Məhkəmə qərarları › İş №2-1(118)-366/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-366/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-366/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X8 oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Xırdalan şəhəri, H.Əliyev-11 ünvanlı ümumi sahəsi 4228 kvadrat metr olan torpaq sahəsinə dair “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xırdalan şəhəri, H.Əliyev-11 ünvanlı ümumi sahəsi 4228 kvadrat metr olan torpaq sahəsinə dair “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 22.12.1997-ci il tarixli, D-2324 saylı dövlət qeydiyyatına alınmış və dövlət müəssisəsi olan “xxxx” Dövlət Şirkətinin tabeçiliyində olmuş “xxxx” Əlaqələndirmə Firmasının çevrilməsi nəticəsində “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 19.05.2017-ci il tarixində satıcı AR ƏMDK ilə alıcı Nəcəfov Ceyhun arasında Səhmdar Cəmiyyətinin səhmlərinin alğı-satqı müqaviləsi JVb901-01-2014/PA bağlanmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən ********** qeydiyyat nömrəsi (VÖEN) ilə “xxxx” ASC dövlət qeydiyyatına alınmışdır. 04.04.2018-ci il tarixli X7 Reyestrindən Çıxarışına əsasən “Umran” LTD, X4 və X5 “xxxx” ASC-nin təsisçiləridir. Belə ki, “xxxx” ASC qeydiyyata alındığı tarixdən Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərməkdədir. Lakin DƏDRX-in Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin və tikililərinin planına əsasən “xxxx” ASC-nin istifadəsində olan Xırdalan şəhəri, H.Əliyev-11 ünvanlı ümumi sahəsi 4228 m2 olan torpaq sahəsi hələ də İXMİM-in mülkiyyətindədir və bu hal cəmiyyətin fəaliyyətinə maneə törətməkdədir. Mövcud mübahisə ilə bağlı 29.07.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə yazılı şəkildə müraciət edilsə də, Ərazi İdarəsi tərəfindən bu müddət ərzində hər hansı bir rəsmi cavab məktubu göndərilməyərək hərəkətsizlik nümayiş etdirilmişdir. Halbuki, Azərbaycan Respublikasının 29.11.1996-cı il tarixli “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Qanunun 7-ci maddəsinə əsasən Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. Hesab edirlər ki, “xxxx” ASC-nin istifadəsində olan Xırdalan şəhəri, H.Əliyev-11 ünvanlı ümumi sahəsi 4228 m2 olan torpaq sahəsinə dair “xxxx” ASC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf 16.12.2020, 18 02.2021, 17.03.2021 və 21.04 2021-ci il tarixlərində məhkəməyə dəvət olunsada məhkəmə iclaslarına gəlməmişdir. hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunmuş, lakin məhkəmə iclaslarına gəlməmiş, məhkəmə ilə əlaqə saxlamamışdır. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3.8641 ha (faktiki 4.3182 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "xxxx" ASC 21.08.2020-ci il tarixdə Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilənlərin t araşdırılması və 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl- ölçmə) keçirilərkən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3.8641 ha (faktiki 4.3182 ha) torpaq sahəsinin mübahisəli olduğu, faktiki torpaq sahəsinin tamamilə zəbt edilərək fərdi yaşayış evlərinin tikildiyi aşkar edilmişdir. Belə ki, " xxxx " ASC-nin inzibati binasında məcburi köçkünlər məskunlaşmışdır. “B” ( 2723 kv.m) istehsalat korpusu tamamilə sökülmüş, yerləşdiyi torpaq sahəsinin1200 kv. m hissəsində fərdi yaşayış evləri inşa edilmişdir. “C” anbar binasının dam örtüyü sökülmüş, tikilinin daxilində fərdi yaşayış evləri tikilmişdir. “D” və “E” tikililəri, həmçinin İ və İİ qurğuları tamamilə sökülmüşdür. Torpaq sahəsinin 0.92 ha hissəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, 2.8572 ha hissəsində isə icazəsiz inşa edilmiş fərdi yaşayış evləri aşkar edilmişdir. Həmçinin 0.541 ha hissəsinin ümümi yol kimi istifadə edildiyi müəyyən edilmişdir. Baxış keçirilimiş ərazi ümumilikdə yaşayış massivi kimi istifadə olunur. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Ərizəçinin hazırki tələbinin icrası, ilk növbədə başqa şəxslərin torpağa olan hüquqları ləğv edilməklə, icazəsiz inşa edilmiş fərdi yaşayış evlərinin sökülməsi və bu evlərin sakinlərinin bu ərazidən çıxarılmasından sonra təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxsin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsi əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Xırdalan şəhəri, H.Əliyev-11 ünvanlı ümumi sahəsi 4228 kvadrat metr olan torpaq sahəsinə dair “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair iddia ərizəsi onun nümayəndəsi və vəkili qismində Məmmədov Tural Nizami oğlu tərəfindən imzalanmışdır. Lakin işə əlavə edilmiş 21 iyul 2021-ci il tarixli etibarnamədə Məmmədov Tural Nizami oğluna məhkəməyə verilən iddia ərizəsini imzalamaq səlahiyyətini X2 verdiyi qeyd edilmişdir. İş materiallarına etibarnamə əlavə edilsədə order əlavə edilməmişdir. Lakin, X7 Reyestrindən Çıxarışdan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi X10r. İş materiallarına ancaq sənədlərin sürətləri əlavə edilmişdir. Bu halda isə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adından qaldırmış iddianın səlahiyyətli şəxs tərəfindən imzalandığı müəyyən olunmur. İddiaçının ərizədə göstərdiyi ünvandan məktublar geri qayıtmış, ərizədə göstərilən mobil nömrələrə SMS xəbərdarlığı göndərilsədə, iddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmiş, hüquqi yardım göstərmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçı tərəfə izah edilsin ki, iddianın öhdəliyin icrası olduğu, bu iddialara iddia müddəti tətbiq edilmədiyinidə nəzərə alaraq, iddia ərizəsini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğunlaşdırmaqla həmin iddia ilə yenidən məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar