Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-362/2023 02.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi, B- 1392 ünvanda yerləşən yalnız torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və plan ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia iddia qaldıraraq “ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1392 ünvanında yerləşən torpaq sahəsinə plan ölçünün verilməsi vəzifəsinin, habelə bağda olan yaşayış evinin dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 21 avqust 2003-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsərrüfat Birlİynin X6nin B-1392 nömrəli, 0,12 hektarlıq bağlıq sahəsini almışdır. Qeyd olunan bağlıq sahədə 20 ilə yaxın müddət ərzində zəruri abadlıq-becərmə işləri görülmüş, bağ sazəsi iki tərəfdən mişarlanmış əhəngdaşı ilə hasarlanmışdır. Ağacların becərilməsi üçün iddiaçı sayğacın su xəttinin çəkilməsini təmin etmişdir. Uzun illər apardığı kultivasiya və becərmə işləri ilə bağda çoxsaylı bəzək kolları, meyvə ağacları yetişdirilmişdir. Bağ sahəsində olan 54 kv.m yaşayış evini restovrasiya edib əsaslı təmir etmişdir. Bağ Ehtiram Baxşalıyevin ailəsinə məxsus olan 1392 nömrəli bağla bir hasarın içərisində yerləşir. Bağın suyu, qazı və işığı iddiaçının adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus olan Novxanı bağ massivində yerləşən B- 1392 nömrəli, 0,12 hektar torpaq sahəsi üzərində və bağda olan yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyesterdən çıxarış və torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir, ərizə ********** nömrəsi ilə qeydə alınaraq baxılmış və əsassız olaraq təmin olunmasından imtina edilmişdir. Ərizə təqdim olunarkən bağın iddiaçıya məxsus olmasını özündə əks etdirən sənədlər paketini tam şəkildə idarənin məsul şəxsi Göyçək Kərimovaya təqdim edilmişdir. Göyçək Kərimova ərizə və tam sənədlər paketini başqa otaqda kiməsə göstərmişdir. 20 dəqiqədən sonra yenidən iş masasına qayıtmış və təqdim etdiyi sənədlərdən yalnuz icarə müqaviləsini götürüb digər sənədlərə ehtiyac olmadığını bildirərək geri qaytarmışdır. 01 iyun tarixində idarənin mühəndisi X3 zəruri tədbirlərin icrası və torpaq sahəsinə yerində baxılması üçün şərait yaradılmasını xahiş etmiş, (mobil telefon nömrəsi +**********96) həmin gün sözügedən bağ sahəsinə gəlinmiş və Şahin Muxtarov özü ilə gətirdiyi xüsusi sputnik cihazından istifadə edərək əraziyə baxış keçirmiş və rəyini hazırlamışdır. Şahin Muxtarov həmçinin iddiaçının, iki qonşunun, bələdiyyə işçisinin və özünün iştirakı ilə akt tərtib etmişdir ki, həmin bağ həqiqətən iddiaçının istifadəsindədir və qonşuları kimlərdir. Ərizənin icrası barədə mobil telefona SMS gələcəyini bildirib Şahin Muxtarov tərtib edilən aktı özü ilə apanb iş yerinə qayıtmışdır. İdarədə iddiaçıya 125 manat dövlət rüsumnun ödənilməsi bildirilmişdir. Həmin rüsum idarənin xəzinəsinə ödənilmişdir. (qəbzin kserosurətini təqdim etmişdir) Bundan 22 gün keçdiyindən və hər hansı SMS-in gəlmədiyi səbəbindən ərizənin icrası ilə maraqlandıqda məlum oldu ki, ərizənin müsbət icrasından imtina olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etdiyi icarə müqaviləsi və 125 manat pulu geri qaytarılmışdır. Özəlləşdirilmənin aparılması üçün tələb olunan bütün zəruri sənədlər hazırlanaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizənin təmin olunması üçün heç bir məntiqi əsas göstərmədən özəlləşdirmədən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizənin təmin olunmasından imtinanı 16 iyun 2022-ci il tarixli **********82 nömrəli məktubunda göstərilmişdir ki, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş, X4, Sumqayıt şəhəri Novxanı bağ massivi, B-1392 ünvanda yerləşən torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə əlaqədar “ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizənizə baxılmışdır, müraciətinizlə əlaqədar bildiririk ki, ərizəyə əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 11894 nömrəli xx.xx.2003-cü İl tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış, sorğuya cavab olaraq “bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 nömrəliümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqlarmdövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Resmpublikasmm Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh şəxsi mülahizəsi ilə heç bir əsas göstərmədən qanunsuz olaraq müraciətimin təmin olunmasından imtina etmişdir. Cavabdeh gəldiyi yanlış qənaətini əsaslandırmadan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Resmpublikasmm Qanununun 11-15-ci maddələrinin tələblərini kobud şəkildə pozub əsassız və qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikasınm İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşmmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin əməkdaşı Göyçək Kərimovanm xx.xx.2022-ci ildə tərtib etdiyi “təsdiqetmə bildirişindən” görünür ki, sonuncuya təqdim olunmuş sənədlərin tam qovluğundan kifyaətlənərək yalnız icarə müqaviləsini qəbul etmiş və digər hüquqverən sənədlərin qəbul edilməsinə lüzum olmadığını deməklə qəbul etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşmmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim olunmuş 2 avqust 2003-cü il tarixli, 11894 nömrəli mətni latın qrafikası ilə olan xüsusi blank heç bir qaralama və düzəliş edilmədən diyircəki qələbmlə aydın oxunan B-1392 nömrəli Novxanı bağ sahəsində olan 0,12 hektar torpağın İddiaçı Əbil oğluna icarəyə verilməsini əks etdirən və hüquq verən rəsmi sənəd olmaqla Kommunal Təsərrüfatı İstehsalat Birliynin X6nin rəisinin dairəvi möühürü və imzası ilə təsdiq edilmişdir. Elə həmin sənəddə heç bir qaralama və ya düzəliş aparılmamış, orjinal olaraq birinci nüsxəsidir. Reyestr Xidmətinə təqdim olunsa da təhlil etmək üçün götürmədiyi Kommunal Təsərrüfatı İstehsalat Birliynin X6nin rəisinin dairəvi möhürü və imzası ilə təsdiq edilmiş İddiaçı adına rəsmiləşdirilmiş B-1392 saylı bağ sahəsinin texniki pasportundan görünür ki, 3091 nömrəli bağ təsərrüfatının texniki pasportu iki qoşa vərəqdən və bir vərəq üzərindjə sxemdən ibarətdir, sənədə üzərində hər hansı qaralama və ya düzəliş edilməmiş, orjinal olaraq birinci nüsxəsidir. Müqaviləyə və texniki pasprt üzərinə tikilmiş “CZN № 033678 və CZN № 033510” nömrəli mədaxil qəbzlərindən görünür ki, müqavilənin və texniki pasportun tərtib olunması ilə əlaqədar 200 000 və 110 453 manat pul vəsaiti Bağ təzərrüfat sahəsinin xəzinəsinə ödənilmişdir. Qəbzlər orjinal olaraq birinci nüsxəsidir. Reyestr xidməti iddiaçının ərizəsinin icrası ilə əlaqədar bağ sahəsinə gəlmişdir, qonşuları ilə müvafiq təhlili söhbətlər aparıb bağın uzun illərdir iddiaçıya məxsus olmasına dair araşdırma aparmış və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib etmişdir. Həmin aktın məzmunundan da görünür ki, B-1392 nömrəli bağ sahəsi iddiaçıya məxsusdur. Sumqayıt bələdiyyəsinin bələdiyyə büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Novxanı bağları massivində olan B-1392 nömrəli bağ İddiaçı adına olmaqla elektron sənəd dövriyyəsi sistemində 29011xxxxxxx koduna malikdir. Torpağın vergi rüsumu 2022-ci ilin iyun ayına kimi ödənilmişdir. Sumqayıtelektrikşəbəkə ASC-nin xx.xx.2008-ci il tarixli, 023765 nömrəli aktdan görünür ki, B-1392 nömrəli bağ İddiaçı məxsusdar, həmin bağda olan yaşayış evi elektrik təhcizatı ilə təmin olunmuşdur. Sumqayıt Qaz İstismar İdarəsinin 760 nömrəli qaz təhcizatı ilə bağlı müqavilədən görünür ki, B-1392 nömrəli bağ İddiaçı məxsusdar, həmin bağda olan yaşayış evi məişət qazı ilə təhcizatı ilə təmin olunmuşdur. Beləliklə təqdim etdiyi sənədlərlə B-1392 nömrəli bağ sahəsinin iddiaçıya məxsus olması biri digərini əvəzləməklə yanaşı təsdiqləyən rəsmi sənədlər və əlavələrlə tam səsdiqini tapır. Bütün zəruri sənədlərin mövcud olduğu, tərəfindən həmin torpaq sahəsi uzun ilərdir istifadəsində olduğu halda cavabdehin heç bir əsas olmadan özəlləşdirmədən imtina etməsi başa düşülən deyil və heç bir zaman qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi, B- 1392 ünvanda yerləşən yalnız torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və plan ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Baxşalıyev Samir Ehtiram oğlu Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1392 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Baxşalıyev Samir Ehtiram oğluna bildirilmişdir ki, ərizəyə əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 11894 nömrəli xx.xx.2003-cü il tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün, müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə inzibati işi araşdıraraq hesab edir ki, iddia mümkün iddia olamaqla bərabər, həmdə əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri Novxanı bağ massivi, B- 1392 ünvanda yerləşən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınmaqla çıxarışın və plan ölçüsünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 11894 nömrəli xx.xx.2003-cü il tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün, müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın sənədlərin həqiqiliyə şübhə etməsi əsası ilə müraciətin təmin edilməsindən imtina etməsi əsaslı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 11894 nömrəli, xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, Novxanı bölgəsində B-1392 №li 0.12 ha bağ torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 X6 tərəfindən 21 avqust 2003-cü il tarixdən 21 avqust 2013-cü il tarixədək İddiaçı icarəsinə verilmişdir. 3115 inventar nömrəli Azərbaycan Respublikası Sumqayıt şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu”ndan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1392 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 1200 kv.m göstərilmişdir. Sumqayıt şəhər X6 tərəfindən verilmiş 033678 saylı, 25 avqust 2003-cü il tarixli mədaxil qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar təsbit edilmişdir. Həmin Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Göründüyü kimi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyaına alınması üçün hüquqi əsas mövcuddur. Belə ki, cavabdeh öz imtinasının dəlili kimi sözügedən torpaq sahəsinə dair müqavilənin həqiqiliyinə şübhələr olmasını göstərsə də bu şübhənin nədən ibarət olmasını, şübhənin əsaslarını qeyd etməmişdir. Eyni zamanda həmin müqavilənin qüvvədən düşdüyü müəyyən edilməmiş, cavabdeh tərəfindən də onun qüvvədən düşdüyünü təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası haqqında Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh inzibati orqan torpaq sahəsini yerində müəyinə etmiş və müvafiq sənədin sürətini məhkəməyə təqdim etmişdir. Torpaq sahəsinin iddiaçının istifadəsində olması müəyyən edilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edəcək hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş sənələrdəndə görsənir ki, iddiaçı komunal xidmətlərin göstərilməsi üçün müvafiq qurumlarla müqavilələr bağlamışdır. Yuxarıda qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əsassız imtina edərək iddiaçının yuxarıda qeyd edilən hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi, B- 1392 ünvanda yerləşən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və plan ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi, B- 1392 ünvanda yerləşən torpaq sahəsinin (B-1392 №li 0.12 ha bağ torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və plan ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-362/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-362/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver