Məhkəmə qərarları › İş №2-1(118)-360/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-360/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-360/2022 15.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı X1 (işləməyən, ünvan 1 ünvanında yaşayan) , Cavabdehin nümyəndəsi X4 (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, H.Zərdabi prospekti, ev 71a, mənzil 15-də yaşayan) iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun 1 saylı Regional Ərazi Filialına qarşı 17.01.1995- 23.04.2000-ci illərdə “Nurlan“ firmasında,10.06.2000-25.06.2007-ci illərdə "xxxx" müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 11 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun 1 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının əmək pensiyasına çıxmaq hüququnun təmin olunması üçün işlədiyi 1988-1993-cü illər və 1994-2000-ci illərin əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 17.01.1995-23.04.2000-ci illərdə “Nurlan” firmasında,10.06.2000- 25.06.2007-ci illərdə "xxxx" müəssisəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasınıın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 11.02.1956-cı ildə anadan olmuşdur. 65 yaşı 2021-ci ilin fevral ayının 11-də tamam olduğuna görə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini DSMF-nin 1 saylı Regional Ərazi Filialına təqdim etmişdir. 1 saylı Regional Ərazi Filialı özünün 07.10.2021-ci il tarixli, **********7 saylı məktubu ilə xahişini təmin etməmişdir. Məktubda imtinaya səbəb kimi onun 17.01.1995-23.04.2000-ci illərdə işlədiyim “Nurlan” firmasının və 10.06.2000-25.06.2007-ci illərdə işlədiyi “Allahverdi" müəssisəsinin hüquqi ünvanının məlum olmadığı, buna görə də sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığı göstərilir. Halbuki, iddiaçının ümumi iş stajı 38 ildir. O, 1974-cü ilin may ayından 1976-cı iilin may ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1976-1982-ci illərdə və 12.03.1982-13.10.1992-ci illərdə Məmmədli Südçülük-Tərəvəzçilik Sovxozunda, 22.10.1992-19.12.1994-cü illərdə Şimal Tikinti Quraşdırma İdarəsində, 17.01.1995-23.04.2000-ci illərdə “Nurlan" firmasında, 10.06.2000- 25.06.2007, 14.09.2007-26.12.2012-ci illərdə “Allahverdi" nüəssisəsində və 30.07.2020- 31.03.2021-ci illərdə “Cahangir" MTK-da işləmişdir. İddiaçının “Nurlan" firmasında və "xxxx" müəssisəsində işləməsi ona məxsus əmək kitabçasında qeyd edilmiş və həmin müəssisələrdə işlədiyi zaman əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Onun həmin müəssisələrdən kənar iş stajı 27 ildir. Bu da ona yaşa gpörə əmək pensiyasının təyin olunmasına imkan verir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı A.M.İsmayılov yaşa görə pensiya təyin edilməsi üçün 1 saylı Regional ərazi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır.11.02.1956-cı il təvəllüdlü X1 hazırki qanunvericiliyin tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququ 11.02.2021-ci il tarixdə yaranır. İddiaçı pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında iddiaçıya məxsus olan 15.03.1982-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən A.M.İsmayılovun mübahisəsiz sığorta stajı: iş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş 04.05.1974-cü il tarixli ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçının 04.05.1974-cü il tarixdən 12.05.1976cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 02 il 08 gün təşkil edir.Eyni zamanda A.M.İsmayılovun 30.07.2020-31.03.2021-ci il tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi (08 ay sistemdən çıxarış əlavə olunur) sosial sığorta stajı mübahisəsiz olaraq qəbul edilmişdir. İddiaçı A.M.İsmayılovun 2006-cı ilədək 14 il 09 ay 06 gün, 2006-cı ildən sonra 08 ay olmaqla, ümumilikdə 15 il 04 ay mübahisəsiz sığorta stajı mövcuddur.İddiaçının əmək kitabçasında 17.01.1995-23.04.2000-ci il tarixlərdə “Nurlan” firmasında, 10.06.2000-25.06.2007-ci il və 14.09.2007-26.12.2012-ci il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarfnm 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin “Nurlan” firmasının və "xxxx" müəssisəsinin hal-hazırda fəaliyyəti, sənədlərin saxlanıldığı hüquqi ünvan məlum olmadığından, sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunmasına baxmayaraq ümumi əmək stajına daxil edilməmişdir. A.M.İsmayılovun 15.03.1982-ci il tarixli ******* nömrəli əmək kitabçasında 10.06.2000-25.06.2007-ci il və 14.09.2007-26.12.2012-ci il tarixlərdə "xxxx" müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin sığortaolunanın şəxsi hesabına baxış zamanı qeyd olunan müəssisə tərəfindən 01.01.2006-26.12.2012-ci illərdə A.M.İsmayılovun adına məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi müəyyən olunmuş, nəticədə həmin dövr 06 il 11 ay 25 gün sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan: - İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, A.İsmayılov 12.03.1982-ci ildə əmək fəliyyətinə başlamış, 31.03.2021-ci il tarixədək müxtəlif işlərdə və peşələrə işləmişdir. -НЗ № ******* seriyalı hərbi biletən görünür ki, A.İsmayılov 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 23.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının işlədiyi “Nurlan” firması və "xxxx" müəssisəsinin arxiv sənədləri dövlət arxivinə və dövlət arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. -Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 21.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında iddiaçının işlədiyi “Nurlan” firması və "xxxx" müəssisəsi barədə heç bir məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 30.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının işlədiyi Nurlan firması və Allahverdi müəssisəsinin arxiv sənədləri saxlanılması üçün Abşeron rayon arxivinə təhvil verilməmişdir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 05.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının işlədiyi “Nurlan” firması və "xxxx" müəssisəsinin arxiv sənədləri saxlanılması üçün filiala dövlət mühafizəsinə təhvil verilmədiyindən onun iş stajı və əmək haqqı barədə məlumatın verilməsi mümkün olmamışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 18.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının işlədiyi Sabunçu rayon Əhaliyə Məişət Xidməti Kombinatın arxiv sənədləri dövlət arxivinə və dövlət arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. -Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidməti tərəfindən verilmiş 18.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, dövlət reyestrində "xxxx" Müəssisəsinin (VÖEN: **********) 21.05.1999-cu il tarixdə 2091 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Reyestrdə "xxxx" Müəssisəsinin təşkilati-hüquqi formasının dəyişməsi, ləğv olunması və ya hüquqi varisinin olması barədə məlumat müəyyən edilməmişdir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin müəssisənin 21.01.2013-cü il tarixdən 21.01.2018-ci il tarixədək və 15 08.2021 -ci il tarixdən hazırki dövrədək fəaliyyətinin dayandırılması barədə qeyd aparılmışdır. - Məhkənmə sorğusuna əsasən Qusar rayon dövlət arxivi tərəfindən verilmiş 21.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının işlədiyi Qusar toxuculuq sovxozu üzrə 1970-1974-cü illəri əhatə edən əmrlər və əmək haqqı cədvəlləri məhkəməyə təqdim edilmişdir. - Məhkənmə sorğusuna əsasən Xaçmaz rayon dövlət arxivi tərəfindən verilmiş 25.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının işlədiyi Xaçmaz rayon İnqilab “(üzümçülük) sovxozunun 1971-1974-cü illəri əhatə edən əmək haqqı, əmr kitablarında vətəndaş X1 əmək fəaliyyətinə dair heç bir fakt aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. İddiaçı Arif İsmayılov tələb olunan yaş həddinə çatsa da, onun 17.01.1995- 23.04.2000-ci illərdə “Nurlan” firmasında,10.06.2000-25.06.2007-ci illərdə "xxxx" müəssisəsində işləməsi, yəni kifayət qədər sosial sığorta stajına malik olması faktının yoxlanılması mümkün olmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş əmək kitabçası və Ağdam rayon Təhsil şöbəsi tərəfindən verilmiş arayışdan başqa iddiaçının mübahisələndirdiyi dövrdə işləməsini təsdiq edən hər hansı sənəd (o cümlədən əmək haqqı cədvəlləri, işə qəbul edilmə barədə əmrin surəti və s.) aşkar edilməmişdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar