Məhkəmə qərarları › İş №2-1(118)-3588/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3588/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3588/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarış və plan və ölçünün verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Mizəməmmədkənd kəndi ərazisində yerləşməklə JN:0800 kod 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıya məxsus 2,80 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinin planə və ölçüsünün hazırlanması və iddiaçının adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh X2nin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu, Mizəməmmədkənd kəndi ərazisində yerləşməklə JN:0800 kod 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıya məxsus 2,80 ha torpaq sahəsinin **********91 reyestr nömrəli və **********07 reyestr nömrəli çıxarışlarda göstərilmiş cəmi 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşməyən 2,68 ha hissəsində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh X2nin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonunun Mizəməmmədkənd kəndi ərazisində mülkiyyətində 2,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-0800 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiq olunur. 11 iyul 2024-cü il tarixdə JN-0800 KOD 30311018 saylı Dövlət Aktına əsasən mülkiyyətində olan 2,80 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri va Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarasi 02 oktyabr 2024-cü il tarixli məktubla cavab verərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, JN:0800 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və X2 rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Səxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron malumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə həmin imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur, torpaq sahəsi digər şəxsisn istifadəsindədir bu səbəbdən torpaq sahəsinin müayinə işlərini aparmaq mümkün olmamışdır. Bu səbəbləri əsas tutmaqla cavabdeh "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2. 11.1 və 15-ci maddələrinə istinad edǝrək Dövlət Aktı üzrə mülkiyyətində olan həmin 2,80 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan va torpağa mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Cavabdehin imtinası ilə razı deyil, imtina əsassızdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Cavabdehin 02 oktyabr 2024-cü il tarixli imtina məktubunda göstərilmiş səbəblərinheç biri hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları kimi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Quba rayonunun Mizamammadkənd kəndi ərazisində yerləşməklə JN-0800 KOD 30311018 saylı Dövlət Aktına əsasən mülkiyyətində olan 2.80 ha torpaq sahəsi üzərində olan 3 tövlə binası ilə birlikdə Quba rayonunun sabiq Gülüstan sovxozu Aqrar İslahat Komissiyasının qərarı asasında əmlak payı kimi verilmişdir. Ona məxsus həmin 3 ədəd tövlə binaları halhazıradək həmin torpaq sahəsində yerləşir. Sonradan həmin torpaq sahəsini Quba rayonu Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarına əsasən bələdiyyədən satın almışdır. Quba rayonu Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarına əsasən Dövlət Torpaq va Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi həmin 2,80 ha torpaq sahəsinə adına JN-0800 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı vermişdir. JN-0800 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hal-hazırda qüvvədədir və hər hansı dövlət orqanı tərəfindən ləğv edilməmişdir. X8 əks olunmuş cəmi 2,80 ha torpaq sahəsi tam olaraq yerində mövcuddur. Həmin torpaq sahəsi uzun illərdir ki, istifadə və sahibliyindədir. Belə olan halda cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etməsi əsassızdır. Belə ki, JN:0800 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq va Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında öz əksini tapmaması onun məsuliyyət dairəsinə aid bir məsələ deyildir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8, 13.11, 15-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN- 0800 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Quba Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, həmin torpaq sahəsi digər şəxsin istifadəsindədir. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş müayinə işlərinin aparılması mümkün olmamışdır.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən əsasən İddiaçı 2,80 ha torpaq sahəsi ayrılmışdır.

10. JN 0800 kod 30311018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, 2,80 ha torpaq sahəsi Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir.

11. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarının surəti əlavə olunmuşdur.

12. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə həmin bələdiyyənin ərazisində 2,80 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İddiaçı tərəfindən ******* manat haqq ödənilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.

13. 20 may 2004-cü il tarixli, 01 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Quba rayonu, Vladimirovka bələdiyyəsinin bank hesabına ******* manat məbləğində ödəniş edilmişdir.

14. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN-0800 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Quba Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, həmin torpaq sahəsi digər şəxsin istifadəsindədir. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş müayinə işlərinin aparılması mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 və 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

15. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2004cü il tarixli,14 saylı məktubunda qeyd edilmişdir ki, Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə İddiaçı alqı-satqı qaydasında Vladimirovka bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədi ilə 2,80 ha torpaq sahəsi satılması nəzərdə tutulmuşdur.

16. 6642 nömrəli arayışında qeyd edilmişdir ki, Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən əsasən İddiaçı kənd təsərrüfatı məqsədilə 2,80 ha torpaq sahəsi satılması nəzərdə tutulmuşdur. X6 verdiyi qaiməyə əsasən satılacaq torpaq sahəsi Qusar-Qonaqkənd aiddir. Həmin torpaq sahəsi 20 ballı v-keffiyyət qrupu şərti yararsıza aid olmaqla 2,80 hektardır.

17. Quba rayonu, Vladimirovka bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışda İddiaçı ayrılmış 2,80 ha torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmişdir.

18. Məhkəmənin sorğusuna cavab olaraq X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna sözügedən torpaq sahəsinə dair müayinə aktı əlavə edilmiş və qeyd edilmişdir ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olduq və iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin daxilində faktiki olaraq birmərtəbəli fərdi yaşayış evi və köhnə ferma tikililəri və bir hissəsində meyvə ağacları əkilmiş meyvə bağı mövcuddur. Kameral araşdırma nəticəsi olaraq iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi iki hissədən ibarət olmaqla ümumilikdə 2,85 ha təşkil edir. Bildiririk ki, Quba rayon Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə İddiaçı ayrılmış 2,80 ha torpaq sahəsinə dair DT və XK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-800 kod 30311018 saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapsa da DBF siyahısında qeyd olunmamışdır. X12 TEKUİS-də öz əksini tapmamışdır. Qeyd edək ki, baza məlumatlarında olan DWJ xəritələri ilə torpaqların naturadakı (yerdəki) vəziyyəti arasında kəskin uyğunsuzluq olduğundan iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmış JN- 800 kod 30311018 saylı Dövlət Aktına əsasən torpaq sahəsinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X1 kateqoriyalı olub uqodiyası əkin, şərti yararsız torpaqlar, Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti Altında Olan Torpaqlar və tikinti altında olan torpaqlar kimi, mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir. İddia olunan torpaq sahəsinin daxilində **********91 və **********07 reyestr nömrəli çıxarışlara əsasən torpaq sahələri üzərində (**********91 reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsi üzərində X3, **********07 reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsi üzərində X5) mülkiyyət hüquqları tanınmışdır. Bildiririk ki, torpaq sahəsinin müayinəsi zamanı mübahisəli hal qeydə alınmamışdır. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli ərizəyə əsasən idarənin mütəxəssisi tərəfindən ölçü işləri aparılarkən mübahisə olduğu müəyyən edilmişdir. Mübahisə yuxarıda qeyd etdiyi fərdi yaşayış evi ilə və meyvə bağı əkilmiş torpaq sahəsi ilə bağlı olub. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

20. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

21. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. b) Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 139-1.1.5 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

28. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

29. Belə ki, Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən əsasən İddiaçı 2,80 ha torpaq sahəsi ayrılmışdır. JN 0800 kod 30311018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından”dan görünür ki, 2,80 ha torpaq sahəsi Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı 2,80 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş JN-0800 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Quba Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır. Bundan əlavə, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, həmin torpaq sahəsi digər şəxsin istifadəsindədir.

30. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, JN 0800 kod 30311018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamasında iddiaçının təqsiri yoxdur. Həmin hərəkətlərin edilməsi cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, dövlət aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmışdır. Göründüyü kimi, DWJ xəritələrində dövlət aktı öz əksini tapmışdır.

31. Məhkəmə digər imtina səbəbi olan torpaq sahəsi üzərində mübahisənin mövcud olmasına münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin daxilində **********91 və **********07 reyestr nömrəli çıxarışlara əsasən torpaq sahələri üzərində (**********91 reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsi üzərində X3, **********07 reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsi üzərində X5) mülkiyyət hüquqları tanınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2,68 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edilmişdir. Göründüyü kimi, sözügedən əsas da hazırkı vaxtda aradan qalxmışdır.

32. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

35. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-0800 kod 30311018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,68 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. JN-0800 kod 30311018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,68 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar