Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3640/2025 16.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iş üzrə (Açar sözlər: rəyin verilməsi) GİRİŞ HİSSƏ X11-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “xx.xx.2019-cu il təvəllüdlü X2 adının “Naləndə”dən dəyişdirilərək “Melisa” kimi qeyd olunmasına dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 adını “Naləndə”dən dəyişdirərək “Melisa” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 adının “Naləndə”dən dəyişdirilərək “Melisa” kimi qeyd olunmasına dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X5 birgə nikahından xx.xx.2019-cu il tarixdə övladları X6 doğulmuşdur. 2020-ci il tarixdə rəsmi boşanmışlar. Övladlarının adı (Naləndə) əvvəlki ərinin anasının adıdır. Boşanma ərəfəsində çoxlu mübahisələri olmuşdur. İddiaçıya xəsarət yetirilmişdir. Bununla bağlı əvvəlcə Polis İdarəsində, sonra isə ona xəsarət yetirən qayınanası və baldızı barədə hökm elan olunmuşdur. Hazırda övladında həmin adın olması istər-istəməz köhnə olanları xatırladır, əsəbi olur, özündən çıxır. Bundan başqa, uşağı iki ilə yaxındır kı, Melisa deyə çağırıb öyrəşdirmişlər. Uşaq da artıq özünü Melisa kimi tanıyır. Övladının adı, yəni “Naləndə” adı ərəbcədən tərcümədə ah, kədər, qəm mənasını verir, bu da qız uşağı üçün xoşagələn ad deyildir. Bu tələblə cavabdehə müraciət etmiş və cavabdeh imtina məktubu ilə cavab verərək müraciətinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, imtina qanunsuz və ədalətsizdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək, faktiki nikah münasibətlərindən doğulmuş övladı - xx.xx.2019-cu il təvəllüdlü X2 adının “Melisa” kimi dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Qaldırılan məsələ ilə bağlı iddiaçı Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçilərə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda, ərizəçilərə qaldırılan məsələ ilə bağlı 5-6/1-R-99-164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmişdir. Cavab məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, Qəyyumluq və Himayəçilik Komissiyasının uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bildiyi izah olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respubiikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim etdiyi ərizədə adının dəyişdirilməsini tələb etdikləri şəxs 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən uşağın - xx.xx.2019-cu il təvəllüdlü X2 özünün yalnız 18 yaşına çatdıqdan sonra adının “Melisa” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır. 18 yaşına çatanadək isə xx.xx.2019-cu il təvəllüdlü X2 valideynlərinin birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla uşağın adının dəyişdirilməsinə dəyişdirilməsinə icazə verə bilər. Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim olunmuş müraciətdə isə adı çəkilən azyaşlının atası X5 razılığı əlavə olunmamışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, adı çəkilən azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi də Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfimizdən göndərilmiş 5-6/1-R-99-164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunu əsaslı olduğunu bildirərək, xx.xx.2019-cu il təvəllüdlü X2 adının “Melisa” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulması tələbininin rədd olunmasını xahiş etmişdir.
5. Məhkəmənin 07 aprel 2025-ci il tarixli, 2-1(118)-3640/2025 nömrəli qərardadı ilə iş üzrə X7 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
6. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
8. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
9. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
12. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır.
13. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
14. X4 məxsus xx.xx.2019-cu il tarixli, AZ İV 300199 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, anası İddiaçı, atası X8r.
15. xx.xx.2019-cu il tarixli, AZ-İ 374227 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X1 Mənzər Mətləb qızından doğulmuş X3 atası hesab edilmişdir.
IV. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.
17. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq, uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq, uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.
İV. Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
21. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə X5 ilə birgə nikahından xx.xx.2019-cu il tarixdə övladları X6 doğulmuşdur. 2020-ci il tarixdə rəsmi boşanmışlar. İddiaçı övladının “Naləndə”dən dəyişdirilərək "Melisa” kimi qeyd edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh imtina məktubu ilə cavab verərək müraciətinin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh imtina məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, Qəyyumluq və Himayəçilik Komissiyasının uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bildiyi izah olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim etdiyi ərizədə adının dəyişdirilməsini tələb etdikləri şəxs 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən uşağın - xx.xx.2019-cu il təvəllüdlü X2 özünün yalnız 18 yaşına çatdıqdan sonra adının “Melisa” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır. 18 yaşına çatanadək isə xx.xx.2019-cu il təvəllüdlü X2 valideynlərinin birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla uşağın adının dəyişdirilməsinə dəyişdirilməsinə icazə verə bilər. Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim olunmuş müraciətdə isə adı çəkilən azyaşlının atası X5 razılığı əlavə olunmamışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir.
22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda sadalanan tələblərinə görə uşağın 18 yaşına çatana qədər digər valideynin soyadına dəyişdirilməsi üçün mütləq qaydada valideynlərin birgə xahişi tələb edilir. Bundan sonra da uşağın mənafeyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı buna razılıq verə bilər.
23. Hazırki halda isə məlum olduğu kimi uşağın atası olan X5 adının dəyişdirilməsinə razılıq verməmişdir.
24. Həmçinin cavabdehin imtina məktubunda eyni zamanda müəyyən edilmişdir ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi qeyd edilmişdir.
25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
27. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X11-Abbaszadə