Məhkəmə qərarları › İş №2-1(118)-3555/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3555/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3555/2023 24.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yerquruluşu sxeminin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yerquruluşu sxeminin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən 17.7 kv m ölçüdə ev iddiaçının mülkiyyətindədir. 2003cü ildən torpaq sahəsi onun istifadəsindədir. Lakin 2018-ci ildə torpaq sahəsinə gedərkən başqa şəxs tərəfindən zəbt edildiyini görmüşdür. O, torpaq sahəsindən çıxarma barədə iddia ilə məhkəməyə müraciət etmişdir. hazırd torpaq sahəsinin koordinatları və yerləşmə sxeminin təqdim edilməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı o, yerquruluşu sxeminin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən olunduğu kimi mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşir. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələlərdi Dövlət Xidmətinə müraciət edərək mübahisə predmeti olan torpaq sahəsinin Bakı şəhəri və ya Abşeron rayonu ərazisinə aid olmasını müəyən etməyə çalışmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs bildirmişdir ki, torpaq sahəsinə texniki baxışın keçirildiyi təqdirdə qeyd edilən məsələyə münasibət bildiriləcəkdir. Müvafiq reyestr xidmətləri bəzi hallarda Bakı şəhərinin ərazisində yerləşən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi ilə bağlı məktublar versə də, məhkəmə təcrübəsindən müəyyən edilmişdir ki, Bakı şəhəri Buzovna qəsəbəsinə aid torpaq sahələri Cavabdeh idarəçiliyində olmaqla, faktiki olaraq Bakı şəhəri inzibati ərazisində yerləşir. Məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Bundan başqa Cavabdeh iddia ərizəsinə etirazında da mübahisəli torpaq sahəsinin vaxtilə Cavabdeh istifadəsində olmuş, Azərbaycan Respubikası Prezidentinin 13 iyun 2008-ci il tartixli 2866 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla inzibati məhkəmələrdə baxılmalı olan mübahisə olsa da, iddiaçı müstəsna aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Halbuki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yerquruluşu sxeminin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yerquruluşu sxeminin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)-3555/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar