Məhkəmə qərarları › İş №2-1(118)-3553/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3553/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3553/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X14-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “ölüm haqqında akt qeydinə düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 fevral 2025ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş 10 saylı, xx.xx.1984-cü il tarixli ölüm haqqında akt qeydində ölənin soyadının “Allahverdiyeva”dan “Allahverənova”ya, adının “Urquya”dən “Ruqiyyə”yə, ata adının “Mösüm”dən “Mönsüm”ə və Cavabdeh tərəfindən tərtib olunmuş 1084 saylı, xx.xx.2023-cü il tarixli ölüm haqqında akt qeydində ölənin adının “Allahverdi”dən “Allahverən”ə dəyişiklik olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X1 xx.xx.1959-cu ildə Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. xx.xx.2024-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir. Atasının ölümündən sonra Sumqayıt "ASAN xidmət" mərkəzinə notarius şöbəsində vərəsəlik işi ilə bağlı müraciət etdikdə nənə və babasının ölüm haqqında şəhadətnamələrini tələb etmişlər. İddiaçı ölüm haqqında təkrar şəhadətnamələri almaq üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 10 saylı, xx.xx.1984-cü il tarixli ölüm haqqında akt qeydi nəzərdən keçirilərkən ölənin soyadı “Allahverənova" deyil “Allahverdiyeva”, adı “Ruqiyyə” deyil "Urquya”, ata adı “Mönsüm” deyil “Mösüm” və eyni zamanda, Cavabdeh tərəfindən tərtib olunmuş 1084 saylı, xx.xx.2003-cü il tarixli ölüm haqqında akt qeydi nəzərdən keçirilərkən ölənin adı “Allahverən" deyil “Allahverdi” kimi yazıldığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 10 saylı, xx.xx.1984-cü il tarixli ölüm haqqında akt qeydində ölənin soyadına “Allahverdiyeva”dan “Allahverənova”ya, adına “Urquya”dan “Ruqiyyə’’yə, ata adına “Mösün”dən “Mönsüm”ə və Cavabdeh tərəfindən tərtib olunmuş 1084 saylı, xx.xx.2003-cü il tarixli ölüm haqqında akt qeydində ölənin adına “Allahverdi”dən “Allahverən”ə dəyişiklik olunmasına dair ərizə ilə müraciət etmişdir. Qeydiyyat şöbəsində iddiaçıya izah olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Ölüm haqqında akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh 3-16-5/8-62/163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən tərtib olunmuş 10 saylı, xx.xx.1984-cü il tarixli ölüm haqqında akt qeydində ölənin soyadı “Allahverdiyeva”, adı “Urquya”, ata adı “Mösüm” və Cavabdeh tərəfindən tərtib olunmuş 1084 saylı, xx.xx.2003-cü il tarixli ölüm haqqında akt qeydində ölənin adı “Allahverdi” kimi qeyd edilməsinə baxmayaraq, Qubadlı rayon Teymur Müskanlı İ.N tərəfindən tərtib olunmuş 24 saylı, xx.xx.1959-cu il tarixli nikah haqqında akt qeydində kişi bəndində adı “Allahverən” qadın bəndində evlənəndən sonra soyadı “Allahverənova” atasının adı “Mönsüm”, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 14 saylı, xx.xx.2024-cü il tarixli doğum haqqında bərpa akt qeydində soyadı “Allahverənov”, atasının adı “Allahverən” kimi qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizəyə əsasən dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildiririk ki, təqdim etdiyiniz sənədlər arasmda ziddiyyət olduğu üçün Cavabdeh tərəfindən tərtib olmuş 10 saylı, xx.xx.1984-cü il tarıxli ölüm haqqında akt qeydində ölənin soyadına “Allahverdiyeva”dan “Allahverənova”ya, adına “Urquya"dan “Ruqiyyə”yə, ata adına “Mösüm”dən “Mönsüm”ə və Cavabdeh tərəfindən tərtib olunmuş 1084 saylı, xx.xx.2023-cü il tarixli ölüm haqqında akt qeydində ölənin adına “Allahverdi”dən “Allahverən”ə dəyişiklik edilməsi imkanımız xaricindədir. Ölüm haqqında akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edə bilərsiniz.”.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Qubadlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-ü il tarixli, 3-16-5/8- 1xx-xx/2024 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1959-cu ildə Quba rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. Bu barədə 29 noyabr 2024-cü il tarixdə Qubadlı Rayon Qeydiyyat Şöbəsində 14 №-li doğum haqqında bərpa aktı tərtib olunmuşdur. Atası: X2, milliyəti: azərbaycanlı; anası X7, milliyəti azərbaycanlı. Qeyd 1: Bərpa olunan doğum xx.xx.1959-cu ildə 59 №-li akt qeydi ilə Qubadlı rayon Teymur Müskanlı icra nümayəndəliyində qeydiyyata alınmışdır. Qeyd 2: 09 oktyabr 2024-cü ildə vəfat etmiş İ.A.Allahverənovun ölümü 12 oktyabr 2024-cü il tarixdə 671 №-li akt qeydi ilə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.

12. AZ-İİ 457980 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ölmüşdür və xx.xx.2024-cü il tarixli, 671 nömrəli ölüm akt qeydi ilə qeydə alınmışdır.

13. İİİ-ЖГ 262156 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə ölmüşdür və bu barədə xx.xx.1984-cü il tarixli akt qeydi tərtib edilmişdir. Şəhadətnamədə şəxsin soyadı, adı və ata adı “X8” kimi göstərilmişdir.

14. AZ-İ 065624 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2003-cü il tarixdə ölmüşdür və bu barədə xx.xx.2003-cü il tarixli akt qeydi tərtib edilmişdir. Şəhadətnamədə şəxsin adı “Allahverdi” kimi göstərilmişdir.

15. İddiaçı məxsus Х-ЖГ 386817 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X1 qeyd edilmişdir.

16. Məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-5xx/xx/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X4 adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 14 saylı doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Doğum akt qeydində ata haqqında məlumat hissəsində ad, soyad və ata adı “X2”, ana haqqında məlumat hissəsində isə ad, soyad və ata adı “X7” kimi qeyd edilmişdir.

17. Məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-47xx/xx-2024 nömrəli məktubdan görünür ki, X4 barəsində tərtib olunmuş xx.xx.2003-cü il tarixli, 1084 saylı ölüm haqqında akt qeydinin və X5 barəsində tərtib edilmiş xx.xx.1984-cü i tarixli, 10 saylı ölüm akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.2003-cü il tarixli, 1084 saylı ölüm haqqında akt qeydində ölənin adı “Allahverdi”, xx.xx.1984-cü il tarixli, 10 saylı ölüm akt qeydində “X13” kimi qeyd edilmişdir.

IV. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

20. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 8.12. Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir.

V. Məhkəmənin mövqeyi

22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

23. İş materiallarında olan sənədlərə əsasən, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı atasının ölümündən sonra Sumqayıt "ASAN xidmət" mərkəzinə notarius şöbəsində vərəsəlik işi ilə bağlı müraciət etdikdə nənə və babasının ölüm haqqında şəhadətnamələrin tələb etmişlər. İddiaçı ölüm haqqında təkrar şəhadətnamələri almaq üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 10 saylı, xx.xx.1984-cü il tarixli ölüm haqqında akt qeydi nəzərdən keçirilərkən ölənin soyadı “Allahverənova” deyil “Allahverdiyeva”, adı “Ruqiyyə” deyil "Urquya", ata adı “Mönsüm” deyil “Mösüm” və eyni zamanda, Cavabdeh tərəfindən tərtib olunmuş 1084 saylı, xx.xx.2003-cü il tarixli ölüm haqqında akt qeydi nəzərdən keçirilərkən ölənin adı “Allahverən” deyil “Allahverdi” kimi yazıldığı müəyyən edilmişdir.

24. İddiaçının mərhum babasının barəsində Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-ü il tarixli, 3-16-5/8-1xx-xx/2024 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1959-cu ildə Quba rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. Həmçinin xx.xx.1959-cu il təvəllüdlü X4 adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 14 saylı doğum haqqında akt qeydində X6 qeyd edilmişdir.

25. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilmiş məhkəmə sorğusuna əsasən xx.xx.2025-ci il tarixli, 3-16-5/8-5xx/xx/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X4 adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 14 saylı doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Doğum akt qeydində ata haqqında məlumat hissəsində ad, soyad və ata adı “X2”, ana haqqında məlumat hissəsində isə ad, soyad və ata adı “X7” kimi qeyd edilmişdir.

26. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Bu səbəbdən, ölüm haqqında akt qeydlərində düzəliş edilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin olunsun. Cavabdeh tərəfindən tərtib olunmuş 10 saylı, xx.xx.1984-cü il tarixli ölüm haqqında akt qeydində ölənin soyadının “Allahverdiyeva”dan “Allahverənova”ya, adının “Urquya”dən “Ruqiyyə”yə, ata adının “Mösüm”dən “Mönsüm”ə və Cavabdeh tərəfindən tərtib olunmuş 1084 saylı, xx.xx.2023-cü il tarixli ölüm haqqında akt qeydində ölənin adının “Allahverdi”dən “Allahverən”ə dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X14-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar