Məhkəmə qərarları › İş №2-1(118)-361/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-361/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-361/2023 03.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və mülkiyyətlərində olan 0.0084 ha torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və mülkiyyətlərində olan 0.0084 ha torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə həvalə edilməsi”nə dair iddia ilə məhkəməyə müraciət etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, AR Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0.0084 ha olan torpaq sahəsindən 1/2 hissəsi İddiaçı1, 1/2 hissəsi isə İddiaçı2 Tapqdıq oğluna məxsusdur. Torpaq sahəsinin ünvanı-Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 41A kimi göstərilmişdir. Həmin torpaq sahəsi 2016-cı ildən birinci iddiaçı olaraq İddiaçı1 mülkiyyətində olmuş və həmin torpaq sahəsində fərdi yaşayış evi olmuşdur. İddiaçı 2016-cı ildə xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini kommersiya məqsədi ilə qeyri-yaşayış sahəsinə keçirmək və əlavə tikinti işlərinin aparılması üçün Abşeron rayon icra Hakimiyyətinə müraciət etmişdir. Abşeron rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli, 227-T nömrəli məktubuna əsasən, iddiaçıya məxsus mövcud fərdi yaşayış evini qeyri yaşayış obyektinə keçirilməsi tikinti layihəsinin müəyyən şərtlər daxilində razılaşdırılması və həmin qurumun xx.xx.2016cı il tarixli 847-T nömrəli məktubu ilə mövcud bir mərtəbəli qeyri-yaşayış obyektinin 2-ci mərtəbəsinin və mansard mərtəbəsinin artırılmasının tikinti layihəsi müəyyən şərtlər daxilində razılaşdırılmışdır. Abşeron rayon İcra Hakimiyyətinin başçsının Sərəncamı ilə iddiaçılara həvalə edilmiş bütün tapşırıqları yerinə yetirmişdirlər. Bütün müvafiq icra hakimiyyəti orqanlarından o cümlədən, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 8408 nömrəli işçi layihəsi, həmçinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutunun texniki rəyi və "Azərdövlətlayihə" Dövlət Baş Layihə institutunun Mühəndisi-Geoloji Mərkəzinin 06-10509 rəyini almışdırlar. Daha sonra ümumi tikinti prosesini yekunlaşdırmışdırlar. Daha sonra xx.xx.2018-ci İİ tarixli 001924 nömrəli istismara hazırlıq aktı tərtib olunmuş və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. İddiaçıya Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həmin qeyri-yaşayış binasının istifadə etməyə başlamağı və istənilən vaxt hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq qaydada müraciət edə biləcəyi izah olunmuşdur. Bundan sonra hüquqlarının qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdirlər. xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügüdən sənəddə tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Cavabdeh təşkilat imtinanın səbəbi kimi qeyd etmişdir ki, tiknti obyektinə kod verilməli idi. Lakin, bunun əvəzinə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Qeyd edirlər ki, Abşeron rayon icra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına icazə sənədi verilməsi iddiaçıların səhvi deyil. Hər iki sənəd mahiyyət etibarı ilə eynidir və adı çəkilən kod ilə sadəcə standart forma müəyyən olunmuşdur.Tikintiyə obyektinin istismarına icazə üçün tələb olunan bütün sənədlər tərəfimizdən əldə olunmuşdur. Ona görə də hesab edirlər ki, xx.xx.2018-ci il tarixli 92 nömrəli tikinti obyektinin istismarına icazə sənədi qeyri-yaşayış sahəsi üzərində hüquqlarımızın qeydiyyata alınması üçün kifayət edə bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X4 və İddiaçı2 nümayəndəsi X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Bundan başqa sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olması müəyyən edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.10-cu maddəsinə müvafiq olaraq hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikintisinə icazə tələb olunmur. Eləcə də, adıçəkilən Məcəllənin 103-cü və “Tikinti obyektlərinin istismarına icazənin formaları"nın təsdiq edilməsi haqqında 11 sentyabr 2014-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 nömrəli Qərarına əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 1) tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 2) tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3) tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 4) tikinti obyektinin istismar təyinatı; 5) tikinti obyektinin əsas texniki göstəriciləri; 6) Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (Azərbaycan Respublikası Mənzil X12) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) (Azərbaycan Respublikası Mənzil X12) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası iddiasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçılar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən və mülkiyyətlərində olan 0.0084 ha torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasınını istəyir. Cavabdeh isə imtina ilə bağlı qeyd edir ki, “Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni layihələndirilmiş qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilmədiyi aşkar edilmişdir. Belə ki, sözügedən sənəddə tikinti obyektinə verilmiş kod qeyd edilməmişdir. Bundan başqa sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olması müəyyən edilmişdir.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, keçmiş Abşeron rayonu X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X11 adına Abşeron rayonu. Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi (yaşayış sahəsi. 59.6 kv.m, köməkçi sahəsi: 14.8 kv.m) üzərində mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixdə 22853 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, lakın Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü ıl tarixli, 4Ə3-524 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin yaşayış sahəsi 29.8 k.m köməkçi sahəsi 7 4 kv.m olan hissəsi X5 özgənınkiləşdirılmişdir. Həmin fərdi yaşayış evi üzərində X1 mülkiyyət huququna dair 27.06 2003-cu ıl tarixdə 22853а reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, həmin qeydiyyat vəsiqəsinə, Abşeron Rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, iclasının 04 saylı qərarından çıxarışa və ləğv edilmiş DTXK tərəfindən verilmiş 13.01 2014-cü il tarixli, 23836 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən sözügedən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0084 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********97-10301 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli. 4Q-2445 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi İddiaçı1 Məhəmmədəlı oğluna özgəninkiləşditilmişdir Sözügedən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0 0084 ha torpaq sahəsi üzərində İddiaçı1 Məhəmmədəlı oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarıxdə **********97-10301 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt "ASAN xidmət" mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-1194 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin 18 5 kv.m hissəsi və 0.0042 ha torpaq sahəsi İddiaçı2 özgəninkiləşdirilmişdir Həmin fərdi yaşayış evi üzərində İddiaçı2 (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 (1/2 hissə) mülkiyyət hüququ isə xx.xx.2018-ci ıl tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 8İ-1911 reyestr nömrəli ərizəyə əsasən həmin fərdi yaşayış evi üzərində İddiaçı2 və İddiaçı1 mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. 0.0084 ha torpaq sahəsi üzərində İddiaçı1 Məhəmmədəlı oğlunun (1/2 hissə) və İddiaçı2 mülikyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********97 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətlərindədir. İşin hallarından görünür ki, həmin torpaq sahəsində iddiaçılar tərəfindən qeyriyaşayış binası inşa edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən qeyri-yaşayış binasına dair Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına dair 92 saylı icazə sənədi sənədi verilmişdir. Tikinti obyektinin istismarına dair icazə sənədindən görünür ki, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilimiş kodun nömrəsi qeyd edilməmişdir. Cavabdeh inzibati orqan imtinasını üç əsasa dayandırır. -Tikintiyə icazə sənədinin olmaması -Tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib edilməsi, sənəddə tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi -Torpaq sahəsinin iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olması Məhkəmə ilkin olaraq qeyd edir ki, torpaq sahəsinin iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olması imtina üçün əsas təşkil etmir. Beləki məhkəmə araşdırması zamanı müəyyən edildiki torpaq sahəsi paylı mülkiyyətdə olsada torpaq sahiblərinin müvafiq razılığı mövcuddur və paylı mülkiyyətçilər birgə iddia ilə məhkəməyə müraciət etmişlər. İmtinanın digər əsaları ilə bağlı məhkəmə qeyd edir ki, inzibati orqanın imtinası ümumlikdə əsalı olmuşdur. Məhkəmə qeyd edir ki, təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Məhkəmə hesab edur ki, hazırkı iş üzrə tikintiyə icazə verən və tikintini istismara qəbul edən orqanın hərəkətləri qanunsuz olduğu, iddiaçının hüquqlarını həmin orqan tərəfindən pozulduğu halda, iddiaçı həmin orqanın hərəkətlərini deyil, cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Halbuki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz olmamışdır. Cavabdeh inzibati orqan inzibati akt qəbul edən orqan deyil və qanunvericiliyə uyğun olaraq yaranmış hüquqların qeydiyyatını aparan inzibati orqandır. İş materiallarından görsənir ki, tikintiyə icazə verən orqan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icazəni verməmiş və bu hərəkəti ilə iddiaçının hüquqlarını əldə edilməsində ilkin olaraq çətinlik yaratmışdır. Lakin hər bir halda iddiaçı müvafiq tikinti işlərini aparmış, tikintinin lahiyəsi təsdiqlənmiş, qanunvericiliklə nəzərdə tutulmuş digər razılaşmaları həyata keçirmiş və nəhayət tikinti müvafiq qurum tərəfindən istismara qəbul edilmişdir. Lakin yenədə tikintinin istimara qəbulu zamanı qanunvericiliyin tələbləri həmin qurum tərəfindən pozulmuş, qanunvericikilə tələb olunan müvafiq kodun alınb qeydiyyatı alınmadan tikintinin istismara qəbul edilməsi sənədi iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi iddiaçının hüquqlarını pozan və hazırkı mübahisənin yaranmasına səbəb olan orqan tikintiyə icazə verməli və istismara qəbul etməli olan orqan olsada, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməyərək, əsassız olaraq cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqları pozulduğu açıq olsada, bu hüquqları pozan orqan cavabdeh inzibati orqan deyildir. Beləki, iddiaçıya tikintiyə icazə ilə bağlı müvafiq sərəncam verilməli olsada, bu sərəncam qanuvericiliyə uyğun olaraq verilməmişdir. Məhkəmə qeyd edir ki, tikinti başa çatıb isismara qəbul edildiyi halda, həmin tikintiyə sonradan icazə verilməsi mümkün olmayan bir haldır. Bu baxımdan iddiaçının həmin sənədin səlahiyyətli orqan tərəfindən veriməsini tələb etməsinin hüquqi əsası və praktik olaraq zəruriliyi ola bilməz və hüquların qeydiyyatı zamanı isə istismara qəbul sənədi olduğu halda, verilməsi mümkün olayan sənədin həmin sənədin tələb edilməsi əsaslı hesab edilə bilməz. Lakin tikintinin istismara qəbulu zamanı qanunvericiliyin tələbləri pozulduğu halda bu qeydiyyatdan imtina üçün əsas hesab edilməlidir. Beləki, bu halda həmin sənəddə olan çatışmamazlıqların düzəldilməsi imkanı vardır və hazırkı işdədə iddiaçı öz hüquqlarını qorumaq üçün həmin orqandan tələblər irəli sürmə imkanı istisna edilmir. İşin hallarından görünür ki, həmin torpaq sahəsində iddiaçılar tərəfindən qeyriyaşayış binası inşa edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən qeyri-yaşayış binasına dair Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına dair 92 saylı icazə sənədi sənədi verilmişdir. Tikinti obyektinin istismarına dair icazə sənədindən görünür ki, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilimiş kodun nömrəsi qeyd edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 103.1. Tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydasına əsasən: 3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir: 3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın (qurumun) vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi; 3.1.2.4. tikinti obyektinin istismar təyinatı; 3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki); 3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi; 3.1.2.7. tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı. 3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi). 3.1.4. Yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X8 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri. 3.1.5. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin surəti. 4.1. Reyestr respublikanın inzibati ərazi vahidləri üzrə kağız üzərində və elektron daşıyıcılarda aparılır. 4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. ..... 4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. 4.5. Reyestr kitabı keyfiyyətli kağızdan hazırlanır, möhkəm cildlənir və qaytanlanır. 4.6. Reyestrdə qeydə alınmış tikintilərə verilən kodlar aşağıdakı kimi formalaşır: 4.6.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tərtib etdiyi “İnzibatiərazi bölgüsü təsnifatı”na əsasən inzibati ərazi kodu; 4.6.2. tikinti yerləşdiyi torpaq sahəsinin mülkiyyət forması (dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət olması); 4.6.3. bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu; 4.6.4. Reyestr kitabında qeydə alındığı nömrə və bu nömrənin verildiyi ay və il. Məsələn: 30900002-1-1101-000001/0112 burada : 30900002- Sumqayıt inzibati-ərazi bölgüsü təsnifatına əsasən inzibati ərazi kodu; 1-tikinti yerləşən torpaq sahəsinin mülkiyyət növü – yəni dövlət mülkiyyəti; 1101-bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu - yəni çoxmənzilli çoxmərtəbəli yaşayış binası; 000001- reyestr kitabında qeydə alındığı nömrə; 0112-isə tikintinin qeydə alındığı ay və ildir (2012-ci il yanvar). 4.7. Tikinti obyektinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum) bu Qaydaların 3.1.2-ci yarımbəndində və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir və 3 (üç) iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilir. 4.8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Mənzil X12 (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə mövcud tikinti obyektlərinə münasibətdə) isə 95.4-cü maddələrinə müvafiq olaraq sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdikləri tarixdən 10 (on) gün müddətində Reyestrə təqdim edirlər. Bu məlumatlar tikinti Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir. “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na Əlavədən göründüyü kimi “Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə” Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir. Göründüyü kimi tikintini istismara qəbul edən orqan qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Lakin hazırki iş üzrə tikinti obyektinin istismarına dair icazə sənədi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən cavabdeh tərəfindən verilmiş imtina əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb tikilini istismara qəbul edən orqanın qanunsuz hərəkətləri olmuşdur. İddiaçıya izah edilsin ki, tikilini istismara qəbul edən orqana müraciət edərək, istismara qəbul ilə bağlı sənədin qanunvericiliyə uyğun tərtib edilməsini tələb edə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar