Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-360/2021 31.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 2-də yaşayan), İddiaçının vəkili Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 9-cu mikrn, ev 9 v, mənzil 25-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı cavabdehin üzərinə Şərur rayon Şəhriyar icra nümayəndəliyi tərəfindən iddiaçının barəsində tərtib olunmuş 02 saylı xx.xx.1958-ci il tarixli ölüm haqqında akt qeydinin ləğv olunması öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Şərur rayon Şəhriyar icra nümayəndəliyi tərəfindən iddiaçının barəsində tərtib olunmuş 02 saylı xx.xx.1958-ci il tarixli ölüm haqqında akt qeydinin ləğv olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1953-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Şəhriyar kəndində anadan olmuşdur. X1, anası isə X5r. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Ərinin vəfat etməsindən sonra vərəsəlik üçün sənədləri hazırlayarkən ona məlum olmuşdur ki, Şərur rayon Şəhriyar icra nümayəndəliyi onun barəsində xx.xx.1958-ci il tarixli 02 saylı ölüm haqqında akt qeydi tərtib etmişdir. O, bununla əlaqədar olaraq cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət edərək, Şərur rayon Şəhriyar icra nümayəndəliyi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.1958-ci il tarixli 02 saylı ölüm haqqında akt qeydinin ləğv olunmasını xahiş etmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ona məhkəməyə müraciət etmək tövsiyə olunmuş, akt qeydinin ləğv edilməsindən imtina olunmuşdur. İddiaçı ölüm akt qeydinin mövcudluğu ilə bağlı belə ehtimal edir ki, həmin illərdə onun azyaşlı bacısı vəfat etdiyindən ona bacısının doğum sənədi verilmiş, bacısı vəfat etdikdə isə həmin adla ona ölüm haqqında akt qeydi tərtib edilmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçıya aid Sumqayıt ŞPİ QŞQB tərəfindən verilmiş AZE № 0******* seriyalı, xx.xx.2004-cü il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1953cü ildə Naxçıvan MR Şərur rayonu Şəhriyar kəndində anadan olmuş, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 8 sylı evin 23 saylı mənzilində qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/2-23/76-13 N-li xx xxxxxx 2021-ci il tarixli məktuba əlavə edilmiş ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.1957-ci ildə vəfat etmişdir. Bu barədə Naxçıvan MR Şərur (keçmiş Noraşen) rayon Şəhriyar kənd sovetliyi tərəfindən xx xxxxxx 1958-ci il tarixdə 02 N-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsinin 05/2-68-76 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ölüm haqqında akt qeydinə əas olmuş sənədlər Şərur rayon qeydiyyat şöbəsi tərəfindən 1 il müddətində saxlanıldıqdan sonra aktlaşdırılaraq məhv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ölüm haqqında akt qeydinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2020-ci il tarixli 05/1998/15 saylı məktubu ilə imtina cavabı verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (23). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X4 hazıradək sağ-salamat olduğu halda onun ölümü barədə xx.xx.1958-ci ildə akt qeydi tərtib edilmişdir. Həmin akt qeydinin aparılmasının əsasları məhv edildiyi üçün müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin əsassız olduğu aşkar surətdə aydın olduğundan iddia tələbi təmin edilərək xx.xx.1953-cü il təvəllüdlü İddiaçı barəsində Naxçıvan MR Şərur (keçmiş Noraşen) rayon Şəhriyar kənd sovetliyi tərəfindən tərtib olunmuş 02 saylı xx.xx.1958-ci il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində Naxçıvan MR Şərur (keçmiş Noraşen) rayon Şəhriyar kənd sovetliyi tərəfindən tərtib olunmuş 02 saylı xx.xx.1958-ci il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-360/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-360/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver