Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3583/2024 05.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı lll qrup əlillik dərəcəsinə görə pensiyanın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən tarixdən, yəni 26 ayın ödənilməmiş hissəsinin tam ödənilməsi, 80 manat məbləğində sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməli əmək pensiyası və sosial müavinətin mbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, lll qrup əlillik dərəcəsinə görə pensiyanın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən tarixdən, yəni 26 ayın ödənilməmiş hissəsinin tam ödənilməsi, 80 manat məbləğində sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməli əmək pensiyası və sosial müavinətin mbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ll dərəcli əlillik təyin edilmişdir. Eyni zamanda müharibə iştirakçısı kimi 80 manat sosial müavinət almışdır. 2021-ci ilin may ayından onun pensiyası və sosial müavinətinin ödənişi dayandırılmışdır. O, məhkəməyə müraciət etdimişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək ona “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” kimi qeyd ediulməsi öhdəliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bundan spnra o, əmək pensiyasının və müavinətinin bərpa edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. lakin müraciəti hazıradək cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsiin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı müvafiq müraciətlə inzibati oqana müraciət etməmiş və ona imtina cavabı verilməmişdir. Məhkəmə iddiaçıya cavabdeh orqana etdiyi müraciətinin surətini və ümumiyyətlə müraciət etməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməyi təklif etmişdir. Lakin iddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqim edə bilmədi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı əmək pensiyasının və müavinət bərpa edilməsini tələb edir. Lakin onun bununla bağlı cavabdeh orqana müvafiq müraciətləri olmamışdır. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizənin surətii iddia ərizəsinə əlavə etmişdir. Lakin müraciətin göndərilməsini təsdiq edən poçt qəbzi əlavə edilməmişdir. Halbuki, hazırki iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aiddir və ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi həmin iddianın mümkün hesab edilməsi üçün xüsusi şərtlərə aiddir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı lll qrup əlillik dərəcəsinə görə pensiyanın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən tarixdən, yəni 26 ayın ödənilməmiş hissəsinin tam ödənilməsi, 80 manat məbləğində sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməli əmək pensiyası və sosial müavinətin mbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı lll qrup əlillik dərəcəsinə görə pensiyanın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən tarixdən, yəni 26 ayın ödənilməmiş hissəsinin tam ödənilməsi, 80 manat məbləğində sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməli əmək pensiyası və sosial müavinətin mbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3583/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3583/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver