Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3617/2024 01.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinə qarşı iş üzrə (Açar sözlər: arayışın verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 oktyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İ-ИЕ seriyalı, 533449 nömrəli “Evlənmək haqqında şəhadətnamə”dən görünür ki, X1 Gülcamal Almurad qızı ilə 1966-cı ildə nikaha daxil olmuşdur.
2. X12 məxsus Vİİ-ЖГ seriyalı, 667990 nömrəli pasportdan görünür ki, o, Zəngilan rayonu, Bartaz kəndində 1912-ci ildə doğulmuşdur.
3. İddiaçı məxsus AA seriyalı, 302938 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Dövlətqaçqınkomun 20 noyabr 2013-cü il tarixli qərarına əsasən ona məcburi köçkün vəsiqəsi verilmişdir.
4. Zəngilan Rayon Dövlət Arxivinin İddiaçı verilmiş 19 yanvar 2024-cü il tarixli, 2 nömrəli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsin, o cümlədən vətəndaş İddiaçı atası X8 1941-45-ci illərdə müharibədə iştirakı və əlil olması ilə bağlı sənədlər arxivə daxil olmadığı üçün sorğusunu cavablandırmaq mümkün olmamışdır.
5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin İddiaçı göndərilmiş 31 yanvar 2024-cü il tarixli, 3-48-4/2-M-46-xx-xx/2024 nömrəli məktubundan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (həmçinin müdafiə sahəsinin) arxiv fondlarının mühafızəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. Məsələ ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinə müraciət edilməsi məsləhət görülmüşdür.
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinin İddiaçı göndərilmiş 16 fevral 2024-cü il tarixli, 3-43- 64/2-179/2024 nömrəli məktubundan görünür ki, keçmiş Zəngilan rayon hərbi komissarlığının arxiv uçot sənədləri 1993-cü ildə işğal olunmuş ərazidə qalmışdır. Halhazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsində olan hərbi uçot sənədlərində atası X8 X6 iştirak etməsi və İİ qrup müharibə əlili olması barədə heç bir məlumat yoxdur. Eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış https://pamvat-naroda.ru/ elektron saytında X8 X6 iştirak etməsi barədə məlumat aşkar olunmur. Bununlada atası X8 X6 iştirak etməsi və ya İİ qrup müharibə əlili olması barədə müvafiq arayışın verilməsi mümkün deyildir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 27 mart 2024cü il tarixli, 3-36-3/2-1026/2024 nömrəli və 24 may 2024-cü il tarixli, 3-36-3/2-1892/2024 nömrəli məktublarından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonunda faktiki olaraq məskunlaşmışdır.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 1 aprel 2024-cü il tarixli, 18/2-8261/2024 nömrəli məktubundan görünür ki, xx xxxx 1969-cu il təvəllüdlü İddiaçı 1 avqust 2019-cu il tarixdən Zəngilan rayonu, Çöpədərə ərazi dairəsi, Dəlləkli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.
9. Azərbaycan Respublikasının Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Çöpədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 iyun 2024-cü il tarixli, 13 nömrəli arayışından görünür ki, Zəngilan rayonu, Dəlləkli kənd sakini Məmmədov X3 İƏD üzrə nümayəndəliyində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında müvəqqəti məskunlaşıb yaşayır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 25 iyul 2024-cü il tarixli, 3-17-1/2-175458/2024 nömrəli məktubundan görünür ki, mərhum X2 və mərhum X16 ilə bağlı Fondun arxivlərində və elektron informasiya bazalarında hər hansı müvafiq məlumat aşkar edilməmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının 26 iyul 2024-cü il tarixli, 3-17-1/2-176941/2024 nömrəli məktubundan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində mərhum X2 və mərhum X16 barədə hər hansı məlumat aşkar edilməmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
12. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Bölməsinin üzərinə atasına X14 iştirakçısı olması ilə bağlı yeni müharibə veteranı vəsiqəsinin və İİ qrup əlil statusu verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi işin hallarına istinad edərək (§1-6) onunla əsaslandırılmışdır ki, X16 iddiaçının doğma atasıdır. O, 1912-ci ildə Zəngilan rayonunda anadan olmuşdur, 1941- 1945-ci illərdə X6 iştirak etmiş və ona İİ qrup müharibə əlili stasu verilmişdir. Bu yaxınlarda bəzi sənədləşdirmə işlərinin aparılması üçün atasına məxsus müharibə veteranı vəsiqəsinin və ya onu təsdiq edən arayışın təqdim olunması tələb edilmişdir. Atasının müharibə veteranı vəsiqəsi itdiyi üçün təqdim edə bilməmişdir. Hesab edir ki, cavabdehlərin hərəkəti qanunsuzdur. Hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Belə ki, iddiaçı heç bir sənədləşdirmə işlərini apara bilmir. Fakt atası X14 iştirakçısı olsa da, müvafiq qurumlar bildirmişdirlər ki, o, müharibədə iştirak etməmişdir. Əgər iştirak etməmişsə, necə ona müharibə veteranı və İİ qrup əlil olması statusu verilmişdir. Sadəcə olaraq atasına məxsus olan müharibə veteranı vəsiqəsi itmişdir. Göstərilənlərə əsasən hesab edir ki, atasına yenidən müharibə veteranı vəsiqəsi verilməlidir.
14. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 11 iyun 2024-cü il tarixli, 3-25-4/2- 3603/2024 nömrəli məktubu ilə öz münasibətini bildirmiş, iddiaçı tərəfindən Müdafiə Nazirliyinin Aparatına müraciətin edilməməsi üçün iş üzrə Müdafiə Nazirliyinin cavabdeh qismində olmamasını qeyd edərək, iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir.
15. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Bölməsi (bundan sonra – “cavabdeh”) kimi nəzərə almasını və iddia tələbinin atasın X7 iştirakçısı olması və ikinci qrup əlillik statusu olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 4 iyun 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
16. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 73.1, 73.2-ci maddələrinə istinad olunmuşdur.
17. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
19. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsi iddia tələbinə dair münasibətini bildirərək, 3 iyun 2024-cü il tarixli, 3-43-64/2-562/2024 nömrəli məktubunda qeyd etmişdir ki, vəfat etmiş şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi və ya əlillik dərəcəsinin təyin edilməsi qanuna uyğun deyildir. Vəfat etmiş müharibə iştirakçılarının ailə üzvlərinə (arvadına, ərinə və ya övladlarına) müvafiq arayış təqdim oluna bilər. Keçmiş Zəngilan rayon hərbi komissarlığının arxiv uçot sənədləri, o cümlədən X6 iştirak etmiş şəxslərin sənədləri 1993-cü ildə işğal olunmuş ərazidə qalmış və düşmən tərəfindən tamamilə məhv edilmişdir. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsində olan hərbi uçot sənədlərində İddiaçı atası X8 X6 iştirak etməsi və ya müharibə əlili olması barədə heç bir məlumat yoxdur, eyni zamanda iddiaçı atası mərhum O.Ə. Məmmədovun X6 iştirak etməsi barədə heç bir əsasverici sənəd (atasının hərbi bileti, müharibə veteranı və ya müharibə əlilinin vəsiqəsi, arxiv arayışı, orden, medal və s.) təqdim edə bilmir. Mərhum O.Ə.Məmmədovun BVM-də iştirakı ilə bağlı anket məlumatlar olmadığından onun barəsində müvafiq xidməti araşdırma aparmaq mümkün olmamışdır. X13 illərində hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi, həlak olması və ya itkin (əsir) düşməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur qurumlarının arxiv-uçot sənədlərində heç bir məlumat olmadığı halda Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış https://pamyat-naroda.ru/ elektron saytında olan məlumata əsasən müharibə iştirakçılarının ailə üzvlərinə arayış verilməsi mümkün hesab olunur, lakin adı çəkilən saytda mərhum O.Ə.Məmmədovun barəsində məlumat aşkar olunmur. Bununla da iddiaçının atası X8 X6 iştirak etməsi və ya müharibə əlili olması barədə arayışın verilməsi mümkün olmamışdır.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və ona uyğun izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin, aidiyyət məsələsinə dair öz münasibətini bildirərək, Bakı şəhəri, Yasamal rayonunda yaşamadığını bildirmiş, iddia ərizəsinin Sumqayıt İnzibati Məhkəmədə baxılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
25. Məhkəmənin 4 iyun 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X9 izahatında məhkəməyə təqdim edilmiş iddia tələbinə dair cavabdehin münasibətində qeyd edilənləri müdafiə edərəkiddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mərhum şəxs barəsində əlillik təyin olunmamışdır.
26. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
Ərazi aidiyyəti:
27. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
28. Qeyd edilməlidir ki, İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
29. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir.
30. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 27 mart 2024-cü il tarixli, 3-36-3/2-1026/2024 nömrəli və 24 may 2024-cü il tarixli, 3-36-3/2-1892/2024 nömrəli məktublarından görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan iddiaçı həqiqətən Bakı şəhəri, Yasamal rayonunda müvəqqəti məskunlaşmışdır. Həmçinin, Azərbaycan Respublikası Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Çöpədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 iyun 2024-cü il tarixli, 13 nömrəli arayışından görünür ki, iddiaçı Zəngilan rayonun Çöpədərə İƏD-i üzrə nümayəndəliyinin Dəlləkli kəndində qeydiyyatdadır, ünvan 3 ünvanında müvəqqəti məskunlaşıb yaşayır.
31. Göründüyü kimi, Zəngilan rayonundan məcburi köçkün olan iddiaçı Binəqədi rayonunda məskunlaşmışdır.
32. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, məhkəməyə əlçatmalığın təmin edilməsi və digər prinsiplərin və inzibati prosessual qanunvericiliyin normasının tələbləri əsas götürülməklə, iddiaya münasibətdə ərazi aidiyyətinin müəyyən edilməsi zamanı İPM-in 8.1.2cü maddəsinin tələbi baxımından iddiaçının yaşayış yeri qismində məhz onun faktiki yaşayış yerinin əsas götürülməsi məqsədəmüvafiqdir.
33. Məhkəmə prosesi zamanı qeyd olunan məsələ iddiaçının diqqətinə çatdırılmış, hazırkı mübahisəyə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması müzakirə edilmişdir. İddiaçı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. Həmçinin, iddia tələbinin Sumqayıt İnzibati Məhkəməsində baxılması məsələsi cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
34. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, tələbin predmeti İPM-in 8.1.1-ci maddəsinə aid olmadığında, eyni zamanda tərəflər arasında aidiyyətlə bağlı mübahisə də mövcud olmadığından, Zəngilan rayonundan məcburi köçkün olan iddiaçının hazırda Binəqədi rayonunda məskunlaşması faktı inzibati işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasına mane deyildir.
İddianın mümkünlüyü:
35. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
36. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
37. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
38. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
39. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
40. “X14 iştirakçılarına, beynəlmiləlçi döyüşçülərə, həlak olmuş hərbi qulluqçuların ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Müharibə veteranlarının, beynəlmiləlçi döyüşçülərin, həlak olmuş hərbi qulluqçuların ailələrinin maddi rifahını daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alınmışdır: X7 iştirakçıları, beynəlmiləlçi döyüşçülər, həlak olmuş hərbi qulluqçuların ailələri aşağıdakı ödənişləri ödəməkdən azad edilsinlər; a) yaşadıqları Dövlət və idarə evlərinin və mənzillərinin pulsuz olaraq şəxsi mülkiyyətlərinə keçirilməsini notariusda rəsmiləşdirərkən dövlət rüsumunu; ... v) yuxarıda göstərilən şəxs kateqoriyaları tərəfindən ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 1990-cı il 31 may tarixli fərmanında nəzərdə tutulmuş güzəştlərə uyğun surətdə müəyyənləşdirilən kommunal xidmətləri istisna edilməklə, şəxsi mülkiyyətdə olan yaşayış evinə və mənzilə, habelə evyanı əraziyə xidmət üçün ödənişi. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması ... 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
42. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …” Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü
İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
Məhkəmənin mövqeyi:
43. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
44. Belə ki, yuxarıda sadalanmış normaların məzmunundan aydın olur ki, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldo etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldo edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqannın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.
45. Hazırki iş üzrə iddiaçı atasının vaxtilə müharibə veteranı vəsiqəsinin olmasına və İİ qrup əlil olmasına istinad edərək, cavabdehə qarşı iddia qaldırmaqla “atasının X7 iştirakçısı olması və ikinci qrup əlillik statusu olması barədə arayışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbinin təmin edilməsini xahiş etmişdir.
46. Cavabdeh orqanın hazırki iddia tələbinə münasibətdə mövqeyi belə olmuşdur ki, vəfat etmiş şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi və ya əlillik dərəcəsinin təyin edilməsi qanuna uyğun deyildir. Cavabdeh orqan hazırki tələbə münasibətdə etiazının dəlilləri aşağıdakılar olmuşdur: 1) vəfat etmiş müharibə iştirakçılarının ailə üzvlərinə (arvadına, ərinə və ya övladlarına) müvafiq arayış təqdim oluna bilər. Lakin iddiaçının atası X8 X6 iştirak etməsi və ya müharibə əlili olması barədə heç bir məlumat mövcud deyildir. Mərhum O.Ə. Məmmədovun X6 iştirak etməsi barədə heç bir əsasverici sənəd təqdim edə bilmir. Anket məlumatlar olmadığından, onun barəsində müvafiq xidməti araşdırma aparmaq mümkün olmamışdır, 2) X13 illərində hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi, həlak olması və ya itkin (əsir) düşməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur qurumlarının arxiv-uçot sənədlərində heç bir məlumat olmadığı halda, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış https://pamyat-naroda.ru/ elektron saytında olan məlumata əsasən müharibə iştirakçılarının ailə üzvlərinə arayış verilməsi mümkün hesab olunur, lakin adı çəkilən saytda mərhum O.Ə.Məmmədovun barəsində məlumat aşkar olunmur.
47. Məhkəmə prosesi gedişində çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinin əsasları çərçivəsində hər iki tərəfin dəlillərini araşdırmış, bununla əlaqədar sorğular göndərmişdir.
48. Məhkəmə, cavabdeh orqanın imtinasının dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
49. Birinci dəlilə münasibətdə. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tələbinin əsaslarına dair birbaşa sübut təqdim edə bilməmişdir. İddiaçı bunu həmin sənədlərin itməsi ilə əlaqələndirmişdir.
50. Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məktubundan görünür ki, mərhum X2 və mərhum X16 ilə bağlı Fondun arxivlərində və elektron informasiya bazalarında hər hansı müvafiq məlumat aşkar edilməmişdir. Həmmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının məktubundan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində mərhum X2 və mərhum X16 barədə hər hansı məlumat aşkar edilməmişdir.
51. İkinci dəlilə münasibətdə. X13 illərində hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi, həlak olması və ya itkin (əsir) düşməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur qurumlarının arxiv-uçot sənədlərində heç bir məlumat olmadığı hala dair olan münasibətləri tənzimləyir. Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış https://pamyat-naroda.ru/ elektron saytında olan məlumata əsasən, müharibə iştirakçılarının ailə üzvlərinə arayış verilməsi mümkün hesab olunur. Qeyd olunan elektron sayt hamı üçün əlçatandır.
52. Məhkəmə prosesi gedişində https://pamyat-naroda.ru/ elektron saytında “X16” adı ilə axtarış etdikdə belə bir şəxsə dair heç bir məlumat tapılmamışdır. Hətta, “Məmmədov Oruc” adı ilə də yoxlanış aparılsa da, nəticəsi olmamışdır (iş materialına əlavə olunur).
53. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.
54. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
55. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova