Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3627/2025 15.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinin müddəalarına müvafiq olaraq, sovet, icra, iddiaçının dövlət orqanlarında işlədiyi əmək stajının dövlət qulluqçusu kimi pensiya stajının yenidən hesablanaraq əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 07avqust 1959-cu ildə Dəvəçi rayonunun Düzbilici kəndində anadan olmuşdur. Ali təhsillidir. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, Azərbaycan dövlətçiliyinə, Möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sadiqdir. Əmək fəaliyyətinə 01 oktyabr 1976-cı il tarixdən Dəvəçi rayon ƏMXK-da dərizi şagirdi və usta peşəsi ilə başlamışdır. (Əmək kitabçasının və digər zəruri sənədlərin surətləri iddia ərizəyə əlavə olunur). 06 oktyabr 1979-cu il tarixdən 28 fevral 1981 -ci il tarixədək Dəvəçi rayonu Siyəzən Üzümçülük sovxozunda azad komsomol komitəsinin katibi vəzifəsində, 28 fevral 1981 -ci il tarixdən 16 sentyabr 1983-cü ilədək Azərbaycan LKGİ-qı Dəvəçi rayon komitəsində təlimatçısı vəzifəsində, 29 sentyabr 1983-cü il tarixdən 28 dekabr 1988-ci il tarixədək Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin ümumi şöbəsinin müdiri vəzifəsində, 28 dekabr 1988-ci ildən 30 oktyabr 1990-cı İlədək Dəvəçi rayon XDS-nin təşkilat və daimi komissiyalarla iş şöbəsinin müdiri vəzifəsində, 06 fevral 1996-cı ildən 03 yanvar 2002-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dəvəçi rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsində, 23 dekabr 2002-ci il tarixdən 10 iyun 2003-cü ilədək Dəvəçi rayon İcra Hakimiyyəti Aparatında böyük referent vəzifəsində, 17 iyul 2003-cü ildən 15 yanvar 2007ci ilədək 54 saylı Dairə Seçki Komissiyasının sədti vəzifəsində, 01 oktyabr 2007-ci ildən 26 aprel 2011-ci ilədək Dəvəçi şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin direktorunun müavini vəzifəsində, 26 aprel 2011-ci ildən 10 sentyabr 2015-ci ilədək Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində, 15 sentyabr 2015-ci ildən 01 aprel 2016-cı ilədək Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbin müəllimi vəzifəsində, 03 aprel 2016-cı ildən hal-hazırkı vaxta kimi Şabran rayon Təhsil şöbəsində medodist vəzifəsində işləyir. Tərəfindən aparılmış araşdırma nəticəsində və DSMF tərəfindən xx.xx.2024-cü il tarixdə ona verilən rəsmi məktuba əsasən ona məlum olmuşdur ki, ‘’Əmək pensiyaları haqqında” Qanunun 20.11-1 -ci bəndinə müvafiq olaraq sovet, icra və dövlət orqanlarında işlədiyi əmək stajı dövlət qulluqçusu kimi pensiya stajıma hesablanmayıb. Əsas kimi göstərilib ki, guya onun dövlət qulluqçusu kimi 15 il əmək stajı yoxdur, dövlət orqanlarında 13 il 5 ay 15 gün dövlət qulluğu stajı göstərilir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinə istinad olunmuşdur.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı A. Bağırzadənin xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filial tərəfindən aiddiyyəti üzrə baxılmışdır. Mərkəzi Filialın xx.xx.2024cü il tarixli imtina məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 5 ay 15 gün (xx.xx.1983xx.xx.1990-cü il, xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də idaıaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri. Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü - xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə mənasını ifadə edir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitseprezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. iddiaçının müraciətində qeyd etdiyi digər fəaliyyət dövrlərində olan vəzifələri Azərbaycan Respublikası Prezidentinin 01,09.2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmamışdır. Odur ki, həmin dövrlər iddiaçının dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alına bilməz. Əmək pensiyaları haqqında” Qanunun 20.11.1 -ci və 20.11.2-ci maddələrinə. "Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda dövlət qulluğuna dövlət orqanının əsasında X7 yaradılması ilə əlaqədar xitam verilmədiyi və qulluqdan azad olunduğu tarixdə Qanunun 7ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmağına 2 ildən artıq müddət qaldığı üçün 13 il qulluq stajına əsasən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ yaranmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2024-cü il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir və hazırda əmək pensiyasının məbləği 430,7 manat olmaqla ödəniş davam etdirilir.
b) Tərəflərin iştirakı və izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
8. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçının əmək stajı müddəti xx.xx.1976-cı il tarixdən hazırkı vaxtadək olan dövrü əhatə edir.
9. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarda qeyd edilmişdir ki, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 5 ay 15 gün (xx.xx.1983-xx.xx.1990-cı il, xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
10. Məhkəmənin sorğusuna cavab olaraq X6 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli, 9-3/2-1066/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1990-1995-ci illərdə Dəvəçi rayonu X2 Təşkilat və daimi komissiyalar şöbəsinin müdiri vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda şəhər (rayon) X3 və həmin Sovetlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1990- 1995-ci illərdə Dəvəçi rayonu X2 Təşkilat və daimi komissiyalar şöbəsinin müdiri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
11. X6 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2003-2007-ci illərdə 54 saylı dairə seçki komissiyasının sədri vəzifəsində, 2007-2016-cı illərdə Dəvəçi şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə direktor və müəllim vəzifələrində, 2016-cı il tarixdən hazırkı tarixədək Şabran rayon Təhsil şöbəsində metodist vəzifəsində iş müddətinizlə bağlı bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsinə əsasən nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” ilə müəyyən edilmişdir. Həmin Qərarda dairə seçki komissiyaları və ümumi orta təhsil müəssisələri nəzərdə tutulmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. Həmin Qanunun 1.1.11-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusu inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahıdır. Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilmişdir və dairə seçki komissiyasının sədri, təhsil müəssisəsinin direktor müavini, direktoru, müəllimi və təhsil şöbəsinin metodisti vəzifəsi həmin Topluda nəzərdə tutulmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə şamil olunmur. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 30.2-ci maddəsinə əsasən dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər. Qeyd edilənlərə əsasən 2003- 2007-ci illərdə 54 saylı dairə seçki komissiyasının sədri vəzifəsində, 2007-2016-cı illərdə Dəvəçi şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə direktor və müəllim vəzifələrində, 2016-cı il tarixdən hazırkı tarixədək Şabran rayon Təhsil şöbəsində metodist vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
12. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.
13. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq:
14. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ yaşa görə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur.
15. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
16. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir.
17. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının olduğu yer Şabran rayonu olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
b) Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən X7 yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
24. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
25. Belə ki, İddiaçı ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 430,73 manat müəyyən edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək 15 ildən artıq dövlət qulluğunda işləmiş şəxs kimi dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, sonuncu isə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarla bundan imtina edərək qeyd etmişdir ki, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 5 ay 15 gün (xx.xx.1983-xx.xx.1990-cı il, xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
26. Göründüyü kimi, hazırkı mübahisənin predmeti iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu hesab edilən vəzifələrə aid olub-olmamasından ibarətdir. Bununla bağlı məhkəmə tərəfindən X4 sorğu göndərilmiş və məhkəmənin sorğusuna cavab olaraq X6 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli, 9-3/2-1066/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1990-1995-ci illərdə Dəvəçi rayonu X2 Təşkilat və daimi komissiyalar şöbəsinin müdiri vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda şəhər (rayon) X3 və həmin Sovetlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1990-1995-ci illərdə Dəvəçi rayonu X2 Təşkilat və daimi komissiyalar şöbəsinin müdiri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
27. Eyni zamanda məhkəmə icraatın gedişində iddiaçı tərəfindən də X4 müraciət edilmiş və X6 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2003-2007-ci illərdə 54 saylı dairə seçki komissiyasının sədri vəzifəsində, 2007-2016-cı illərdə Dəvəçi şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə direktor və müəllim vəzifələrində, 2016-cı il tarixdən hazırkı tarixədək Şabran rayon Təhsil şöbəsində metodist vəzifəsində iş müddətinizlə bağlı bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsinə əsasən nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” ilə müəyyən edilmişdir. Həmin Qərarda dairə seçki komissiyaları və ümumi orta təhsil müəssisələri nəzərdə tutulmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. Həmin Qanunun 1.1.11-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusu inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahıdır. Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilmişdir və dairə seçki komissiyasının sədri, təhsil müəssisəsinin direktor müavini, direktoru, müəllimi və təhsil şöbəsinin metodisti vəzifəsi həmin Topluda nəzərdə tutulmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə şamil olunmur. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 30.2-ci maddəsinə əsasən dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər. Qeyd edilənlərə əsasən 2003- 2007-ci illərdə 54 saylı dairə seçki komissiyasının sədri vəzifəsində, 2007-2016-cı illərdə Dəvəçi şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə direktor və müəllim vəzifələrində, 2016-cı il tarixdən hazırkı tarixədək Şabran rayon Təhsil şöbəsində metodist vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
28. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr istinad edilən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilmiş vəzifələrə aid olmağı öz təsdiqini tapmamışdır. Bu isə iddiaçının dövlət qulluqçusu kimi 15 il stajının mövcud olmadığını göstərir.
29. Məhkəmə cavabdehin imtinası və etirazının dəlilləri razılaşaraq qeyd edir ki, iddiaçının işlədiyi dövlərin 15 il dövlət qulluğu stajı təşkil etməməsi səbəbindən cavabdeh tərəfin mövqeyi qanuni və əsaslı olmuşdur.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2na qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2na qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli