Məhkəmə qərarları › İş №2-1(118)-3606/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3606/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3606/2024 27.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı əmək qabiliyyətsiz olduğu dövrə görə əmək haqqı və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək qabiliyyətsiz olduğu dövrə görə əmək haqqı və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində qabyuyan işləmişdir. Hərbi hissənin nömrəsi 553- ə dəyişdirilmişdir. Həmin hərbi hissədə N ildən çox müdddət ərzində işləmişdir. İşləıdiyi dövrdə səhhəti ilə əlaqədar problemləri yarandığı üçün cərrahiyyə əməliyyatı keçirmiş və bundan sonra işləyə bilmədiyinə görə işdən azad edilmişdir. O, xəstəxana olduğu müddətdə əmək qabiliyyətsiz olması barədə bülletenləri hərbi hissəyə təqdim etmişdir, lakin həmin sənədləri iş yerində itirmişlər və həmin dövr üçün əmək haqqı və son haqqhesab pulu ona ödənilməmişdir. Bununla bağlı hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçıya həm xəstəlik dövrlərinə aid,həm də işdən çıxma müavinəti ödənilmişdir, lakin araşdımra zamanı 182.35 manat əskik ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərk hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı hərbi qulluqçu deyil və o, işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərində olmuşdur. Hazırki mübahisə də əmək münasibətlərindən yaranmışdır ki, bu da ümumi məhkəmənin baxış predmetidir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti mülki (əmək) münahsibətlərindən yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı əmək qabiliyyətsiz olduğu dövrə görə əmək haqqı və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı əmək qabiliyyətsiz olduğu dövrə görə əmək haqqı və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar