Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-36/2020 25.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili X3, cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Xızı Rayon İcra Hakimiyyətinə qarşı “onun xüsusi mülkiyyətində olan Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin tələbi ilə sökülməsinin qanunsuz hesab edilməsi, ona məxsus Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən 56 kv.m torpaq sahəsindəki mağazanın yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi və Ticarət məqsədləri üçün istifadə etdiyi mağazanın qanunsuz sökülməsi nəticəsində 5 il ərzində götürəcəyi 30.000 manat məbləğində əldən çıxmış faydanın və sökülmüş əmlakının yenidən tikilib bərpa edilməsi üçün lazım olan 30.000 (otuz min) manat məbləğində olmaqla, ümumilkdə 60.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb onun xeyrinə tutulması tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anoloji iddia tələbi ilə bağlı İddiaçı cavabdeh Xızı Rayon İcra Hakimiyyətinə qarşı "mülkiyyətində olan mağazanın sökülməsinin qanunsuz hesab edilməsi, yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi və ona dəymiş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir.Xızı rayon Məhkəməsinin qətanməsinə əsasən iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə yuxarı instansiya məhkəməsinə müraciət etmiş və Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən hazırki mübahisənin həlli ümumi məhkəməyə deyil, aidiyyatı üzrə inzibati-iqtisadi məhkəməyə aid olması səbəbindən iddia tələbi üzrə icraata xitam vermiş və iddiaçıya İPM-nin 2.2.7-ci maddəsinə əsasən (inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair) iddia ərizəsi ilə Sumaqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməli olması tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı hazır ki iddia tələbi ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırki iddia tələbi ilə əlaqədar olaraq bildirilmişdir ki, cavabdeh Xızı Rayon İcra Hakimiyyəti dövlət əhəmiyyətli layihə planlaşdırması adı altında digər sahibkarları kimi onu da aldadaraq 2004-cü il tarixdən etibarən mülkiyyətimdə olan əmlakını qanunsuz, olaraq sökdürüb məhv etmişdir. Halbuki, sonradan məlum olmuşdur ki, həmin yerdə heç bir dövlət əhəmiyyətli layihə planlaşdırması olmamış və cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin tələbi ilə məcburi səkildə sökülmüş mağazalar cavabdehin cavabdehin öz maraqlarına uyğun qanunsuz şəkildə aparılmışdır. Bugünə kimi də həmin ərazidə heç bir tikinti aparılmamış və ərazi boş sahə olaraq qalmaqdadır. Cavabdeh bu qanunsuz hərəkətləri nəticəsində onun mülki məhv edilmiş və ona ciddi ziyan dəymiş, eləcədə əmlakdan əldə etdiyi gəlirindən məhrum olmuşdur. Qeyd etdiyi kimi, əvvəlcə ona və ərazidə olan digər sahibkarlara əmlaklarının dövlət ehtiyacları üçün söküldüyü bildirilsə də bir müddət sonra məlum oldu ki, cavabdeh orqanın vəzifəli şəxsi Azər Əlizədə tərəfindən aldadılmışlar. Belə ki, həmin şəxs obyektlərə daxil olmaqla yol kənarı bir çox ictimai-iaşə obyeklərinin dövlət əhəmiyyətli layihə tikintintisi üçün sökülməli olduğunu bildirərək onlara kompensasiya veriləcəyinə vəd vermiş, lakin sonradan məlum olmuşdur ki, həmin ərazidə hər hansı dövlət əhəmiyyətli layihə həyata keçirilməsi nəzərdə tutulmamış, eləcədə bu ad altında aparılmış söküntü işləri dövlət ehtiyacları üçün deyil, birbaşa cavabdeh orqanın vəzifəli məmurlarının şəxsi maraqları və ehtiyacları üçün həyata keçirilmişdir.Bir faktı da nəzərə çatdırdı ki, artıq üzərindən uzun müddət keçməsinə baxmayaraq söküntü işlərinin aparıldığı ərazidə heç bir dövlət əhəmiyyətli layihə salınmamışdır. Bu da özlüyündə cavabdeh orqanın vəzifəli şəxsinin öz maddi maraqları üçün yalan uydurduğu və iddiaçı kimi kasıb-sadə vətəndaşları aldatdıqlarını ortaya çıxarır.Məhkəmənin diqqətinə çatdırılır ki, həmin obyektn tikilib istifadəyə verilməsi üçün iddiaçıya uzun illər zəhmət çəkib əmək sərf edilib. Ticarət təyinatlı həmin obyekt əsasən mağaza kimi istifadə olunmuş və iddiaçı orda öz ticarət fəaliyyətimi həyata keçirməklə ailəsinin gündəlik dolanacağını - "çörək pulunu" o mağazdan çıxardıb. Lakin, heç bir dövlət ehtiyacları tələb etmədiyi halda cavabdehin öz şəxsi mənafeləri üçün yalan məlumatlar və vədlər verməklə qanunsuz olaraq mülkiyyətimi məhv etməsi nəticəsində ona və ailəsinə ciddi ziyan dəymişdir.Cavabdehin bu qanunsuz hərəkətlərinin nəticəsində artıq 4 ildirki iddiaçı öz əmlakından istifadə edib fayda götürə bilmir. Belə ki, əmlakının sökülməsi nəticəsində ona 5 il ərzində (orta aylıq gəlir 500 manat x 12 ay x 5 il) 30.000 manat məbləğində pul gəliri əlindən çıxmışdır.Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinə əsasən, "Azərbaycan Respublikasındakı mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur " və 29-cu maddəyə görə, "Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin hec bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.""Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.""Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar ücün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər."Konstitusiyanın qeyd olunan normalarının tələbləri cavabeh tərəfindən kobud şəkildə pozulması nəticəsində o qanunla qorunan mülkiyyətindən məhrum olunmuşdur. Bütün bunlar əsas verir ki, cavabdeh qanunvericiliyin tələblərini pozaraq uzun illər zəhmət sərf etdiyi və ailəsini dolandırdığı əmlakını qanunsuz şəkildə məhv etmiş və ona buna görə heç bir kompensasiya da ödəməmişdir. Bununla da, cavabdeh qanunla qorunan və dövlət tərəfindən təminat verilən hüquqlarını pozaraq onu bir mülkiyyətçi kimi tanımamış və ümumiyyətlə, bu barədə onunla hər hansı danışıq belə aparmamışdır.Bununla bağlı məsələyə aydınlıq gətirilməsi və pozulmuş hüquqlarının bərpası üçün cavabdeh Xızı Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, bugünə kimi pozulmuş hüquqularının bərpası olunmasında heç bir nəticə əldə etməmişdir. Cavabdeh orqanın vəzifəlisi Azər Əlizadə pozulmuş hüquqlarının bərpa etmək əvəzinə, əksinə kobud şəkildə onu başından etmiş, başqa qapılar göstərmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində zərərçəkən iddiaçı və onun ailəsi olmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək bildirirdi ki, hazırda məhkəmənin icraatında olan iddia ərizəsinə baxılan zaman zəruriyyət yarandığından iddia tələblərində dəqiqləşdirmək qərarına gəlmişdir. Belə ki, məhkəmə qərarı olmadan onun xüsusi mülkiyyətində olan Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin tələbi ilə sökülməsinin qanunsuz hesab edilməsi, ona məxsus Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən 56 kv.m torpaq sahəsindəki mağazanın yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi və cavabdehin qanunsuz tələbi (hərəkətləri) nəticəsində sökülmüş əmlakının yenidən tikilib bərpa edilməsi üçün lazım olan 30.000 (otuz min) manat məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı və onun nümayəndə və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə zidd olduğundan rədd olunmalıdır. Belə ki, “Regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bütün Respublika ərazisində olduğu kimi Xızı rayonunda da müvafiq layihələr həyata keçirilir. Bu məqsədlə abadlıq, təmizlik, yenidənqurma və əsaslı tikinti işləri aparılır. Belə işlərin tərkib hissəsi olaraq Xızı şəhərinin ümumi görünüşünə xələl gətirən və pərakəndə formada əvvəllər inşa edilmiş tikililərin sökülməsi zərurəti yarandığından obyekt sahibləri olan hüquqi və fiziki şəxslərlə aparılan maarifləndirmə və izahat işləri nəticəsində bu tikililərin böyük əksəriyyəti sahibləri tərəfindən könüllü olaraq sökülmüşdür. O cümlədən həmin dövrdə heç bir tikinti norma və qaydalarına uyğun olmayan, mağaza zövqsüz, plansız və pərakəndə şəkildə olduğundan burada da abadlıq, təmizlik işlərinin aparılması zərurəti yarandığından bu barədə Xızı Rayon Hakimiyyəti tərəfindən İddiaçı ilə söhbət aparılaraq qanunvericiliyin bütün müddəaları ona izah edilmiş, nəticədə tikinti normalarının tələblərinə cavab verməyən tikili İddiaçı tərəfindən könüllü olaraq sökülmüş, söküntü materialları isə iddiaçı tərəfindən daşınmışdır. Tikilinin sökülməsində və daşınmasında Xızı RİHBA-nın məsul işçilərinin iştirakı olmamışdır. Xızı rayon məhkəməsinin icraatında olmuş “zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Məhkəmənin 2(068)-03/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərardadına əsasən mülki iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəməmühasibat ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 8363/8377 nömrəli ekspert rəyinə əsasən, tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyriyaşayış binalarının və s. daşınmaz obyektlərin bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı suallar əmlak birjalarından konkret məlumatın əldə edilməsinə aid olduğundan, iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinin və üzərindəki mağaza binasının ümumilikdə bazar dəyərinin müəyyənləşdirilməsinə dair tədqiqat aparılmamışdır. Tədqiq olunan ünvanda yerləşmiş, müvafiq -hüquqmüəyyənedici və texniki sənədlər üzrə ümumi, o cümlədən əsas sahəsi 10,4 kv.metr qeyri-yaşayış sahəsi olan mağazanın bərpası üçün tələb olunan pul vəsaitinin məbləğini müəyyənləşdirilməsi üçün, ilk növbədə tədqiq olunan obyektin ilkin vəziyyəti, yəni söküntü işləri aparılmamışdan əvvəl həmin sahələrin hansı dərəcədə təmirliyi, sahələrin ayrı-ayrı tikililərin konstruktiv elementlərinin hansı növ tikinti materiallarından inşa olunduğu, onların təmirlik və texniki vəziyyəti, o cümlədən həcmi, sahəsi, miqdarı və s. zəruri məlumatlar tədqiq edilməlidir. Lakin, tədqiq olunan mağaza yerində olmadığından, yəni söküldüyündən və yuxarıda qeyd olunan xüsusiyyətlər barədə mülki iş materiallarında, o cümlədən texniki pasportda və əlavə olaraq təqdim olunmuş eskiz layihəsində kifayət qədər məlumat olmadığından, sökülmüş obyektin (mağaza) bərpası üçün tələb olunmalı pul vəsaitinin məbləğinin müəyyən edilməsi üzrə tədqiqat aparılması mümkün deyildir. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan dövrdə gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərcləri təsdiq ədən bütün ilkin mühasibat sənədləri, o cümlədən malların alınmasına dair, əmək haqqının ödənilməsinə dair, vergilərin ödənilməsinə dair xərc sənədləri təqdim olunmadığından, hazırki ekspertiza zamanı iddiaçının fəaliyyət göstərdiyi dövrlərdə ticarət obyektinin orta aylıq gəlirini, illik dövriyyə nəzərə alınmaqla həmin ticarət obyektinin (söküldükdən sonrakı) 4 il ərzində nə qədər gəlir əldə edə bilməsini, ticarət məqsədləri üçün istifadə olunan mağazanın sökülməsi nəticəsində əldən çıxmış faydanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Eyni zamanda qanunvericiliyin normaları baxımından İddiaçı cavabdehlər Xızı rayon İcra Hakimiyyətidən ümumilikdə vurulmuş maddi ziyanın əvəzi olaraq 60000 (altımış min) manat məbləğində təzminatı tələb etməsi üçün öz tələbinin əsasları kimi istinad etdiyi halları sübuta yetirməli və iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Lakin iddia ərizəsində belə sübutlar mövcud deyil.Həmçinin iddiaçı tikilinin sökülməsindən 6 ilə yaxın bir müddət keçməsinə və bu illər ərzində heç vaxt Xızı Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etməməyinə rəğmən, tikilinin məhz Xızı RİH tərəfindən söküldüyünü iddia edərək kompensasiya tələbi ilə bağlı məhkəmə orqanlarına müraciət edir. Halbuki tikili İddiaçı tərəfindən könüllü sökülməsəydi Xızı RİH digər şəxslərə məxsus tikililərin sökülməsi üçün məhkəmə orqanlarına müraciət etdiyi kimi, ona məxsus tikilinin sökülməsi tələbi ilə bağlı aidiyyəti məhkəmə orqanlarına müraciət edərdi.Göründüyü kimi Xızı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı iddia etdiyi ərazidə heç bir söküntü işləri aparılmamışdır. Yalnız onunla tövsiyə xarakterli söhbət aparılmış, nəticədə qeyd olunan tikili İddiaçı tərəfindən könüllü olaraq sökülmüşdür. Ona görə də İddiaçı cavabdeh Xızı Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan mağazanın sökülməsinin qanunsuz hesab edilməsi, yenidən tikilməsinə və qanununi istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi və ona dəymiş zərər görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edəsiniz.Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Maliyyə Nazirliyi məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə üçüncü şəxsin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2019-cu il tarixli, 27 nömrəli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********53-06301 reyestr nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Texniki pasportun notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 16794 saylı ekspert rəyi, Xızı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 112 saylı məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı tələbi üç hissədən ibarətdir. 1) Məhkəmə qərarı olmadan X4 xüsusi mülkiyyətində olan Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən mağazanın cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin tələbi ilə sökülməsinin qanunsuz hesab edilməsi, 2) X2 məxsus Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən 56 kv.m torpaq sahəsindəki mağazanın yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi, 3) Xızı rayon İcra Hakimiyyətinin qanunsuz tələbi (hərəkətləri) nəticəsində sökülmüş əmlakının yenidən tikilib bərpa edilməsi üçün lazım olan 30.000 (otuz min) manat məbləğində kompensasiyanın iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi, Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir: İddia tələbinin birinci hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan tələb inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavəsitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə ilə əlaqədardır (müəyyən hərəkətlərin edilməsindən çəkinməyə dair iddia). İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanlar tərəfindən edilmiş müdaxilənin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Xızı rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı etiraz ərizəsində və digər məktublarında--rayonda aparılacaq yenidənqurma işlərinin həyata keçirilməsi məqsədi ilə İddiaçı və müasir tələblərə cavab verməyən digər dükan sahibləri ilə profilaktik söhbətlərin aparıldığını və bu söhbətlərin nəticəsi olaraq həmin dükan sahiblərin,o cümlədən İddiaçı dükanların özləri tərəfindən söküldüyünü bildirmişdir. Nəzərə alınmalıdır ki, həmin ərazidə yerləşən başqa dükan sahiblərinə məhkəmə qərarına əsasən kompensasiya verilməsi şərti ilə dükanlarının sökülməsi həyata keçirilmişdir. Buna misal olaraq Xızı rayon İcra Hakimiyyətinin cavabdeh Ataxanzadə Adilə Mövsüm qızına qarşı 9.000 manat kompensasiyanın ödənilməsi şərti ilə əmlakının dövlət ehtiyacları üçün alınmasına dair Xızı rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(068)-12/2013 saylı qətnaməsini göstərmək olar. Nəzərə alınmalıdır ki, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(105)-590/2013 saylı qətnaməsi ilə Xızı rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(068)-12/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən məlum olmuşdur ki,iş üzrə cavabdeh olan Ataxanzadə Adilə Mövsüm qızı məhkəmədə izahat verərək bildirmişdir ki, Xızı rayon İcra Hakimiyyəti tərəfindən onun öz hesabına dükanının sökülməsinə görə qeyri qanuni göstərişlər verilmişdir. Nəzərə alınmalıdır ki, dövlət ehtiyacları üçün alınmış Ataxanzadə Adilə Mövsüm qızına məxsus olan qeyri-yaşayış sahəsi ünvan 2 ünvanında, yəni İddiaçıa məxsus olan qeyri-yaşayış sahəsinin yanında yerləşirdi. Belə olduğu tədqirdə nə üçün Ataxanzadə Adilə Mövsüm qızına məxsus olan qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün məhkəmə qərarı ilə alınması,qonşuluqda olan İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin kompesasiya ödənilməklə alınmasının həyata keçirliməməsi inzibati orqanın öz hüquqlarından sui istifadə etməsinə dəlalət edir. Belə ki, iddiaçının iddia tələbində göstərilən tələblərin aydınlaşdırılması məqsədi ilə, məhkəmənin sorğusu əsasında cavabdehə ünvanlanmış suallara Xızı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 112 saylı cavab məktubundan görünür ki, Xızı şəhərinin ümumi görünüşünə xələl gətirən, heç bir tikinti norma və qaydalarına uyğun olmayan, zövqsüz, plansız və pərakəndə şəkildə inşa olunduğundan və burada da abadlıq, təmizlik işlərinin aparılması zərurəti yarandığından bu barədə Xızı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ilə söhbət aparılaraq qanunvericiliyin bütün müddəaları ona izah edilmiş, nəticədə tikinti normalarının tələblərinə cavab verməyən tikili İddiaçı tərəfindən könüllü olaraq sökülmüş, söküntü materialları isə iddiaçı tərəfindən daşınmışdır. Söküntü işləri iddiaçı tərəfindən könüllü aparıldığından hər hansı mütəxəssis rəyinin alınmasına ehtiyac yaranmamışdır.Xızı şəhərinin 2008-2028-ci illər üçün təsdiq edilmiş Baş planında tikililərin (dükanların) yerləşdiyi ərazidə Ticarət mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.İddiaçıya məxsus Xızı şəhəri H.Əliyev prospektində yerləşən tikilinin (mağazanın) və digər obyekt sahiblərinə məxsus tikililərin yerləşdiyi ərazinin hər hansı dövlət layihəsi əsasında dövlət ehtiyacları üçün alınması nəzərdə tutulmamışdır.“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bütün Respublika ərazisində olduğu kimi Xızı rayonunda da müvafiq layihələr həyata keçirilir. Bu məqsədlə abadlıq, təmizlik, yenidənqurma və əsaslı tikinti işləri aparılır. Bu layihələrə Xızı Rayon İcra Hakimiyyətinin inzibati binasının, X7 inzibati binasının, Xızı rayon Dövlət Sosial Müdafiə Fondunun inzibati binasının, Xızı dövlət X8 inzibati binasının tikintisi və Şəhidlər xiyabanının salınması və s. daxildir. Xızı şəhəri H.Əliyev prospektində yerləşən tikililərin (mağazaların) yerləşdiyi ərazi hal-hazırda boşdur.Xızı şəhərinin 2008-2028-ci illər üçün təsdiq edilmiş Baş planında tikililərin (dükanların) yerləşdiyi ərazidə Ticarət mərkəzinin tikintisi nəzərdə tutulmuşdur ki, həmin ərazidə ticarət mərkəzi tikildikdən sonra orada mağazası mövcud olmuş obyekt sahibləri müvafiq yerlərlə təmin olunacaqdır. Xızı rayon İcra Hakimiyyəti qeyd olunan xx.xx.2020-ci il tarixli, 112 saylı cavab məktubunda İddiaçı məxsus qeyri-yaşayış sahəsnin dövlət ehtiyacları üçün alınmasının nəzərdə tutulmadığını bildirmişdir.Lakin Xızı rayon İcra Hakimiyyəti qeyd olunan məktubunda İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin sökülməsində maraqlı olmasını gizlətməmiş, yəni İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin müasir tələblərə cavab verməməsi səbəbindən və həmin yerdə Ticarət Mərkəzinin tikiləcəyini qeyd eləmişdir. Bununlada inzibati orqan İddiaçı hüquq və azadlıqlarının pozan qanunsuz müdaxilə etmişdir. Yəni inzibati orqan tərəfindən qeyd olunan tikilinin sökülməsinin təklif və ya tələb etməsi qanunsuz müdaxilə hesab edilir və həmin tikilinin iddiaçı tərəfindən sökülüb sökülməməsi işin gedişatına bir o qədərədə təsir etmir. Həqiqətəndə tikilinin Zaur Tanrıverdiiyev tərəfindən sökülməsi həyata keçirilmiş olsa idi belə gələcəkdə hər hansı risklərin qarşının alınması məqsədi ilə inzibati orqan tərəfindən formalda olsa müəyyən hərəkətlər keçirilə bilərdi, buna misal olaraq ən azından İddiaçı özünə məxsus qeyriyaşayış sahəsinin özü tərəfindən könüllü sökülməsi ilə bağlı ərizə alına bilərdi. Göründüyü kimi inzibati orqan qeyd olunan müdaxilənin zəruri edən faktiki şərtləin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respubllikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bü cür müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsi əsaslıdır. İddia tələbinin ikinci hissəsini araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Əvvəla nəzərə alınmalıdır ki, iddia tələbi üzrə verilmiş ikinci tələb birinci tələbdən asılıdır. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sökülmüş qeyri-yaşayış sahəsi və altında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Yəni həmin qeyri-yaşayış sahəsi sökülənədək qeyri-yaşayış sahəsi qanuni icazə əsasında inşa edilmiş və bunla bağlı İddiaçı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarış, o cümlədən dükanın texniki göstəricilərini özündə əks elətdirən texniki pasport verilmişdir. Ona görədə hesab olunur ki, İddiaçı özünə mülkiyyət hüququ ilə məxsus 0.0056 kv.m torpaq sahəsi üzərində ümumi sahəsi 10.4 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisinə inzibati orqan tərəfindən hər hansı bir maneə edilə bilməz. İddia tələbinin üçüncü hissəsini araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmədə iddiaçı və onun vəkili inzibati orqandan tələb edən kompensasiyanın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəylərinə əsaslandığını bildirərək, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin 35-36.000 manat dəyərində olması səbəbindən inzibati orqandan tələb edilən kompensasiyanın 30.000 manat olmasını məqsədə müvafiq hesab etdiyi bildirmişdirlər. İddiaçının və onun vəkilinin fikirləri ilə razılaşmayan məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki iddia tələbinin predmeti sökülmüş əmlakın yenidən tikilib bərpası üçün tələb edilən vəsait ilə əlaqədardır. Yuxarıda qeyd olunan ekpertiza rəylərində isə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin bazar qiyməti müəyyən edilmişdir. Bu isə mübahisəli qeyri-yaşayış sahəsinin bərpa edilməsinin mümkün olmayacağı tədqirdə inzibati orqandan tutulacaq birdəfəlik kompensasiya məbləğinin təyin edilməsi zamanı tətbiq oluna bilər. Hal hazırda İddiaçı məxsus olan 0.0056 kv.m torpaq sahəsi boşdur və həmin torpaq sahəsinin üzərində 10.4 kv.m qeyri yaşayış sahəsinin bərpa edilməsi üçün hər hansı bir qanuni məhdudiyyət mövcud deyil. Ona görədə məhkəmə hesab edir ki, sökülmüş tikilin bərpası üçün tələb edilən vəsaitin müəyyən edilməsi zamanı məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 16794 saylı ekspert rəyindən müəyyən olunur ki, Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşmiş, hazırda sökülmüş, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış obyektinin yerində yenidən bərpa edilməsi üçün (yəni yerinə yetirilməli tikinti işlərinin dəyəri) 2.746 (iki min yeddi yüz qırx altı) manat məbləğində vəsait lazımlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin üçüncü hissəsi qismən təmin edilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxılır. Həmin məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Xızı rayon İcra Hakimiyyətinin tələbi ilə məhkəmə qərarı olmadan X4 xüsusi mülkiyyətində olan Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən ümumi sahəsi 10.4 kv.m olan qeyri yaşayış sahəsinin (mağazanın) sökülməsi qanunsuz hesab edilsin. X2 məxsus Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən 0,0056 kv.m torpaq sahəsindəki qeyri yaşayış sahəsinin (mağazanın) yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasına təsir göstərən və maneələr törədən hərəkətlər cavabdehə qadağan edilsin. Xızı rayon İcra Hakimiyyətindən Xızı rayonu, Xızı qəsəbəsi H.Əliyev prospektində yerləşən 0,0056 kv.m torpaq sahəsin üzərində ümumi sahəsi 10.4 kv.m olmuş və sonradan sökülmüş əmlakının yenidən tikilib bərpa edilməsi üçün tələb olunan 2.746 (iki min yeddi yüz qırx altı) manat məbləğində kompensasiya İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-36/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-36/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver