Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-363/2023 27.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini Ümumqoşun ixtisasını bitirmiş, 1997-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2001-ci ildən 2004-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində Kadr taborunda bölük komandiri vəzifəsində xidmət etmiş, 2004-cü ildən 2007-cı ilə qədər N saylı hərbi hissədə Kadr taborunda bölük komandiri vəzifəsində xidmət etmiş, 2007-ci ildən 2008-ci ilə qədər N saylı hərbi hissədə Qərargah bölük komandiri vəzifəsində ximdət etmişdir. Azərbaycan Respublikası Ağdam Hərbi Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat pul cəzasına məhkum edilmiş, Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin B bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. İddiaçı 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsinə etimad göstərilib çağırılaraq növbəti dəfə xx.xx.2020-ci il tarixində N saylı hərbi hissədə Motoatıcı taborun Qərargah rəisi vəzifəsində xidmətə başlamışdır. Qeyd etdi ki, Qubadlı rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmiş, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibə iştirakçısı” medalları ilə təltif edilmişdir. Onun yuxarıda qeyd etdiyi xidmətlərini, keçdiyi döyüş yolunu rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən zabit olduğunu nəzərə alaraq onun istənilən bölgədə işğaldan azad edilmiş torpaqlarımızda xidmətə təkrar bərpa edilməyi üçün əsasdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət ələyhinə cinayət törətmiş şəxslərə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşma imzalamasından imtina edilir. Həmçinin qeyd edilir ki, iddiaçının yenidən hərbi xidmətə qəbul olunması barədə komanda üzrə məruzə edilmiş, lakin yuxarı komandalıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. İstinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 1/B-5635 nömrəli imtina məktubu, Müdafiə Nazirliyinin etiraz ərizəsi, Azərbaycan Respublikası Ağdam Hərbi Məhkəməsinin 1-13/2008 nömrəli, 01 aprel 2008-ci il tarixli hökmünün surəti, Tərtər Hərbi Məhkəməsinin 3803 nömrəli, xx.xx.2011-ci il tarixli arayışın surəti, SHXÇDXnin Sumqayıt Şəhər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 168 nömrəli arayış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surəti, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibə iştirakçısı” medalları vəsiqəsinin surəti, iddiaçıya aid ZE-0004299 nömrəli hərbi biletin surəti, N saylı hərbi hissə tərəfindən verilmiş Söhbət vərəqəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun “Vətən müharibəsi”ndə gedən döyüşlərdə sonra tərxis edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan xx.xx.2022-ci il tarixli, 1/B-5635 nömrəli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının faktiki yaşadığı (məskunlaşdığı) yer Sumqayıt şəhəri ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1 -ci bəndinə əsasən Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir.Həmin Qaydanın 3.9 və 3.9.2-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə imtina edilir.Həmin Qaydanın 4.1 -ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini Ümumqoşun ixtisasını bitirmiş, 1997-ci ildən 2001-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2001-ci ildən 2004-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində Kadr taborunda bölük komandiri vəzifəsində xidmət etmiş, 2004-cü ildən 2007-cı ilə qədər N saylı hərbi hissədə Kadr taborunda bölük komandiri vəzifəsində xidmət etmiş, 2007-ci ildən 2008-ci ilə qədər N saylı hərbi hissədə Qərargah bölük komandiri vəzifəsində ximdət etmişdir. Azərbaycan Respublikası Ağdam Hərbi Məhkəməsinin 01 aprel 2008-ci il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat pul cəzasına məhkum edilmiş, Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən Silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. İddiaçı 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsinə çağırılaraq N saylı hərbi hissədə Motoatıcı taborun Qərargah rəisi vəzifəsində xidmətə başlamışdır.Qubadlı rayonunun azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş və xx.xx.2021-ci il tarixdə səfərbərlikdən təxris edilmiş. Vətən Müharibəsindəki xidmətlərinə görə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibə iştirakçısı” medalları medalları ilə təltif edilmişir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul olunmasının mümkünsüz olması qeyd olunsa da, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, müharibə dövründə hərbi xidmət keçmiş, Qubadlı istiqamətində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə səfərbərlikdən təxris edilmiş və SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyata alınmışdır. Hətta, xidmətlərinə görə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibə iştirakçısı” medalları ilə təltif edildmişir. Bundan başqa məhkəmə xüsusilə qeyd edir ki, Ağdam Hərbi Məhkəməsinin 1- 13/2008 nömrəli, 01 aprel 2008-ci il tarixli hökmünə əsasən iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci 331.3-cü maddəsinə əsasən məhkum edilməsinə istinad edərək hazırkı halda iddiaçının ilkin müraciətindən imtina etməsi də düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilmiş və 331.2-ci maddə (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin şərəf və ləyaqətini alçaltması) Məcəllədən çıxarılmış, bununla da həmin əməl dekriminallaşdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə inzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilərək həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 611 -ci maddəsi (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması) ilə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 01 may tarixli 68-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı bəndinə əsasən, hərbi adrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi ulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, ərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Attestasiya zamanı hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onların xidmətdə və davranışda yaxsi nümunəviliyini təmin etməyə, onlarda tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onların təşkilatçılıq bacarığının inkişafına yönəldilməlidir. Həmin Əsasnamənin 92-ci bəndinə əsasən, attestasiya vərəqələri blankda tərtib tərtib edilir. Sərbəst formada yazılan attestasiya vərəqəsinin mətnində attestasiya ediləni xarakterizə edən aşağıdakı məsələlər əks olunmalıdır: özünə və tabeliyində olanlara tələbkarlıq, şəxsi intizam və icraçılıq; işdə mütəşəkkilliyi, yüksək döyüş və səfərbərlik hazırlığının təminatı vəzifələrini həll edərkən əsas istiqaməti müəyyənləşdirmək bacarığı, verilmiş tapşırıqları keyfiyyətlə yerinə yetirmək, təşəbbüs göstərmək, mürəkkəb şəraitdə yentiri tez müəyyən etmək və bacarıqla hərəkət etmək qabiliyyəti; tabeliyində olanlara rəhbərlik etmək keyfiyyəti, onları təlim və tərbiyə etmək, onlara qayğı göstərmək bacarığı; attestasiya edilənin komandirlik etdiyi bölmənin (hərbi hissənin birləşmənin, birliyin), yaxud caabdeh olduğu iş sahəsinin vəziyyətinin qiymətləndirilməsi (intizam, döyüşə hazırlıq, döyüş və ictimai siyasi hazırlığı, hərbi texnikaya və silaha yiyələnmə, silahların, döyüş texnikasının və maddi vasitələrin vəziyyəti, istehsalat tapşırıqlarının yerinə yetirilməsi, komandir, peşə hazırlığı və tabeliyində olan zabitlərin ixtisas dərəcəsinin yüksəldilməsi ilə əlaqədar işin vəziyyəti, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək və s. üçün namizədlər ehtiyatının olması); əməliyyat-taktiki, peşə hazırlığı səviyyəsi, hərbi nizamnaməni, təlimatları, tutduğu vəzifə borclarını bilmək və onları yerinə yetirmək, komandir hazırlığı sistemində və müstəqil şəkildə peşə biliklərini təkmilləşdirmək və ixtisas dərəcəsi, elmi dərəcəsi və elmi rütbəsi, xarici dilləri bilməsi, qazanılan bilikləri təcrübədə tətbiq etmə bacarığı, attestasiya edilənin daha yüksək bacarıq nümayiş etdirdiyi və yüksək nəticələr əldə etdiyi fəaliyyət sahəsi, döyüş təcrübəsinin olması; öz fəaliyyətini tənqidi qiymətləndirmək, işə yaradıcılıqla yanaşmaq qabiliyyəti, xidməti vəzifələri yerinə itirməkdə inadcıllıq; kollektivdə nüfuzu, dövlət sirrini qorumaq bacarığı; səhhətinin vəziyyəti və iş qabiliyyəti, eləcə də attestasiya ediləni xarakterizə etmək üçün vacib olan məsələlər. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq bilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci bəndinə əsasən, hərbi quluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.Həmin Əsasnamənin 161 -ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həmin Əsasnamənin 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xdmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlməninmaddiməişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri zahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 6 saylı əlavə olan “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən ouraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi (ulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi” Qaydalarının 9-cu bəndinə ssasən, həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı sıtestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, '58ci maddəsinin «b» bəndi ilə buraxıldıqda) göndərilir. İş materiallarında olan sənədlərdən isə iddiaçıya buraxılmaya iki ay qalmış xəbərdar onunla ən azı iki fərdi söhbət aparılması və təqdimatla birlikdə söhbət vərəqəsinin də göndərilməsi müəyyən edilmir. Belə olan halda isə məhkəmə hesab edir ki, ehtiyata buraxılmanın Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasını sübut etmək yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Lakin cavabdeh tərəfindən qeyd olunanlarla bağlı da müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Azərbaycan Ordusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında xx.xx.2022-ci il tarixli, 369 saylı əmrinə əsasən, Müdafiə nazirinin müavinləri, qoşun (qüvvə) komandirləri, Milli Müdafiə Universitetinin rektoru, birlik komandirləri və xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin bağlaşma əsasında həqiqi həri xidmətə daxilolmaları aşağıdakı qaydada həyata keçirilsin: -2020-ci il 1 iyun tarixədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 332.1, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 333.1, 333.3, 347 və 350.1-ci maddələri ilə məhkum edilmiş şəxslərlə bağlaşmanın imzalanmasından əvvəl həmin şəxslərdən məhkum edilmələri barədə məhkəmənin hökmü əldə olunaraq törətdikləri əməllər cinayət qanunvericiliyinə əsasən cinayət hesab edilmədiyi təqdirdə həmin şəxslərlə bağlaşmanın imzalanması Azərbaycan Respublikası qanunvericliyinə uyğun olaraq, - Əvvəllər hərbi xidmət əleyhinə olan cinayət törətdiyinə görə məhkum edilmiş şəxsin əməlinin cinayət, inzibati xəta olmasının və ya dekriminallaşmasının müəyyən edilməsi və bu barədə hüquqi rəyin verilməsi bağlaşmanı imzalamağa səlahiyyəti olan komandirinin tabeliyindəki hüquq xidmətinin vəzifəli şəxsinə həvalə olunsun və bağlaşmanın imzalanması və ya imtina edilməsi zamanı müvafiq rəy nəzərə alınmaqla qərar qəbul edilsin. Bununla belə məhkəmə iddiaçının ilkin müraciəti, hazırkı iddia tələbi və həmin tələbə qarşı cavabdeh inzibati orqanın münasibəti (etirazı) ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunanları və Ağdam Hərbi Məhkəməsinin Ağdam Hərbi Məhkəməsinin 1- 13/2008 nömrəli, 01 aprel 2008-ci il tarixli hökmünə əsasən iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci və 331.3-cü maddəsinə əsasən məhkum edilməsinə istinad edərək, imtina etməsi üçün məhkəmə mötəbər sübut və ciddi əsas kimi qiymətləndirilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-363/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-363/2023
27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver