Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-359/2023 28.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Laçının azad olunmasına görə” medalının verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “ona “Laçının azad olunmasına görə” medalının verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 15 aprel 2022-ci il tarixli, 2114 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.2020-ci ildə Abşeron rayon SHXŞDX tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Gəncədə N saylı hərbi hissənin 1- ci taborunun 1-ci bölüyündə başlamışdır. Sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar onları Toğanaya aparmışlar. Sonra isə Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində döyüşlərdə iştirak etmişdirlər. Qubadlı rayonunun son kəndlərində gedən döyüşlərdə ayaqları yanmış və yaralanmışdır. Onu çadırlardan hazırlanmış tibb məntəqəsinə düşürmüş, tibbi yardım göstərmiş və adı yaralılar siyahısına qeyd olunmuşdur. Daha sonra onu Hospitala göndərmək qərarına gəlmişdirlər. Səhəri günü isə öz istəyi ilə döyüş yoldaşlarının yanına qayıdaraq 3-4 gün ayağında başmaqla döyüşlərdə iştirak etmişdir. Noyabr ayının 3-də artıq tağımla Laçın rayonunun Şəlvə dərəsi adlanan ərazidə olmuş və noyabr ayının 4-də hücuma keçmişlər. Noyabrın 10-a qədər döyüşdə iştirak etmişdir. Atəşkəs elan olunduqdan sonra noyabrın 28-ə kimi Laçın rayonunda olmuşdur. 28 noyabrda Gəncə N nömrəli hərbi hissəyə qayıtmışdırlar. Döyüşlərdə çoxlu sayda şəhid vermişdirlər. Həmin döyüşlərdə faəl iştirak etdiyi və fərqləndiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Onunla birlikdə döyüşdə iştirak edən əsgər yoldaşları “Laçının azad olunmasına görə” medalı ilə təltif olunsalar da, ona “Laçının azad olunmasına görə” medalı təqdim olunmamışdır. Döyüş yolunun bir olduğu əsgər yoldaşlarından İdrisov Mehran, Abdullayev Kənan və digərlərini misal çəkə bilər. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “SİZ LAÇİN RAYONU UĞRUNDA GEDƏN DÖYÜŞLƏRDƏ İŞTİRAK ETMƏDİYİNİZ ÜÇÜN HƏMİN RAYONUN MEDALİ İLƏ TƏLTİF OLUNMAMİŞSİNİZ.” Məsələ ilə bağlı aydındır ki, Nazirlik üzərinə düşən vəzifəni tam olaraq yerinə yetirməmiş, bununla bağlı onu dəvət edib heç bir araşdırma aparmadan şablon cavab vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilmsini məhkəmədən xahiş etmiş əlavə olaraq bildirmişdir ki, ona həmçinin müharibə veteranı adı və vəsiqəsidə verilmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində xx.xx.2020-ci ildə Abşeron rayon SHXÇX-dən həqiqi hərbi xidmətə çağrıldığını, N saylı hərbi hissənin 1-ci taborunun 1-ci bölüyündə xidmət etdiyin, sentyabr ayında ikinci Qarabağ başlanması ilə əlaqədar onları Toğanaya aparıldığlarını, sonra isə Füzuli, Cəbrayıl Qubadlı və Laçın istiqamətində döyüşlərdə iştirak etdiyini, Qubadlı rayonunun son kəndlərində gedən döyüşlərində ayaqlarının yandığını və yaralandığını göstərərək məhkəmədən ona “Laçının azad olunmasına görə” medalın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnaməyə əsasən “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı “Laçının azad olunmasına görə” meydalının verilməsi ilə bağlı ərizəsi aidiyyəti üzrə N nömrəli hərbi hissənin “vətəndaşların müraciətlərinin vəziyyətinin yoxlanması komissiya”sı tərəfindən baxılmış və iddiaçının Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etmədiyinə görə “Laçının azad olunmasına görə” medal ilə təltif olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Laçının azad olunmasına görə” medalının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 15 aprel 2022-ci il tarixli, 2114 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu, iddiaçının hazırkı iddianı qaldırmaqda sübyektiv hüququnun olduğu, cavabdeh inzibati orqan səlahiyyətli orqan olduğu üçün məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı Laçının rayonunun azad olunması ilə bağlı döyüşlərdə iştirak etdiyi üçün ona “Laçının azad olunmasına görə” medalının verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində xx.xx.2020-ci ildə Abşeron rayon SHXÇX-dən həqiqi hərbi xidmətə çağrıldığını, N saylı hərbi hissənin 1-ci taborunun 1-ci bölüyündə xidmət etdiyini, sentyabr ayında ikinci Qarabağ başlanması ilə əlaqədar onları Toğanaya aparıldığlarını, sonra isə Füzuli, Cəbrayıl Qubadlı və Laçın istiqamətində döyüşlərdə iştirak etdiyini, Qubadlı rayonunun son kəndlərində gedən döyüşlərində ayaqlarının yandığını və yaralandığını göstərərək məhkəmədən ona “Laçının azad olunmasına görə” medalın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnaməyə əsasən “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı “Laçının azad olunmasına görə” meydalının verilməsi ilə bağlı ərizəsi aidiyyəti üzrə N nömrəli hərbi hissənin “vətəndaşların müraciətlərinin vəziyyətinin yoxlanması komissiya”sı tərəfindən baxılmış və iddiaçının Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etmədiyinə görə “Laçının azad olunmasına görə” medal ilə təltif olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçı qeyd edir ki, xx.xx.2020-ci ildə Abşeron rayon SHXŞDX tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Gəncədə N saylı hərbi hissənin 1- ci taborunun 1-ci bölüyündə başlamışdır. Sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar onları Toğanaya aparmışlar. Sonra isə Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində döyüşlərdə iştirak etmişdirlər. Qubadlı rayonunun son kəndlərində gedən döyüşlərdə ayaqları yanmış və yaralanmışdır. Onu çadırlardan hazırlanmış tibb məntəqəsinə düşürmüş, tibbi yardım göstərmiş və adı yaralılar siyahısına qeyd olunmuşdur. Daha sonra onu Hospitala göndərmək qərarına gəlmişdirlər. Səhəri günü isə öz istəyi ilə döyüş yoldaşlarının yanına qayıdaraq 3-4 gün ayağında başmaqla döyüşlərdə iştirak etmişdir.Noyabr ayının 3-də artıq tağımla Laçın rayonunun Şəlvə dərəsi adlanan ərazidə olmuş və noyabr ayının 4-də hücuma keçmişlər. Noyabrın 10-a qədər döyüşdə iştirak etmişdir. Atəşkəs elan olunduqdan sonra noyabrın 28-ə kimi Laçın rayonunda olmuşdur. 28 noyabrda Gəncə N nömrəli hərbi hissəyə qayıtmışdırlar. Döyüşlərdə çoxlu sayda şəhid vermişdirlər. Həmin döyüşlərdə faəl iştirak etdiyi və fərqləndiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Onunla birlikdə döyüşdə iştirak edən əsgər yoldaşları “Laçının azad olunmasına görə” medalı ilə təltif olunsalar da, ona “Laçının azad olunmasına görə” medalı təqdim olunmamışdır. İddiaçının ikinçi Qarabağ müharibəsinin iştirakçısı olması, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunması, müharibə veteranı adının verilməsi və müvafiq vəsiqəsi ilə təmin edilməsi işin mübahisə olunmayan halıdır. Cavabdeh imtinasının əsasını onunla əsaslandırır ki, iddiaçının Laçın uğrunda gedən döyüşlərdə iştirak etməməşdir. Halbu ki, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, müharibə veteranının Laçın istiqamətində gedən döyüşlərdə digər döyüş yoldaşları ilə birlikdə iştirak etməməsi üçün əsaslı səbəb olmalıdır. İddiaçı qeyd edir ki, Qubadlı rayonunun son kəndlərində gedən döyüşlərdə ayaqları yanmış və yaralanmışdır. Onu çadırlardan hazırlanmış tibb məntəqəsinə düşürmüş, tibbi yardım göstərmiş və adı yaralılar siyahısına qeyd olunmuşdur. Daha sonra onu Hospitala göndərmək qərarına gəlmişdirlər. Səhəri günü isə öz istəyi ilə döyüş yoldaşlarının yanına qayıdaraq 3-4 gün ayağında başmaqla döyüşlərdə iştirak etmişdir.Noyabr ayının 3-də artıq tağımla Laçın rayonunun Şəlvə dərəsi adlanan ərazidə olmuş və noyabr ayının 4-də hücuma keçmişlər. Noyabrın 10-a qədər döyüşdə iştirak etmişdir. Atəşkəs elan olunduqdan sonra noyabrın 28-ə kimi Laçın rayonunda olmuşdur.28 noyabrda Gəncə N nömrəli hərbi hissəyə qayıtmışdırlar. Eyni halları, yəni iddiaçının yarasının yüngül olması səbəbi ilə müalicə müəssisəinə getməyib, döyüş yoldaşlarının yanına qayıtmasını onun döyüş yoldaşlarıdıa təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə yazılı izahat təqdim etmiş və bildirmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü X3 N nömrəli Hərbi Hissənin 1 -ci motoatcı taborun 1-ci motoatıcı böyüyün 2-ci motoatcı taqımın 1-ci moto atıcı manqanın atıcı qumbaratan köməkçisi vəzifəsində Cəbrayıl, Qubadlı, Laçın rayonlarının azad olunmağı uğurunda gedən döyüş əməliyyatlarında İddiaçı ilə birlikdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixində Cəbrayıl rayonun azad olunmasında müvəfəqiyyətlə döyüş tapşırığı yerinə yetirilmişdir. 2 MAHHXHQ döyüş əməliyyatlarını yerinə yetirərkən mənfur düşmənin açdığı snaper atəşi nəticəsində qəhrəmancasına Şəhid olmuşdur (X7, X1). xx.xx.2020-ci il tarixində Qubadlı rayonun azad olunması uğurunda gedən döyüş əməliyyatları zamanı səhhətində yaranan problemlə əlaqədar olaraq Təminat mətəqəsinə aparılmışdır və orada səhhəti ilə bağlı qalmalı olmuşdur. Gecə saatlarında İddiaçı ayağında yaranan problemlə bağlı Tibb məntəqəsinə gətirmişdirlər. Bir gün orada qaldıqdan sonra döyüş mövqeyləri dəyişdirilmişdir. xx.xx.2020-ci il tarixində Laçın rayonunu azad olunması uğurunda gedən döyüş əməliyyatlarına Laçın rayon Səfıyan kəndindən başlamışdırlar. Doqquz Hərbi qulluqçu düşmənin qurduğu puskuya düşərək qəhramcasına Şəhid olmuşdur (X18, X13, X6, X8, X10, X11, X4, X14, X9). xx.xx.2020-ci il tarixində düşmənin minaatanlardan atdığı mərmi nəticəsində yaranan mərmi dalğasından aldığı xəsarətlərdən sarsıntı keçirmişdir. Şahid ifadəsindən əlavə iddiaçı tərəfindən məhkəmə iclasında sübut qismində fotoşəkillər də məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı məhkəmə sorğusuna cavabda qeyd olunmuşdur ki, İddiaçı barədə N nömrəli hərbi hissənin tibb məntəqəsinin zədələnmələrin (yaralananların) qeydiyyatl kitabında məlumat yoxdur. Cavabdeh inzibati orqan iddiaçının Laçın uğrunda gedən döyüşlərdə iştirak etmədiyini bildirsədə, həmin vaxtlar iddiaçının başqa bir yerdə olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbu ki, iddiaçının Laçın istiqamətində gedən döyüşlərdə digər əsgər yoldaşları kimi iştirak etməsi yuxarıda qeyd edilən hallar ilə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının yaralandığı halda müalicə müəssisənə yox, döyüş yoldaşlarının yanına qayıtmaq istəməsi və yüngüldə olsa yaralı olduğu halda döyüş yoldaşlarından geri qalmaması, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etməsi onun nəinki, “Laçının azad olunmasına görə” medalı ilə hətta əlavə təltiflərə layiq olduğunu göstərir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. İnzibati icraat Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Lakin cavabdeh zəruri araşdırma aparmamış və iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Laçının azad olunmasına görə” medalının verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-359/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-359/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver