Məhkəmə qərarları › İş №2-1(118)-3523/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3523/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3523/2022 23.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli 5727 saylı doğum haqqında akt qeydində onun doğum yerinin “Rusiya Federasiyası, Moskva şəhəri”ndən - “İsrail Respublikasının Hayfa şəhəri”nə düzəliş olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2001-ci ildə İsrail Respublikasının Hayfa şəhərində anadan olmuş, atası X3, anası isə X2. ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda ünvan 2aşayır. Onun doğum haqqında akt qeydində doğum yeri səhvən Rusiya Federasiyası Moskva şəhəri kimi qeyd olunub. Əslində isə onun doğum yeri İsrail Respublikasının Hayfa şəhəridir. Bu X4 İşlər Nazirliyi Diri Doğuş barədə 21 217983 2 saylı arayışı ilə də öz təsdiqini tapır.Bunun üçün o, Cavabdehnə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli 5727 saylı doğum haqqında akt qeydində doğum yerinin “Rusiya Federasiyası, Moskva şəhərhndən - “İsrail Respublikasının Hayfa şəhəri’’nə düzəliş olunmasını xahiş etmiş, lakin Cavabdeh tərəfindən onun xahişi təmin olunmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı doğum yeri səhvən Rusiya Federasiyası Moskva şəhəri kimi qeyd olunub.Onun doğumu qeydə alınarkən texniki səhvə yol verilib. Doğum yeri barədə hər hansı bir sənəd olmadığı halda onun doğum yeri Rusiya Federasiyası Moskva şəhəri kimi qeyd olunub. Onun iddia tələbinə dair heç bir etirazları yoxdur. Ona görə də hazırkı ərizə ilə sizə müraciət edir. Bundan başqa cavabdeh qeydiyyat şöbəsinin iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-207/62 nömrəli imtina məktubu, etiraz ərizəsi, Nikah haqqında şəhadətnamənin surəti, Doğum haqqında şəhadətnamənin surəti, X4 İşlər Nazirliyi Diri Doğuş barədə 21 217983 2 arayışın notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun doğum şəhadətnaməsində yanlışlığın yazıldığı vaxtdan yaranmış olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh hazırkı iddiaya cavab verməli olan orqandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163-cü maddəsinə əsasən, akt qeydin ləğv edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə verilən səlahiyyətdir. Hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh məhkəmənin qərarının olmaması səbəbindən akt qeydində düzəlişin edilməsindən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı verməkdə haqlı olmuşdur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən iddiaçının müraciətinin yerinə yetirilməsindən imtina olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı övladlarının soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/Q-207/62 nömrəli məktubu ilə iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasından ibarətdir. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia tələbindən məlum olur ki, cavabdeh təşkilatın ünvanı Sumqayıt şəhərinda yerləşir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2001-ci ildə İsrail Respublikasının Hayfa şəhərində anadan olmuşdur. İddiaçıya Cavabdeh tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 5727 nömrəli doğum haqqında akt qeydində doğum yeri səhvən Rusiya Federasiyası Moskva şəhəri kimi qeyd olunub. İş materiallarına əlavə edilmiş X4 İşlər Nazirliyi Diri Doğuş barədə 21 217983 2 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçının doğum yeri İsrail Respublikasının Hayfa şəhəridir. Bu fakt cavabdeh inzibati orqan özünün məhkəməyə təqdim etdiyi ərizəsində də qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli 5727 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək İddiaçı doğum yerinin “İsrail Respublikasının Hayfa şəhəri’’ kimi yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81.1 və 85.1 maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli 5727 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək İddiaçı doğum yerinin “Rusiya Federasiyası, Moskva şəhəri”ndən - “İsrail Respublikasının Hayfa şəhəri”nə düzəliş edilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar