Məhkəmə qərarları › İş №2-1(118)-356/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-356/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-356/2025 06.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray Qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli 40 nömrəli Sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə istifadəyə yararsız torpaq sahələrindən İddiaçı ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin hazırda faktiki istifadəsində olan 0.0314 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququna dair Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray Qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli 40 nömrəli Sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə istifadəyə yararsız torpaq sahələrindən İddiaçı ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin hazırda faktiki istifadəsində olan 0.0314 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququna dair Çıxarışın verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonunun icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəmndəsinin 05 noyabr 1999-cu il tarixli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında 40 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray üzümçülük sovxozunun 21 oktyabr 1994- cü il tarixli 59 saylı əmri ilə qəsəbə daxilində kənd təsərrüfatına yarasız torpaq sahələrindən İddiaçı 0.07 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planından çıxarış əldə edilərkən məlum olmuşdur ki, hazırda həmin torpaq sahəsinin ümumi həcmi 0.07 ha torpaq sahəsi deyil, 0.0314 ha torpaq sahəsinə bərabərdir. Torpağın həcminin azalması ilə bağlı heç bir mübahisə və tələbi olmadığından yerquruluşu planında əks olunmuş 0.0314 ha torpaq sahəsi ilə razılaşmaqla həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasından ötrü müvafiq sənədləri toplayıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim etmişdir. Həmin sənədlərin sırasında Abşeron rayon Saray bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi idarəsinə Abşeron rayonunun icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında 40 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.0314 ha torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə bələdiyyə tərəfindən etirazın olmaması barədə sənəd də əlavə edilmişdir. Lakin Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən imtina verilmiş və imtinanın əsası kimi isə Abşeron rayonunun İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında 40 nömrəli sərəncamına əsasən 0.07 ha torpaq sahəsinin ayrılmasına baxmayaraq hazırda tərəfindən 0.0314 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə müraciət etməyi göstərilmişdir. Bununla bağlı olaraq qeyd edir ki, həmin torpaq sahəsi ayrılarkən 0.07 ha olmasına baxmayaraq torpaq sahəsi yerində faktiki olaraq 0.0314 ha həcmində təqdim edilmiş və həmin həcmli torpaq sahəsi ilə razılaşmaqla bununla bağlı olaraq nə bələdiyyə, nə də icra nümayəndəliyi ilə aralarında heç bir mübahisə yoxdur. Bu barədə nümayəndə vasitəsilə cavadeh təşkilata bildirsə də onlar heç bir əsas olmadan Abşeron rayonunun İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında 40 nömrəli sərəncamına əsasən ayrılmış torpaq sahəsinin 0.0314 ha torpaq sahəsi hisssəsinə (faktiki olaraq həmin torpaq sahəsi 0.0314 ha təşkil edir) mülkiyyət hüququna dair müvafiq sənədləşmə işinin aparılması daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Belə olan halda cavabdeh tərəfindən hazırda ayrılmış 0.07 ha torpaq sahəsindən faktiki olaraq qalmış 0.0314 ha torpaq sahəsinə münasibətdə mülkiyyət barədə sənədin alınmasına maneə törədə bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 40 nömrəli sərəncamından çıxarışı ilə ayrılmış 0.07 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının İdarəyə təqdim edilmədiyi; Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi; müraciət üzrə əlavə edilmiş sənədlərdə torpaq sahəsi 0.07 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0314 ha olduğu; X1 əsasında müraciət etdiyi Sumqayıt şəhər 3 saylı notariat ofisinin 27 yanvar 2023-cü il tarixli, 7E-294 saylı etibarnaməsi üzrə səlahiyyətlərinin məhdud olduğu müəyyən olunmuşdur. Belə ki, sözügedən sənəddə X1 İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin yalnız 0.0314 ha hissəsi üzərində sərəncam vermək hüququnun olduğu göstərilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayonunun icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 40 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli 59 saylı əmri ilə qəsəbə daxilində kənd təsərrüfatına yarasız torpaq sahələrindən İddiaçı 0.07 ha torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin yerquruluşu planından çıxarışın, torpaq sahəsi üzərində hüququn qeydə alınmasına razılıq barədə Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 06 saylı məktubunun surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli T/769 saylı məktubu ilə Abşeron rayonunun icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 40 nömrəli Sərəncamının və Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli 59 saylı əmrinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında hüquqmüəyyənedici sənəd üzrə 0.07 ha, faktiki 0.0314 ha torpaq sahəsi olduğu, təyinatı (kateqoriyası) həyətyanı, torpaq sahəsinin bələdiyyənin yerquruluşu planında göstərilən koordinatlara uyğun olduğu, daş hasar daxilində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-1579/2024 saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan bələdiyyə xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı, yararsız torpaqlara düşür. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 12 fevral 2025-ci il tarixli, 3-21-3- 32/2-2205/2025 saylı məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə prosesi gedişində reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray Qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli 40 nömrəli Sərəncamına əsasən ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin hazırda faktiki istifadəsində olan 0.0314 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququna dair çıxarışın verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 40 nömrəli sərəncamından çıxarışı ilə ayrılmış 0.07 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının İdarəyə təqdim edilmədiyi; Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi; müraciət üzrə əlavə edilmiş sənədlərdə torpaq sahəsi 0.07 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0314 ha olduğu; X1 əsasında müraciət etdiyi Sumqayıt şəhər 3 saylı notariat ofisinin 27 yanvar 2023-cü il tarixli, 7E-294 saylı etibarnaməsi üzrə səlahiyyətlərinin məhdud olduğu müəyyən olunmuşdur. Belə ki, sözügedən sənəddə X1 İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin yalnız 0.0314 ha hissəsi üzərində sərəncam vermək hüququnun olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Abşeron rayonunun icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 40 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli 59 saylı əmri ilə qəsəbə daxilində kənd təsərrüfatına yarasız torpaq sahələrindən İddiaçı 0.07 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli T/769 saylı məktubu ilə Abşeron rayonunun icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 40 nömrəli Sərəncamının və Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli 59 saylı əmrinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Məhkəmə hesab edir ki, cavabdehin imtinasını əsaslandırdığı torpaq sahəsinin ilkin baş plan və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi halı iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında hüquqmüəyyənedici sənəd üzrə 0.07 ha, faktiki 0.0314 ha torpaq sahəsi olduğu, torpaq sahəsinin bələdiyyənin yerquruluşu planında göstərilən koordinatlara uyğun olduğu, daş hasar daxilində yerləşdiyi qeyd edilmişdir. İddiaçının tələbi faktiki 0.0314 ha torpaq sahəsi ilə bağlı olduğundan qeyd edilən hissədə də mübahisəli hal müəyyən olunmur. Bundan əlavə məhkəmə sorğusuna cavab olaraq cavabdehin 12 fevral 2025-ci il tarixli, 3-21-3-32/2-2205/2025 saylı məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə prosesi gedişində reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərdən görünür ki, həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları yaşayış məntəqələri torpaqları kimi qeydə alınmışdır. Həmçinin təqdim edilmiş ortofoto xəritədən çıxarışdan görünür ki həmin torpaq sahələrinində tikililər mövcuddur və kənd təsərrüfatı məqsədi ilə istifadə edilmir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray Qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli 40 nömrəli Sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə istifadəyə yararsız torpaq sahələrindən İddiaçı ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin hazırda faktiki istifadəsində olan 0.0314 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar