Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3637/2023 11.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qızı Zeynalova Zəhra Anar qızının əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Zeynalova Zəhra Anar qızının əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə məktub göndərilərək ərizəsinin icrasından imtina edildiyi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ilkin olaraq müraciət etmiş və ona xx.xx.2023-cü il tarixli məktub göndərilərək bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq Zəhra Zeynalovanın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyasının 55% pozulması ilə müddətsiz əlillik təyinatı aparılmışdır. İddiaçı daha sonra cavabdeh orqana müraciət etsə də onun ərizəsi təmin olunmamışdır. İddiaçı imtinanın əsassız olduğunu hesab edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 11 iyul 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının qızı Zeynalova Zəhra Anar qızına təkrar müayinə əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və həmin tarixdən sosial müavinət təyin edilərək ödəniş xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Z.Zeynalovanın növbəti müayinə əsasında xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 55 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və ona xx.xx.2022-ci il tarixdən 120 manat məbləğində əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı qızının əlilliyinin dayandırılması tarixindən, yəni xx.xx.2022-ci il tarixdən yenidən əlilliyin təyin olduğu vaxta kimi əlilliyə görə buraxılmış müddət üçün sosial müavinət ödənilməli olduğunu qeyd etmişdir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət edərək buraxılmış müddət üçün əlilliyə görə sosial müavinətin ödənilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Aşağıda qeyd olunanlara əsasən, iddiaçının tələbi qanunsuz və əsassız hesab edilir. İddia tələbinin qeyd edilən hissəsinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən; 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü madəsinə əsasən əlilliyə görə müavinət – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tairxli, 2-1(102)- 864/2023 nömrəli analoği iş üzrə mövqeyinə əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından mükün hesab edilmədiyi qənaətinə gəlmişdir. Ali Məhkəmənin sözügedən qərarına əsasən, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2022-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 06 ay ərzində deyil, 06 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Z.Zeynalovanın əlillik statusu xx.xx.2022-ci il tarixdə qiymətləndirilmişdir. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da aydın olur ki, əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun “Əlilliyin müəyyən edilməsi” başlıqlı 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan maddə 2 iyul 2021-ci il tarixində yeni məzmunda əlavə edilmişdir. İddiaçı qızı Z.Zeynalovanın əlilliyi isə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təyin olunmadığına görə iddia təmin edilməməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • İş materiallarında olan AZ-İİ № 009939 nömrəli doğum haqqında şəhadətnamənin surətinə, AZE seriyalı 11130013 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı övladı İddiaçı Anar qızı 16.085.2007-ci il tarixdə Xırdalan şəhərində anadan olmuşdur. • İşdə olan Tibbi Sosial Ekspert Komissiyasına göndərişə əsasən (D00048550 RCJ) Zəhra Zeynalova Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyatdadır. Tibbi müəssisəsi xx.xx.2022-ci il tarixdə göndərişi həyata keçirmişdir. • İddiaçının müraciətinə əsasən Zəhra Zeynalovaya dair yeni təyinat tarixi ilə əlillik müddətinin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsindən imtina edilmişdir. • TSEK-in xx.xx.2013-cü il tarixli qərarına əsasən Zəhra Zeynalovaya epilepsiya teztez baş verən tutmalarla psixi inkişafdan geri qalma diaqnozu ilə iki il müddətinə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixli qərarla eyni diaqnozla üç il müddətinə əlillik müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. xx.xx.2019-cu il tarixdə yüngül dərəcəli əqli gerilik diaqnozu ilə üç il müddətinə əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə göndərişin natamam doldurulması, tibb müəssisəsində ətraflı müayinədən keçməsi səbəbindən əlilliyin təyin olunmasından imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə orta dərəcəli əqli gerilik (İQ-38), qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və anemnezində tez-tez təkrarlanan qıcolma tutmaları diaqnozuyla Zəhra Zeynalovaya müddətsiz olaraq əlillik təyin edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilkin olaraq iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İşdən göründüyü kimi hazırkı işdə iddianı mümkünsüz edən hər hansı bir hala rast gəlinməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İş materiallarından göründüyü kimi iddiaçının övladı Zəhra Zeynalovanın əlilliyi əvvəllər də (xx.xx.2013-xx.xx.2015; xx.xx.2015-xx.xx.2018; xx.xx.2019-xx.xx.2022) müəyyən edilmiş və hazırda isə xx.xx.2022-ci il tarixdən onun barəsində müddətsiz olaraq əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə əlilliyin müddətinin bitməsi səbəbindən müavinətin ödənilməsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Daha sonra iddiaçının övladının əlilliyi xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq yenidən bərpa edilmiş və həmin tarixdən əlilliyə görə müavinət təyin edilmişdir. Beləliklə, Zəhra Zeynalovaya xx.xx.2022-ci il tarixdən müddətsiz əlilliyin təyin olunmasına qədər olan müddət (xx.xx.2022) aralığında əlilliyə görə müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəf müvafiq olaraq cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cavabdeh orqan əlilliyin təkrar qiymətləndirilməsi tarixindən, yəni xx.xx.2022-ci il tarixdə yenidən bərpa edildiyindən müavinətin həmin tarixdən ödənilməli olmasını əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası əsaslı olmadığından iddia təmin edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər (3.1.). “Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının (TSEK) müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir (3.1.). Şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir ( 3.3-1.). Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının ərizəsinin təmin edilməsinə dair etirazı əsassızdır. Hazırkı iş üzrə iddiaçının əlil olması işin mübahisəsiz tərəfidir, yəni iddiaçının əlil olması mübahisələndirilmir. Belə ki, iddiaçının xx.xx.2013 - xx.xx.2022-ci illərdə mövcud olmuş əlilliyi xx.xx.2022-ci ildən bugünə kimi də davam etməkdədir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək müddət ərzində iddiaçıya əlilliyin təyin edilməməsi onun təqsiri deyildir. Yəni, həmin müddət ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin müddət ərzində iddiaçıya müavinətin ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ötürülmüş müddətlərdə TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lakin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ona əlilliyin verilməsi müxtəlif bəhanələrlə uzanmışdır. Belə ki, iş materialları ilə də müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci ildə Sumqayıt Psixiatriya Xəstəxanasında müayinədən keçmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını təqdim etmiş və həmin qərarda məyyən edilmişdir ki, iddiaçının təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 06 ay ərzində deyil, 06 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Hazırkı iş materiallarında isə həmin situasiyadan fərqli olaraq müəyyən edilmişdir ki, iddiaçının övladının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyasının 55% pozulması ilə müddətsiz əlillik təyinatı aparılmışdır. İddiaçının övladı xx.xx.2022-ci il tarixdə Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyyatda olmuş və tibb müəssisəsi tərəfindən TSEK-ə göndərişlər həyata keçirilmişdir. Müəssisə iddiaçının övladının qeydiyyatda olduğu tarixdən 1 ay sonra TSEK-ə göndərişi həyata keçirmiş və TSEK tərəfindən iddiaçının övladının əlilliyi xx.xx.2022-ci ildə qiymətləndirilərək öz təsdiqini tapmışdır. Həmin müddətin ötürülməsi (30 gün) iddiaçının təqsiri üzündən baş verməmişdir ki, bunun nəticəsində də iddiaçının azyaşlı övladının sosial təminat hüququnun məhdudlaşdırılması düzgün olmazdı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Zeynalova Zəhra Anar qızının əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyuylmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı övladı Zeynalova Zəhra Anar qızının əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev