Məhkəmə qərarları › İş №2-1(118)-3572/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3572/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3572/2025 21.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 X3rşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 X4 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli, 25 nömrəli qərarı əsasında Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 Təsərrüfatı İstehsalı” Müəssisəsinin 17 fevral 2000-ci il tarixli sərəncamı və Ramana südçülük sovxozunun 14 yanvar 1995-ci il tarixli, 6 nömrəli əmri ilə iddiaçının adına ayrılmış 0,1 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdehX2 X7 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra Hakimiyyəti "Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün asudə həyətyanı torpaq fondundan torpaq sahəsi ayrılması barədə" 12 yanvar 1995-ci il tarixi, 25 nömrəli qərar vermiş və həmin qərar əsasında Ramana südçülük sovxozunun 14 yanvar 1995-ci il tarixli,6 nömrəli əmri ilə iddiaçıya fərdi ev tikintisi üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır.Torpaq sahəsi ayrılan dövrdən iddiaçı tərəfindən hasara alınmış, ağaclar əkilmiş və hazırda da onun istifadəsindədir. Maddi çətinliklərlə əlaqədar iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət edə bilməmişdir. Lakin artıq iddiaçının 66 yaşı var, gələcəkdə övladlarına problemlər saxlamaq istəmir və bu səbəbdən onların qarşısında valideynlik borcunu yerinə yetirmək məqsədilə 30 il ərzində iddiaçı və ailəsinin qanuni istifadəsində olan həmin torpaq sahəsininə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan isə xx.xx.2024-cu il tarixli, 3-21-3-32-/2-M-0168-8/2024 saylı imtina məktubu verərək bildirmişdir ki, hüquq müəyyənedici sənəd və texniki sənədlər əlavə olunmamışdır. Hansı ki, əsasında Ramana südçülük sovxozunun 14 yanvar 1995-ci il tarixli, 6 nömrəli əmri ərizəyə əlavə olunmuş,texniki sənədlər isə iddiaçıya təqdim edilmədiyi üçün ərizəyə əlavə edilməsi mümükün olmamışdır. Hesab edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 4 saylı Abşeron Ərazi İdarəsinin verdiyi imtina əsassız və qanunsuzdur Belə ki, Ramana südçülük sovxozunun sözügedən əmrinin əsli hazırda iddiaçıdadır və hal-hazırda da qüvvədədir. Əmrin verildiyi gündən hazıradək torpaq sahəsi iddiaçının istifadəsindədir, bu müddət ərzində mülkiyyət hüquqları, həmçinin, həmin sərəncam heç bir dövlət orqanı tərəfindən birbaşa və ya dolayısı ilə mübahisələndirilməmişdir. Həmçinin, torpaq sahəsinə su xətti çəkilmiş və aidiyyəti qurum tərəfindən sayğac quraşdırılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, cavabdeh imtina məktubunda "Daşınmaz əmlakın Dövlət Reyestri haqqında ’Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad etsə də,həmin maddədə əsaslandığı hallara görə hüquqların dövlət qeydiyyatından imtina üçün əsas nəzərdə tutulmamışdır. Yuxarıda göstərilən əsaslara görə iddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 4 saylı Abşeron Ərazi İdarəsinin verdiyi imtina əsassız və qanunsuzdur. Cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı işin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq X2 X7 tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2-13463/2025 nömrəli məktubda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmaqla Bakı şəhərinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərində yerləşir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.1-ci maddəsinin müddəası tətbiq edilməklə daşınmaz əmlakın olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı cavabdeh X2 X3rşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar