Məhkəmə qərarları › İş №2-1(118)-357/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-357/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-357/2021 17.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi, İddiaçıların qəyyumu İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m., 16000 kv.m., 51106 kv.m. və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsinin Cavabdeh bir vəzifə olaraq öhdəsinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “İddiaçı4 qəyyumu olduğu şəxslər - İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m., 16000 kv.m., 51106 kv.m. və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsinin Cavabdeh bir vəzifə olaraq öhdəsinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli , 35-111 nömrəli Qərarı ilə Siyəzən rayonu , Dağ Quşçu kəndi ərazisində təsərrüfat başçısı olaraq X1 adına kənd təsərrüfatı məhsulları istehsalı üçün 31399 kv.m. ,16000 kv.m və 51106 kv.m. və 44701 kv.m torpaq sahələri ayrılmışdır və müvafiq olaraq Dövlət Torpaq Kadastrı kitabında A N: 482722 mmrə ilə uçota alınmışdır. Təsərrüfat başçısı X2 xx xxxx 2011 -ci il tarixdə vəfat etmişdir. Lakin İddiaçı4 qəyyumu olduğu şəxslər xəstəliklə əlaqədar və maddi imkansızlıqdan torpaq sahəsini becərə bilməmişlər və Siyəzən Rayon Hakimiyyət və Bələdiyyə orqanları tərəfindən bu torpaq sahələri qanunsuz olaraq onlara məlum olmayan müxtəlif şəxslərə verilmişdir. Torpaqların zəbt olunması barədə müxtəlif Dövlət Hakimiyyət orqanlarına və yerli orqanlara müraciət etmişdirlər və sonda bütün yerli hakimiyyət orqanları birləşib onları təhdid etməyə başlamışdırlar. İddiaçı4 qəyyumu olduğu şəxslərə məxsus torpaq sahələrinin əldə edilməsi və konkret olaraq sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahələrinin hansı şəxslər tərəfindən zəbt edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin bir neçə strukturlarına müraciətlər edilmişdir. Torpaq məsələsinin həlli üçün qəbullarda olmaq, ərizə və şikayətlərin hazırlanmasına günlərlə fiziki vaxt itirilmiş və maddi vəsait sərf edilmişdir. Həmçinin uzun müddət öz torpaqlarından istifadə etmədiklərinə görə xeyli maddi və mənəvi zərərə məruz qalmışdırlar. Bu barədə əlaqədar şəxslər barədə məhkəmədə məsələ qaldırmaq perspektivi düşünülür. Qeyd olunmalıdır ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə Cavabdehnə torpaq sahələrinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir , lakin verilmiş cavabda torpaq sahəsinin yerqurluşu işlərinin aparılmasının sifarişlə "xxxx" MMC-nə sifariş verilməsi göstərilmişdir , lakin cavabdeh tərəfindən torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi barədə tədbir görülməmişdir və əsassız olaraq ərizənin icrasından imtina edilmişdir . Cavabdeh tərəf tədbir görməməklə hərəkətsizliyə yol vermişdir və nəticədə iddiaçıların hüquqları pozulmuşdur. Halbuki torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi barədə tədbirlər görülməli idi, iddiaçılar torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək dəqiqləşdirilməsini xahiş etmiş, cavabdeh tərəf isə yerqurluşu işlərinin aparılması üçün sifariş verilməsi kimi yanlış bir yönə yönəltmək məqsədi güdmüşdür. Halbuki cavabdeh tərəfindən birbaşa olaraq torpaq sahəsinin sərhədləri müəyyən edilməli və torpaq sahəsi ilə bağlı hüquqların həyata keçirilməsinə şərait yaradılmalı idi. Məhkəmə iclasında iddiaçıların qəyyumu İddiaçı4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq iş materiallarına əlavə edilmiş dövlət aktlarının əsillərinin onlarda olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı4 qəyyumu olduğu iddiaçılar onlara məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m., 16000 kv.m., 51106 kv.m. və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsini istəyirlər. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçıların subyektiv hüququnun olması yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, iş materiallarına iddiaçıların subyektiv hüququnun olması ilə bağlı sənədlərin əsli vəya notarial təsdiq edilmiş sürətləri əlavə edilməmişdir. İş materiallarına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsününü kserosürətləri əlavə edilmişdir ki, həmin sənədlər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(118)-357/2021 saylı sorğusuna Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, məktubda qeyd olunan torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə məktuba əlavə olunmuş ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komimtəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçü”lərinin arxiv nüsxəsi və sözügedən torpaq sahələrinə dair hərhansı hüquqmüəyyənedici sənədlər idarənin arxiv sənədlərində aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, müvafiq sənədlərinin əsillərinin itirildiyi və arxivdədə müvafiq məlumatın olmadığı halda mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçılara izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar