Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3559/2022 02.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayonu Şirvanlı Bələdiyyəsinə qarşı “Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışır ki, Qusar rayon Qullar Bələdiyyəsinin (hazırda Şirvanlı) xx.xx.2007-ci il tarixli, 08 saylı Sərəncamına əsasən 25 hektar torpaq sahəsi, 30 il müddətinə iddiaçı tərəfindən icarəyə götürülmüşdür. 8 saylı, xx.xx.2005-ci il tarixli Qərara əsasən istifadədə olan torpaq sahəsi qanunusuz yolla X1. Saxta yollarla hazırlanan xx.xx.2005-ci il tarixli 8 saylı Qərara və xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair müqaviləyə əsasən və iddiaçının illərdir istifadəsində olan torpaq sahəsi qanunsuz yolla, köhnə tarixə, sənədlər saxtalaşdırmaqla X3, o da öz növbəsində torpaq sahəsini X4, sonuncu isə xx.xx.2021-ci il tarixdə çıxarış almışdır. Bununla Əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilmiş və hazırda araşdırma davam edir. Lakin bütün bunlara baxmayaraq Bələdiyyə tərəfindən qanunsuz yolla torpaq əldə edən üçüncü şəxslər tərəfindən ərazidən istifadə etməklə ziyan vurulmaqdadır, eyni zamanda torpaq sahəsi satışa çıxarılmışdır. Hesab edir ki, müvafiq qərar qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmədə izahat verərək, bildirmişdir ki, Qusar rayon Qullar Bələdiyyəsinin (hazırda Şirvanlı) xx.xx.2007-ci il tarixli, 08 saylı Sərəncamına əsasən 25 hektar torpaq sahəsi 30 il müddətinə əvvəlki Qullar Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. Sonradan məlum olmuşdur ki, Bələdiyyənin köhnə sədri tərəfindən qeyri-qanuni olaraq xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair müqaviləyə və 8 saylı, xx.xx.2005-ci il tarixli Qərara əsasən istifadədə olan torpaq sahəsi X2. Bu faktı sabiq Qullar bələdiyəsinin sədri X11 öz izahatında göstərmişdir. xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair müqavilə və müqavilə əsasında qəbul edilmiş 8 saylı, xx.xx.2005-ci il tarixli Qərar qanunsuz olduğundan Bələdiyyə tərəfindən ləğv edilməsi üçün Sumqayıt İnzibatı Məhkəməsinə müraciət olunmuşdur. Ondan əvvəl işləyən bələdiyyə sədri həmin torpaq sahəsini Gəncəli Xudaverdiyevə satmışdır. Ona görədə bu işə üzrə Azərbaycan Respublikası Baş prokrorluğunun İstintaq İdarəsində istintaq aparılır. Cavabdehin nümayəndəsi (bələdiyyə sədri) məhkəmədən qeyd olunanları nəzərə alınmasını xahiş etdi. Üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 ərizəyə etiraz edərək bildirdi ki, Əhmədov Murad qeyd olunan torpaq sahəsinin vicdanlı alıcısıdır və həmin torpaq sahəsində onun təsərrüfatı var. X5 tanımır və həmin torpaq sahəsinin digər şəxsdən alıb. Bundan başqa o da nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin sənədlərinin qanuni şəkildə verilməsi şübhəlidir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisə predmeti olan sənədlərin saxta olmasına etdiyi istinad düzgün deyil. Belə ki, rəsmi sənədlər yalnız məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında saxta hesab edilə bilər. Qeyd olunanlara əsasən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər üçüncü şəxsə iddiaya baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 272 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu, Qusar rayon Dövlət arxivinin 355 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surəti, Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının surəti, JN-0253 kod 30124028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surəti, daşınmaz əmlakın dövlət reyestri xidmədi tərəfindən verilmiş **********89 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Qusar rayon Qullar Bələdiyyəsinin (hazırda Şirvanlı) xx.xx.2007-ci il tarixli, 08 saylı Sərəncamının verildiyi vaxtdan yaranmış olur. Şirvanlı Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Şirvanlı Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Şirvanlı Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Şirvanlı Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2005-ci il tarixli, 08 nömrəli qərar iş materiallarından məlum olur ki, sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində əldə olunmuş və xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Şirvanlı Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazır ki, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə 25 ha kənd təsərrüfatı torpaq sahəsi, 30 il müddətinə İddiaçı icarəyə verilmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, bələdiyyəsin 8 saylı, xx.xx.2005-ci il tarixli qərara əsasən istifadədə olan torpaq sahəsi X3, o da öz növbəsində torpaq sahəsini X4, sonuncu isə xx.xx.2021-ci il tarixdə çıxarış almışdır.İddiaçı müvafiq qərarın bələdiyyə tərəfindən qanunsuz yolla qəbul edildiyi qənaətinə gələrək, ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Qusar rayonu Şirvanlı Bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli 8 saylı qərarını araşdıraraq hesab edir ki, qeyd olunan qərarın bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Başqa sözlə desək Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Plenum qərarına əsasən bələdiyyələr maraqlı şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. Şirvanlı bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, mübahisə predmeti olan Şirvanlı bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Qusar rayonu Şirvanlı Bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli 08 saylı qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbləri baxımından torpaq sahələri inzibati orqan tərəfindən şəxsə istifadəyə verilərkən müvafiq qərar əsasında, icarəyə verilərkən müvafiq icarə müqaviləsi əsasında verilir. Belə ki, 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Qusar rayonu Şirvanlı Bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli 08 saylı qərarı İddiaçı hüquqlarını pozduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qusar rayonu Şirvanlı (əvvəlki Qullar) Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3559/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3559/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver