Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-359/2022 21.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Regional Ərazi Filialına qarşı “2009-2018-ci illərə görə ödənilməyən 756 manat pensiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Regional Ərazi Filialına qarşı iddia qaldıraraq vurduğu mənəvi zərərə görə “Azəriqaz” İBdən 5000 (beş min) manatın tutularaq ona ödənilməsi və 2009-2018-ci illərə görə ödənilməyən 756 manat pensiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək 2009-2018-ci illərə görə ödənilməyən 756 manat pensiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, “Azəriqaz” İB-nin X4 Sahəsində 2009- 2010-cu illərdə əmək müqaviləsinə əsasən işləmişdir. Zərərli istehsal sahəsində işlədiyinə görə güzəştli şərtlərlə əmək pensiyası alır. 2009-2010-cu illərdə ona ödənilən əmək haqqından cavabdeh “Azəriqaz” İB-yi məcburi dövlət sosial sığorta haqqı tutsa da onu aidiyyatı üzrə AR-sı ƏƏSMN yanında DSMF-nin 1 saylı Regiona] Ərazi Filialının hesabına köçürməmişdir. İddiaçının 2009-cu ilin 9 ayında və 2010-cu ilin 3 ayında işlədiyini “Azəriqaz” İB-nin 31.12.2018-ci il tarixli əmək haqqı arayışı təsdiq edir. Əmək haqqından tutulan məcburi sosial sığorta haqqı AR-sı ƏƏSMN yanında DSMF-nin hesabına ödənilmədiyinə görə iddiaçıya 9 il ərzində (2009-2018-ci illər) hər ay 7 manat az pensiya ödənilmişdir. Bir daha bildirmişdir ki, “Azəriqaz” İB ona ödənilən əmək haqqından məcburi sosial sığorta haqqına görə 3% pul tutulsa da aidiyyatı üzrə köçürülməmiş, şəxsi hesabına işlənməmişdir. "Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinə əsasən "məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin vəsaiti hesabına ödənilir”. “Azəriqaz” İB-nin günahı üzündən hər ay 7 manat olmaqla 9 il ərzində 756 manat (9 il x 12 ay x 7 manat) az pensiya almışdır. Hesab edir ki, “Azəriqaz” İB-yi iddiaçıya vurduğu maddi zərərə görə təzminat ödəməlidir. Beləki, “Azəriqaz” İB-nin günahı üzündən iddiaçı hər ay qanunvericilikdə nəzərdə tutulandan az pensiya almış və uzun müddət öz hüquqlarının bərpası ilə əlaqədar çalışmışdır. Nəticədə əldə edə biləcəyi gəlirdən “Azəriqaz” İB-nin təqsiri üzündən məhrum olmuşdur. Buna görə də vurduğu mənəvi zərər görə “Azəriqaz” İB-yi tərəfindən ona 5000 manat pul ödənilməlidir. AR MM-nin 21.1-ci maddəsinə görə “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə “Zərər dedikdə, hüquqları pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Eyni zamanda, cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi Filialının 01.10.2021-ci il tarixli imtina məktubu əsassızdır. Belə ki, 2009-2018-ci illərə görə iddiaçıya ödənilməyən 756 manat pensiya ödənişinin vaxtında verilməməsinə görə məsuliyyət. “Azəriqaz” İB-nin üzərinə düşür. Əmək haqqından tutulan 3% məcburi dövlət sosial sığorta ödənişi “Azəriqaz” İB-nin günahı üzündən ödənilməmişdir. Hal-hazırda bu məsələ həll edildiyindən 2009-2018-ci illərə görə ödənilməyən 756 manat pensiya 1 saylı Regional Ərazi Filialı tərəfindən ödənilməlidir. Beləliklə, vurduğu mənəvi zərərə görə “Azəriqaz” İB-dən 5000 (beş min) manatın tutularaq iddiaçıya ödənilməsi, həmçinin 2009-2018-ci illərə görə ödənilməyən 756 manat pensiyanın ödənilməsi öhdəliyinin AR-sı ƏƏSMN yanında DSMF-nin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, Dövlət Sosial Müdafiə fondonun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filalın nümayəndəsinin etirazında 14.09.2021 -ci il tarixdə tərəfindən fondun 1 saylı regional ərazi filialına müraciət edilmişdir. 02.04.2010-ci il tarixdən qeyd alınmış pensiya kartı nəzərə alınmaqla təyin olunmuş əlilliyə görə pensiyanın yenidən hesablanmasına xahiş etmişdir . Təqdim etdiyi sənədlərdə 01.10.2021 -ci il tarixdə fondun 1 saylı regional ərazi filialı tərəfindən təyin olumuş pensiya məbləğini 01.10.2018-ci il tarixdən hesablanma apararaq 229.82 manat 01.01.2019 -ci il tarixdə 236.71 manat 01.01.2021-cil tarixdə 276.0 manat 01.01.2021-ci il tarixdə 307.46 manat aldığını mübahisələndirmişdirlər. 2.04.2000 -cil ildən 2 -ci qrup əlillik pensiyasi təyin olunmuşdur. 2017-ci ildən qanunda dəyişiklik edərək əmək stajını yeni qanunun əsasında (2009-cu il nəzərə alınmadan yığılmış pul düzgün hesablanmışdır. 2009 və 2010-cu illərdə əmək pensiyasının əsasında əmək haqqı ilə bağlı DSMF -yə ödəmə verilmişdir. 2018-ci ildə iddiaçıya bəlli olmuşdur ki, 2009-cu ilin DSMF -nə əmək haqqında ödəmə aparılmamışdır. Lakin müəssisə tərəfindən həmin il üçün DSMF- yə pul ödənilmişdir.. Beləki müqavilə 2009 -2010cu illərdə Azər Qaz olmuş və fəaliyyət göstərmişdir.2010-cu ilin ödəməsini pensiyaya əlavə olunmuş, lakin 2009 əlavə olunmamışdır. Azəriqaz birliyində 21 dekabr 2018-ci ildə əmək haqqı ilə bağlı arxiv arayışında aylar üzrə ödəmələr göstərilmişdir. İddia tələbi 2009-cu ilin sözü gedən müəssisə tərəfindən DSMF-yə pulun ödənilməsidir. Pulun ödənilməsinə baxmayaraq 2021 ci ilin təxminən sentyabr -oktayabr aylarında DSMF ona 2009-cu ilin köçürülməsindən 2019- 2021 ci illər üçün (3 illik) pensiya ödəmişdir. Qalan 2009-2018-ci illərə ödəniş etmir. Azəriqazın DSMF-yə köçürdüyu pul yəni, iddiaçının kapitalı əmək haqqından tutulmasına baxmayaraq iddiaçıya ödənilmir. Ona görə də Dövlət Sosial Müdafiə Fondonun 09 dekabr 2021-ci il tarixdə **********5 saylı etiraz ərizəsini əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı 14.09.2021-ci il tarixdə cavabdeh Fondun 1 saylı regional ərazi filialına müraciət edərək, 02.04.2010-cu il tarixdən qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlər araşdırılmış və 01.10.2021-ci il tarixdə Fondun 1 saylı regional ərazi filialı tərəfindən İddiaçı təqdim edilmiş məktubda təyin olunmuş pensiya məbləğinin 01.10.2018-ci il tarixdən yenidən hesablama aparılaraq 229.82 manata, 01.01,2019-cu İİ tarixdən 236.71 manata, 01.01,2020-cu il tarixdən 276.0 manata, 01.01.2021 -ci il tarixdən 307.46 manata çatdırıldığı bildirilmişdir. Həmçinin, həmin məktubda məlumat üçün göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2,-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. İddiaçı iddia ərizəsində 2009-2010-cu illərdə “Azəriqaz” İB tərəfindən ödənilmiş əmək haqqından həmin müəssisə tərəfindən tutulmuş məcburi dövlət sosial sığorta ödənişlərinin tutulsa da Fondun hesabına köçürülmədiyi, buna görə də 2009-2018-ci illərdə hər ay 7 manat az pensiya aldığını qeyd etmişdir. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən, İddiaçı fərdi şəxsi hesabında 2006-cı ilin yanvar ayından 2016-cı ilin avqust ayınadək pensiya kapitalı qeydə alınmış, həmçinin mübahisələndirilən sığortadən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2009-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr, 2010-cu ilin yanvar, fevral, mart, aprel ayları üzrə ödənişlər aparılmışdır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə tərəflərindən İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarix və həmin tarixdə fərdi şəxsi hesabda əks olunmuş pensiya kapitalının nəzərə alınıb-alınmaması (pensiya kapitalının hansı dövrlərə aid olması göstərilməklə); təyin olunmuş əmək pensiyasının hansı tarixlərdə yenidən hesablanması və yenidən hesablanma zamanı fərdi şəxsi hesabda əks olunmuş pensiya kapitalının nəzərə alınıb-alınmaması (pensiya kapitalının hansı dövrlərə aid olması göstərilməklə); iddiaçı tərəfindən mübahisələndirilən dövrlərin (2009-2018) pensiya işində tam nəzərə alınıb-alınmaması barədə məlumatların təgdim edilməsinə dair Fondun 1 saylı regional ərazi filialına məktub ünvanlanmışdır. Fondun 1 saylı regional ərazi filialı tərəfindən təqdim edilmiş 06.12.2021-ci il tarixli **********8 nömrəli məktubda göstərilmişdir: “Vətəndaş İddiaçı əliliyə görə əmək pensiyası 07.08.2001-ci il tarixdən təyin edilmişdir. Vətəndaşın 01.01.2006-cı il tarixədək 28 il 06 ay əmək stajı nəzərə alınmışdır. Vətəndaş pensiyasıının yenidən hesablanması üçün şöbəyə 23.02.2018-ci il tarixdə müraciət etmiş, pensiyası yenidən hesablanaraq, ’’Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən işdən çıxmağı nəzərə alınaraq 01.03.2018-ci il tarixdən 181.63 manatdan 224.65 manata çatdırılmışdır. Bundan əlavə vətəndaş İddiaçı əlilliyə görə pensiyanın yenidən hesablanması üçün 14.09.2021-ci il tarixli **********0 saylı ərizə ilə şöbəyə müraciət etmişdir. Vətəndaşın əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən 01.03.2018-ci il tarixdən yenidən hesablanmış, 01.03.2018- ci il tarixdə ödənilən pensiyanın məbləği 224.65 manatdan 229.82 manata, 01.01.2019- cu il tarixdə ödənilən pensiyanın məbləği 231.39 manatdan 236.71 manata, 01.01.2020- ci il tarixdə ödənilən 269.80 manatdan 276 manata, 01.01.2021-ci il tarixdə ödənilən pensiyanın məbləği 300.56 manatdan 307.46 manata çatdırılmışdır. Məlumat üçün bildirirlər ki, ’’Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən, bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Vətəndaş tərəfindən mübahisələndirilən 2006-2016-cı il tarixlərdə fərdi hesabında toplanan sığorta kapitalı yenidən hesablanma zamanı 01.03.2018-ci il tarixdən nəzərə alınmışdır”. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən dövrlər üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əlilliyə görə əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır. İş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyil. Belə ki, iddiaçı 2009-2018-ci illərə görə ödənilməyən 756 manat pensiyanın ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən, İddiaçı fərdi şəxsi hesabında 2006-cı ilin yanvar ayından 2016-cı ilin avqust ayınadək pensiya kapitalı qeydə alınmış, həmçinin mübahisələndirilən sığortadən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2009-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr, 2010-cu ilin yanvar, fevral, mart, aprel ayları üzrə ödənişlər aparılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı X2 işlədiyi müəyyən dövlərin onun sığorta kapitalı hesablanan zaman nəzərə alınmadığını bildirir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı fərdi şəxsi hesabında 2006-cı ilin yanvar ayından 2016-cı ilin avqust ayınadək pensiya kapitalı qeydə alınmış, həmçinin mübahisələndirilən sığortadən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2009-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr, 2010-cu ilin yanvar, fevral, mart, aprel ayları üzrə ödənişlər aparılmışdır. Həmçinin Fondun 1 saylı regional ərazi filialı tərəfindən təqdim edilmiş 06.12.2021ci il tarixli **********8 nömrəli xidməti məktubda göstərilmişdir: “Vətəndaş İddiaçı əliliyə görə əmək pensiyası 07.08.2001-ci il tarixdən təyin edilmişdir. Vətəndaşın 01.01.2006-cı il tarixədək 28 il 06 ay əmək stajı nəzərə alınmışdır. Vətəndaş pensiyasımın yenidən hesablanması üçün şöbəyə 23.02.2018-ci il tarixdə müraciət etmiş, pensiyası yenidən hesablanaraq, ’’Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən işdən çıxmağı nəzərə alınaraq 01.03.2018-ci il tarixdən 181.63 manatdan 224.65 manata çatdırılmışdır. Bundan əlavə vətəndaş İddiaçı əlilliyə görə pensiyanın yenidən hesablanması üçün 14.09.2021-ci il tarixli **********0 saylı ərizə ilə şöbəyə müraciət etmişdir. Vətəndaşın əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən 01.03.2018-ci il tarixdən yenidən hesablanmış, 01.03.2018- ci il tarixdə ödənilən pensiyanın məbləği 224.65 manatdan 229.82 manata, 01.01.2019- cu il tarixdə ödənilən pensiyanın məbləği 231.39 manatdan 236.71 manata, 01.01.2020- ci il tarixdə ödənilən 269.80 manatdan 276 manata, 01.01.2021-ci il tarixdə ödənilən pensiyanın məbləği 300.56 manatdan 307.46 manata çatdırılmışdır. Vətəndaş tərəfindən mübahisələndirilən 2006-2016-cı il tarixlərdə fərdi hesabında toplanan sığorta kapitalı yenidən hesablanma zamanı 01.03.2018-ci il tarixdən nəzərə alınmışdır”. Belə ki, cavabdehin də qeyd etdiyi kimi iddiaçı tərəfindən mübahisələndirilən dövrlər üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əlilliyə görə əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır. İddiaçı isə müəyyən dövrlərin nəzərə alınmadığını bildirsə də, bunu sübut edən hərhansı sənədi məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-359/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-359/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver