Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-355/2021 12.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Adabəy oğlunun iştirakı ilə İddiaçı Adabəy oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9rşı “Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı X11 imtinası əsassız hesab olunması və Xaçmaz rayonu, Müqtədir qəsəbəsi, Nizami küçəsi 19-da yerləşən 0,18 hektar torpaq sahəsinin yenidən ölçülərək adına olan hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin DƏDRX-nin 5 saylı X8 üzərinə öhdəlik qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9rşı yuxarıda qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin qərarı ilə Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində 0.07 ha yaşayış məntəqəsinin yerləşdiyi torpaq sahəsi və üzərində yerləşən evə iddiaçının adına müvafiq çıxarış verilmişdir. Həmin mülk babası X1 məxsus olmuş, ümumi sahəsi 0.18 hektardır və hal-hazırda iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsindən 0.07 ha hissəsi anası X3 adından rəsmi olaraq vərəsəlik hüququ əsasında iddiaçının adına keçərək hüququ rəsmiləşmişdir. Halbuki, həmin torpaq sahəsi faktiki olaraq 0.25 hektar olduğu halda iddiaçının adına 0.07 hektar hissəsi rəsmiləşmişdir. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqularının tam olaraq yenidən ölçülüb daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 müraciət etmişdir. Cavabdeh təşkilat iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli məktubla cavab verərək həmin ərazinin yenidən ölçülüb iddiaçının adına çıxarış verilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, göstərilən 0.18 ha torpaq sahəsinə yenidən çıxarışın verilməsi onların səlahiyyətində deyildirsə müvafiq olaraq məhkəmə qaydasında həll olunandan sonra hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə baxıla bilər. İddiaçı hesab edir ki, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində 0.18 ha yaşayış məntəqəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində yenidən ölçülüb qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 həvalə olunmalıdır. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ vardır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı əsasında yaranır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Hüquqların Dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun istifadəsində 0.25 ha torpaq sahəsi var. 0.07 ha anasının adına olub, 0.18 ha babasının adına olub. 0.07 ha anasının adına olan torpaq sahəsinə mülkiyyət sənədi alsada, 0.18 ha sahəyə mülkiyyət sənədi ala bilmir. Ona görədə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı 0.25 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********69 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, 5 saylı X11 kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının adına müvafiq X5 qərarı ilə ərizədə göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 0.07 ha ölçüdə JN-331F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ” Göstərilənləri nəzərə alaraq, müraciətdə qeyd olunan torpaq sahəsinin 0.25 ha ölçüdə bərpa edilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddiaya etiraz edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı deyil. Belə ki, iddiaçı qeyd edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin qərarı ilə Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində 0.07 ha yaşayış məntəqəsinin yerləşdiyi torpaq sahəsi və üzərində yerləşən evə iddiaçının adına müvafiq çıxarış verilmişdir. Halbuki, həmin torpaq sahəsi faktiki olaraq 0.25 hektar olduğu halda iddiaçının adına 0.07 hektar hissəsi rəsmiləşmişdir. Cavabdeh isə qeyd edir ki, 5 saylı X11 kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının adına müvafiq X5 qərarı ilə ərizədə göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 0.07 ha ölçüdə JN-331F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Qeyd olunan torpaq sahəsinin 0.25 ha ölçüdə bərpa edilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir. Həmçinin “Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddia rədd edilməlidir. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İş materiallarından göründüyü kimi X2 verilmiş miras əmlak X4 verilmiş **********87- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 187.7 kv.m olan fərdi yaşayış evindən və 0.07 ha torpaq sahəsindən ibarətdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İddiaçı 0.18 ha torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınmasını istəsədə, qeydiyyata əsas ola biləcək sənədləri inzibati orqana və məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Bu halda, müraciətdə qeyd olunan torpaq sahəsinin 0.25 ha ölçüdə bərpa edilməsi cavabdehin səlahiyyətlərinə aid edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmur və imtina əsaslı olduğuna görə iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-355/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-355/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver