Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3599/2023 23.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 19 aprel 2022ci il tarixli 036 əç nömrəli əmrinin ehtiyata buraxılması hissəsində ləğv edilməsi və 2021, 2022-ci illər üçün birdəfəlik pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdaifə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 aprel 2022-ci il tarixli 036 əç nömrəli əmrinin ehtiyata buraxılması hissəsində ləğv edilməsi və 2021, 2022-ci illər üçün birdəfəlik pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində 177 saylı X3 təyin olunmuş musiqiçi ixtisası üzrə kurs keçdikdən sonra Müdafiə Nazirinini əmri ilə xx.xx.2021-ci il tarixdən N saylı hərbi hissənin orkestrində musiqiçi kimi qanuni xidmətə başlamışdır. 14 ay xidmət etdikdən sonra onun xəbəri olmadan naməlum səbəblərdən xidmətdən kənarlaşdırılmışdır. Valideynlərinə bunun səbəbi sertifikatın olmaması kimi təqdim edilsə də, həqiqətə uyğun deyildir, çünki həmin sertifikat mövcuddur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı etiraz ərizəsində iddianın iddia müddəti pozulmaqla verildiyi üçün iddianın mümkün sayılmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə xidmət etdiyi N saylı hərbi hissə komandirinə raportla müraciət etmiş və Azərbaycan Ordusundan ehtiyata buraxılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə söhbətləşmə aparılmış və o, xidmət etməkdə çətinlik çəkdiyini və ehtiyata buraxılmaq istədiyini qeyd etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 036 ƏÇ nömrəli məxfi əmri ilə iddiaçı ordu sıralarından ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddia isə xx.xx.2022-ci il tarixdə qaldırılmış, bununla da onun tərəfindən iddia müddəti buraxılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, 2022-ci ilin aprel ayının 23-də o, artıq əmrdən xəbərdar olmuşdur. Lakin iddia ilə məhkəməyə 2023-cü ilin mart ayında müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Bundan başqa o, eyniməzmunlu iddia üzrə işə baxılarkən iddia müddəyinin bərpası barədə ərizə veridyini, lakin məhkəmə tərəfindən təmin olunmadığını bildirmişdir. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb məcburetmə növündə iddia olmaqla həmin iddianın mümkün sayılması üşün ilkin şərtlərdən biri iddiaçının müvafiq tələblə cavabdehə müraciət etməsidir. Lakin iddiaçının hazırki tələblə cavabdehə müraciət etməsi və imtina cavabı alması müəyyən edilmədi. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 19 aprel 2022ci il tarixli 036 əç nömrəli əmrinin ehtiyata buraxılması hissəsində ləğv edilməsi və 2021, 2022-ci illər üçün birdəfəlik pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3599/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3599/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver