Məhkəmə qərarları › İş №2-1(118)-367/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-367/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-367/2020 04.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8rşı “Abşeron rayonu Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinin Cavabdehnə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Abşeron rayonu Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir. xx.xx.2008-ci il tarixdə iddiaçıya qeyd etdiyi ünvandakı 0,12 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarış və Torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Bundan iki il sonra o, mülkiyyətində olan qeyd etdiyi torpaq sahəsini hasara almaq istədikdə ona məlum oldu ki, həmin sahənin təxminən 50 m hissəsi yol kimi istifadə edilir. İddiaçı bununla əlaqədar cavabdeh təşkilata müraciət edərək həmin torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsini xahiş etmiş, xx.xx.2016-cı il tarixdə plan və ölçü sənədi yenidən tərtib edilərək iddiaçıya verilmişdir. Lakin bu dəfə də ona məlum olmuşdur ki, onun torpaq sahəsinin arxa və yan hissələri qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı iddiaçı 2018-ci ildə yenidən cavabdeh təşkilata müraciət etmiş, rəsmi cavabla ona bildirilmişdir ki, «Mütəxəssislər tərəfindən yerində aparılmış yoxlama ölçü işləri zamanı torpaq sahəsinin vətəndaş X3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsinə dair Məmmədli Bələdiyyəsi və Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış təqdim edilərsə DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi məsələsinə baxılacaqdır». İddiaçı Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsi barədə cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, caabdeh təşkilat ərizəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərmiş, qeyd etdiyi təşkilat ona imtina cavabı vermişdir. İddiaçı qeyd etdiyi təşkilatın hərəkətindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddia tələbi iddiaya cavab verməli olan cavabdehə qarşı yönəlmədiyi nəzərə alınaraq mümkün sayılmamış və bu barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixdə 2-1(085)-670/2019 saylı iş üzrə qərardad qəbul etmişdir. Bundan sonra iddiaçı Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsi barədə cavabdeh təşkilata xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, lakin ərizəsi cavabdeh təşkilat tərəfindən indiyə kimi cavablandırılmamışdır. Aşağıdakılara əsasən iddiaçı hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud nərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71 -ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını göziəmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunur, 10-cu maddəsinin 1 -ci abzasına əsasən həyətyam sahələr ve bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki- bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin (bundan sonra-Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında oian torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri öiçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturadə) və xəritədə müəyyən edilir. Həmin maddənin 6-cı hissəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaa sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.29-cu və 3.0.31 ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan hallərın araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağh deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərii olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 2008-ci il tarixdən indiyə kimi Abşeron rayonu Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin plan və ölçü sənədinin cavabdeh təşkilat tərəfindən düzgün tərtib edilmədiyinə görə onun həmin torpaq sahəsi üzərində qeyd etdiyi qanunvericiliklə müəyyənləşdirilmiş hüquqları pozulmuş, qeyd etdiyim ünvandakı torpaq sahəsinə indiyə kimi sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etirazında bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi barədə Cavabdehnə xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən vətəndaşın mülkiyyətində olan xx.xx.2008-ci il tarixli, **********19 reyestr nömrəli, 0.12 ha torpaq sahəsinin müayinə baxışına şərait yaradılmadığı üçün döngə nöqtələrinin koordinatlarını göstərmək mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən xx.xx.2007-ci il tarixdə **********39 reyestr nömrəsi ilə X4 adına qeydiyyatdan keçmiş (0.20 ha) torpaq sahəsinin 0.12 ha hissəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına xx.xx.2008-ci il tarixdə **********19 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarış və bölgü eskizinə əsasən mövcüd plan-ölçüdəki döngə nöqtələrinin koordinatları ilə plan-ölçü verilmişdir. Sonradan İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsini xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədində cari dəyişiklik edilmişdir. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 119 kv.m hissəsi **********10 reyestr nömrəsi ilə Çobanova Ramilə Möhübbət qızının mülkiyyətində olan 0.10 ha faktiki torpaq sahəsinə giriş-çıxış yolu kimi istifadə edilməkdədir, 7 kv.m hissəsi isə 29.12 23015-ci il tarixli **********98-10301 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq vətəndaşa bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq Məmmədli bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri Baş memar tərəfindən təsdiqlənmiş yerquruluşu xəritəsindən çıxarış (sxem) və azalmaya dair notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi təqdim ediləcəyi təqdirdə faktiki vəziyyətə uyğun olaraq plan-ölçü sənədinə cari dəyişiklik edilməsi məsələsinə baxıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məlumat üçün bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinin Əsasnaməsinə görə idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycar Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümlkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da əsaslı deyil. Belə ki, iş materiallarında olan MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi vardır. O torpaq sahəsini X2 almışdır. İş materiallarından görsənir ki, X5 0.20 ha torpaq sahəsinin 0.12 ha hissəsini alqısatqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ehtiyat fondu torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə **********19 reyestr nömrəsi ilə qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İddiaçı hazırda həmin torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsini istəyir. Lakin cavabdeh inzibati orqan qeyd edir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 119 kv.m hissəsi **********10 reyestr nömrəsi ilə Çobanova Ramilə Möhübbət qızının mülkiyyətində olan 0.10 ha faktiki torpaq sahəsinə giriş-çıxış yolu kimi istifadə edilməkdədir, 7 kv.m hissəsi isə 29.12 23015-ci il tarixli **********98-10301 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq vətəndaşa bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq Məmmədli bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri Baş memar tərəfindən təsdiqlənmiş yerquruluşu xəritəsindən çıxarış (sxem) və azalmaya dair notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi təqdim ediləcəyi təqdirdə faktiki vəziyyətə uyğun olaraq plan-ölçü sənədinə cari dəyişiklik edilməsi məsələsinə baxıla bilər. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi dövlət reyestrində saxlanan məlumatlara əsasən müvafiq olaraq digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşür. Bu cür qeydiyyat mövcud olduğu halda isə, cavabdeh inzibati orqanın iddiaçının faktiki istifadəsinə uyğun koordinatları müəyyən edən sənəd verməsi mümkün deyil. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. İddiaçı torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsini istəyir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mülkiyyətə dair hüquqları dövlət qeydiyyatına alması inzibati akt deyil, həmin orqan mövcud, qazanılmıış hüquqların dövlət qeydiyyatını aparmaqla hüquqi akt qəbul edir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş bir hüquqdur və ona mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər verilmişdir. İddiaçının faktiki istifadə vəziyyətinə uyğun müvafiq dəyişiklik edilməsini cavabdehdən tələbi isə digər şəxslərlə olan mübahisənin vəziyyətindən asılı ola bilər. Cavabdeh inzibati orqan qeyd edir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq Məmmədli bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri Baş memar tərəfindən təsdiqlənmiş yerquruluşu xəritəsindən çıxarış (sxem) və azalmaya dair notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi təqdim ediləcəyi təqdirdə faktiki vəziyyətə uyğun olaraq plan-ölçü sənədinə cari dəyişiklik edilməsi məsələsinə baxıla bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd edilən faktiki vəziyyət mövcud olduğu halda inzibati orqanın plan ölçü sənədində dəyişiklik etmək səlahiyyəti mövcud deyil. Torpaq sahələrinin mövcud mülkiyyət sənədlərində qeyd edilən koortinatlardan fərqli istifadə edilməsi isə qonşular arasında yaranmış mülki mübahisə kimi qiymətləndirlə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar