Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-366/2025 13.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, Üçüncü şəxslər Babayev Babaşxan Elxan oğlu, X9, Babayev Tural Babaşxan oğlunun iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "çıxarışın bir hissədə ləğv edilməsi" tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********47 nömrəli çıxarışın 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satılmış 5 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 2004-cü ilin avqust ayında Qobustan rayonunun Xilmilli kənd sakini Babayev Babaşxan Elxan oğlundan həmin vaxtı qüvvədə olan manat məzənnə ilə beş milyon manat ödəməklə 5 hektar əkinə yararlı torpaq sahəsi almışdır, buna dair Qobustan rayon notariat kontorunda 23 avqust 2004-cü il tarixdə topağın alqışı-satqısı barədə 4Ə-23 reyestr nömrə ilə müqavilə bağlasalar da torpağı dövlət reyestrində adına rəsmiləşdirməmişdir. Həmin tarixdən hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir və hər il dövlət tərəfindən verilən subsidiyaları da alır. 2022-ci ildə əkdiyi məhsula görə subsidiyaları almaq üçün Qobustan rayon Kənd təsərrüfatı idarəsinə müraciət etmişdir, orada bildirilmişdir ki, həmin torpaq sahəsi torpağın əvvəlki sahibinin adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Şamaxı Ərazi İdarəsi Tərəfindən 2011-ci ildə rəsmiləşdirilmişdir və ona seriya MA 221448 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin vaxtdan hal-hazıradək Babaşxanla razılığa gəlmək istəsə də o, iddiaçı ilə razılığa gəlmək istəmir və torpağı onun adına rəsmiləşdirmir. Bununla əlaqədar Şamaxı 14 saylı ərazi idarəsinə müraciət etmişdir, onlar həmin torpaq sahəsinin başqasının adına olduğuna görə iddiaçının adına rəsmiləşdirilməsindən 23 may 2023-cü il tarixdə **********52 saylı məktubla imtina etmişlər. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət notariat arxivinə müraciət edərək həmin müqavilənin qüvvədə olub-olmaması barədə rəsmi arayış almışdır. Azərbaycan Respublikası MM-in 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.Zərərin əvəzinin ödənilməsi ilə bağlı digər hüquqlar toxunulmaz qalır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 179.4-cü maddəsinə əsasən əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gə^. Yuxarıda göstərdiyi kimi həmin torpaq sahəsi 19 ildir ki, iddiaçının istifadəsindədir. Sənədlər adına rəsmiləşdirilmədiyindən dövlət tərəfindən verilən subsidiyaları ala bilmir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək zərurətindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsaslann olub-olmaması müəyyən edilir. İddiaçı X1 rayonu, Nabur kəndi ərazisində yerləşən Babayev Babaşxan Elxan oğlunun adına olan 5.0 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın ləğv edilməsinə köməklik göstərilməsi barədə ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununa əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi İdarəsinin hər-hansı bir şəxsin mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyəti yoxdur.Bu səbəbdən iddiaçı X4 ərizəsinin icrası mümkün olmamış və bu məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunması tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Turan Babaşxan oğlu, Babayev Xəyyam Babaşxan oğlu,Babayeva Elnurə Babaşxan qızı və X5, Babayev Tural Babaşxan oğlu, X9 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Tural Babaşxan oğlu, Babayeva Elnurə Babaşxan qızı, X5 və Babayev Xəyyam Babaşxan oğlu tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, üçüncü şəxslər 2004-cü ildə mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə hər bir pay sahibinin şifahi razılığı olmuş və icarə haqqının irəlicədən ödənilməsi şərti ilə həmin torpaq sahəsi 2011-ci ilə tarixədək iddiaçının istifadəsinə verilmişdir. Lakin torpaq üzərində mülkiyyət hüququna malik olan ailə üzvləri torpaq sahəsindən təyinata uyğun səmərəli istifadə olunmasını nəzərə alaraq torpağın iddiaçı tərəfindən əkilib becərilməsinə 2022-ci ilə kimi lazimi şərait yaradaraq etiraz etməmişdirlər. Sonradan həmin torpaq sahəsinə ailə təsərrüfatının idarə edilməsi üçün zəruri ehtiyac yarandığından öz torpaqlarını iddiaçıdan geri almışdırlar. İddia ərizəsində qeyd edilənlərin əksinə olaraq mübahisəli torpaq sahəsinin alqısatqısı barədə pay sahibləri ilə iddiaçı arasında hər hansı müqavilə bağlanmamış və məhkəmənin iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsi tərəflərindən imzalanmamışdır. Digər tərəfdən Hüquqların Dövlət qeydiyyatı haqqında verilmiş çıxarışda bərabər qaydada pay sahibi olan paylı mülkiyyət sahiblərinin imza etmədiyi alqı- satqı müqaviləsi notariat orqanının notariusu tərəfindən hər hansı hüquqi əsaslarla təsdiq edilə bilməz. 3-cü şəxs qismində cəlb edilmiş Babayev Babaşxan Elxan oğlu və Babayev Tural Babaşxan oğlu tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı və Babayev Babaşxan Elxan oğlu, Babayev Tural Babaşxan oğlu 3-cü şəxs qismində cəlb edilməklə “Çıxarışın ləğv ediməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Qobustan rayonu Xilmilli kənd sakini Babayev Babaşxan Elxan oğlu ilə bağlanmış 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 5 hektar əkinə yararlı torpaq sahəsini notariat qaydasında öz adma rəsmiləşdirilərək əldə etmişdir. Məhkəmənin iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisələndirilən alqı-satqı müqaviləsi 2004-cü ildə rəsmiləşdirilsə də, iddiaçı uzun müddət həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə müraciət etməmiş və xx.xx.2011-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 6 nəfər ailə üzvünün payları göstərilməklə Babayev Babaşxan Elxan oğlunun adma seriya MA №0221448 saylı Çıxarış verilmişdir. 2011-ci il tarixdə verilmiş Çıxarışda payları göstərilməklə adları keçən ailə üzvlərindən biri Babayev Tural Babaşxan oğlunun adının texniki səhv nəticəsində “Turan” yazılması səbəbindən inzibati ərazi üzrə icra nümayəndəliyinin verdiyi arayış əsasında “ad” səhvinin düzəldirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə eyni seriya, nömrəli dublikat Çıxarış verilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçı tərəfındən2004-cü ildə alqısatqı edilməsi iddia olunan torpaq sahəsinin 2023-cü il tarixinə kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adma qeyd olunması üçün heç bir müraciət daxil olmamış və Babayev Babaşxan Elxan oğlunun ailə üzvlərinin ümui paylı mülkiyyətində olmuş həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Rəcəbov oğlunun adına özgəninkiləşdirilmşdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxslər Babayev Babaşxan Elxan oğlu, X9, Babayev Tural Babaşxan oğlu iştirak etmiş, etirazı müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 23 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Babayev Babaşxan Elxan oğlu 14 fevral 2001-ci il tarixli JN 0096 saylı kod 30712018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Qobustan rayon Torpaq Komitəsinin xx.xx.2004-cü il tarixli 47 №li arayışına əsasən ona məxsus 5 ha torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin 10 mart 2020-ci il tarixli 05/01-A-24/13 saylı məktubunda qeyd edilmişdir ki, 23 avqust 2004-cü il tarixli 4ə-23 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qobustan X17 Mərkəzinin 24 may 2023-cü il tarixli 28 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 23 avqust 2004-cü ildə əldə etdiyi 4ə-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən 2019-2020-ci ildə 5 ha buğda, 2020-2021-ci ildə 5 ha buğda, 2022-2023-cü ildə isə 5 ha vələmir sahəsi EKTİS-də bəyan etmişdir. Reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qobustan rayonu, Xilmilli kəndində yerləşən 5.8 ha torpaq sahəsi Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Tural Babaşxan oğlu, Babayev Xəyyam Babaşxan oğlu,Babayeva Elnurə Babaşxan qızı və X2 paylı mülkiyyətindədir. Həmin çıxarış əsasında Babayev Babaşxan Elxan oğlu 5.80 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə 4Ə-977 reyestr nömrəli müqavilə əsasında X6 özgəninkiləşdirmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Babayev Tural Babaşxan oğluna verilmiş xx.xx.2022-ci il tarixli 16 saylı arayışda qeyd edilmişdir ki, X15 verilmiş dövlət aktında adı Turan kimi qeyd edilmişdir. Əslində düzgen adı Turaldır. Məhkəmə sorğusuna cavab olaraq Qobustan rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçılar Babayev Babaşxan Elxan oğlunun, Babayev Tural Babaşxan oğlunun, Babayev Elnur Babaşxan oğlunun, Əhmədova Elnurə Babaşxan qızının, Babayev Xəyam Babaşxan oğlunun və X3 cavabdeh Qobustan rayon Notariat ofisinə (İddiaçı üçüncü şəxs kimi cəlb olunmaqla) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Qobustan Rayon Məhkəməsi tərəfindən 03 mart 2025-ci il tarixdə iddianın rədd edilməsi barədə e-2(026)- 23/2025 saylı qətnamə qəbul edilmiş və həmin qətnamənin surəti 12 mart 2025-ci il tarixli məktubla tərəflərə rəsmi qaydada göndərilmişdir. Hazırda qətnamə qanuni quvvəsini almış və bugünkü tarixə qədər həmin qətnamədən apellyasiya şikayəti məhkəməyə daxil olmamışdır. Qobustan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(026)-23/2025 saylı qətnaməsinə əsasən iddiaçılar Babayev Babaşxan Elxan oğlunun, Babayev Tural Babaşxan oğlunun, Babayev Elnur Babaşxan oğlunun, Əhmədova Elnurə Babaşxan qızının, Babayev Xəyam Babaşxan oğlunun və X3 cavabdeh Qobustan rayon Notariat ofisinə (İddiaçı üçüncü şəxs kimi cəlb olunmaqla) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 19 fevral 2024-cü il tarixli məktubu ilə **********47 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notarit Arxivinin xx.xx.2020-ci il tarixli məktubu ilə Qobustan rayon Dövlət Notariat Ofisində 23 avqust 2004-cü il tarixdə 4ə-23 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işiinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 14 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixli tarixli MA ******* blank, ********** qeydiyyat nömrəli çıxarışın itirildiyi barədə və həmin sənədin dublikatının verilməsi üçün Babayev Babaşxan Elxan oğlunun xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizəsi daxil olmuş və həmin ərizə əsasında ona xx.xx.2022-ci il tarixdə reyestrdən elektron çıxarışın işlənməsi təmin olunmuşdur. Həmin çıxarış əsasında Babayev Babaşxan Elxan oğlu 5.80 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə 4Ə-977 reyestr nömrəli müqavilə əsasında X6 özgəninkiləşdirmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, 23 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Babayev Babaşxan Elxan oğlu 14 fevral 2001-ci il tarixli JN 0096 saylı kod 30712018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Qobustan rayon Torpaq Komitəsinin xx.xx.2004cü il tarixli 47 №li arayışına əsasən ona məxsus 5 ha torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin 10 mart 2020-ci il tarixli 05/01-A-24/13 saylı məktubunda qeyd edilmişdir ki, 23 avqust 2004-cü il tarixli 4ə-23 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qobustan rayonu, Xilmilli kəndində yerləşən 5.8 ha torpaq sahəsi Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Tural Babaşxan oğlu, Babayev Xəyyam Babaşxan oğlu,Babayeva Elnurə Babaşxan qızı və X2 paylı mülkiyyətindədir. Həmin çıxarış əsasında Babayev Babaşxan Elxan oğlu 5.80 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə 4Ə-977 reyestr nömrəli müqavilə əsasında X6 özgəninkiləşdirmişdir. İddiaçı Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********47 nömrəli çıxarışın 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satılmış 5 ha hissəsində ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Görünür ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mükiyyət hüququnun qeydə alınmasına hüquqi əsas 23 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi mövcuddur. 23 avqust 2004-cü il tarixli torpağın alqı-satqısı barədə müqavilədən görünür ki, Babayev Babaşxan Elxan oğlu 14 fevral 2001-ci ildə verilmiş JN:0096, 30712018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən və Qobustan rayon Dövlət Torpaq Komitəsinin 20 avqust 2004-cü il tarixli, 47 nömrəli arayışına əsasən özünə məxsus olan 5 ha torpaq sahəsini 5 milyon manat müqabilində İddiaçı satmışdır. Müqavilə satan Babaşxan Babayev və alan İddiaçı tərəfindən imzalanmışdır. Üçüncü şəxslər isə etirazlarında qeyd edir ki, iddia ərizəsində qeyd edilənlərin əksinə olaraq mübahisəli torpaq sahəsinin alqı- satqısı barədə pay sahibləri ilə iddiaçı arasında hər hansı müqavilə bağlanmamış və məhkəmənin iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsi tərəflərindən imzalanmamışdır. Digər tərəfdən Hüquqların Dövlət qeydiyyatı haqqında verilmiş çıxarışda bərabər qaydada pay sahibi olan paylı mülkiyyət sahiblərinin imza etmədiyi alqı-satqı müqaviləsi notariat orqanının notariusu tərəfindən hər hansı hüquqi əsaslarla təsdiq edilə bilməz. Lakin işin hallarından görünür ki, iddiaçılar Babayev Babaşxan Elxan oğlu, Babayev Tural Babaşxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Əhmədova Elnurə Babaşxan qızı, Babayev Xəyam Babaşxan oğlu və X7 cavabdeh Qobustan rayon Notariat ofisinə (İddiaçı üçüncü şəxs kimi cəlb olunmaqla) qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayonu, Xilmilli kəndi ərazisində torpağa mülkiyyət hüququna dair 14 fevral 2001-ci il tarixli (JN:0096, kod ********) Dövlət aktı və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 may 2011-ci il tarixdə irəlicədən payları göstərilməklə verilmiş Çıxarış əsasında mülkiyyətlərində olan torpaq sahəsinin alğısatqısına dair 23 avqust 2004-cü il tarixli, 4Ə23 reyestr nömrəsi ilə qeydə alınmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qobustan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(026)-23/2025 saylı qətnaməsinə əsasən iddiaçılar Babayev Babaşxan Elxan oğlunun, Babayev Tural Babaşxan oğlunun, Babayev Elnur Babaşxan oğlunun, Əhmədova Elnurə Babaşxan qızının, Babayev Xəyam Babaşxan oğlunun və X3 cavabdeh Qobustan rayon Notariat ofisinə (İddiaçı üçüncü şəxs kimi cəlb olunmaqla) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, “İddiaçı Babaşxan Babayevin 23 avqust 2004-cü il tarixli əqdi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamış olmasını da istisna edir. Belə ki, Mülki Məcəllənin 347.2-ci maddəsinə görə, şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və ya bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi vacib əhəmiyyətli yanılma sayılsa da, müqavilənin adının “torpağın alğı-satqısı barədə” olması və razılıq ərizələrində torpaq sahəsinin satılmasına etiraz edilmədiyinin qeyd olunması hər hansı bir vacib əhəmiyyətli yanılmanın mövcud olmadığını təsdiq edir. Bununla belə, hətta iddiaçı Babaşxan Babayev 23 avqust 2004-cü il tarixli alğı-satqı müqaviləsini vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamış olsaydı belə, o, həmin müqaviləni mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Belə ki, MM-in 354.2-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçılar hazırkı iddia ərizəsindən əvvəl də bir dəfə eyni tələblə məhkəməyə müraciət etmiş, lakin həmin iddia Qobustan Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(026)-184/2024 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı iş üzrə iddia ərizəsində iddiaçılar 23 avqust 2024-cü il tarixli müqavilədən yaxın vaxtlarda xəbər tutduqlarını bildirsələr də, sözügedən 2(026)-184/2024 saylı mülki iş üzrə iddia ərizəsində 23 avqust 2004-cü il tarixli müqavilədən yalnız 2023-cü ildə məlumatlı olduqlarını qeyd etmişlər. Hazırkı iş üzrə iddia ərizəsi 05 noyabr 2024-cü ildə verilsə də, həmin 2(026)- 184/2024 saylı iş üzrə iddia ərizəsi 04 mart 2024-cü ildə verilmişdir. Göründüyü kimi, iddiaçılar müqavilədən 2023-cü ildə məlumatlı olsalar da, həmin müqavilənin vacib əhəmiyyətli yanılma təsiri altında bağlanmış olmasına istinad edərək mübahisələndirmək üçün nəzərdə tutulmuş 1 aylıq kəsici müddəti ötürərək ilk dəfə yalnız 04 mart 2024-cü ildə iddia ərizəsi vermişlər.” Məhkəmə sorğusuna cavab olaraq Qobustan rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçılar Babayev Babaşxan Elxan oğlunun, Babayev Tural Babaşxan oğlunun, Babayev Elnur Babaşxan oğlunun, Əhmədova Elnurə Babaşxan qızının, Babayev Xəyam Babaşxan oğlunun və X3 cavabdeh Qobustan rayon Notariat ofisinə (İddiaçı üçüncü şəxs kimi cəlb olunmaqla) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Qobustan Rayon Məhkəməsi tərəfindən 03 mart 2025-ci il tarixdə iddianın rədd edilməsi barədə e-2(026)- 23/2025 saylı qətnamə qəbul edilmiş və həmin qətnamənin surəti 12 mart 2025-ci il tarixli məktubla tərəflərə rəsmi qaydada göndərilmişdir. Hazırda qətnamə qanuni quvvəsini almış və bugünkü tarixə qədər həmin qətnamədən apellyasiya şikayəti məhkəməyə daxil olmamışdır. Göründüyü kimi qeyd edilən müqavilə qüvvədədir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə Qobustan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(026)- 23/2025 saylı qətnaməsi preyudisial əhəmiyyət daşıyır. Lakin işin hallarından görünür ki, reyestr nömrəsi **********47, qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qobustan rayonu, Xilmilli kəndində yerləşən 5.8 ha torpaq sahəsi Babayev Babaşxan Elxan oğlu, Babayev Elnur Babaşxan oğlu, Babayev Tural Babaşxan oğlu, Babayev Xəyyam Babaşxan oğlu,Babayeva Elnurə Babaşxan qızı və X2 paylı mülkiyyətindədir. Həmin çıxarış əsasında Babayev Babaşxan Elxan oğlu 5.80 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixdə 4Ə-977 reyestr nömrəli müqavilə əsasında X6 özgəninkiləşdirmişdir. Bu halda iddiaçı Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********47 nömrəli çıxarışın 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən satılmış 5 ha hissəsində ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına ilkin olaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarış verilmiş, Babayev Tural Babaşxan oğlunun adı texniki səhv olaraq “Turan” qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə ********* qeydiyyat nömrəli, **********47 reyestr nömrəli yeni çıxarış verilmiş, qeyd edilən yanlışlıq düzəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Babayev Babaşxan Elxan oğlu və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********47 olan (xx.xx.2011-ci il və xx.xx.2022-ci il qeydiyyat tarixli) çıxarışın, 23 avqust 2004-cü il tarixli 4Ə-23 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış 5 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində olan məlumatların silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-366/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-366/2025
13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver