Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-361/2021 26.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Abşeron rayonu, Masazır kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı X6rşı iddiaçıya məxsus olan və Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan və Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırıılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində X1 məxsus 0,8580 ha torpaq sahəsi olmuşdur. Qeyd olunan torpaq sahəsindən 0,15 ha hissəsi 2008-ci il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda Hüsniyyə Şahmuradovanın adından etibarnamə əsasında oğlu cavabdeh X2 tərəfindən İddiaçı satılmışdır. Torpaq sahəsini aldıqdan sonra, torpaq sahəsi yerdə və naturada iddiaçıya təqdim edilmişdir. Torpaq sahəsi iddiaçıya təqdim edilərkən yolun səkisindən təxminən 2-3 metr aralı məsafədən yerləşdiyi bildirilmişdir. Təxminən 2018-ci ildə iddiaçıya məlum olmuşdur ki, Hüsniyyə Şahmuradovaya məxsus olmuş 8580 kv m torpaq sahəsi ona və qeyrilərinə satıldıqdan sonra cavabdeh orqan tərəfindən düzgün, yəni ilkin torpaqayırma sənədinə uyğun kordinatlar vurulmamışdır. Torpaq sahəsi kordinatlara uyğun yerində ölçülərkən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan yolun mühafizəsini nəzərə almadan torpaq sahəsini başlanğıc hissəsini səkidən vurmuşdur. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək plan və ölçü sənədlərində göstərilən koordinatların ilkin torpaqayırma sənədlərinə uyğunlaşdırılmasını xahiş etmişdir. Lakin cavabdeh ərizəni təmin etməyərək onun mülkiyyətidə olan 0.15 ha hissənin 0.85 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini bildirmiş və faktiki olaraq bununla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq mümkün hesab etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,85 ha torpaq sahəsi Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı və ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0680 nömrəli “Torpaq sahəsinin planıölçüsü” əsasında 0.85 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixli, **********72 reyestr nömrəli ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X9ndə qeydiyyata alınaraq, çıxarış və plan-ölçü sənədi verilmişdir. Sözügedən 0.85 ha torpaq sahəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqavilələri əsasında bir hissəsi özgəninkiləşdirilmişdir. İddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsi **********0680 nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş 0.85 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarına əlavə edilmiş : -DƏDRX-nin 4 saylı X9 tərəfindən verilmiş MH seriyalı N0030741 №-li xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən 0,15 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. -DƏDRX-nin 4 saylı (Abşeron) Ərazi İdarəsi tərəfindən verilmiş AA N 017020 № –li torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etdiyi 0,15 ha torpaq sahəsinə dair tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın xx.xx.1952-ci il tarixdə imzalanmış 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Habelə, həmin məhkəmənin «Sporrinq və Lonnort İsveçə qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «Şərti və qeyri-sabit» xarakter almışdır. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməyə əsasən daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək (3.0.6), mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq (3.0.9) , inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək (3.0.20), bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək (3.0.24) həmin Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsinin yerində sərhədlərinin dəqiq müəyyən edilməməsi iddiaçının həmin torpaqdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinin göstərişinə əsasən isə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya məxsus olan və Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı X7 üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan və Abşeron rayon Masazır kəndində yerləşən 0,15 ha torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********07 reyestr nömrəli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatların ilkin torpaq ayırma sənədlərinə uyğunlaşdırılması öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı X7 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-361/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-361/2021
26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver