Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3647/2025 13.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: kirayə müqaviləsinin etibarsız hesab edilməsi) GİRİŞ HİSSƏ X13-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2n və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi Köçkünlər üçün inşa edilmiş ünvan 3 ünvanından çıxarımasına dair hərəkətlərdən çəkinmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə bağlanan kirayə müqaviləsinin (X12, X6) etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xankəndi şəhərindən məcburi köçkün kimi 20 ildən artıqdır ki, Bakı şəhərində müxtəlif ünvanlarda məcburi köçkün kimi yaşamışlar. İddiaçı1, İddiaçı2 və İddiaçı3 2012-ci il tarixdə ünvan 5 ünvanında yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzilə köçmüş və hal-hazırda orada məcburi köçkün kimi yaşayırlar. Həmin məzil isə İddiaçı1 atası Ağdam rayonundan məcburi köçkün X3 Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir. Ailə tərkibi kimi orada Vaqif Rəhimovun həyat yoldaşı X10 yaşamışdır. X7 isə 2020-ci ildə korona virus xəstəliyindən vəfat etmişdir. Vəfat etdiyi günə qədər həmin mənzildə yaşamışdır. Əlavə olaraq bildirir ki, 2016-cı il tarixdən etibarən İddiaçı1 Vaqit qızı atası X7 2-ci qrup əlil olduğu üçün və sərbəst hərəkət edə bilmədiyinə görə atasına və anasına mütəmadi olaraq qulluq etmək üçün orada onunla birlikdə yaşamışdır. 2024-cü ilin dekabr ayının 5-də özünü Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri kimi təqdim edən şəxslər iddiaçılara məcburi köçkün kimi yaşadıqları mənzilin boşaldılmasını tələb etməyə başlamışlar. Bunun üçün iddiaçılara xx.xx.2024-cü il tarixli Mənzil İstismar Departamentininm direktoru Səbuhi Əhmədovun imzası ilə xəbərdarlıq bildirişi verilmişdir. Bundan sonra, qanunsuz olaraq iddiaçıların məcburi köçkün kimi yerləşdikləri mənzilin kommunal xidmətləri qanunsuz olaraq dayandırılmışdır. Belə ki, dekabr ayı olmasına baxmayaraq, iddiaçıların yerləşdiyi mənzilə aid elektrik xətlərinin verilməsi, qaz təchizatı və suyu verilməsi qanunsuz olaraq dayandırılmışdır. Əlavə olaraq bildirir ki, hal-hazırda Bakı şəhərində heç bir yerdə yaşamaları üçün hər hansı fərdi yaşayış evi və mənzili mövcud deyildir. Məcburi köçkünlərə verilən müvinətdən başqa heç bir yerdən gəliri yoxdur. Bakı şəhərində yaşayış yeri olmadığı üçün dəfələrlə dövlət orqanlarına onlara məcburi köçkün kimi yaşamaları üçün mənzil verilməsi ilə bağlı müraciəti olmuşdur və bildirmişlər ki, mənzil fondu yoxdur və olan kimi mənzil veriləcəkdir. Hal-hazırda məcburi köçkün kimi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin təhdidi altında yaşayırlar. İddiaçılar hesab edir ki, onlara qarşı inzibati orqan tərəfindən yönəlmiş hərəkətlər qanunsuzdur və məhkəmənin müvafiq qərarı ilə belə müdaxilənin qarşısı alınmalıdır.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3647/2025 nömrəli qərardadı ilə iş üzrə X6, X16 və X5 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
6. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzi Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, “xüsusi təyinatlı yaşayış sahələri kirayə müqaviləsi” əsasında verilir. Abşeron rayonu, Masazır qəsəbəsi Zəngilan şəhərciyi, 13 saylı binada yerləşən 12 nömrəli mənzil 17 noyabr 2023-cü il tarixli 13/12 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən Ağdam rayonundan məcburi köçkün X12 və X4 verilmişdir. İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 həmin mənzilin kirayə müqaviləsində adları qeyd edilməmişdir. Sözügedən şəxslər həmin ünvanda qeyri-qanuni məskunlaşaraq mənzili zəbt etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 65 №-li Qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasısının təsdiq edilməsi haqqında qayda müəyyən edilmişdir. Həmin Qaydanın 3.3-cü maddəsinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsni satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.6cı maddəsinə əsasən, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xtsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və yə qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin Qaydanın 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud - qanunvericiliyin tələblərinə uyğun olaraq, ev boşaldılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Komitənin Mənzil istismar Departamenti tərəfindən iddiaçılara Zəngilan şəhərciyi bina 13 yerləşən 12 nömrəli mənzili könüllü boşaldıb təhvil vermələrini, əks təqdirdə zəbt etdikləri mənzildən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirak etməmişdir.
9. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.
12. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir.
13. İddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
14. X2 və X8 Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş ərizələrindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, ünvan 6 ünvanının könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə təhvil vermək istəyir, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı heç bir iddiaları olmayacaq.
15. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sorğuda adları qeyd edilən məcburi köçkün ailələrinin adları işğaldan azad olunan ərazilərdə qeyd edilməmişdir.
16. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 faktiki olaraq ünvan 7 ünvanında məskunlaşmışdır.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-5263/2025 nömrəli məktubdan görünür ki, sözügedən bina 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmədiyindən mənzilin kimin balansından olması barədə məlumatın verilməsi mümkün olmamışdır.
18. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-1624/2025 saylı, xx.xx.2025-ci il tarixi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər İddiaçı3, İddiaçı1 və İddiaçı2 onlara məxsus əşyalar ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 13 saylı binada yerləşən 12 nömrəli mənzildən çıxarılsın və 13/12 nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.
IV. Tətbiq edilən hüquq
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
IV. Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
21. Yuxarıda sadalanan qanunvericiliyin normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
22. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun.
23. İddia ərizəsinə görə iddiaçı kirayə müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Lakin Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almaqla, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit edilən və mübahisələndirilən kirayə müqaviləsinin etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri mövcud deyil.
24. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
30. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X13-Abbaszadə