Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-360/2023 04.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv m olan mağazaya dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS İK tərəfindən Dəvəçi rayonunun ərazisində yaradılan müstəqil “Gülüstan” kolxoz bazarı kooperativinin açılması barədə 1990-cı ildə qərar qəbul edilmişdir. Sözügedən kooperativ üçün 0.81 ha torpaq sahəsi ayrılmış və aktla təsdiq edilmişdir. O, həmin kooperativin üzvü olmuş və və kooperativə təhkim edilmiş ərazidə özünə sahəsi 120 kv m ölçüdə mağaza inşa etdirmişdir. Mağazanın tikinti layihəsi 2017-ci ildə "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Kooperativin fəaliyyəti dayandırıldıqdan sonra həmin mağaza onun özünə verilmişdir. O, mağaza üzrənidə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh idarəyə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının iddia etdiyi qeyri-yaşayı sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. Bundan başqa tikintinin aparılmasına dair icazə, istismara qəbul edilməsinə dair sənəd, müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış layihə və s.tələb olunan sənədlər müraciətə təqdim edilmədiyindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şabran (Dəvəçi) rayon XDS İK-nın dekabr 1990-cı il tarixli 396 saylı qərarı ilə müstəqil “Gülüstan” kolxoz bazarı kooperativinə bazar tikintisi üçün 0.81 ha torpaq sahəsi ayrılmışdır. Kooperativin ümumi yığıncağının 10 fevral 2012-ci il tarixli 01 saylı protokolu ilə kooperativin üzvü İddiaçı kooperativin ərazisindən 120 kv m torpaq sahəsinin birdəfəlik ayrılaraq verilməsi və həmin sahədə inşa edilmiş 120 kv m ölçüdə qeyri-yaşayş binasının da pay haqqı olaraq İddiaçı verilməsinin məqsədəuyğun hesab edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq : -Şabran rayon Dövlət Arxivi bildirmişdir ki, arxiv sənədlərində “Gülüstan” kolxoz bazarı ilə bağlı yalnız bir sənədə - 081 ha torpaq sahəsinin ayrılmasına dair qərara rast gəlinmişdir. -3 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Gülüstan” kolxoz bazarı kooperativi 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə qeyd edir ki, mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən inşa edilməsi və ya onun həmin mağazanın yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquqmüəyyənedici sənədə malik olmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Sözügedən torpaq sahəsi “Gülüstan” kolxoz bazarı kooperativinə ayrılmasından başqa iddia ərizəsinə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçının sənəd kimi təqdim etdiyi kooperativin protokolunun kserosurəti (sahəsi 120 kv m olan qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi barədə) mötəbər sənəd və sübut kimi qəbul edilə bilməz. Həmin sənəd möhürsüz olmaqla kserosurətdir, əslinin harada olması bəlli deyildir. Bundan başqa kooperativə məxsus əmlakın bu formada koopetativ üzvlərinə ayrılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı üzvü olduğu Şabran rayonu “Gülüstan” kolxoz bazarı kooperativinin ərazisində (Şabran rayonu Babək küçəsi) inşa etdirdiyi ümumi sahəsi 120 kv m olan mağaza üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-360/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-360/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver