Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-363/2020 17.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair iddiası barədə işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin həmin orqan iddiaçının tələbini təmin etməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildən Bakı şəhər Dövlət Yol Polisi idarəsinə X9 vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ildə Sumqayıt şəhər X8 Patrul batalyonunda xidmətini davam etdirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.1992-ci il 257 №-li əmrinə əsasən erməni işğalçılarına qarşı Qarabağın Ağdam bölgəsinə döyüşlərdə iştirak etmək məqsədi ilə ezam olunmuşdur. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin şəxsi heyətlə iş idarəsi tərəfindən ona göndərilən imtina məktubunda qeyd olunur ki, iddiaçının, «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin əmrində iddiaçının adının düzgün yazılmaması döyüşlərdə iştirakının məhkəmə qaydasında təsdiqlənməsini zəruri etmişdir. Odur ki, hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında təsbit olunduqdan sonra yenidən müraciət edə bilər. Həmçinin Sumqayıt şəhər Polis İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubunda qeyd olunur ki, iddiaçının əhalini erməni hərbi birləşmələrinin hücumlarından müdafiə etmək və ictimai asayişin təmin edilməsi məqsədi ilə Ağdam şəhərinə ezam edilməsi barədə müvafiq arayış verilməsi ilə əlaqədar Sumqayıt ŞPİ-nin rəhbərliyinə ünvanladığı müraciətə İdarənin kadrlar qrupunda baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nə sorğu edilərək iddiaçının arxiv şəxsi işindən xidmət siyahısının və Sumqayıt ŞPŞ-nin xx xxxxxxx 1992-ci il tarixli 257 nömrəli əmrinin kserosurətləri alınmışdır. Lakin xidmət siyahısında adının Vadil kimi qeyd olunmağına baxmayaraq, Sumqayıt ŞPŞ- nin xx xxxxxxx 1992-ci il tarixli 257 nömrəli əmrində Vadim kimi qeyd olunmuşdur. Bu səbəbdən də Ağdam şəhərinə ezam edilməsi barədə müvafiq arayışın ona təqdim edilməsi qeyri-mümkün hesab edilmişdir. Həmçinin AR ƏƏSMN yanında DSMF-nun X5 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunur ki, «əmək pensiyaları haqqında» .Azərbaycan Respublikası Qanunun xx xxxxx 20019-cu il tarixinədək qüvvədə olan 19.1.6-cı (döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində) maddəsinə əsasən əmək pensiyanın sığorta hissəsinə əlavəsi olmuşdur. Göründüyü kimi müharibə iştirakçısı kimi iddiaçıya 11 manat pul hesablanmışdır. Hazırda 14. 10.1992-ci il tarixli 257 saylı əmrdə adının Vadil əvəzinə Vadim kimi qeyd olunması ona müharibə veteranı adının verilməsindən imtina olunması üçün əsas deyildir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qərarı əsassızdır, ona görə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Veteranlar haqqında xx.xx.1994-cü il tarixli Qanunun 3-cü maddəsinə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranına müvafiq veteran adını və sənədlərini uyğun olaraq Azərbaycan Respublikasının müdafiə daxili, işlər və milli təhlükəsizlik Nazirlikləri verirlər. x xxxxx 2006-ci il tarixdə“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə edilmiş dəyişliklərə əsasən bu maddəyə aşağıdakı ikinci hissə və qeyd əlavə edilmişdir: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən təsdiq edilir. ” (Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il ztarixli, 396 saylı Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmişdir): Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 1997-ci il tarixli, 53 saylı qərarı ilə bağlı məsələlərə də dəyişiklik edilmişdir. Nəticədə Əsasnamənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi ilə bağlı hissəsi aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibari ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Xanlar, Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskirpara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə -Daxili işlər, Milli təhlqkəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanıların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirlməsi üçün ezam olunmuş hərbi qulluqçulara, xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara - Müdafiə, Daxili işlər, Milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və NM Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirak sübut edən başqa sənədlər əsasında ”. xx.xx.2007-ci il tarixdə X1 şikayətinə əsasən AR Ali Məhkəməsinə MİÜMK-nın 27/09/06-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair iş üzrə Konstitusiya məhkəməsinin qəbul etdiyi qərarda Konstitusiya Məhkəməsi hesab elmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdən həll olunrakən hər bir halda döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında ştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirak tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin İ bölməsinin 9-cü abzasına görə müharibə veteranı adı Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda 1991-ci ilin oktyabr ayının 9-da 1994-cü ilin may ayının 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orrqanların tərkibində hərbi xidmət keçirmiş şəxslərə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam edilmiş şəxslərə verilir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən xx.xx.2019-cu il tarixli, 012-10939-1219 nömrəli məktubla təqdim olunmuş arxiv şəxsi işinin xidmət keçmə siyahısında İddiaçı ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmasa da, Qarabağda və Ermənistanla sərhəd rayonlarında yaranmış müharibə vəziyyəti ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin 14 10.1992-ci il tarixli, 257 nömrəli əmri ilə onun Ağdam şəhərinə ezam olunması qeyd edilmiş, həmin əmrdə adının ‘Vadil” deyil, “Vadim” kimi yazılması sonuncunun döyüşlərdə iştirakı faktının məhkəmə qaydasında təsdiqlənməsi zərurətini yaratmışdır. Bundan əlavə, oxşar məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edibetməməsinin əhəmiyyətliliyi və bu halın məhkəmələr tərəfindən hüquqi cəhətdən araşdırılmasının zəruriliyi xüsusi olaraq qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsasızdır və təmin edilməməlidir. Belə ki,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Republikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə sorğu göndərilmiş və aparılmış araşdırma əsasında müəyyən edilmişdir ki, iddiçının döyüşlərdə iştirakını müəyyən edə biləcək yeganə sənəd Sumqayıt şəhər Polis İdarəsinin 14 10.1992-ci il tarixli, 257 nömrəli əmridir və həmin əmrdə digər şəxslərlə yanaşı X2 adı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İnzibati orqanın imtinası mahiyyəti etibarı ilə imtina kimidə qiymətləndirilə bilməz. İnzibati orqan iddiaçının müraciətinə cavabında bildirmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin əmrində iddiaçının adının düzgün yazılmaması döyüşlərdə iştirakının məhkəmə qaydasında təsdiqlənməsini zəruri etmişdir. Odur ki, hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında təsbit olunduqdan sonra yenidən müraciət edə bilər. Məhkəmə hesab edir ki, bu halda iddiaçının hüquqi müdafiyə vasitəsi qalmış olur və iddiaçı bu hüququndan istifadə etmək əvəzinə inzibati orqanın hərəkətlərinin qanunsuzluğunundan şikayət etmişdir. Məhkəmə hesab edirki, bu kimi hallarda cavabdeh inzibati orqan öz xidməti vəzifəsinə görə müvafiq araşdırma aparmalı, iddiaçının döyüşlərdə iştirakını müəyyən edən sənədləri müəyyən etməlidir. Lakin döyüşlərdə iştirakı müəyyən edən yeganə sənəd olduğu və həmin sənəddə qeyd olunan şəxsin ərizəçi ilə eyni şəxs olmasında uyğunsuzluq olarsa, bu halda hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında təsdiq olunması ən uyğun hüquqi müdafiyə vasitəsi hesab olunmalıdır. Cavabdeh inzibati orqanda məhkəmə qaydasında hüquqi müdafiyə vasitəsindən istifadə imkanının olmasını izah edərək, qanun pozuntusuna yol verməmişdir. Məhkəmə hesab edir ki, müvafiq hüquqmüəyyənedici sənədlərə istinad edilmədən iddiaçının Sumqayıt şəhər Polis İdarəsinin 14 10.1992-ci il tarixli, 257 nömrəli əmrində qeyd edilmiş “Vadim” adlı şəxslə eyni olmasının müəyyən edilməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi kimi qiymətləndirilməlidirki, qanunvericiliyə əsasən bu hal inzibati məhkəmə icraatı qaydasında yox, mülki məhkəmə icraatı qaydasında müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkətlərini mübahisələndirmək əvəzinə Sumqayıt şəhər Polis İdarəsinin 14 10.1992-ci il tarixli, 257 nömrəli əmrində qeyd edilmiş “Vadim” adlı şəxlə eyni şəxs olmasını mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquqi müdafiyə vasitələrindən istifadə edərək müəyyən olunmasına nail olduqdan sonra istədiyi inzibati aktın qəbul olunmasına nail ola bilərdi. Hansıkı, cavabdeh inzibati orqan öz imtinasında bu hüuqi müdafiyə vasitəsindən istifadə imkanını iddiaçıya izah etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qanunsuzluq müəyyən olunmadğına görə iddia əsaslı deyil. İddiaçıya izah olunsun ki, Sumqayıt şəhər Polis İdarəsinin 14 10.1992-ci il tarixli, 257 nömrəli əmrində qeyd edilmiş “Vadim” adlı şəxlə eyni şəxs olmasını mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquqi müdafiyə vasitələrindən istifadə edərək müəyyən olunmasına nail olduqdan sonra, istədiyi inzibati aktın qəbul olunması ilə bağlı yenidən inzibati orqana müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-363/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-363/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver