Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-363/2021 11.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin Hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “2-ci qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağının Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Mənzil təsərrüfatı və uçotu şöbəsində köhnə siyahı üzrə mövcud olan mənzil növbəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə vurulmuş maddi və mənəvi ziyan kimi 100000 manat məbləğində pulun tutulması” tələbinə dair iş olmuş, Məhkəmənin xx xxxxx 2015-ci il tarixli qərarı ilə iddia təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 174/2015 saylı, xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx xxxxx 2015-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Daha sonra iddiaçı eyni tələblə məhkəmədə iddia qaldırmış, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-4188/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iddia tələbi qeyri-mümkün hesab edilmişdir. Daha sonra iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış İİ qrup müharibə əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna yenidən yeni tarixlə uçota alınmasının cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2-1(85)-604/2018 saylı qərarı ilə iddia rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. İddiaçı təkrar inzibati orqana 2-ci qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmağı ilə bağlı müraciət etmiş, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxx 2020-ci tarixli məktubu ilə iddiaçının müraciətinin təmin ediməsindən imtina edilmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, 27 il hərbi xidmətdə fasiləsiz xidmət etmiş hərbi qulluqçudur. Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlər zamanı «Hərbi Travma, Hərbi Xidmət Vəzifələrini Xidməti Vəzifələri Yerinə Yetirərkən Almışdır» diaqnozu ilə Döyüş postunda Xəsarət, Zədə almış və 2-ci qrup Qarabağ Müharibəsi əlilidir. Xidmətdən təxris edilməmişdən öncə və sonra Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13- də yerləşən, 3 otaqlı, sahəsi 46,47 kv.metr olan 39 saylı mənzildə 5 nəfərdən ibarət ailə üzvləri ilə yaşamış və qeydiyyatda olmuşdur. Daha sonra mənzildə müvəqqəti qeydiyyatda qalmaq şərtilə mənzilini qızı X2 bağışlamışdır. İİ qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə, mənzil sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə alınmağı üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzillərin Qeydiyyatı, Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin müdiri Gülsarə Əhmədovaya müraciət etmişdir. xx.xx.2010-cu il tarixdən imtiyazları əsasında şəhər icra hakimiyyətinin nəzdində mənzil növbəsinə qəbul edilmiş, həmin dövrdə sıra növbəsi 63 olmaqla mənzil növbəsinə alınmışdır. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin heç bir rəsmi sərəncamı və məhkəmə qərarı olmadan mənzil növbəsində olmağına baxmayaraq Sədaqət Əsədovanın imzası ilə təsdiq edilmiş yüzlərlə imtiyazlı şəxslər kimi iddiaçı da Sumqayıt şəhər İcra Hakimiyyətində rəsmi olaraq buraxılmış ciddi və ayrı nöqsanların qanunvericilikdə olmayan Dürüstləşdirmə adı bəhanəsi ilə sıra növbəlik siyahısından 2013-cü ilin dekabr ayının 10-da 0-2/5 nömrəli məktubu ilə əsassız və qanunsuz olaraq çıxarılmışdır. Bununla bağlı çoxsaylı rəsmi müraciətlər etməyinə baxmayaraq, müraciətləri nəticəsiz qalmış və mənzilini xx xxxxxxxx 2009-cu ildə qızı X2 bağışlamağı bəhanə gətirilməklə mənzil növbəsinə bərpa edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə iş № 2-1(102)- 2728/2019, xx xxxxxx 2019-cu il tarixli qərarının surətini aldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçı mənzilini hər hansı niyyət olmadan qızı X2 bağışlamış və bağışlamadan sonra özü mənzil növbəsinə alınmışdır. Eyni zamanda mənzilinin qızına bağışlanmasından on bir ildən çox vaxt keçmişdir. Hal-hazırda Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13-də yerləşən, 3 otaqlı, sahəsi 46,47 kv.metr olan 39 saylı mənzildə onunla birgə 10 nəfər pasport qeydiyyatındadır. 4 nəfər (gəlin və nəvələr) qeydiyyatsız olmaqla, 14 nəfər yaşayır. Ona görə də iddiaçı haqlı olaraq təxminən 7 dəfə 2-ci qrup Qarabağ Müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmaq üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətlərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu şöbəsinin müdiri Sədaqət Əsədova tərəfindən müxtəlif tarixlərdə qərəzli imtina məktubları ünvanlanmış və «iddiaçının imtiyazı əsasında yeni tarixlə təkrar mənzil uçotuna alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına ərizə ilə müraciət edərək qərar qəbul edilməsini xahiş etməyi və məhkəmənin 2-1(102)-2728/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(105)-580/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması əsas göstərilməklə qaldırılan məsələyə məhkəmə qaydasında hüquqi qiymət verildiyindən müraciətimin müsbət həllinin mümkün olmadığı» bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə iş № 2-1(102)- 2728/2019, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar (baxmayaraq ki, o belə bir niyyətli hərəkətə yol verməmişdir) göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçı qeyd etmişdir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13-də yerləşən, 3 otaqlı, sahəsi 46,47 kv.metr olan 39 saylı mənzilini xx xxxxxxxx 2009-cu ildə qızı X2 bağışlamışdır. Lakin həmin mənzildə 10 nəfər qeydiyyatda olan, 4 nəfər qeydiyyatda olmayan, cəmi 14 nəfər ailə üzvləri yaşayır. İddiaçı isə yaşayış şəraitləri ağır olduğundan həmin ünvanda yaşamır, kirayədə qalır, mənzilə ehtiyacı vardır. Hazırda mübahisənin başqa yolla həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onun Orucova Əfruz Mövlud qızı ilə arasında xx.xx.1985-ci il tarixli nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2942/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı 2008-ci ildən 2-ci qrup hərbi xidmət əlilidir. O, xx.xx.2009-cu ildən mülkiyyətində olmuş, xx.xx.2009-cu il tarixdə isə bağışlama müqaviləsi əsasında subay (xx.xx.2011-ci il tarixdən evli) qızı Elza Orucovanın mülkiyyətinə keçirdiyi, yaşayış sahəsi 47,05 kvadrat metrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, mənzil 39-da 5 nəfər (özü, arvadı, 2 subay qızı və oğlu) ailə tərkibi ilə qeydiyyatda olmaqla xx.xx.2010-cu il tarixdən mənzil uçotuna alınmışdır. 2013-cü ilə mənzil növbəlilik siyahıları dürüstləşdirilərkən aşkar olmuşdur ki, İddiaçı ailəsində adambaşına düşən yaşayış sahəsi qanunla müəyyən olunmuş uçot normasından (7,0 kv.metr) çox olmaqla növbəyə alınmışdır. Nəticədə uçotda qalmasına hüquqi əsasları olmayan şəxslər, o cümlədən, İddiaçı AR Mənzil Məcəlləsinin 55-ci maddəsinin tələblərinə uyğun olaraq siyahıdan çıxarılmışdır. Sonradan İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı növbədən çıxarılmasının qanunsuz hesab edilərək mənzil növbəsinin bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1 (85)-77/2015 saylı qərarı ilə iddia təmin edilməmiş, o, həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-174/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-4188/2017 saylı, xx.xx.2017-ci il tarixli İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil uçotuna bərpa edilməsinin üzərinə vəzifə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-4188/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(105)-170/2018 saylı qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Çoxsaylı müraciətləri nəzərə alınaraq, ərizəçiyə müvafiq sənədləri təqdim etməsi tövsiyə olunmuş və bildirilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu halda onun yenidən mənzil uçotuna götürülməsi məsələsinə baxıla bilər. Lakin təqdim edilmiş sənədlər əsasında onun ailə üzvlərinin: arvadı Orucova Əfruz Mövlud qızının adında xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45A/19, mənzil 52-nin, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 120D ünvanında fərdi yaşayış evinin və Quba rayonunun Rəziyələr kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin, qızı Elza Əliyevanın (Orucova) adında xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri, 5ci mikrorayon, ev 1/61, mənzil 20-nin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı məlum olmuşdur. Eyni zamanda məlum olmuşdur ki, ərizəçinin qızı Elza Əliyevanın (Orucovanın) mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 1/61, mənzil 20, xx.xx.2016-cı il tarixdə dayısı (ərizəçinin qaynı) Əsədov Əhməd Mövlud oğlunun adına özgəninkiləşdirilmişdir. Ərizəçinin arvadı Orucova (Əsədova) Əfruz Mövlud qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45a/19, mənzil 52, xx.xx.2016-cı il tarixdə qardaşı (ərizəçinin qaynı) Əsədov Əhməd Mövlud oğlunun, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 120 D isə xx.xx.2016-cı il tarixdə qızı Elza Əliyevanın (Orucovanın) adına özgəninkiləşdirilmişdir. Göstərilənlərə əsasən iddiaçının hərəkətləri xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsnifatına uyğundur. Belə ki, ailə üzvlərinin adına olan daşınmaz əmlakın bilərəkdən özgəninkiləşdirilməsi faktı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-604 saylı, xx.xx.2018-ci il tarixli İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə qərarına əsasən iddiaçi İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı hərbi xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almış 2-ci qrup müharibə əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna yenidən yeni tarixlə uçota alınmasının cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının x xxxxxx 2018ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə müraciət edərək dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 1432/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1 (105)-580/2019 saylı, xx.xx.2019- cu il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-580/2018 saylı, x xxxxxx 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin 2-1 (102)-2728/19 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (105)-580/2018 saylı, x xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı əsaslı olaraq mənzil növbəsindən çıxarılmış və bu məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2942/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə Orucova Əfruz Mövlud qızı arasında xx xxxxxx 1985-ci il tarixli, Sumqayıt şəhər Qeydiyyat şöbəsində 524 nömrəli akt qeyd olunmuş nikah qeydinin pozulması qət edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün iddia olsada , mahiyəti baxımından əsassızdır. Belə ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verdiyi üçün o mənzil növbəsindən çıxarılmış, bundan sonrada inzibati orqana təkrar çoxsaylı müraciətlər etmiş, bununla bağlı yuxarıda qeyd edilən çoxsaylı məhkəmə mübahisələri olmuş, məhkəmə qərarları ilə iddiaçının iddiaları təmin edilməmişdir. İddiaçı hazırkı iddianı qaldırmamışdan əvvəl 2-ci qrup Qarabağ Müharibəsi əlili kimi mənzil uçotuna alınmaq üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli O-11/5-068/5-H2 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, çoxsaylı müraciətləri nəzərə alınaraq, ərizəçiyə müvafiq sənədləri təqdim etməsi tövsiyə olunmuş və bildirilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi mümkün olduğu halda onun yenidən mənzil uçotuna götürülməsi məsələsinə baxıla bilər. Lakin təqdim edilmiş sənədlər əsasında onun ailə üzvlərinin: arvadı Orucova Əfruz Mövlud qızının adında xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45A/19, mənzil 52-nin, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 120D ünvanında fərdi yaşayış evinin və Quba rayonunun Rəziyələr kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin, qızı Elza Əliyevanın (Orucova) adında xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 1/61, mənzil 20-nin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı məlum olmuşdur. Eyni zamanda məlum olmuşdur ki, ərizəçinin qızı Elza Əliyevanın (Orucovanın) mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 1/61, mənzil 20, xx.xx.2016-cı il tarixdə dayısı (ərizəçinin qaynı) Əsədov Əhməd Mövlud oğlunun adına özgəninkiləşdirilmişdir. Ərizəçinin arvadı Orucova (Əsədova) Əfruz Mövlud qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45a/19, mənzil 52, xx.xx.2016-cı il tarixdə qardaşı (ərizəçinin qaynı) Əsədov Əhməd Mövlud oğlunun, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 120 D isə xx.xx.2016-cı il tarixdə qızı Elza Əliyevanın (Orucovanın) adına özgəninkiləşdirilmişdir. Bu hallar yuxarıda qeyd olunan məhkəmə mübahisələri zamanıda araşdırılaraq müəyyən olunmuşdur. İddiaçı isə qeyd edir ki, onun Orucova Əfruz Mövlud qızı ilə arasında xx.xx.1985-ci il tarixli nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2942/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Bununla bağlı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2942/2020 saylı qətnaməsi məhkəməyə təqdim edilmişdir. Lakin, iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinə təkrar son müraciəti məhkəmə iş materiallarından da göründüyü kimi xx.xx.2020-ci il tarixində cavablandırılmışdır. Göründüyü kimi iddiaçının cavabdehə sonuncu müraciəti zamanı onun Orucova Əfruz Mövlud qızı ilə arasında nikahın pozulması halı mövcud olmamışdır və eyni zamanda 2016-cı ildə əmlakların özgəninkiləşdirilməsi əməliyyatlarından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan beş illik müddət keçməmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinasında haqlı olmuşdur. İddiaçıya izah edilsin ki, hüququnun yarandığı vaxt yenidən cavabdehə inzibati orqana müraciət etməsi istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-363/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-363/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver