Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3534/2023 20.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “məhkəmə tərəfindən müstəqil tibb komissiyasının təyin edilməsi və komissiyanın rəyinə əsaslanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatını müəyyən etmək öhdəliyinin qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd eidlmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci ildə doğulmuş övladı X4 xx.xx.2009-cu il tarixində Abşeron rayonu Xırdalan şəhərində yerləşən Uşaq Poliklinikasında “AGDT” (göy öskürəkə qarşı peyvənd) və “OPV” (polimielitə qarşı peyvənd) vurulduqdan sonra ağır şəkildə göy öskürək keçirmiş və epileptik tutmalar başlamışdır. Həmin tarixlərdə “Atlas Medikal” tibb mərkəzində MRT müayinəsində olmuş və baş beyin mədəciklərinin genişlənməsi, maye dövranının pozulması aşkar edilmişdir. 2009-cu ilin sonlarında müalicə və diaqnostika məqsədi ilə Ukrayna Respublikasının Xarkov şəhər Nevroloji İnstitutuna baş vurmuşdurlar. Burada stasionar şəraitində bir sıra müayinələrdən keçdikdən sonra “Baş beyin Hidrosefaliyası” diaqnozu təsdiq olunmuşdur. EEQ müayinələrinin nəticəsində epileptik ocaqların tapılmamasına baxmayaraq, epileptik tutmalar davam edirdi. Burada aldığı uzun müddətli müalicələrdən sonra ölkəyə geri dönmüşdürlər. 2010-cu ildə Nərimanov rayon 4 saylı Psixonevroloji Dispanserdə müayinələrdən keçərkən “Autizm-Kanner” sindromu diaqnozu qoyulmuşdur. Bu tarixlərdən bəri mütəmadiən həkim qəbulunda olmuş bir çox pedoqoji və psixoloji dərslər almışdır. Eyni zamanda epileptik tutmalar davam etmiş, qəbul etmiş olduğu “Depakin 600 mg” preparatı öz effektivliyini göstərməmişdir. 2016-cı ildə X1 əlilliyi təsdiqlənmişdir. 2022-ci il sentyabr aylarında pensiya müddəti bitmiş, yenidən komissiyadan keçərək 2-ci dərəcəli əlillik təyin edilmişdir. Alınan müalicələr oğlunun psixinevroloji inkişafına müsbət təsirini göstərmədiyindən, hal-hazırda özünü idarə etmə, bir sıra düşüncə və davranış pozuntularından əziyyət çəkir. Bu psixoloji vəziyyətinə uyğun olaraq başqalarının qayğısına möhtacdır. İddia ərizəsinə əlavə etdiyi bütün tibbi arayışlara baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hec bir əsaslı dəlil gətirmədən oğluna 1 -ci dərəcəli əlillik təyin etməkdən imtina edir. Bu səbəbdən də, məhkəmə tərəfindən onun hüquqları bərpa edilməli, oğlu X2 ədalətli şəkildə əlillik təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə bildiririk ki, əlillik altsistemində İddiaçı göndərişlə əlilliyin qiymətləndirilməsi ilə bağlı heç bır müraciəti (Forma 88) Agentliyə daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Hal-hazırda, iddiaçıya göndərişlə (Forma 88) əlilliyinin qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısıla müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdınlır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. Belə ki, hazırki iddia tələbi məcburtmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı onun oğluna müəyyən edilmiş uşaq autizmi diaqnozundan narazı olmaqla həmin diaqnozun autizm-kanner ilə əvəz edilməsini istəyir. Bu halda məhkəmə iddianın uğurululuq ehtimalı baxımından qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməmiş olsa di belə mövcud iddia tələbi uğurlu ola bilməzdi. Belə ki, iddiaçı onun oğluna müəyyən edilmiş diaqnozdan narazıdırsa bu halda həmin dianozu verən xəstəxanaya qarşı iddia qaldırmaqla göndərişi mübahisələndirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, o istədiyi müvafiq göndərişin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi ilə bağlı səlahiyyətli sağlıq müəssisəsinə müraciət edə bilər, həmin qurumun hərəkətlərindən narazı qalarsa, o quruma qarşı iddia qaldıra bilər. İstədiyi müvafiq göndəriş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriləndən sonra, həmi qurumun qərarından narazı qalarsa, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3534/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3534/2023
20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver