Məhkəmə qərarları › İş №2-1(118)-36/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-36/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-36/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.metr üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq, İddiaçı ödənilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan X1rşı “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.metr üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq, İddiaçı ödənilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsi seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Hal-hazırda həmin ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol çəkilişi həyata keçirilmiş və torpaq sahəsi həmin yolun altında qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İdarənin **********91 saylı, 03 oktyabr 2019-cu il tarixli məktubu ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyü bildirilmişdir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Məhkəmənin nəzərinə çatdırırlar ki, tərəflərindən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 02 sentyabr 2020-ci il tarixdə məktub yazılaraq, kompensasiyanın hesablanaraq verilməsi tələb edilmiş, lakin müraciətlərinə heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.2-ci maddəsinə əsasən Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.3-cü maddəsinə əsasən Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.4-cü maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 247.1-ci maddəsinə əsasən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqmda iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmənin nəzərinə çatdırırlar ki, qeyd edilən ərazidə yerləşən torpaq sahələrinin mülkiyyətçilərinə cavabdeh tərəfindən hər 100 kvadrat metr sahəsi üçün 3500 (üç min beş yüz) manat məbləğində kompensasiya ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddianı müdafiə etmişdir. 16 dekabr 2022-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdir. Bu barədə iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2020ci ilin fevral ayında ünvanladığı müraciətinə Cəmiyyətdə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada iddiaçıya cavab verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015-2016-ci illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na əsasən 4515.00 kv.m. torpaq sahəsinin 2659.78 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 79793 manat 40 qəpik dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" ASC-nin “Rabitə Filialına” iddiaçının adına köçürülmüş və İddiaçı tərəfindən alınmışdır. Daha sonra İddiaçı qalan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2019-cu ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və qalan torpaq sahəsinin 0.55522 ha hissəsinə çıxarış əldə etmişdir. Beləliklə iddiaçının iddiada qeyd olunan qalan torpaq sahəsi avtomobil yolun tikinti altına düşmədiyi səbəbindən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamişdir. Lakin qalan torpaq 0.55522 ha sahəsinin yerini iddiaçı tərəfindən müəyyən edə bilmədiyindən cavabdehə müraciət etmişdir ki, onun həmin torpaq sahəsi də yolun tikinti altına düşmüş və ona görə torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdir. İddiaçının müraciət əsasında “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində onun torpaq sahəsinin tikinti altina düşüb-düşməməyi dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda göstərilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində layihə işlənilən zaman vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən 4515.00 kv.m. torpaq sahəsinin 2658.78 kv.m. hissəsi yolun tikintisi altına düşmüşdür. Vətəndaşa məxsus əlavə torpaq sahəsi yolun tikinti altına düşmür. İnzibati məhkəmə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə inzibati mühakimə icraat qaydasında baxılan öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı, 2. İddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; 3. İddia qaldırmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4.İddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. (İPM-2.2.3, 34.1.35.1.) İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquq nəticələrinin baş verməsi ilə bağlanan digər əsas və hadisələrlə yanaşı, başqa şəxsə zərər vurulması da mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından birini təşkil edir. Həmin Məcəllənin 21.1-ci maddəsi ilə müəyyən edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrində nəzərdə tutulur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla mülki hüquq pozuntusunun baş verməsini sübut etməli, mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın deliktin törədilməsində təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübut yetirilməlidir İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ona dəymiş ziyanın olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra iddiaçı zərər vuranın deliktin törədilməsində təqsirliliyini və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Hazırkı halda iddiaçı ona vurulan zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsinə dair, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərin təqsirli hərəkətləri nəticəsində daşınmaz əmlakın tam məhv olması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddiada göstərdiyi torpaq sahəsinə müdaxiləsini və hamin sahədə tikinti işlərin aparılmasını iddiaçı tərəfindən heç bir sübut təqdim olunmayıb, halbuki mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya qarşı hər hansı mülki deliktin törətməsi ilə bağlı faktlar və deliktin mövcud olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər və ya tutarlı sübut növləri təqdim etməmişdir. Beləliklə iddiaçı mülki hüquq pozuntusu ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməyib və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi, iddiaçı cavabdehə kompensasiya ödənilməsi ilə bağlı 2020-cı ilin fevral ayında müraciət etmişdir, və cavab aldığından bir ildən artıq keçəndən sonra məhkəməyə müraciət etmişdir, halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9- cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göründüyü kimi, iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Beləliklə yuxarıda saralanlara əsasən hesab edirik ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi cavabdeh Azərbaycan X1rşı əsassızdır və təmin edilməməlidir. Qeyd edilənlər əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmada subyektiv hüququ vardır, iddiaçı ziyanla bağlı kompensasiya tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan imtina etdikdən sonra məhkəməyə müraciət etmişdir imtina etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə iddiaçının hazırkı iddianı qaldırmada subyektiv hüququnun olduğunu qərarın əsaslandırmasında qeyd edəcəkdir. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.metr üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq, İddiaçı ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, “iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdir. Bu barədə iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2020-ci ilin fevral ayında ünvanladığı müraciətinə Cəmiyyətdə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada iddiaçıya cavab verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015- 2016-ci illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na əsasən 4515.00 kv.m. torpaq sahəsinin 2659.78 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 79793 manat 40 qəpik dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" ASC-nin “Rabitə Filialına” iddiaçının adına köçürülmüş və İddiaçı tərəfindən alınmışdır. Daha sonra İddiaçı qalan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2019-cu ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və qalan torpaq sahəsinin 0.55522 ha hissəsinə çıxarış əldə etmişdir. Beləliklə iddiaçının iddiada qeyd olunan qalan torpaq sahəsi avtomobil yolun tikinti altına düşmədiyi səbəbindən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamişdir. Lakin qalan torpaq 0.55522 ha sahəsinin yerini iddiaçı tərəfindən müəyyən edə bilmədiyindən cavabdehə müraciət etmişdir ki, onun həmin torpaq sahəsi də yolun tikinti altına düşmüş və ona görə torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdir. İddiaçının müraciət əsasında “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində onun torpaq sahəsinin tikinti altina düşüb-düşməməyi dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda göstərilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində layihə işlənilən zaman vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən 4515.00 kv.m. torpaq sahəsinin 2658.78 kv.m. hissəsi yolun tikintisi altına düşmüşdür. Vətəndaşa məxsus əlavə torpaq sahəsi yolun tikinti altına düşmür. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. (RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İdarənin **********91 saylı, 03 oktyabr 2019-cu il tarixli məktubu ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyü bildirilmişdir. Məhkəmənin 2-1(118)-315/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsi tikintisi gedən Bilgəh-Sumqayıt yolunun tikintisi altına düşürmü? Düşürsə hansı hissədə düşür?

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5971 saylı, 31 mart 2022-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - Elektron kadast məlumat bazasına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.055522 ha torpaq sahəsinin plan və ölçüşünün döngə nöqtələrinin koordinatları Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsinin mərkəz hissəsində tikinti altına düşür. Göründüyü kimi iddia predmeti olan və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşdüyü səlahiyyətli dövlət qurumlarının verdiyi rəylərlə öz təsdiqini tapır. Bu isə həmin torpaq sahəsi ilə bağlı müvafiq kompensasiyanın ödənilməsi əsası yaradır. İddiaçı hazırda Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.metr üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq, İddiaçı ödənilməsini istəyir. Göründüyü kimi iddiaçı 0.055522 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.metr üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiya tələb edir. Lakin məhkəmə tərəfindən müvafiq sorğular edilmiş, həmin ərazidəki torpaq sahələri ilə bağlı fərqli qiymətlərə alğ-satqılar aparıldığı müəyyən edilmişdir. Məhkəmə sorğusu ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14 noyabr 2022-ci il tarixli, ********* saylı məktubla İddiaçı məxsus olmuş və Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşmüş və bununla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyəri qiymətləndirilməsi barədə hesabatların surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanında qeyd etdiyi kimi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015-2016-ci illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na əsasən 4515.00 kv.m. torpaq sahəsinin 2659.78 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır.Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 79793 manat 40 qəpik dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" ASC-nin “Rabitə Filialına” iddiaçının adına köçürülmüş və İddiaçı tərəfindən alınmışdır. Göründüyü kimi iddiaçının mülkiyyətində olan və hazırda mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsi olmuş torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən müvafiq kompensasiya hesablanmış və bu kompensasiya iddiaçı tərəfindən qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsidə eyni əsaslarla qiymətləndirilərək müvafiq kompensasiyanın iddiaçıya ödənilməsi əsaslı və qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanunun 23-cü maddəsinə əsasən: 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir; 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir; 23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. 23.2. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərin onlara ödəniləcək kompensasiyanın məbləğinə dair, habelə bu məbləğdə dəyişikliklər edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı ilə tanış olması üçün zəruri şərait yaratmalıdır. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi torpaqların yolların çəkilməsi məqsədilə alınması dövlət ehtiyacı hesab edilir və dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinə görə isə alınmanın təsirinə məruz qalmış şəxsə kompensasiyanın ödənilməli olması qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən hüquq normaları hazırkı işə tətbiq edilməklə iddiaçıya daha əvvəl ödənilmiş kompensasiyaya uyğun kompensasiya hesablanmalı və ödənilməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Hazırki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsada, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə imkanı itirilmiş və beləliklədə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləridə pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış 0.055522 ha ölçülü torpaq sahəsinə görə dövlət etiyacları üçün geri alınma əsası ilə (kompensasiya İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na əsasən 4515.00 kv.m. torpaq sahəsinin 2659.78 kv.m. hissəsinə görə hesablanmış və ödənilmiş kompensasiaya uyğun hesablanmalı və ödənilməlidir) kompensasiya hesablanması və İddiaçı ödənilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməlidir

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış 0.055522 ha ölçülü torpaq sahəsinə görə dövlət etiyacları üçün geri alınma əsası ilə (kompensasiya İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na əsasən 4515.00 kv.m. torpaq sahəsinin 2659.78 kv.m. hissəsinə görə hesablanmış və ödənilmiş kompensasiaya uyğun hesablanmalı və ödənilməlidir) kompensasiya hesablanması və İddiaçı ödənilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar