Məhkəmə qərarları › İş №2-1(118)-362/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-362/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-362/2020 09.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının İddiaçı iştrakı ilə, İddiaçı Cavabdehnə qarşı "ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.2001-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində dünyaya gəlmiş, X3 verdi oğlu atası, X1 isə anasıdır.Bildirdi ki, daha əvvəllər onlar kirayə də müxtəlif ünvanlarda yaşayırmışlar. Naməlum şəraitdə ona məxsus doğum haqqında şəhadətnamə itmişdir. O itirdiyi şəhadətnaməni Cavabdehndən almışdır.Bunun üçün yenidən Cavabdehnə müraciət edərək, ona yenidən doğum haqqında şəahdətnaməmn verilməsim xahiş etmişdir.Lakin Cavabdeh tərəfindən ona xx xxxx 2019-cu il tarixli, 06/846 saylı məktub verilərək, məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Buna əsasən o Abşeron Rayon Məhkəməsinə müraciət etmiş. Abşeron rayon Məhkəməsinin 2(012)- 4767/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən onun sənədləri və iddia ərizəsi geri qaytarılmışdır.Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-4767/2019 sayl. xx.xx.2019-cu il tarixli qərardadında qeyd edilmişdir ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərin müəyyən edildiyi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinə görə, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Buna görə də, onun doğumum əvəllər qeydə alınmışdırsa, yəni doğum qeydi mövcuddursa o, təkrar doğum haqqında şəhadətnaməni verilməsindən imtina edən Qeydiyyat Şöbəsinin üzərinə müvafiq vəzifənin qoyulması üçün aidiyyatı üzrə inzibati-iqtisadi məhkəməsinə müraciət edə bilər.Bütün bu qeyd edilənlərə əsasən o İnzibati-İqtisadi məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmənin əvvəlki iclasları ilə əlaqədar cavabdeh bildirmişdir ki, məhkəmə iclaslarına onların nümayəndəsinin iştrakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 06/846 saylı imtina məktubu, Abşeron rayonu, Hökməli qəsəbə ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2198 nömrəli arayış və Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş nəzarət məlumatları və digər sənədlər daxildir.Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci ildə Abşeron rayonunun Hökməli kəndində anadan olmuş və doğum haqqında şəhadətnaməsini itirdiyinə görə sənədin alınması üçün Cavabdehnə müraciət etmişdir. Lakin İddiaçı şəxsiyyətini müəyyən edən sənədinin olmaması səbəbindən Abşeron Qeydiyyat Şöbəsi ona doğum haqqında şəhadətnamənin dublikatını verməkdən imtina etmişdir. İşin araşdırılan hallarından məlum olmuşdur ki, mübahisənin predmeti doğum qeydi ilə bağlı deyil, mövcud olmuş doğum qeydinin əks olunduğu doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı oda məlum olmuşdur ki, İddiaçı Abşeron rayon Məhkəməsinin hökmü ilə məhkum olunub və hal hazırda hökmün icrası Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilir. Məhkəmə tərəfindən özünü İddiaçı kimi təqdim edən şəxsin Şəxsi Məhkəmə Nəzarət məlumatları Binəqədi rayon İcra və Probasiya şöbəsindən tələb edildikdən sonra məlum olmuşdur ki, həqiqətəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edən şəxs xx.xx.2001-ci ildə təvəllüdlü İddiaçıdur. İddiaçı artıq yetkinlik yaşına çatdığına görə onun adından qanuni nümayəndələri olmuş valideyinləri tərəfindən doğum şahadətnaməsinin qeydiyyat şöbəsindən tələb edilməsi yolverilməzdir, özü isə şəxsiyyətini müəyyən edən sənədinin olmaması səbəbindən hüquqlarını həyata keçirməkdə çətinlik çəkir. Hesab olnur ki, İddiaçı özünə aid olan doğum haqqında şəhadətnamənin dublikatını almaqda konstitusion hüquqlara malikdir və ona görədə onun verdiyi iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, rəsmi sənəd itdiyinə görə qeydiyyat şöbələri tərəfindən əslinə bərabər qüvvəyə malik olan dublikat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Doğum haqqında şəhadətnamənin dublikatının verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Doğum haqqında Şəhadətnamənin dublikatının verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar