Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3652/2023 08.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ “Torpağa mülkiyyət hüququna dair” JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Torpağa Mülkiyyət Hüququna Dair JN 0440 KOD 30313088 saylı Dövlət Aktına əsasən, Quba rayon DNK-nın 07 oktyabr 2005-ci il tarixli, 4-Ə-973 saylı müqaviləsilə Quba rayonu, Hacıqaib kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,00 hektar torpaq sahəsi vardır. Torpaq sahəsinin plan və cizgisi müəyyən olunaraq faktiki olaraq ona təhvil verilmişdir. 2005-ci ildən o və oğlanları qeyd olunan torpaq sahəsini əkib-becərərək orada bağ salmışdır. Hamıya məlumdur ki, bağın faktiki sahibləri onlardır. Torpaq sahəsi ilə əlaqədar vergiləri ödəmiş və subsidiya almışdırlar. Vicdanlı şəkildə əldə etdiyi torpaq sahəsi ilə əlaqədar son 17 il ərzində onlara hər-hansı bir tələb irəli sürülməmişdir. DƏDRX-in 5 saylı Ərazi İdarəsinə hüquqlarının Dövlət qeydiyyatına alınması, Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün müraciət etdikdə oradan bildirmişlər ki, qeyd olunan JN-440 nömrəli Torpağa Mülkiyyət Hüququna X18 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Buna görə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin, idarədən ona bildirmişlər ki, sənədin həqiqiliyin təsdiq etmək uçün notariusda bağlanmış müqavilənin təsdiq edilmiş surətini onlara təqdim etməlidir. Göründüyü kimi ona Dövlət orqanları tərəfindən müəyyən edilmiş qaydada mülkiyyət hüququna dair akt verilmişdir. Ləğv edilmiş və mövcud olan idarələr arasında qeyd olunan akta dair heç bir məlumatın aşkar olunmaması iddiaçının təqsiri ola bilməz, bunun üçün müvafiq qurumlar məsuliyyət daşıyır. İddiaçıya verilmiş akt həmin sahədən şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur və torpaq sahəsi də ona təhkim edilmişdir. Həmin prosesin digər hissəsi isə ona aid məsələ deyildir. Dövlət Aktının əsli mövcuddur. Məsələyə bu formada yanaşılması onun Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur.Göstərilənlərə əsasən, qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşdur.Məhkəmələr tərəfindən formalaşdırılmış mövqe ondan ibarətdir ki (məs: Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-6305 saylı qərarının 50-ci bəndi (surəti əlavə edilir)), daşınmaz əşyaya dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması notariat orqanının vəzifəsidir. Bu baxımdan notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin saxlanılmamasına görə müqavilə tərəfi məsul tutula bilməz. Özü də belə müqavilə uzun illər əvvəl 2005-ci ildə bağlanmışdırsa, şəxsin həmin müqaviləni saxlamağa heç bir marağı olmamışdır. Həmçinin qeyd edir ki, ona DT və XK tərəfindən mülkiyyət sənədi verilərkən notarial qaydada təsdiq edilmiş müqaviləni onlara təqdim etmişdir və həmin müqavilə onlarda qalmışdır. İddiaçı əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini Asiya adlı şəxsdən və onun oğlu Mobildən almışdır. Bağ torpaq sahəsini 8000 manata almışdır. Həmin vaxtdan da sahədən istifadə etmişdir. Bağ sahəsində alma, gavalı alça, gilas, fındıq ağaclarını əkmişdir. Bağ sahəsi ilə bağlı heç bir şəxslə mübahisə olmamışdır. Bu ilin mart ayından etibarən İradə adlı qadın həmin yerin ona məxsus olmasını və onların oradan çıxmağını tələb etmişdir. 16 may 2022-ci il tarixdə İradə oğlu Zaura zəng vuraraq torpaq sahəsində olduğunu bildirmişdir. Ora gələndə ona məxsus budkada olan əşyaları yerə atıldığını, tikilinin pəncərə şüşələrini də sındırıldığını görmüşdür. Bununla bağlı Polisə şikayət etmişdir.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlunun vəsatəsinə münasibətdə bildirilir ki, məhkəmədə iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə prosesinin başqa vaxta təxirə salınması məqsədəmüvafiq hesab edilmədi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, iddiaçının səlahiyyətli nümayəndəsi X2 rayonu Hacıqayıb kəndində yerləşən JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna X18nda qeyd olunan 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Ərizənizə əlavə olunmuş JN-440 nömrəli "Torpağa mülkiyyət hüququna X18" ərazi İdarəsi tərəfindən araşdırılmışdır.Məlumat üçün bildiririk ki, qeyd olunan JN-440 nömrəli "Torpağa mülkiyyət hüququna X18" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbäycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaniasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda göründüyü kimi, JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna X18” dövlət aktlarının qeydiyyat kitablarında və elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bununla əlaqədar torpaq sahəsinin yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X5 bildirmişdir ki, Ünvanlı sosial yardım almaq üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra torpağını tələb etməyə başlamışdır. Atasının yanında qalmışdır. Yoldaşı vəfat edəndən sonra qaynatasının yanına gedib demişdir ki, evi versin qızına. Ona 1 otaq vermişdir. Məhkəmədə qaynatası demişdir ki, torpağı satmışam Asiyaya. Ünvanlı Sosial Yardım təyin olunması üçün müraciət edəndə imtina edilib. Mənə bildirilib ki, adıma torpaq sahəsi var. Sənədləri gətirib, sonradan araşdırmışdır.Bağa baxdım, görmüşdürki, iddiaçı istifadə edir. İddiaçı 16 ildir istifadə edir. Demişdir ki gəl yarı yarı istifadək edək. Razılaşmamış, demişdir ki, versin məhkəməyə. O torpağı satmadığına görə torpaq onun mülkiyyətidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X3 vəkili Vəkil2 bildirmişdir ki, torpaq sahəsi Aqrar İslahat komissiyasının qərarı ilə 1998-ci ildə verilib. Üçüncü şəxsin həyat yoldaşı vəfat edəndən sonra bağ sahəsi bölünüb. Bir hissəsinə çıxarış alınıb. İkinci hissəsinə çıxarış alınmayıb. Bununla bağlı Quba rayon Məhkəməsində üçüncü şəxs iddia qaldırıb. İşə baxılır. Həmin iş üzrə icraata dayandırılıbdır. Həmin torpaq sahəsinə mülkiyyət sənədləri mövcud olduğundan ikinci dəfə qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********81 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, JN 0440 KOD 30313088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surəti, JN 0434 KOD 30313088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş 3-21-3-60/2- 1717/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-34/2-14851/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********81 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı Torpağa Mülkiyyət Hüququna Dair JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir.Cavabdeh isə qeyd edir ki, JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna X18” dövlət aktlarının qeydiyyat kitablarında və elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Məhkəmə prosesi gedişində müəyyən edilmişdir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktının verilməsinə əsas olmuş Quba rayon Notariat Ofisində 07 oktybar 2005-ci il tarixdə 4Ə-973 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 29 iyul 2022-ci il tarixli, xx/xx-4476/11 saylı məktubu) Quba rayon DNK-nun xx.xx.2005-ci il tarixli, 4-Ə-973 saylı müqavilə ilə İddiaçı adına olan 2.0 ha torpaq sahəsinə dair JN-440 KOD 30313088 nömrəli “Torpağa mülkiyyət hüququna X18” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmiş, cizgisi bazada görünmür. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 saylı məktubu) Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN 0434 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna X18na əsasən Quba AİK-nın 22.12.98-ci il tarixli 17 saylı qərarı və Quba rayon Məhkəməsinin 31.3.03-cü il tarixli 2-52/2003 saylı Qətnaməsi ilə verilmiş 2.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X5 və onun ailə üzvlərinə verilmişdir. 2.38 ha torpaq sahəsinə verilmiş JN-434 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüququna X18”nın 434Z (0.9733 ha) hissəsinə dövlət reyestrindən X3 və ailə üzvləri X4, X8, X1 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********31 reyestr nömrəli çıxarış işlənmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizaya uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3-21-3-34/2-14851/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olundu ki, İddiaçı adına verilmiş JN-0440 seriyalı Kod 30313088 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş 2 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə X5 və ailə üzvlərinin adına verilmiş JN-0434 seriyalı Kod 30313088 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarında olan DWJ xəritələri üzərində araşdırdıqda üst-üstə düşür. Lakin, sözügedən hər iki Dövlət Aktı (JN-0440 və JN-0434) elektron baza məlumatlarında olan DWJ xəritələrində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. JN-0440 və JN-0434 nömrəli Dövlət Aktlarında göstərilmiş torpaq sahələrinin koordinatları elektron baza məlumatlarında olan DWJ xəritələrində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-302 nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı adına verilmiş JN-0440 seriyalı Kod 30313088 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron baza məlumatlarında olan DWJ xəritələrində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmadığından həmin torpaq sahəsinin faktiki istifadə olunan torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Nəzərə alınamlıdır ki, JN-302 nömrəli dövlət aktında göstərilmiş torpaq sahəsi elə X5 və ailə üzvlərinin adına verilmiş JN-0434 seriyalı Kod 30313088 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsidir. Belə ki, Quba rayon məhkəməsinin qanuni qüvvəsini almış 31 mart 2003-cü il tarixli 2-52-2003-cü il tarixli qətanməsi ilə JN-302 nömrəli dövlət aktında göstərilmiş 2,97 ha torpaq sahəsinin 2,376 ha hissəsi hazırkı, iş üzrə 3-cü şəxs olan X5 və ailə üzvlərinin adılarına verilməsi qət olunmuşdur. Deməli qeyd olunanlardan belə qanaətə gəlmək olur ki, X5 və ailə üzvlərinin adına verilmiş torpaq sahəsi JN-302 saylı dövlət aktında göstərilmiş və ilkin sahibinə təhkim olunmuş koordinatların çərçivəsində yerləşir və İddiaçı iddia elədiyi torpaq sahəsinin koordinatları həmin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.Hesab olunur ki, X5 və ailə üzvlərinin adına verilmiş JN-0434 seriyalı Kod 30313088 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv olunmadan iddiaçının iddia tələbinin təmin edilməsi mümkün deyil. Həmçinin, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş 3-21-3-60/2-1717/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Quba rayonu, Hacıqaib kəndi ərazisində yerləşən X6 və X9 məxsus 2.97 ha torpaq sahəsinə dair, eləcə də İddiaçı adına verilmiş JN-0440 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”nın tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin hazır ki, mərhələdə rəsmiləşdirilməsi mümkün deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş, yəni arxivlərdə müvafiq şəhadətnaməyə əsas olmuş sənədlər aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ “Torpağa mülkiyyət hüququna dair” JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3652/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3652/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver