Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3589/2024 26.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə 599.61 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş kadastr planının ləğv edilməsi, X5 kitabında 88 nömrə ilə uçota alınmış sənədin (AN № 116498) ləğv edilməsi; həmin torpaq sahəsinin ilkin və əvvəlki sənədlərdə olduğu kimi atası Abdulla Lütfulla oğlunun adına qeydiyyata alınması və vərəsələrin öz miras paylarını almaları üçün atası Abdulla Lütfulla oğlunun adına yeni kadastr planı və çıxarışın tərtib edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə 599.61 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş kasatr planının ləğv edilməsi, X5 kitabında 88 nömrə ilə uçota alınmış sənədin (AN № 116498) ləğv edilməsi; həmin torpaq sahəsinin ilkin və əvvəlki sənədlərdə olduğu kimi atası Abdulla Lütfulla oğlunun adına qeydiyyata alınması və vərəsələrin öz miras paylarını almaları üçün atası Abdulla Lütfulla oğlunun adına yeni kadastr planı və çıxarışın tərtib edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq yardım edilmiş və ona tələbi ilə bağlı inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmiş, qeyd edilən halların aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb olması izah edilmişdir. Məhkəmə iclasında İddiaçı, iddia ərizəsinə məhkəməyə təqdim edilmiş qaydada baxılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İnzibati iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 16 mart 2023-cü il tarixli, 22 sentyabr 2023-cü il tarixli və 26 fevral 2024-cü il tarixli imtina məktublarından görünür ki, iddiaçı cavabdeh orqana “mərhum X1 və X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair **********0088 nömrəli kadastr planının təsdiq olunmuş surətinin verilməsi” və “Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən mərhum Abdulla Lütfulla oğluna məxsus fərdi yaşayış evi üzərində mülkiyyə hüquqlarının qeydiyyata alınması və texniki pasportun hazırlanması” barədə müraciətlər etmişdir, cavabdeh orqan özünün imtina məktubları ilə iddiaçının müraciətlərinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hal-hazırda məhkəmədən “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə 599.61 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş kasatr planının ləğv edilməsi, X5 kitabında 88 nömrə ilə uçota alınmış sənədin (AN № 116498) ləğv edilməsi; həmin torpaq sahəsinin ilkin və əvvəlki sənədlərdə olduğu kimi atası Abdulla Lütfulla oğlunun adına qeydiyyata alınması və vərəsələrin öz miras paylarını almaları üçün atası Abdulla Lütfulla oğlunun adına yeni kadastr planı və çıxarışın tərtib edilməsi” barədə qərar qəbul edilməsini xahiş edir. Göründüyü kimi iddiaçının cavabdeh orqana müraciət edərək imtina cavabı aldığı tələblərlə hal-hazırda məhkəmədə qaldırdığı tələblər bir-birindən fərqlidir. İddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana müraciət edilməmişdir. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Qeyd olunan əsasa görə məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə 599.61 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş kasatr planının ləğv edilməsi, X5 kitabında 88 nömrə ilə uçota alınmış sənədin (AN № 116498) ləğv edilməsi; həmin torpaq sahəsinin ilkin və əvvəlki sənədlərdə olduğu kimi atası Abdulla Lütfulla oğlunun adına qeydiyyata alınması və vərəsələrin öz miras paylarını almaları üçün atası Abdulla Lütfulla oğlunun adına yeni kadastr planı və çıxarışın tərtib edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-3589/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3589/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver