Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3610/2025 27.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ X8-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin va ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********188773 saylı Qərarı, o cümlədən, həmin qərar əsasında qəbul edilmiş digər sənədlər - **********058000 saylı Tələbnamə və Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə 3-21-2-8/2-13596/2024 saylı Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra cavabdeh) tərəfindən İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024-cü il tarixində **********183116 saylı Akt tərtib edilmiş, həmin akt əsasında cəmiyyət barəsində Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024cü il tarixli, **********188773 saylı Qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********183116 saylı Akt və xx.xx.2024-cü il tarixli, **********188773 saylı Qərar əsasında İddiaçı MMC tərəfindən müvafiq illər üzrə mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergilər üzrə qanunvericiliyin tələblərinin pozulduğu, ümumilikdə isə 315966.19 manat azaldıldığı müəyyən edilmiş və həmin məbləğin 50 faizi qismində - yəni 157998.12 manat həcmində maliyyə sanksiyasının tətbiq olunaraq cəmiyyətin vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Həmin qərar əsasında **********058000 saylı Tələbnamə tərtib edilmiş, həmin tələbnamə ilə 288787.57 manat pozuntu və 157998.12 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 446785.69 manat vəsaitin yerli xəzinə orqanlarına köçürülməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən Səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş akt və həmin akt əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********188773 saylı Qərar, həmin qərar əsasında qəbul edilmiş **********058000 saylı Tələbnamə və Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə 3- 21-2-8/2-13596/2024 saylı Qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı MMC uzun illərdir sahibkarlıq fəaliyyəti göstərərək fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun tənzimləmiş, fəaliyyət müddəti ərzində bütün vergi öhdəliklərini və digər icbari ödənişləri vaxtında ödəmişdir. Bu dövr ərzində İddiaçı MMC-in fəaliyyətində hər hansı vergidən yayınma halı aşkar olunmamış, vergi qanunvericiliyinin tələblərinə tam riayət etmişdir. Bunun nəticəsində cəmiyyət hazırki vaxtadək Dövlət Vergi Xidməti tərəfindən nə riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş, nə də vergidən yayınma halları ilə bağlı cəmiyyətə hər hansı xəbərdarlıq ünvanlanmışdır. Qərarda cəmiyyətin yoxlanılan dövr üzrə, yəni xx.xx.2020 - xx.xx.2023-cü il tarixədək, o cümlədən, mənfəət vergisinin yoxlanılması məqsədilə xx.xx.2020 - xx.xx.2022-ci illər üzrə gəliri və xərcləri təsdiq edən ilkin mühasibat sənədlərini, dövriyyə cədvəllərini, özünün istehsalı olmayan, lakin hazırməhsul kimi alıb satdığı məhsullar baradə məlumatları və arayışları təqdim etmədiyi qeyd olunmuşdur. Belə olduğu təqdirdə, vergi orqanı bu məlumatların təqdim edilmədiyini əsas gətirərək İddiaçı MMC-in mənfəətini “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Vergi ödəyicisinin əldə etdiyi mənfəəti müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı” əsasında müəyyənləşdirilmiş 20 faizlik şərti rentabellik səviyyəsi nəzərə alınmaqla hesablanmışdır. Hansı ki, həmin qərar gəliri təsdiq edən məlumatlar təqdim edilmədikdə tətbiq olunur. İlk növbədə, aktda və qərarda qeyd edilənlərin əksinə olaraq, tərəfindən xərc və gəlirlərlə bağlı bütün müvafiq sənədlər, idxal və ixracla bağlı yük gömrük bəyannamələri, elektron qaimələr, mənfəət vergisi bəyannamələri və sair sənədlər mövcuddur və vergi orqanına təqdim olunmuş, habelə elektron sistemə əlavə edilmişdir İddiaçı MMC yoxlama aparılan dövr ərzində xərc və gəlirlərini təsdiq edən minlərlə sənədə malikdir və xərclərin müəyyənləşdirilməsi üçün əhəmiyyət daşıyan sənədərin bir qismi hazırki iddiaya qoşma qismində əlavə olunur. Məhz həmin sübutlar əsasında aydın olur ki, İddiaçı MMC tərəfindən lazımi sənədlər vaxtında vergi orqanına təqdim edilmişdir və cəmiyyətin mənfəəti vergi orqanı tərəfindən ona təqdim olunmuş məlumatlar əsasında müəyyən edilə bilərdi. Bu onu deməyə əsas verir ki, əsassız olaraq xərc və gəlirlər barədə məlumatın olmadığı qənaətinə gəlinmiş və əsassız olaraq əlavə vergilər hesablanmışdır. Digər tərəfdən, daha əhəmiyyətli məqam bundan ibarətdir ki, vergi orqanı tərəfindən Qərarda Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarına istinad edilmişdir. Hansı ki, həm Vergi Məcəlləsinin 83.9-cu maddəsi, həm də AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarı ləğv edilmiş yə hal-hazırda qüvvədə deyildir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il, 1033-VİQD saylı Azərbaycan Respublikası Qanunun 1.21-ci maddəsinə əsasən, AR Vergi Məcəlləsinin 83.9-cu maddəsi 2024-cü il 1 yanvar tarixindən etibarən ləğv edilir. Habelə, həmin qanunun icrasının təmin edilməsi məqsədilə AR Nazirlər Kabinetinin 30 iyul 2024-cü il, 369 saylı qərarının 10-cu maddəsinə əsasən, “AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarı ləğv edilmişdir.”. Beləliklə, aydın olur ki, vergi orqanının xx.xx.2024-cü il tarixli, **********188773 saylı Qərarında istinad etdiyi hər iki qanunvericilik norması - həm Vergi Məcəlləsinin 83.9-cu maddəsi, həm də Nazirlər Kabinetinin 55 saylı qərarı öz hüquqi qüvvəsini itirmişdir. Bu isə öz növbəsində İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********188773 saylı Qərarının ləğvi üçün əsasdır. Beləliklə aydın olur ki, Qərarda maddi hüquq norması düzgün tətbiq edilməmişdir. İddiaçı hesab edir ki, bu, inzibati aktın hüquqi cəhətdən etibarsızlığına gətirib çıxarır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə görə, “İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunvericiliyin tələbinə əsasən, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. (“İnzibati icraat haqqında” Qanun 64.1-ci maddə). “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə görə, inzibati aktın əsaslandırması zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə, inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Habelə, məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, vergi orqanı tərəfindən cəmiyyətdən iki tip hesabat tələb olunmuşdur. Bunlardan ilki - məhsulun maya dəyərinin planlanması kalkulyasiyası, ümumiyyətlə, halhazırda kommersiya qurumları tərəfindən istifadə edilmir və xərclərin, vergi öhdəliyinin müəyyənləşdirilməsi üçün hər hansı əhəmiyyəti yoxdur. Tələb olunan digər sənəd - anbarın dövriyyə qalıq cədvəli isə vergi orqanının özü tərəfindən də hazırlana bilər. Bu cədvəl malların mədaxil və məxaric məlumatları əsasında hazırlanır ki, bu məlumatlar vergi orqanında mövcuddur. Həmçinin cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********188773 saylı Qərarda əlavə dəyər vergisi üzrə 2020-ci il üzrə 1805.15 manat Əlavə ƏDV-in hesablandığı qeyd olunmuşdur. Həmin məbləğ 2021-ci il üzrə 6072.22 manat 2022-ci il üzrə isə 102xx.xx.2023-cü il üzrə 70527.61 manat təşkil edir. Yekunda, yuxarıda qeyd edilən illər üzrə guya iddiaçı tərəfindən ƏDV 88635.27 manat azaldılmışdır. Hansı ki, bunun nəticəsi qismində həmin məbləğin 50 faizi miqdarında, 44317.63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, sözügedən qərarda əsassız olaraq 2020 və 2021-ci illər üçün üzrə əmlak vergisi üzrə hər il 1018.73 manat azaldılmanın aparıldığı qeyd edilmiş, 1018.73 manat məbləğində maliyyə sanksiyasının tətbiqi qərara alınmışdır. ƏDV, əmlak və ödəmə mənbəyindən vergilər üzrə cavabdeh tərəfin gəldiyi nəticə də əsassızdır, İddiaçı MMC tərəfindən hər hansı bir azaltmaya, vergidən yayınma hallarına yol verilməmişdir. Cavabdeh tərəf əsassız olaraq belə nəticəyə gəlmişdir. Qərarda, habelə, ödəmə mənbəyində tutulan vergi üzrə hər hansı əsas olmadan, cəmiyyət tərəfindən guya 2020, 2021, 2022-ci illər üzrə müvafiq olaraq 341.86 manat, 1367.44 manat, 1025,58 manat azaldılma aparıldığı qeyd edilmiş, 2020-2023-cü illər üçün 2181.39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı MMC mənfəət və digər vergilər üzrə hər hansı azaldılmaya yol verməmiş, vergidən yayınmamış və cavabdeh orqanın yuxarıda qeyd edilən akt və qərarı əsasında cəmiyyətin məəsuliyyətə cəlb edilməsinin hər hansı qanuni əsası mövcud deyil. Bundan başqa cavabdehin xx.xx.2024-cü il tarixli, **********188773 saylı Qərarı əsassız olmaqla bərabər, 2020-ci il üzrə vergilərin hesablanması mövcud qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin dövrdən yoxlama aparılan dövrə qədər 3 ildən artıq müddət keçmişdir ki, bu, artıq vergi öhdəliyi yarada bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq, məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq, səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Məcəllənin 24.1.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməlidirlər. Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 54.0-cı maddəsinə əsasən, şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: -54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; -54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; -54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşma çatmaması; -54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 64-cü maddəsinə əsasən, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki: Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən, vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. 71.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs mühasibat uçotu sənədlərini, o cümlədən elektron və (və ya) kağız formatda məlumatları tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlamalıdır. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********179770 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, İddiaçı MMC-də dekabr 2020-ci il tarixdən noyabr 2023-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********179854 nömrəli Tələbnamə İddiaçı MMC-nin direktoru X4 şəxsən təqdim edilmiş, onun tərəfindən qəbul edilmiş və alınmasını öz imzası ilə təsdiq etmişdir. Uçot-baza məlumatlarına əsaəsən, İddiaçı MMC faktiki olaraq digər qruplara daxil edilməyən sair məhsulların istehsalı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun yoxlama üçün zəruri olan sənədləri, habelə, elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Bildirilir ki, səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********179854 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Tələbnamə əsasında tələb edilmiş sənədlər İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən, “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi cəmiyyətin direktoru X7 tərəfindən imzalanaraq qəbul edilmişdir. Bundan əlavə, vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli **********599000 nömrəli və xx.xx.2024-cü il tarixli **********703600 nömrəli xəbərdarlıq məktubları da göndərilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanı tərəfindən tələb edilmiş sənədlər vergi ödəyicisi tərəfindən qismən təqdim edildiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən, “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və aktın bir nüsxəsi X9 oglu tərəfindən imzalanaraq qəbul edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024cü il tarixli, **********180843 nömrəli qərar qəbul edilmiş və qərarda qeyd olunan sənədlərin təqdim edilməsi üçün 08.2.2024-cü il tarixli, **********636700 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən qərarda göstərilən sənədlərin təqdim edilməsindən imtina olunduğuna görə, “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” xx.xx.2024-cü il tarixli, **********182085 nömrəli akt tərtib edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan və Tələbnamədə göstərilən sənədlərin tam təqdim edilməməsinə görə ilə İddiaçı MMC barəsində İXM-nin 602.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı 3(012)-1275/2024nömrəli qərarı ilə 1000 (bir min) manat inizbati cərimə edilmişdir. Vergi Məcəlləsinin: 23.1.3-cü maddəsinə əsasən, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. 41.1-ci maddəsinə əsasən, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Bildirilir ki, İddiaçı MMC-nin Abşeron rayonu, Quşçuluq sovxozu ünvanında yerləşən istehsal ərazisində izolyasiya məhsullarının və birdəfəlik qabların istehsalı, metal qaynaq işləri, lazer kəsim və metal emalı zavoduna baxış keçirilmiş və nəticəsi barədə “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********180092 nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə, cəmiyyətin ünvan 4 ünvanında yerləşən ofis, elektrik və müxtəlif məişət avadanlığının satışı, reklam lövhələrinin print çap işləri və elektrik işıqlandırma işlərinin həyata keçirildiyi əraziyə, otaqlara baxış keçirilmiş və nəticəsi barədə “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********180093 nömrəli protokol tərtib edilmişdir. İddiaçı MMC-nin iddia tələbinin əsaslandırılması üçün iddia ərizəsində qeyd olunan dəlillərinin əsassız olması və səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğlərinin əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsində qeyd olunur: “Aktda və qərarda qeyd edilənlərin əksinə olaraq, tərəfimizdən xərc və gəlirlərlə bağlı bütün müvafiq sənədlər, idxal və ixrac ilə bağlı yük gömrük bəyannamələri, elektron qaimələr, mənfəət vergisi bəyannamələri, sair sənədlər mövcuddur və vergi orqanına təqdim olunmuş, habelə elektron sistemə əlavə edilmişdir. Cəmiyyətin mənfəəti vergi orqanı tərəfindən ona təqdim olunmuş sənədlər əsasında müəyyən edilə bilərdi. Bu onu deməyə əsas verir ki, əsassız olaraq xərc və gəlirlər barədə məlumatın olmadığı qənaətinə gəlinmiş və əsassız olaraq əlavə vergilər hesablanmışdır.”. İddiaçının mənfəət vergisinin əsassız hesablanması barədə dəlilini əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənfəət vergisinin yoxlanılması üzrə: Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən, qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 10.4-ci maddəsinə əsasən, rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir. 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onlann əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 13.1-1.maddəsinə əsasən, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13.2-ci maddəsinə əsasən, vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 2.2-ci bəndinə əsasən, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə- material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Səyyar vergi yoxlaması ilə cəmiyyətin gəlirləri uçot baza məlumatları əsasında müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən sənədlər qismən təqdim edildiyi və mütəxəssis tərəfindən istehsal həcmininin müəyyənləşdirilməsi mümkün olmadığı üçün (Qeyd: İddiaçı MMC-nin direktoru X7 tərəfindən şəraitin yaradılmaması barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir) müəssisənin təqdim etiyi EQF-ra, ixrac əməliyyatları, bank əməliyyatları və NKA-nın əməliyyatlarına əsasən vergilər hesablanmışdır. Belə ki, cəmiyyətin 2020-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən, 1740515,3 manat ƏDV-siz dövriyyənin + yük gömrük bəyannamələrinə əsasən 13917,19 manat ixrac əməliyyatlarının olduğu + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 458128,33 manat + aktivlərin təqdim edilməsindən gəlir 59888,60 manat. Ümumilikdə 2272449,49 manat dövriyyənin olduğu, lakin vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 2366430,0 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 93980,51 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Cəmiyyətin 2021-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən, 2906682,66 manat ƏDVsiz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 759752,48 manat + aktivlərin təqdim edilməsindən gəlir 14965.25 manat. Ümumilikdə, 3681400,39 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində, ümumilikdə, 3699020.60 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə, 17625,60 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Cəmiyyətin 2022-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən, 3076366,48 manat ƏDVsiz dövriyyənin + yük gömrük bəyannamələrinə əsasən, 376452,43 manat ixrac əməliyyatlarının olduğu + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 795710,97 manat. Ümumilikdə, 4248529,88 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində, ümumilikdə, 4277506,42 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə, 28976,54 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Yoxlama zamanı müəssisənin xərclərini müəyyən etmək mümkün olmadığı, həmçinin, vergi ödəyicisi tərəfindən bununla bağlı sənədlər (yoxlanılan dövr üzrə, yəni xx.xx.2020 - xx.xx.2023-cü il tarixədək, o cümlədən, mənfəət vergisinin yoxlanılması məqsədi ilə xx.xx.2020 - xx.xx.2022-ci illər üzrə gəliri və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri, dövriyyə cədvəlləri, özünün istehsalı olmayan lakin hazır-məhsul kimi alıb-satdığı məhsullar barədə məlumatlar, xammal-material və hazır-məhsulların hərəkəti cədvəlləri, eyni zamanda yoxlama dövrünün əvvəlinə və sonuna, o cümlədən, illər üzrə mal-material, istehsal ehtiyyatlarının, əsas vəsaitlərin, hazırməhsulların qalıqları (kq, ton və manatla əks olunmaqla), istehsal olunan məhsulların kalkulyasiyaları, istehsal prosesində yarana biləcək itkilər və qeyri istehsal məsrəfləri barədə məlumatlar və arayışlar, eyni zamanda, baxış müşahidə zamanı İddiaçı MMC-nin istehsal sahəsində aparılan tikinti quraşdırma işlərinin məsrəfləri, görülən işlərin F-2, smeta xərcləri, tikinti quraşdırma işlərində iştirak edən işçilərə əmək haqqının hesablanması cədvəlləri) təqdim edilmədiyi üçün müəssisənin 2020-ci, 2021-ci və 2022-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla), şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. 2020-ci il üzrə: Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 2366431,73 manat; ümumi gəlirdən çıxılan xərclər 2246993,01 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 301735,07 manat, sosial sığorta haqları 55611,43 manat, xammal və materialların dəyəri 517961,60 manat, malin dəyəri 1100668,40 manat, icarə xərci 60000,0 manat, enerji xərci 43308,15 manat, yanacaq xərci 16167,14 manat, rabitə xərci 13988,99 manat, bank xidməti üzrə xərclər 13119,44 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 22825,52 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 15713,04 manat, elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər 17119,52 manat, amortizasiya ayırmaları və əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 63429,36 manat, təmir xərcləri 2180,0 manat, sığorta üzrə xərclər 3165,35 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 119438.72 manat göstərilmiş və 23887,74 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin 2020-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən, 1740515,3 manat ƏDV-siz dövriyyənin + yük gömrük bəyannamələrinə əsasən, 13917,19 manat ixrac əməliyyatlarının olduğu + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 458128,33 manat + aktivlərin təqdim edilməsindən gəlir 59888,60 manat. Ümumilikdə, 2272449,42 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2020-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 2366431,73 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə, 93982,73 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Şərti rentabellik tətbiq edilərkən 59888,60 manat pandemiyadan gəlir və xərclər nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması ilə 2020-ci il üzrə vergi ödəyicisinin gəlirləri 2212560,82 manat olmuşdur. G1 M1 = x R; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 2212560,82 M1 = x 20 = 368750,82 manat 100 + 20 Vergiyə cəlb edilən 368750,82 manat mənfəətdən, 20% dərəcə ilə 73750,16 manat mənfəət vergisi hesablandı. Hal-hazırki yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 23887,74 manat mənfəət vergisi nəzərə alınmaqla 49862,42 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2021-ci il üzrə: Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 3699020,60 manat; ümumi gəlirdən çıxılan xərclər 3556875,13 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 352277,83 manat, sosial sığorta haqları 68580,64 manat, xammal və material dəyəri 841029,80 manat, malin dəyəri 1729013,28 manat, icarə xərci 60000,0 manat, enerji xərci 46272,46 manat, yanacaq xərci 31948,20 manat, rabitə xərci 15917,43 manat, bank xidməti üzrə xərclər 20802,49 manat, reklam xərcləri 22390,04 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 11889,55 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 79280,65 manat, amortizasiya ayırmaları və əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 259400,70 manat, təmir xərcləri 1970,34 manat, sığorta üzrə xərclər 10440,02 manat, gəlirdən çıxılan torpaq vergisi 176.0 manat, əmlak vergisi 5485.70 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 142145,47 manat göstərilmiş və 28429,09 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin 2021-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən 2906682,66 manat ƏDV-siz dövriyyənin + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 759752,48 manat. + aktivlərin təqdim edilməsindən gəlir 14965,25 manat. Ümumilikdə, 3681400,39 manat dövriyyəsinin olduğu lakin, müəssisə tərəfindən 2021-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində ümumilikdə 3699020,0 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 17620,0 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi müəyyən edilmişdir. Şərti rentabellik tətbiq edilərkən 14965,28 manat pandemiyadan gəlir və xərclər nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə vergi ödəyicisinin gəlirləri 3666435,14 manat olmuşdur. G1 M1 = x R; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 3666435,14 M1 = x 20 = 611077,14 manat 100 + 20 Vergiyə cəlb edilən 611067,14 manat mənfəətdən, 20% dərəcə ilə 122215,43 manat mənfəət vergisi hesablandı. Hal-hazırki yoxlama ilə, müəssisənin 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 28429,09 manat mənfəət vergisi nəzərə alınmaqla 93786,34 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2022-ci il üzrə: Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi əyannaməsində ümumi gəlir 4277506,42 manat; ümumi gəlirdən çıxılan xərclər 3955977,14 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 434606,44 manat, sosial sığorta haqları 87692,37 manat, xammal və materialalr dəyəri 900614,05 manat, malın dəyəri 2139831,46 manat, icarə xərci 75000,0 manat, enerji xəcləri - 59106,65 manat, yanacağ xərcləri 38492,14 manat, rabitə xərcləri 16329,46, bank xidməti üzrə xərclər 26531,06 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 12385,14 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 104014,11 manat, amortizasiya ayırmaları və əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 46587,33 manat, sığorta üzrə xərcləri 7744,83 manat, gəlirdən çıxılan torpaq vergisi 176.0 manat, əmlak vergisi 6866,10 manat nəticədə vergiyə cəlb olunan mənfəət 321529.28 manat göstərilmiş və 64305,86 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə cəmiyyətin 2022-ci il üzrə təqdim etdiyi elektron qaiməyə əsasən, 3076366,48 manat ƏDV-siz dövriyyənin + yük gömrük bəyannamələrinə əsasən 376452,43 manat ixrac əməliyyatlarının olduğu + NKA üzrə əməliyyatlarının (ƏDV-siz) 795710,97 manat. Ümumilikdə, 4248529.88 manat dövriyyəsinin olduğu, lakin müəssisə tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində, ümumilikdə, 4277506,42 manat gəlirin bəyan edildiyi müəyyən edilmişdir ki, nəticədə 28976,54 manat ƏDV-siz dövriyyənin artıq göstərilməsi aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə 2022-ci il üzrə vergi ödəyicisinin gəlirləri 4248529,88 manat olmuşdur. G1 M1 = x R; 100 + R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 4248529,88 M1 = x 20 = 708088,0 manat 100 + 20 Vergiyyə cəlb edilən 708088,0 manat mənfəətdən, 20% dərəcə ilə 141617,78 manat mənfəət vergisi hesablanmışdır. Hal-hazırki yoxlama ilə, müəssisənin 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş bəyannamə məlumatı üzrə hesablanmış 64305,86 manat mənfəət vergisi nəzərə alınmaqla 77311,92 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən ümumilikdə 2020-2022-ci illər üzrə cəmi 220960,68 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. İddia ərizəsində qeyd olunur: “ƏDV, əmlak və ÖMV üzrə cavabdeh tərəfin gəldiyi nəticə əsassızdır. İddiaçı MMC tərəfindən hər hansı bir azalmaya və vergidən yayınma hallarına yol verilməmişdir.”. İddiaçının ƏDV, əmlak və ÖMV üzrə hesablamaların düzgün olmaması barədə dəlilini aşağıda göstərilən səbəblərə görə əsassız hesab edir. Əlavə dəyər vergisinin yoxlanması üzrə: Bildirilir ki, yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur. Vergi Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 173.1-ci maddəsinə əsasən, ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. İddiaçı MMC tərəfindən ƏDV məqsədləri üçün qeydiyyat haqqında xx.xx.2008-ci il tarixli ərizəni vergi orqanına təqdim edilmiş və **********2 nömrəli qeydiyyat bildirişi almışdır. ƏDV qeydiyyatı xx.xx.2002-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə vergi ödəyicisinin gəlirləri e-qaimə, nəzarət-kassa aparatı məlumatları və ixrac YGB məlumatlarına əsasən müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2020-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 287975,03 manat (ƏDV 51835,51 manat), əvəzləşdirilən ƏDV-nin 31955,85 manat büdcəyə çatası ƏDV-nin 19879.66 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 298003,64 manat (ƏDV 53640,66 manat), əvəzləşdirilməli olan ƏDV-nin 31955,85 manat büdcəyə çatası ƏDV-nin isə 21684,81 manat olduğu müəyyən edilmiş və 1805,15 manat əlavə ƏDV-si hesablanmışdır. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bank hesablarına daxil olan vəsaitlərin və nəzarət-kassa aparatı üzrə aparıaln əməliyyatların aylar üzrə dövriyyəsinin düzgün müəyyən edilməməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2021-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 3583580,85 manat (ƏDV 645044,55 manat), əvəzləşdirilən ƏDV-nin 627318,56 manat, dəqiqləşdirmə nəticəsində azaldılan ƏDV-nin 305,10 manat, büdcəyə çatası ƏDV-nin 17420,89 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3583718,49 manat (ƏDV 645069,33 manat), əvəzləşdirilməli olan ƏDV-nin 627318,56 manat, dəqiqləşdirmə nəticəsində azaldılan ƏDV- nin 305,10 manat, büdcəyə çatası ƏDV-nin isə 17445,67 manat olduğu müəyyən edilmişdir. Nəticə olaraq 24,78 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bank hesablarına daxil olan vəsaitlərin və Nəzarət-kassa aparatı üzrə aparıaln əməliyyatların aylar üzrə dövriyyəsinin düzgün müəyyən edilməməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən, 2022-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 3847006,75 manat (ƏDV 692461,22 manat), əvəzləşdirilən ƏDV-nin 518310,24 manat büdcəyə catası ƏDV-nin 174150,98 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3864266,87 manat (ƏDV 695568,04 manat), əvəzləşdirilməli olan ƏDV-nin 518310.24 manat büdcəyə catası ƏDV-nin isə 177257.80 manat olduğu müəyyən edilmiş və 3106,82 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bank hesablarına daxil olan vəsaitlərin və nəzarət-kassa aparatı üzrə aparıaln əməliyyatların aylar üzrə dövriyyəsinin düzgün müəyyən edilməməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2023-cü ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 2780994,25 manat (ƏDV 500578,97 manat), əvəzləşdirilən ƏDV-nin 559686,90 manat, dəqiqləşdirmə nəticəsində azaldılan ƏDV-nin 856.16 manat, büdcədən azaldılan ƏDV-nin 59964,10 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3099115,76 manat (ƏDV 557840.84 manat), əvəzləşdirilməli olan ƏDV-nin 559686.90 manat, dəqiqləşdirmə nəticəsində azaldılan ƏDV- nin 18.56 manat, büdcədən azaldılan ƏDV-nin 1864.62 manat olduğu müəyyən edilmiş və 58099,47 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bank hesablarına daxil olan vəsaitlərin və nəzarət-kassa aparatı üzrə aparıaln əməliyyatların aylar üzrə dövriyyəsinin düzgün müəyyən edilməməsi olmuşdur. Həmçinin 2023 noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin aid olduğu dövr üzrə təqdim etdilmiş e-qaimə fakturanın (e-VHF-nin) ləğv edilməsi, e-qaimə faktura üzrə malların geri qaytarılması və malların qaytarılması istisna olmaqla Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən, təqdim edilmiş qaimələr üzrə qiymətin azalması üzrə ƏDV məbləği 0.00 manat olmasına baxmayaraq, bəyannamənin 319.1 -ci sətirində ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV- nin hesablanmasına görə ƏDV-nin məbləği 837,60 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Bu səbəbdən, dəqiqləşdirilən azaldılan ƏDV məbləği üzrə hesablama aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 88635,27 azaldılması və 25579,41 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə, büdcəyə çatası ƏDV-nin 63055,86 manat olduğu müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmaqla səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə, ümumilikdə, 63055,6 manat əlavə dəyər vergisinin az hesablandığı müəyən olunmuşdur. Əmlak vergisinin yoxlanılması üzrə: Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən, aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4.Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). Bildirilir ki, səyyar vergi yoxlaması ilə 2020-ci, 2021-ci və 2022-ci illər üzrə əmlak vergisi bəyannamələri əhatə olunmuş və 2020-ci il üzrə əmlak vergisinin 1018,13 manat. 2021-ci il üzrə 1018,13 manat azaldılması müəyyən edilmişdir. İddiaçı MMC xx.xx.2021-ci il tarixli İTS- 3/2021 nömrəli “İnvestisiya təşviqi” sənədi almışdır. Həmin sənəd nəzərə alınaraq, cəmiyyət tərəfindən 2022-ci il üzrə idxal olunan 323082,08 manat (ƏDV-siz) əsas vəsaitlər, o cümlədən avadanlıq üçün əmlak vergisi hesablanmayıb. Ödəmə mənbəyində tutulan verginin hesablanması üzrə: İddiaçı MMC ünvan 5 ünvanında yerləşən 748,50 kvadrat metr qeyri-yaşayış sahəsini X1 xx.xx.2015-ci il tarixli İcarə Müqaviləsinə əsasən (əlavələr nəzərə alınmaqla) aylıq icarə haqqı 5000 manata (vergilər nəzərə alınmadan) icarəyə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Göründüyü kimi, vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergini 5813,95 manatdan 14% ödəmə mənbəyində vergiyiə cəlb etməli olduğu halda, 5000,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etmiş və həmin 5000,0 manat məbləği də eyni zamanda bank vasitəsi ilə fiziki şəxsə icarə haqqı kimi ödəmişdir. Beləliklə də, müəssisə tərəfindən yoxlanılan dövr üzrə ÖMV-nin bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 4362,78 manat azaldılması müəyyən edildi. (5813,95 x 3 ay= 17441,85; 17441,85 x 8 rübə =139534,8 manat; 139534,8 manat x 14%= 19534,87 manat). Müəssisə tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 19534,87 manat hesablama aparılmalı olduğu halda 16800,0 manat hesablama aparılmış və nəticədə yoxlama dövrü üzrə 2734,87 manat ödəmə mənbəyində tutulmalı vergini az hesablamışdır. Eyni zamanda, 2023-cü ilin 1 -ci rübü üzrə 1627,91 manat ödəmə mənbəyində tutulan vergi artıq və 2023-cü ilin 2-ci rübündə isə 1627,91 manat ödəmə mənbəyində tutulan vergi az hesablamışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan verginin 4362,78 azaldılması və 1627,91 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 2734,87 manat olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması halları aşkar edilmişdir. Bununla əlaqədar, vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********183116 nömrəli akt ilə bağlı vergi orqanına etiraz daxil olmamış, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********188773 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2024-cü il tarixli, **********058000 nömrəli Tələbnamə İddiaçı MMC-yə göndərilmişdir. Bildirilir ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********0274500 nömrəli məktubu ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirik ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar ilə hesablanmış əlavə vergi məbləğlərinin düzgün hesablanmamasını iddia etməsi əsassızdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********188773 nömrəli qərar ilə hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz. Vergi Məcəlləsinin: 13.2.4-cü maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən, cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi, vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Bundan əlavə bildirilir ki, iddia tələbi “Mübahisələndirilən qərar əsasında qəbul edilmiş digər sənədlərin, yəni **********058000 nömrəli Tələbnamənin və “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-8/2- 13596/2024 nömrəli qərarın ləğv edilməsi” hissələrində mümkün sayılmamalıdr. Bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir (65.1.). Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq (65.2.1.). Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən, verilmiş sərəncamın icrasını təmin edir (65.2.2.). Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqantərəfindən qərar qəbul edilir (65.2.3-1.). Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir (65.2.3-2.). Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı ona bu barədə bildiriş göndərir. Həmin bildirişin alındığı vaxtdan 30 gün müddətində vergi ödəyicisi bununla bağlı müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Əgər belə bir şikayət verilərsə məhkəmə qərarına, yaxud müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, şikayət olmadıqda isə 30 gün müddət bitdikdə sonra vergi orqanı tərəfindən borcun vergi ödəyicisinin hesablarından tutulması haqqında sərəncam verilir, yaxud həmin vergi borcunun vergi ödəyicisinin ƏDV depozit hesabının dondurulması haqqında qərar qəbul edilir. Məhkəməyə təqdim olunan iddia ərizəsindən göründüyü kimi iddiaçı səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188773 nömrəli qərarın icrası ilə bağlı göndərilmiş “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2024-cü il tarixli **********058000 nömrəli Tələbnamənin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən qəbul edilmiş “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-8/2- 13596/2024 nömrəli qərarın ləğv edilməsini tələb edir. İlk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2024-cü il tarixli **********058000 nömrəli Tələbnamə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən qəbul edilmiş “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2- 8/2-13596/2024 nömrəli qərar səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024cü il tarixli, **********188773 nömrəli qərarın icrasının təmin edilməsi ilə bağlıdır. “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-8/2-13596/2024 nömrəli qərar müstəqil inzibati akt olmayıb icraatın təşkili üçün qəbul edilmiş aralıq inzibati aktdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2024-cü il tarixli **********058000 nömrəli Tələbnamə isə vergi ödəyicisi üçün əlavə hüquqi nəticə yaratmır, sadəcə inzibati aktın icrası ilə bağlı vergi ödəyicisinə göndərilmiş sənəddir. Hər iki sənəd (Tələbnamə və Qərar) iddiaçının səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar ilə yaranmış vergi borcunun ödənilməsinin təmin üsulu kimi çıxış edir. Yəni iddiaçı ona əsassız vergi borcunun hesablanması qənaətinə gəlirsə, ona vergi borcunun hesablanmasından məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, iddiaçı həmin qərarı məhkəmə qaydasında mübahisələndirilmişdir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi.
5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
6. İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
8. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
9. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
10. İddiaçı xx.xx.2024-cü il tarixli qərarının mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır.
11. İddia mümkündür.
IV. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
14. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: 38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 43. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir(xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur). 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.(xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur). 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.2. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
IV. Məhkəmənin mövqeyi
17. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
18. Məhkəmə tərəfindən müəyyən edildi ki, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024-cü il tarixində **********183116 saylı Akt tərtib edilmiş, həmin akt əsasında cəmiyyət barəsində Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********188773 saylı Qərar qəbul edilmişdir.
19. Cavabdeh inzibati orqan qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********179770 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, İddiaçı MMC-də dekabr 2020-ci il tarixdən noyabr 2023-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Bununla əlaqədar, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023cü il tarixli, **********179854 nömrəli Tələbnamə İddiaçı MMC-nin direktoru X4 şəxsən təqdim edilmiş, onun tərəfindən qəbul edilmiş və alınmasını öz imzası ilə təsdiq etmişdir. Uçot-baza məlumatlarına əsasən, İddiaçı MMC faktiki olaraq digər qruplara daxil edilməyən sair məhsulların istehsalı ilə məşğul olmuşdur. Bildirilir ki, səyyar vergi yoxlamasının keçirilməsi ilə əlaqədar “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********179854 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Tələbnamə əsasında tələb edilmiş sənədlər İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən, “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və aktın bir nüsxəsi cəmiyyətin direktoru X7 tərəfindən imzalanaraq qəbul edilmişdir. Bundan əlavə, vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli **********599000 nömrəli və xx.xx.2024-cü il tarixli **********703600 nömrəli xəbərdarlıq məktubları da göndərilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanı tərəfindən tələb edilmiş sənədlər vergi ödəyicisi tərəfindən qismən təqdim edildiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən, “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və aktın bir nüsxəsi X9 oglu tərəfindən imzalanaraq qəbul edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********180843 nömrəli qərar qəbul edilmiş və qərarda qeyd olunan sənədlərin təqdim edilməsi üçün 08.2.2024-cü il tarixli, **********636700 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən qərarda göstərilən sənədlərin təqdim edilməsindən imtina olunduğuna görə, “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” xx.xx.2024-cü il tarixli, **********182085 nömrəli akt tərtib edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan və Tələbnamədə göstərilən sənədlərin tam təqdim edilməməsinə görə ilə İddiaçı MMC barəsində İXM-nin 602.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı 3(012)-1275/2024nömrəli qərarı ilə 1000 (bir min) manat inizbati cərimə edilmişdir. Bildirilir ki, İddiaçı MMC-nin Abşeron rayonu, Quşçuluq sovxozu ünvanında yerləşən istehsal ərazisində izolyasiya məhsullarının və birdəfəlik qabların istehsalı, metal qaynaq işləri, lazer kəsim və metal emalı zavoduna baxış keçirilmiş və nəticəsi barədə “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********180092 nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə, cəmiyyətin ünvan 4 ünvanında yerləşən ofis, elektrik və müxtəlif məişət avadanlığının satışı, reklam lövhələrinin print çap işləri və elektrik işıqlandırma işlərinin həyata keçirildiyi əraziyə, otaqlara baxış keçirilmiş və nəticəsi barədə “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********180093 nömrəli protokol tərtib edilmişdir. İddiaçı MMC-nin iddia tələbinin əsaslandırılması üçün iddia ərizəsində qeyd olunan dəlillərinin əsassız olması və səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğlərinin əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsində qeyd olunur: “Aktda və qərarda qeyd edilənlərin əksinə olaraq, tərəfimizdən xərc və gəlirlərlə bağlı bütün müvafiq sənədlər, idxal və ixrac ilə bağlı yük gömrük bəyannamələri, elektron qaimələr, mənfəət vergisi bəyannamələri, sair sənədlər mövcuddur və vergi orqanına təqdim olunmuş, habelə elektron sistemə əlavə edilmişdir. Cəmiyyətin mənfəəti vergi orqanı tərəfindən ona təqdim olunmuş sənədlər əsasında müəyyən edilə bilərdi. Bu onu deməyə əsas verir ki, əsassız olaraq xərc və gəlirlər barədə məlumatın olmadığı qənaətinə gəlinmiş və əsassız olaraq əlavə vergilər hesablanmışdır.”. İddiaçının mənfəət vergisinin əsassız hesablanması barədə dəlilini əsaslı hesab etmir. Əlavə dəyər vergisinin yoxlanması üzrə qeyd edir ki, yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: İddiaçı MMC tərəfindən ƏDV məqsədləri üçün qeydiyyat haqqında xx.xx.2008-ci il tarixli ərizəni vergi orqanına təqdim edilmiş və **********2 nömrəli qeydiyyat bildirişi almışdır. ƏDV qeydiyyatı xx.xx.2002-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə vergi ödəyicisinin gəlirləri e-qaimə, nəzarət-kassa aparatı məlumatları və ixrac YGB məlumatlarına əsasən müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2020-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 287975,03 manat (ƏDV 51835,51 manat), əvəzləşdirilən ƏDV-nin 31955,85 manat büdcəyə çatası ƏDV-nin 19879.66 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 298003,64 manat (ƏDV 53640,66 manat), əvəzləşdirilməli olan ƏDV-nin 31955,85 manat büdcəyə çatası ƏDVnin isə 21684,81 manat olduğu müəyyən edilmiş və 1805,15 manat əlavə ƏDV-si hesablanmışdır. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bank hesablarına daxil olan vəsaitlərin və nəzarət-kassa aparatı üzrə aparıaln əməliyyatların aylar üzrə dövriyyəsinin düzgün müəyyən edilməməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2021-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 3583580,85 manat (ƏDV 645044,55 manat), əvəzləşdirilən ƏDV-nin 627318,56 manat, dəqiqləşdirmə nəticəsində azaldılan ƏDV-nin 305,10 manat, büdcəyə çatası ƏDV-nin 17420,89 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3583718,49 manat (ƏDV 645069,33 manat), əvəzləşdirilməli olan ƏDV-nin 627318,56 manat, dəqiqləşdirmə nəticəsində azaldılan ƏDV-nin 305,10 manat, büdcəyə çatası ƏDV-nin isə 17445,67 manat olduğu müəyyən edilmişdir. Nəticə olaraq 24,78 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bank hesablarına daxil olan vəsaitlərin və Nəzarət-kassa aparatı üzrə aparıaln əməliyyatların aylar üzrə dövriyyəsinin düzgün müəyyən edilməməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən, 2022-ci ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 3847006,75 manat (ƏDV 692461,22 manat), əvəzləşdirilən ƏDV-nin 518310,24 manat büdcəyə catası ƏDV-nin 174150,98 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3864266,87 manat (ƏDV 695568,04 manat), əvəzləşdirilməli olan ƏDV-nin 518310.24 manat büdcəyə catası ƏDV-nin isə 177257.80 manat olduğu müəyyən edilmiş və 3106,82 manat əlavə ƏDV hesablanmışdır. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bank hesablarına daxil olan vəsaitlərin və nəzarət-kassa aparatı üzrə aparıaln əməliyyatların aylar üzrə dövriyyəsinin düzgün müəyyən edilməməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamə məlumatlarına əsasən 2023-cü ilin yoxlama dövrü üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə 2780994,25 manat (ƏDV 500578,97 manat), əvəzləşdirilən ƏDV-nin 559686,90 manat, dəqiqləşdirmə nəticəsində azaldılan ƏDV-nin 856.16 manat, büdcədən azaldılan ƏDV-nin 59964,10 manat olduğu qeyd edilmişdir. Səyyar vergi yoxlaması ilə ƏDV-yə cəlb olunan dövriyyə 3099115,76 manat (ƏDV 557840.84 manat), əvəzləşdirilməli olan ƏDV-nin 559686.90 manat, dəqiqləşdirmə nəticəsində azaldılan ƏDV- nin 18.56 manat, büdcədən azaldılan ƏDV-nin 1864.62 manat olduğu müəyyən edilmiş və 58099,47 manat əlavə ƏDV hesablanmışdır Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, bank hesablarına daxil olan vəsaitlərin və nəzarət-kassa aparatı üzrə aparıaln əməliyyatların aylar üzrə dövriyyəsinin düzgün müəyyən edilməməsi olmuşdur. Həmçinin 2023 noyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin aid olduğu dövr üzrə təqdim etdilmiş e-qaimə fakturanın (e-VHF-nin) ləğv edilməsi, e-qaimə faktura üzrə malların geri qaytarılması və malların qaytarılması istisna olmaqla Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən, təqdim edilmiş qaimələr üzrə qiymətin azalması üzrə ƏDV məbləği 0.00 manat olmasına baxmayaraq, bəyannamənin 319.1 -ci sətirində ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV- nin hesablanmasına görə ƏDV-nin məbləği 837,60 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Bu səbəbdən, dəqiqləşdirilən azaldılan ƏDV məbləği üzrə hesablama aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 88635,27 azaldılması və 25579,41 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə, büdcəyə çatası ƏDV-nin 63055,86 manat olduğu müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmaqla səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə, ümumilikdə, 63055,6 manat əlavə dəyər vergisinin az hesablandığı müəyən olunmuşdur. Ödəmə mənbəyində tutulan verginin hesablanması bildirirlir ki, İddiaçı MMC ünvan 5 ünvanında yerləşən 748,50 kvadrat metr qeyri-yaşayış sahəsini X1 xx.xx.2015-ci il tarixli İcarə Müqaviləsinə əsasən (əlavələr nəzərə alınmaqla) aylıq icarə haqqı 5000 manata (vergilər nəzərə alınmadan) icarəyə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Göründüyü kimi, vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergini 5813,95 manatdan 14% ödəmə mənbəyində vergiyiə cəlb etməli olduğu halda, 5000,0 manatdan 14% ödəmə mənbəyində vergiyə cəlb etmiş və həmin 5000,0 manat məbləği də eyni zamanda bank vasitəsi ilə fiziki şəxsə icarə haqqı kimi ödəmişdir. Beləliklə də, müəssisə tərəfindən yoxlanılan dövr üzrə ÖMV-nin bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 4362,78 manat azaldılması müəyyən edildi. (5813,95 x 3 ay= 17441,85; 17441,85 x 8 rübə =139534,8 manat; 139534,8 manat x 14%= 19534,87 manat). Müəssisə tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 19534,87 manat hesablama aparılmalı olduğu halda 16800,0 manat hesablama aparılmış və nəticədə yoxlama dövrü üzrə 2734,87 manat ödəmə mənbəyində tutulmalı vergini az hesablamışdır. Eyni zamanda, 2023-cü ilin 1 -ci rübü üzrə 1627,91 manat ödəmə mənbəyində tutulan vergi artıq və 2023-cü ilin 2-ci rübündə isə 1627,91 manat ödəmə mənbəyində tutulan vergi az hesablamışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan verginin 4362,78 azaldılması və 1627,91 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 2734,87 manat olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması halları aşkar edilmişdir. Bununla əlaqədar, vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********183116 nömrəli akt ilə bağlı vergi orqanına etiraz daxil olmamış, vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********188773 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2024-cü il tarixli, **********058000 nömrəli Tələbnamə İddiaçı MMC-yə göndərilmişdir. Bildirilir ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********0274500 nömrəli məktubu ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərar ilə hesablanmış əlavə vergi məbləğlərinin düzgün hesablanmamasını iddia etməsi əsassızdır.
20. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli qərarla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın təyin olunması, onun aparılması və rəsmiləşdirilməsi prosedurları qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, yoxlamanın keçirilməsi haqqında qərar, yoxlamaların vahid məlumat reyestrindən çıxarış və sənədlərin təqdim olunması barədə tələbnamə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə təqdim edilmiş və bu hal onun imzası ilə təsdiq edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü və 16.1.6-cı maddələrinə əsasən, vergi ödəyicisinin əsas vəzifələrindən biri gəlir və xərclərinin, vergitutma obyektlərinin uçotunu qanunvericiliyə uyğun aparmaq, habelə vergi orqanının tələb etdiyi sənədləri və məlumatları müəyyən edilmiş qaydada təqdim etməkdir. Eyni zamanda, həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, vergi yoxlaması zamanı tələb edilən sənədlər vergi ödəyicisi tərəfindən 15 iş günü müddətində təqdim olunmalıdır, lakin iş materiallarından müəyyən olunur ki, vergi orqanı tərəfindən təqdim edilmiş tələbnamələrə baxmayaraq, iddiaçı tərəfindən yoxlama üçün zəruri olan sənədlər tam həcmdə təqdim edilməmiş, bu hal xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlarla rəsmiləşdirilmişdir. Həmçinin, vergi ödəyicisinə əlavə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, tələb olunan sənədlərin təqdim olunmaması davam etmiş, nəticədə xx.xx.2024-cü il tarixli aktla sənədlərin təqdim edilməsindən imtina faktı təsbit olunmuşdur. Bu hallar iddiaçı tərəfindən digər sübutlarla təkzib edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin uçot sənədlərini təqdim etməməsi və ya uçotu qanunvericiliyin tələblərinə uyğun aparmaması vergi orqanının vergitutma bazasını birbaşa üsulla müəyyən etməsini mümkünsüz edir. Belə olan halda, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq, vergi orqanı vergiləri şərti rentabellik norması tətbiq etməklə hesablamaq hüququna malikdir. Xərcləri təsdiq edən ilkin mühasibat sənədləri təqdim edilmədiyindən xərclərin real məbləğini müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 108-ci və 130.1-ci maddələrinə əsasən, yalnız sənədlərlə təsdiq olunmuş xərclər gəlirdən çıxıla bilər. Buna görə də, xərclərin nəzərə alınmaması və mənfəətin şərti rentabellik əsasında hesablanması hüquqauyğundur. Əlavə dəyər vergisi üzrə məhkəmə qeyd edir ki, yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatları ilə faktiki dövriyyə arasında uyğunsuzluqlar müəyyən edilmişdir. Bu uyğunsuzluqlar əsasən bank hesablarına daxil olan vəsaitlərin və nəzarətkassa aparatları üzrə əməliyyatların düzgün əks etdirilməməsi ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 159.1 və 166-cı maddələrinin tələblərinə əsasən, bu əməliyyatlar vergitutma obyektinə daxildir və onların düzgün bəyan edilməməsi əlavə ƏDV hesablanması üçün əsas yaradır. Bu baxımdan, vergi orqanı tərəfindən əlavə ƏDV hesablanması qanuni və əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən əsas qərar əsasında qəbul edilmiş tələbnamə və ƏDV depozit hesabının dondurulması barədə qərar müstəqil hüquqi nəticə doğuran inzibati aktlar deyil, əsas qərarın icrasını təmin edən törəmə xarakterli sənədlərdir. Bu səbəbdən, onların ayrıca qaydada ləğvi üçün hüquqi əsas mövcud deyildir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən tərtib edilmiş sənədlər öz mahiyyətinə görə qanunvericiliyə uyğundursa və vergi öhdəliyi aydın şəkildə müəyyən edilirsə, həmin sənədlər formal əsaslarla etibarsız sayıla bilməz. İş materialları mübahisələndirilən qərarın belə tələblərə cavab verdiyini göstərir.
20. Beləliklə, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********188773 saylı qərarı vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
22. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8-Abbaszadə