Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3530/2022 14.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı “cavabdeh tərəfindən təşkil edilmiş “Azərbaycanda məşğulluğa dəstək” layihəsinə müvafiq olaraq, “Kiçik foto atelye” istiqaməti üzrə aktivlərlə təmin edilməsi vəzifəsinin Agentliyin üzərinə qoyulması, aktivlərlə təmin edilmədiyi müddət ərzində isə ona dəymiş 6000 manatlıq əldən çıxmış faydanın cavabdeh tərəfindən tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı iddia qaldıraraq “cavabdeh tərəfindən təşkil edilmiş “Azərbaycanda məşğulluğa dəstək” layihəsinə müvafiq olaraq, “Kiçik foto atelye” istiqaməti üzrə aktivlərlə təmin edilməsi vəzifəsinin Agentliyin üzərinə qoyulması, aktivlərlə təmin edilmədiyi müddət ərzində isə ona dəymiş 6000 manatlıq əldən çıxmış faydanın cavabdeh tərəfindən tutularaq ona ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 09 dekabr 2022-ci il tarixdə məhkəməyə İddiaçı “sənədlərinin geri qaytarılması”na dair ərizəsi daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-3530/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3530/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver