Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3592/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial MüdafiəFondu X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial MüdafiəFondu X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial MüdafiəFondu X2 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində fizika müəllimi işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş olmuş, Məhkəmənin 2-1(118)-557/2022 saylı, 16 mart 2022-ci il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. Hazırda iddiaçı eyni məhkəmədə eyni tərəfə qarşı, eyni iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Lakin iddiaçı Zəngilan rayon Təhsil Şöbəsindən əmək fəaliyyəti ilə bağlı tam məlumatları əks etdirən arayışı əldə etdikdən sonra işə baxılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, bu halda yenidən inzibati orqana müraciət edilməlidir. İddiaçıya izah edilsin ki, Zəngilan rayon Təhsil Şöbəsindən əmək fəaliyyəti ilə bağlı tam məlumatları əks etdirən arayışı əldə etdikdən sonra təkrar inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə eyni tələblə inzibati məhkəməyə müraciət edə bilər. (Müraciət şifahi yox, rəsmi qaydada inzibati orqana yazılı təqdim edilməli, inzibati orqan 35 gün ərzində hərəkətsizlik edərsə, rəsmi müraciəti sübut edən sənəldə məhkəməyə müraciət edilməli, imtina olunarsa, imtina əsasında 30 gün müddətində məhkəməyə müraciət edilməlidir.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3592/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3592/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver