Məhkəmə qərarları › İş №2-1(118)-365/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-365/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-365/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə (üçüncü şəxs X5) qarşı “cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin hərəkətləri qanunsuz hesab edilməklə, onun üzərinə X2 Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/20, mənzil 3-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/20, mənzil 3-dən pasport qeydiyyatından çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin xx xxxxxxx 2019-cu il tarixli, 123-27438Y-3219 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,Sumqayıt şəhər ,20-ci məhəllə, ev 20\3, mənzil 3-də yerləşən mənzili iddiaçı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır, mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və bu barədə xx.xx.2010-cu il tarixdə Dövlət reyetrindən çıxarış verilmişdir. Sonradan ona məlum olmuşdur ki, vətəndaş X5 hələ iddiaçı mənzili almamışdan əvvəl, Sumqayıt şəhər məhkəməsinə müraciət edərək mübahisəli mənzilə istifadə hüququnun tanınmasını xahiş etmiş və Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2009cu il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilmiş və o, həmin qətnamə əsasında mübahisəli mənzilə pasport qeydiyyatına düşmüşdür. İddiaçı bu barədə məlumat aldıqdan sonra bu qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş və G.Mehdiyevanm mənzildən istifadə hüququnun tanınmasına dair iddiası rədd edilmişdir. Həmin qətnamədən sonra G.Mehdiyevanm iddiaçının mənzilinə olan pasport qeydiyyatına əsas olmuş hüquqi əsas aradan qalxmışdır və bu halda onun iddiaçının mənzilinə olan pasport qeydiyyatı da əsassız hesab edilməklə o, iddiaçının mənzilindən pasport qeydiyyatından çıxarılmalıdır.Çünki onun iddiaçının mənzilində pasport qeydiyyatına alınmasına əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmişdir. İddiaçı bu pasport qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə onun iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İcraata xitam verilməsinə dair məhkəmə qərardadı onunla əsaslandırılmışdı ki, əgər G.Mehdiyevanın mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv edilmişdirsə,bu səbəblə polis idarəsi həmin qeydiyyatı ləğv eləməli idi. Ona görə də həmin qərardadda bu barədə polis idarəsinə müraciət etmək, imtina aldıqda isə inzibati iqtisadi məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçı həmin qərardadın hüquqi əsaslılığı yoxlamaq üçün qərardaddan şikayət vermişdir, Sumqayıt Apellyasiya Məhkəməsi də həmin qərardadı dəyişdirmədən saxlamış və eyni əsasları göstərmişdir. Ona görə də iddiaçı həmin qərardadları və əvvəlki məhkəmə qətnamələrini də ərizəsinə əlavə etməklə X2 iddiaçının mənzilindən pasport qeydiyyatından çıxarılması barədə ərizə ilə Sumqayıt şəhər Polis idarəsinə müraciət etmişdir.Cavabdeh Sumqayıt şəhər Polis İdarəsi ərizəni təmin etməkdən imtina edərək öz cavab məktubunda bildirmişdir ki, yalnız məhkəmə qətnaməsi olduğu təqdirdə G.Mehdiyevanı pasport qeydiyyatından çıxara bilərlər. Cavabdehin bu imtinasını iddiaçı əsassız və qanunsuz hesab etmişdir. Belə ki, «Yaşayış yeri və olduğu yer haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən AR-nm vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev,mənzil,xidməti yaşayış sahəsi,yataqxana,qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə əsasən, yaşayış yerini dəyişmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müraciət etməlidir. AR MM-nin 27.1. maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Beləliklə, işin hallarından da görünmüşdür ki, G.Mehdiyeva mənzilə məhkəmə qətnaməsi əsasında pasport qeydiyyatına düşmüş, lakin bir gün də olsun həmin mənzildə yaşamamış, onun mənzilə pasport qeydiyyatına səbəb olmuş məhkəmə qətnaməsi ləğv edilib, onun iddiası rədd edildiyi üçün, onun hazırkı mənzilə hər hansı bir hüququ mövcud olmamışdır. Vətəndaş isə yalnız istifadə hüququ olan və yaşadığı mənzildə pasport qeydiyyatında ola bilər. Deməli, onun iddiaçının mənzilində pasport qeydiyyatında olması qanunsuzdur, ona görə də onun iddiaçının mənzilinə olan pasport qeydiyyatı ləğv edilməlidir. X9 maddi hüquq normalarına, mövcud qətnamələrə və bu barədə olan məhkəmə qərardadlarına baxmayaraq iddiaçının ərizəsini təmin etməmişdir. Ona görə də belə hesab etmişdir ki, polis idarəsinin bu barədə olan imtinası qanunsuz sayılmalı və onun üzərinə bu barədə vəzifə qoyulmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X8 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, 123-34859-1219 Salı məktubu ilə bildirmişdir ki, İddiaçı iddiasına dair qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-365/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclaslarına dəvət olunsada, poçt xəbərnamələrində qeydiyyatda olduğu ünvanda yaşamadığı qeyd edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsi ilə X2 Sumqayıt şəhəri, 20-ci məhəllə, ev N 3/20, 3 saylı mənzildən istifadə hüququ tanınmış, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-367/2012 saylı, xx xxx 2012-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsi iddiaçının mənzildən istifadə hüququ tanınması hissəsində ləğv olunmuş, G.Ə.Mehdiyevanın Sumqayıt şəhəri, Puşkin küçəsi, 20-ci məhəllə, 20/3 saylı evin 3 saylı mənzildən istifadə hüququnun tanınması barədə iddiası təmin olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-365/2020 saylı, xx xxxxx 2020-ci il sorğusuna cavab olaraq Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə xx xxxx 2012-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Həmin maddəyə görə, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Həmin Qanunun 9.6-cı maddəsinə görə, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı qeydiyyatdan çıxartma üçün əsas təşkil edir. Hazırkı mübahisədə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə G.Ə.Mehdiyevanın Sumqayıt şəhəri, Puşkin küçəsi, 20-ci məhəllə, 20/3 saylı evin 3 saylı mənzildən istifadə hüququnun tanınmaması müəyyən olunsada, cavabdeh inzibati orqan əsassız imtina edərək, iddiaçının tələbini təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 şəhəri, 20-ci məhəllə, ev 3/20, mənzil 3-dən pasport qeydiyyatından çıxarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin hərəkətləri qanunsuz hesab edilməklə, onun üzərinə X2 Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/20, mənzil 3-dən pasport qeydiyyatından çıxarılması vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar