Məhkəmə qərarları › İş №2-1(118)-3588/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3588/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3588/2022 25.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş Xırdalan şəhəri, 28-ci məhəllə, bina 4, mənzil 15 ünvanda yerləşən mənzilə dair xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cu ildə ailəsi ilə birlikdə Zəngilan rayonundan 1-ci Qarabağ müharibəsi ilə ələqadər məcburi köçkün düşmüşdür. Həmin tarixdən bu günədək də Xırdalan şəhəri 28-cı məhəllə bina 4 mənzil 15 ünvanda məcburi köçkün kimi məskunlaşmışdır. Ailəsi ilə birlikdə məcburi köçkün kimi Xırdalan şəhərinə gəldikdə hazırkı ünvanı Xırdalan şəhəri 28-ci məhəllə bina 4 mənzil 15 olan mənzil xaraba vəziyyətdə atılmış, zibilxanaya dönmüş bir mənzil idi. Həmin binada yaşayan ailələr 15 nömrəli mənzilin adını unutduğu erməni vətəndaşına məxsus olduğunu Qarabağ müharibəsi zamanı o da ermənistana qaçdığını evin sahibsiz olduğunu bildirdilər. Bu səbəbdən də o və ailəsi həmin zbıliiyi təmizləmiş, lazımı şəraiti qurmuş və ev halına gətirmişdirlər. Lakin 2022-ci ildə X3 adlı bır nəfər meydana çıxaraq onun yaşadığı evə mülkiyyət hüququ haqqında çıxarışının olduğunu bildirmişdir. Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədov ( 2(012)-675/2022 saylı qətnamə) isə çıxarışın əldə edilmə əsaslarını, X3 həmin evi necə, nə vaxt, hansı əsaslarla qanuni və ya qanunsuz əldə etdiyini araşdırmadan iddiaçının evdən çıxarılmağı barədə qətnamə qəbul etmişdir. Lakin hesab edir ki, Xırdalan şəhəri 28-ci məhəllə bina 4 mənzil 15 ünvanda yerləşən mənzil faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifdəsində olduğu halda cavabdeh üçüncü şəxsə mülkiyyət hüququ haqqında çıxarış verməkdə haqlı ola bilməzdi. Qanunsuz və aparılmış qeydiyyat isə ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Belə ki, iddiaçı X1 adına verilmiş Xırdalan şəhəri, 28-ci məhəllə, bina 4, mənzil 15 ünvanda yerləşən mənzilə dair xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini istəyir. İddia ərizəsinə əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X6, X5 və X2 iddiaçı X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması qət edilmişdir. Göründüyü kimi bu halda iddiaçının mübahisəli mənzilə subyektiv hüququ qalmamışdır. Bundan başqa iddiaçınin subyektiv hüququnun olması ilə bağlı sübutlar təqdim edilsə belə, cavabdeh inzibati orqana müraciət edilməmişdir. Halbu ki, qanunvericiliyə əsasən öhdəliyin icrası ilə bağlı iddialarda ilkin olaraq cavabdeh inzibati orqana müraciət şərti tələb olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar