Məhkəmə qərarları › İş №2-1(118)-3557/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3557/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3557/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi ” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Мəmmədov Тurqut Rza oğlunun adına verilmiş JN-241F kod 30318018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və X27 JN-237F kod З0З10018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edib qeyd edilən sənədin tərtibi və həmin sənəd əsasında çıxarış verən şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Küpçal bələdiyyəsi tərəfindən 21 avqust 2004-cü il tarixli 21 saylı qərarı və Quba rayonu Küpçal bələdiyyəsinin 21 avqust 2004 tarixli 21 saylı qərarı ilə iddiaçı və digər qardaşları X31, X36; X16 və X11 Aqrar İslahat dövründə verilmiş şəhadətnamə və hər birinə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və hər birinin adına ayrıca “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənmişdir. Onlar sonradan hər birinə düşən 0,12 ha torpağı birləşdirərək onun adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışı almışdır. Lakin buna baxmayaraq Bakı şəhər sakini X48 və X32 0,42 ha saxtakarlıq edərək guya 22 mart 2006cı il tarixdə onların torpağın 0,30 ha hissəsini ona satdığı barədə alqı-satqı müqaviləsi əldə edərək ləğv edilmiş DT və XK-nın Quba rayon Şöbəsi vasitəsilə öz adına 05 aprel 2006-cı il tarixli və XK-nın Quba rayon Şöbəsi vasitəsilə öz adına 05 aprel 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsiə dair” şəhadətnamə' əldə edərək onun torpağının 0,72 ha hissəsini zəbt etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-7383/2024 nömrəli qərardadına əsasən X48 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3557/2025 nömrəli qərardadına əsasən X33 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunması, Azərbaycan Respublikası DT və XK-i tərəfindən Quba rayon Notariat Kontorunun 01 oktyabr 2005-ci il tarixli, 4-Ə-957, 959, 966 və 1023 24 reyestr nömrəli alqı-satqı nüqavilələri əsasında Quba rayonu Küpçal kəndi ərazisində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinə dair X27 adına 07 noyabr 2005-ci il tarixdə verilmiş JN 237F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Azərbaycan Respublikası DT və XK-i tərəfindən Quba rayon Notariat kontorunun 22 mart 2006-cı il tarixli, 4-Ə-104 saylı alqısatqı müqaviləsi əsasında Quba rayonu Küpçal kəndi ərazində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinə dair X34 adına 05 aprel 2006-cı il tarixdə verilmiş JN 241F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, X34 05 aprel 2006-cı il tarixdə adına verilmiş JN 241F kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,30 ha həyətyanı torpaq sahəsini X2 dair Quba rayon DNK-nın 4-Ə-505 saylı, 15 iyul 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsi; X27 həmin alqı-satqı müqaviləsi əsasında aldığı 0,30 ha həyətyanı torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH №0001498 saylı, **********98 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarış; Quba rayonu Küpçal kəndi ərazisində yerləşən ümumilikdə 0,72 ha torpaq sahəsinə dair X27 adına verilmiş AR Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA0117204 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarış; X27 Quba rayonu, Küpçal kəndi ərazisində yerləşən adına olan 0,72 ha torpaq sahəsindən etibarnamə əsasında 0,08 ha torpaq sahəsini X21, 0,08 ha torpaq sahəsini X12, 0,08 ha torpaq sahəsini X28, 0,08 ha torpaq sahəsini X3 dair Quba rayon Notariat Kontorunda 15 sentyabr 2012-ci il tarixdə təsdiq olunmuş Daşınmaz Əmlakın AN-İ № ******* saylı və 0,08 ha torpaq sahəsini X6, 0,08 ha torpaq sahəsini X7, 0,08 ha torpaq sahəsini Babaşov Vəli Vəli oğluna və 0,08 ha torpaq sahəsini X1 dair Quba rayon Notariat Kontorunda 15 sentyabr 2012-ci il tarixdə təsdiq olunmuş Daşınmaz Əmlakın AN-İ № ******* saylı alqı-satqı müqavilələri; X18 15 sentyabr 2012-ci il tarixli, AN-İ №0313674 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X8 15 sentyabr 2012-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0132867 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və Torpaq sahəsinin planı və ölçüsü; X22 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0132866 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X4 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; Babaşov Vəli Vəli oğlunun 15 sentyabr 2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü; X13 15 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Küpçal kəndi ərazisindən aldığı 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və **********94 torpaq sahəsinin planı və ölçüsü; X13 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən adına dövlət qeydiyyatına alınmış Quba rayonu, Küpçal kəndi ərazisində olan 0,08 ha torpaq sahəsini qızı X14 bağışlamasına dair Quba rayon Notariat Kontorunda tərtib və təsdiq olunmuş 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi; X15 Quba rayon Notariat Kontorunun 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi əsasında Quba rayonu, Küpçal kəndi ərazisindən yerləşən 0,08 ha torpaq sahəsinə dair adına verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № 0200598, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış və ********** reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, Quba rayonu, Küpçal kəndində yerləşən 0,72 ha torpaq sahəsinə İddiaçı Şıxseyid oğlu, X29, X36, X31 və X9 mülkiyyət hüququ üzrə sahiblik, istfadə və sərəncam vermə faktlarının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-174/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh X27 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X35 və X5 apellyasiya şikayətləri təmin edilərək Quba Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(027)-2236/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar İddiaçı Şıxseyid oğlu, X31, X36, X29 və X9 cavabdehlər X42 və X37 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba Rayon Küpçal Bələdiyyəsi, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, Quba rayon Notariat Kontoru, X35, X23, X38, X43, X19, X20, Babaşov Vəli Vəli oğlu, X30 və X24) şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2443/2023 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçılar X29, İddiaçı Şıxseyid oğlu, X36, X31 və X25 (Vəkil X26) tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi şəhadətnamələrin etibarsız hesab edilməsi və onların verilməsinə əsas olmuş alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 2(105)-174/2023 nömrəli qətnamə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən də iddiaçının yenidən şəhadətnamələrin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ tükənmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar