, 27 ildən artıqdır ki, peşəkar fəaliyyətlə məşğuldur. İddiaçı həmçinin “yenixeber.org” onlayn media subyektinin təsisçisidir. “Yenixeber.org” onlayn media subyekti ictimai-siyasi məzmunlu mediadır. Gündəlik olanları özünün redaksiya siyasətinə uyğun olaraq, oxucularına çatdırır. Medianın yaydığı materialların əksəriyyəti media subyektinin özünə məxsusdur. Bəzi hallarda başqa resursların materilları da yayılır, ancaq həmin materialların yayılması zamanı istinad edilir, məlumatlar yenidən işlənilir. Qanunvericiliyə əsasən media subyektləri digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər, abunəlik və ya müqavilə olmadıqda isə digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsi istinad edilməklə istifadə oluna bilər. “Yenixeber.org” həmişə qanunun qeyd edilən maddələrinə əməl etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Media haqqında qanuna üzv ölkələrin qanunlarının keyfiyyətini yoxlayan X3 Komissiyası rəy verib, həmin rəydə də qanunun qeyd edilən müddəalarının Avropa Şurası standartlarına uyğun gəlmədiyi göstərilib. Komissiyanın rəyində bildirilmişdir ki, yeni xəbər və araşdırma materialı hazırlamaq üçün tələb edilən vaxt nəzərə alınarsa, davamlı fəaliyyətlə bağlı irəli sürülən azı 20 gün və gündəlik azı 20 kütləvi informasiya tələbi olduqca aşırı və lazımsız tələbdir. X4 üzv olan bir dövlətdə medianı tənzimləyən qanununun davamlı fəaliyyətlə bağlı tələbinin ləğv edilməli olduğunu ifadə edir. Bundan əlavə, onlayn media subyektinin reyestrə daxil edilməsi üçün irəli sürülən tələblər dövlətin ifadə azadlığı ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərlə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedenti, eləcə də BMT İnsan Hüquqları Komitəsinin təcrübəsi ilə bir araya sığmır. Cavabdehin iddiaçı haqqında çıxardığı imtina qərarı ümumiyyətlə anlaşılmazdır. Həmin qərarda istinad edilən maddələrdə digər mediaların materiallarından istifadədən bəhs edilir. İddiaçı yaydığı kütləvi informasiyalarda bəzi hallarda digər mediaların materillarına istinad edib, ancaq həmin materialları olduğu kimi yaymayıb, bütün hallarda onun üzərində işlənilib, inkişaf etdirilib. Cavabdeh iddiaçın müraciəti üzrə imtina qərarı qəbul edərkən, hər hansı əsaslandırma tətbiq etməmiş, sadəcə, ümumi şəkildə qanunvericiliyə istinad etməklə kifayətlənmişdir. Cavabdeh həmin müddəaların nəyə görə hazırkı konkret işə tətbiq edilməli olmasını əsaslandırmamışdır. Göründüyü kimi, iddiaçı sahibi olduğu onlayn media resursuna özünün yaratdığı, qanunun tələblərinə uyğun sayda kütləvi informasiyalar daxil edib. Həmin kütləvi informasiyalar redaksiyanın özünün yaratdığı kütləvi informasiyalar olub. Bu baxımdan, kütləvi informasiyalar redaksiyanın özü tərəfindən yaradıldığından cavabdehin imtina qərarındakı əsaslandırmalar ümumiyyətlə aktuallığını itirmiş olur. Cavabdeh iddaçının fəaliyyətini geniş şəkildə təhlil etdiyini, onun yaydığı kütləvi informasiyaların məzmununu, qanunun tələblərinə uyğun olub-olmadığını göstərmək üçün resursu ətraflı şəkildə nəzərdən keçirdiyini, fəaliyyətində hansı çatışmazlıqlar olduğunu, reyestrə düşə bilmək üçün bu çatışmazlıqları hansı formada aradan qaldırmalı olduğunu izah etməyib. Qanunun dilinin aydın olmaması və reyestrin idarə edilməsi səlahiyyətinin bütövlükdə cavabdehə verilməsi nəzərə alındıqda, bu məsələdə cavabdehin üzərinə daha çox yük düşürdü, o, ən azı yuxarıda sadalanan mərhələləri keçməli və bunu öz qərarında göstərməli idi. Beləliklə, iddiaçının media subyekti, kimi ifadə azadlığının xüsusiyyətləri və cavabdehə qanunla verilən geniş səlahiyyətlərin işığında, o, imtina qərarını xüsusi həssaslıqla əsaslandırmalı idi. Hazırkı işdə cavabdeh buna əməl etməmiş və iddiaçının ifadə azadlığı hüququnu pozmuşdur. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi onun media sahəsində gələcək fəaliyyətinə ciddi maneələr yaradır. İddiaçı, o cümlədən, media, redaksiya olaraq, bir sıra imkanlardan məhrum edilmiş olur. Əvvəla, reyestrə daxil olmadan fəaliyyət göstərən media redaksiyalarının bir sıra sanksiyalarla inzibati və bəzi hallarda hətta cinayət məsuliyyəti ilə üzləşmə riski vardır. Hazırkı işdə də iddiaçının reyestrə salınmasından imtina edilməsi qeyri-hüquqi olmaqla heç bir qanuni məqsəd güdmür, demokratik cəmiyyətdə zəruri deyil, hansısa təcili social ehtiyaca əsaslanmır və iddiaçının Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə təminat altına alınan ifadə azadlığı hüququnu pozur.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149, Avropa İnsan Hüquqları Konvensiyasının 10, “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İnformationsverein Lentia və digərləri Avstriya qarşı”, “Groppera Radio AG və digərləri İsveçrəyə qarşı”, “Glas Nadezhda və Elenkov Bolqarıstana qarşı”, “Meltex Ltd. X6 Ermənistana qarşı” iş üzrə Qərarlarına, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2, 13.3, 74.1, 76, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.1-ci maddələrinə istinad edilmişdir.
6. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı media subyekti və “yenixeber.org” onlayn media redaksiyası istinad olunan qanunun tələblərinə cavab vermədiyindən imtina haqqında qərar qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən “Yenixeber.org” onlayn media redaksiyasının Media Reyestrinə müraciət tarixindən əvvəlki 1 ay ərzində dərc olunan materiallarının ekspertizası həyata keçirilmiş və materiallarında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.2-ci maddələrinin pozulması ilə bağlı aşağıdakı faktlar müəyyən edilmişdir: “Yenixeber.org” veb-saytında 10 mart saat 18:00-da dərc olunan “Azərbaycanda İT mütəxəssisləri niyə çatışmır? adlı material 10 mart saat 17:39-da “Azpolitika.info” vebsaytında; 13 mart saat 09:26-da dərc olunan “Geofizika və Geologiya İdarəsində Ailə Podratı” adlı material 13 mart 08:37-də “Dia.az” veb-saytında; 16 mart tarixdə dərc olunan “Füzuli rayon İcra başçısının subsidiya maxinasiyaları...” adlı material 15 mart tarixdə “Dəryaz.az” veb saytında; 24 mart saat 11:17-də dərc olunan “Krım azadlığı üçün hücum planı...” adlı material 24 mart saat 10:25-də “Ayna.az” veb-saytında; 28 mart saat 09:10-da dərc olunan “İvan, idi domoy” deməyin zamanı – Bakı 2025-i gözləməyə bilər!” adlı material 28 mart saat 09:05-də “Musavat.com” veb saytında; 29 mart saat 22:18-də dərc olunan “Rəşad Əliyev vəzifəsindən çıxarılır?...” adlı material 29 mart saat 14:38-də “Xalqxeber.az” veb saytında; 30 mart saat 23:39-da dərc olunan “Şimalın ifşa olunan planı...” adlı material 30 mart saat 23:12-də “Modern.az” veb-saytında; 31 mart saat 11:48-də dərc olunan “X2 dərman yalanına qəzəbin səbəbi: Talıbov izi” adlı material 31 mart saat 10:19-da “Aztoday.az” veb-saytında; 4 aprel saat 09:09-da dərc olunan “Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlirdelimitasiya başlayır?” adlı material 4 aprel saat 08:50-də “Musavat.com” veb-saytlarında yerləşdirilmiş, həmin saytlardan olduğu kimi götürülərək dərc edilmişdir.
10. İddia ərizəsinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmaması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması hissəsi hazırkı mübahisənin və məhkəmə baxışının predmeti olmadığından həmin hissəyə qiymət verilməsinin məhkəmənin mülahizəsinə buraxılması bildirilmişdir.
11. Etirazın maddi hüquqi əsası kimi “Media haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 13.1, 13.2, 13.3, 60.5, 73.6, 74.1.3, 74.3, 78.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli, 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.3-cü yarımbəndinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
13. Məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, etirazı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı digər media subyektlərinin informasiyasını heç bir abunəlik və müqavilə olmadan öz saytına köçürmüşdür. Əgər abunəlik və müqavilə olmazsa, media subyekti digər media suyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Lakin məhkəməyə təqdim edilən sübut və dəlillərdə iddiaçının tam formada köçürülməsi müəyyən edilmiş və bu səbəbdən iddiaçının müraciətinin təmin olunması qeyri-mümkündür.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı izahat verərək iddianı müdafiə etmiş, iddia tələbinin təmin edilməsini xahiş edərək, imtina saytının gələcəkdəki fəaliyyətinə ciddi maneələrin yaradılmasını, imtina qərarının xüsusi həssaslıqla əsaslandırılmalı olduğunu, cavabdeh Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq müqavilələr əsasında verilən hüquqlara zidd şəkildə qərar qəbul edərək, iddiaçının ifadə azadlığının pozduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, sayta məlumat yerləşdirən zamanı mütləq önəmli istinadları qeyd edilir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
20. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 50. Məlumat azadlığı İ. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. İİ. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. İİİ. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
25. “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar; 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti; 1.1.3. media subyekti - əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs; 1.1.4. journalist - əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs; (-) 1.1.7. onlayn media - audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media; 1.1.8. informasiya agentliyi -kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media; (-)
Maddə 4. Media sahəsində dövlətin vəzifələri 4.1. Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır: 4.1.1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək; 4.1.2. Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq; 4.1.3. istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq; 4.1.4. medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək; 4.1.5. media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq; 4.1.6. media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq; 4.1.7. Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək; 4.1.8. ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.
Maddə 13. İnformasiyadan istifadə edilməsi 13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. 13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir. 13.4. Bu Qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımır. 13.5. Audiovizual proqramlardan istifadə bu Qanunun 38-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. 13.6. Bu Qanunun 38.2-ci və 38.3-cü maddələrinin tələbləri pozulduqda proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçı Şuraya müraciət edə bilər.
Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər 14.1. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir: 14.1.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir; 14.1.2. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir; 14.1.3. dövlət dili normalarına riayət edilməlidir; 14.1.4. irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir; 14.1.5. terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir; 14.1.6. əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir; 14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir; 14.1.8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir; 14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; 14.1.10. sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır; 14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir; 14.1.12. parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir; 14.1.13. pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir; 14.1.14. qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir; 14.1.15. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir; 14.1.16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir. 14.2. Yerüstü yayımçı proqramlarında bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir. 14.3. Yerüstü yayımçı proqramlarında yalnız Şuranın razılığı ilə digər dillərdən istifadə edə bilər.
Maddə 15. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar 15.1. Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir: 15.1.1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına; 15.1.2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına; 15.1.3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına; 15.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına; 15.1.5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına; 15.1.6. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına; 15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına. 15.2. Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. 15.3. Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır: 15.3.1. insan həyatının müdafiəsi üçün; 15.3.2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün; 15.3.3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün. 15.4. Bu Qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.
Maddə 16. Xarici mənbələrdən alınan informasiyanın yayılması 16.1. Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının hüquqi şəxslərinin xarici mənbələrdən, o cümlədən xarici media subyektlərindən birbaşa məlumat əldə etmək hüququ vardır. 16.2. Azərbaycan Respublikasında yerüstü yayım üçün nəzərdə tutulmuş radiotezliklərdən istifadə olunmaqla xarici televiziya və radio proqramlarının yayımlanmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. 16.3. Redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. Bu müqavilələrdə xarici çap mediası məhsulunun yayılması qaydası nəzərdə tutulmadıqda, bu məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 25. Media subyektləri 25.1. Media subyektləri aşağıdakılardır: 25.1.1. audiovizual media subyektləri; 25.1.2. çap mediası subyektləri; 25.1.3. onlayn media subyektləri; 25.1.4. informasiya agentlikləri.
Maddə 26. Media subyektinə dair tələblər 26.1. Media subyektinə dair tələblər aşağıdakılardır: 26.1.1. təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; 26.1.2. təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır; 26.1.3. media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, bu Qanunun 26.3-cü maddəsinin tələblərinə cavab verməlidır. 26.2. Bu Qanunun 26.1.1-ci və 26.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir. 26.3. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər: 26.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər; 26.3.2. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər; 26.3.3. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər. 26.4. Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər. 26.5. Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir. 26.6. Audiovizual media subyektinin iştirakçılarının tərkibində hər hansı bir dəyişiklik edilməzdən 1 (bir) ay əvvəl Şuraya məlumat verilməlidir. Şura dəyişikliyin bu Qanunun tələblərinə uyğun olması barədə 1 (bir) ay müddətində əsaslandırılmış rəy verir. Verilmiş müsbət rəy əsasında audiovizual media subyektinin iştirakçılarının tərkibində edilmiş dəyişikliyi təsdiq edən sənədlər 1 (bir) ay müddətində Şuraya təqdim olunmalıdır. 26.7. Audiovizual media subyekti Şuraya, digər media subyektləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabr ayının 30-dək təqdim etməlidir. 26.8. Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli olmalı, habelə bu Qanunun 26.1.1-ci və 26.3-cü maddələrinin tələblərinə cavab verməlidir.
26. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılaar nəzərdə tutulmuşdur:
1. Ümumi müddəalar (-) 1.2. Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. (-)
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. reyestr – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatı; 2.1.2. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldə etmək və ya informasiyadan istifadə hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, media subyektləri, habelə digər hüquqi və fiziki şəxslər; 2.1.3. iştirakçı – Reyestrin informasiya proseslərində iştirak edən dövlət orqanları (qurumları); 2.1.4. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin aparılmasını təmin edən Agentlik; 2.1.5. Media Reyestri şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) – media subyektlərinə, o cümlədən onların redaksiyalarına dair məlumatların Reyestrə daxil edilməsini təsdiq edən sənəd; (-)
3. Reyestrin fəaliyyət prinsipləri
3.1. Reyestr Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır: 3.1.1. istifadə rahatlığı – Reyestrdən istifadənin və məlumat mübadiləsinin əlavə əməliyyatlar aparılmadan təmin edilməsi; 3.1.2. fasiləsizlik – Reyestrdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi; 3.1.3. operativlik – Reyestrdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı proseslərinin sürətli şəkildə həyata keçirilməsi; 3.1.4. şəffaflıq – Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.
6. Reyestrin aparılması qaydaları
6.1. Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir. 6.2. Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində Reyestrin operatoru çatışmazlıqların olub-olmamasını yoxlayır və çatışmazlıqlar aşkar edilmədikdə Reyestrə daxil edir. 6.3. Təqdim edilmiş məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıqlar müəyyən edildikdə, müraciət edən şəxslərə, o cümlədən jurnalistlərə bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş müddətdən gec olmayaraq, çatışmazlıqlar qeyd edilməklə onların aradan qaldırılması barədə elektron qaydada bildiriş göndərilir. Çatışmazlıqlar həmin şəxslər tərəfindən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır. 6.4. Çatışmazlıqlar bu Qaydaların 6.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Agentlik tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal həmin şəxslərin yenidən müraciət etməsinə mane olmur. 6.5. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur: 6.5.1. Qanunun 26.1 – 26.5-ci və 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmadıqda; 6.5.2. fəaliyyəti davamlı olmadıqda (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 6.5.3. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.5.4. hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmadıqda; 6.5.5. fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda; 6.5.6. loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olduqda. 6.6. Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur: 6.6.1. ali təhsili olmadıqda; 6.6.2. fəaliyyət qabiliyyətli olmadıqda; 6.6.3. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə; 6.6.4. məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə; 6.6.5. media subyekti ilə əmək müqaviləsi olmadıqda (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır); 6.6.6. Reyestrə daxil edilməmiş media subyektində işlədikdə; 6.6.7. işlədiyi media subyekti davamlı fəaliyyət göstərmədikdə (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 6.6.8. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.6.9. işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olduqda; 6.6.10. jurnalistika sahəsi üzrə iş stajı 3 (üç) ildən az olduqda və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az fəaliyyət göstərdikdə; 6.6.11. jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etmədikdə; 6.6.12. fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə. 6.7. Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. 6.8. Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Agentliyə təqdim olunur və aparılmış dəyişikliklərin yenidən Reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir. (-)
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
28. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi:
29. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
30. İddiaçı tələbinin əsası kimi iddiaçı jurnalist olmaqla 27 ildən artıqdır ki, peşəkar fəaliyyətlə məşğuldur və “yenixeber.org” onlayn media subyektinin təsisçisidir. “Yenixeber.org” onlayn media subyekti ictimai-siyasi məzmunlu mediadır. Medianın yaydığı materialların əksəriyyətinin media subyektinin özünə məxsus olduğu, bəzi hallarda başqa resursların materilları da yayılır, ancaq həmin materialların yayılması zamanı istinad edildiyini, məlumatların yenidən işlənildiyini bildirmişdir. İddiaçı sahibi olduğu onlayn media resursuna özünün yaratdığı, qanunun tələblərinə uyğun sayda kütləvi informasiyalar daxil etmişdir. Həmin kütləvi informasiyalar redaksiyanın özünün yaratdığı kütləvi informasiyalardır. İddiaçının Media Reyestrinə daxil edilməsindən imtina edilməsi onun media sahəsində gələcək fəaliyyətinə ciddi maneələr yaradır, bir sıra imkanlardan məhrum edilmiş olur, bir sıra sanksiyalarla - inzibati və bəzi hallarda hətta cinayət məsuliyyəti ilə üzləşmə riski vardır (§ 4).
31. Cavabdeh isə iddiaya qarşı etiraz edərək, iddiaçı media subyekti və “yenixeber.org” onlayn media redaksiyasının qanunvericiliyin tələblərinə cavab vermədiyini bildirmiş, “Yenixeber.org” onlayn media redaksiyasının Media Reyestrinə müraciət tarixindən əvvəlki 1 ay ərzində dərc olunan materiallarının ekspertizasının həyata keçirilməsi zamanı materiallarında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.2-ci maddələrinin pozulması ilə bağlı faktların aşkar edildiyinə istinad etmişdir (§9).
32. Göründüyü kimi, cavabdehin 13 aprel 2023-cü il tarixli, R/56 nömrəli qərarı həm iddiaçıya, həm də təsisçisi olduğu “yenixeber.org” onlayn media redaksiyasına münasibətdə qəbul edilərək, onların Media Reyestrinə daxil edilməsindən imtina edilmişdir.
33. Məhkəmə nəzərə alır ki, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Beləliklə, iddiaçının əvvəlki iclaslarda verdiyi izahatlarından onun tələb üzrə mövqeyinin aydın olduğunu nəzərə alaraq, iş materialında olan sənədlərlə və qanunvericiliyin müddəaları ilə müəyyən edilir ki, hazırkı tələb – cavabdehin 13 aprel 2023-cü il tarixli, R/56 nömrəli qərarının qismən ləğv edilməsi və iddiaçının təsisçisi olduğu “yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir.
35. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqanın 13 aprel 2023-cü il tarixli, R/56 nömrəli qərarı ilə 6 aprel 2023-cü il tarixli, 00001075 nömrəli müraciət üzrə “İddiaçı Mirzəcan oğlu” media subyektinin və “Yenixeber.org” onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsindən imtina olunmuşdur.
36. Qərarda qeyd olunmuşdur ki, 6 aprel 2023-cü il tarixli, 00001075 nömrəli müraciətdə iddiaçı media subyektinin və “Yenixeber.org” onlayn media redaksiyasının Media Reyestrinə daxil iəsİ xahiş edilmişdir. Təqdim edilmiş sənəd və məlumatlar araşdırılmaqla belə nəticəyə gəlinmişdir ki, iddiaçı media subyektinin və “Yenixeber.org” onlayn media redaksiyasınına Reyestrinə daxil edilməsindən imtina olunmalıdır. Belə ki, “Media haqqında" Azərbaycan Respublikası Qanununun 74.1.3-cü maddəsinə əsasən, Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxsin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır. Buna baxmayaraq, iddiaçı media subyekti və “Yenixeber.org” onlayn media redaksiyası istinad olunan maddənin tələbinə cavab vermir. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən Media Reyestrinə daxil edilmək üçün müraciət şəxslər bu Qanunun 74.1-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5.3cü bəndinə görə fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən andırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir.
37. Bununla da müəyyən olunur ki, “Media haqqında" Azərbaycan Respublikası Qanununun 74.1.3-cü maddəsinin tələbləri çərçivəsində “Media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina haqqında” qərar qəbul edilmişdir.
38. Qeyd oluna Qanunun 74.3-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir.
39. Qanunun 74.1-ci maddəsinə əsasən, Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: 74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;
40. Qanununun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
41. Məhkəmə iclasında cavabdehin istinad etdiyi məlumatlar internet resurslarında vebsaytların səhifələrinə daxil edilməklə (məhkəmə iclas katibinin vasitəsilə və iddiaçının, o cümlədən cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı ilə) araşdırılmışdır.
42. Eyni zamanda, cavabdeh tərəfindən istinad olunmuş məlumatların olduğu CD-yə (Compact Disk) baxış keçirilmişdir.
43. “Media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina haqqında” qərarın qəbul edilməsinə əsas olmuş iş materialına əlavə edilmiş sənədlərə daxildir: “Xalqxeber.az” veb-saytında dərc olunan “Rəşad Əliyev vəzifəsindən çıxarılır? – İdarə rəisi Adil Kərimlinin islahatlarından təşvişə düşüb?” adlı məqəladən elektron çıxarış. “Müsavat” veb-saytında dərc olunan ““İvan, idi domoy!” deməyin zamanı – Bakı 2025-i gözləməyə bilər!” adlı məqalədən elektron çıxarış. “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” adlı məqalədən elektron çıxarış. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Azərbaycanda İT mütəxəssisləri niyə çatışmır? - “İKT güzəştlər paketi gec qəbul olunsa da ...” məqaləsinin “azpolitika.info” vebsaytında dərc edilmiş “Azərbaycanda İT mütəxəssisləri niyə çatışmır? - “İKT güzəştlər paketi gec qəbul olunsa da ...” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Geofizika və Geologiya İdarəsində Ailə Podratı - De-Fakto” məqaləsinin “dia.az” veb-saytında dərc edilmiş “Geofizika və Geologiya İdarəsində Ailə Podratı - Bu nədi belə?” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Füzuli Rayon İcra başçısının subsidiya maxinasiyaları “Köhnə” şəhid ailələri ilə “təzə” qaziləri üz-üzə qoyub - Video” məqaləsinin “dəryaz.az” veb-saytında dərc edilmiş “Füzuli Rayon İcra başçısının subsidiya maxinasiyaları “Köhnə” şəhid ailələri ilə “təzə” qaziləri üz-üzə qoyub- Video” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” məqaləsinin “ayna.az” veb-saytında dərc edilmiş “Krımın azadlığı üçün hücum planı: “Bu, müharibə həlledici əməliyyat olacaq” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş ““İvan, idi domoy!” deməyin zamanı - Bakı 2025-i gözləməyə bilər!” məqaləsinin “Müsavat” veb-saytında dərc edilmiş ““İvan, idi domoy!” deməyin zamanı - Bakı 2025-i gözləməyə bilər!” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Şimalın ifşa olunan planı: X5 həbs edəcəkmi?” məqaləsinin “modern.az” veb-saytında dərc edilmiş “Şimalın ifşa olunan planı: X5 həbs edəcəkmi?” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “X2 dərman yalanına qəzəbin səbəbi: Talıbov izi - De-Fakto” məqaləsinin “aztoday.az” veb-saytında dərc edilmiş “X2 dərman yalanına qəzəbin səbəbi: Talıbov izi - De-Fakto” məqaləsi ilə müqayisəli video. “Yenixeber.org” veb-saytında dərc edilmiş “Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlir - delimitasiya başlayır?” məqaləsinin “Müsavat” veb-saytında dərc edilmiş “Azərbaycanla sərhədə indi də “rus NATO-su” gəlir - delimitasiya başlayır?” məqaləsi ilə müqayisəli video.
44. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ
46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 13 aprel 2023-cü il tarixli, R/56 nömrəli qərarının qismən ləğv edilməsi, İddiaçı təsisçisi olduğu “yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova