Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-367/2021 17.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçının xx xxx 1969-cu ildən xx xxxxxx 1969-cu il tarixədək, xx xxxx 1970-ci ildən xx xxxxxx 1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi dövrlərə dair arxiv arayışlarına əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşa görə Əmək pensiyası hesablanması üçün sənədlərini Dövlət sosial müdafiə fondunun Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Dövlət sosial müdafiə fondunun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 saylı məktubu ilə ona bildirilmişdir ki, əmək kitabçası olmadığından xx xxx 1969-cu ildən xx xxxxxx 1969-cu il tarixədək, xx xxxx 1970-ci ildən xx xxxxxx 1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından, 1969-cu ildə 15 yaşı olmadığından, Dövlət arxivinin Şamaxı filialında saxlanılan, 1969-1970-1971–1972-ci illərə dair əməyin ödənilməsinə dair hesablaşma kitablarında adı və soyadı qələmlə yazıldığından , verilən əmək haqqı isə sadə qələmlə yazıldığından və eyni zamanda xx xxxxxx 1974-cü ildən xx xxxxxx 1979-cu il tarixə kimi sovxozun əmək haqqı cədvəllərinin arxivdə olmaması səbəbindən ona pensiya təyin olunmasından imtina olunur. Hazırda işlədiyi müddətin əmək stajına daxil edilməsi və ona pensiya təyin olunması üçün məhkəmə qərarı tələb olunur. Bildirdi ki, o xx.xx.1955-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, fəhlə, sürücü işləmiş, çobançılıqla məşğul olduğundan müxtəlif rayonlarda, müxtəlif təsərrüfatlarda işləmişdir. Belə ki, ailəsi çoxuşaqlı ailə olduğundan 7-ci sinfi bitirəndən sonra xx xxxx 1969-cu ildə Quşçu kənd “Xaqani” adına sovxozda əmək fəaliyyətinə başlamışdır. Sovxoz direktorunun əmri də var. Səkkizinci sinifdə olarkən həmişə dərsdən sonra azyaşlı kimi işləmişdir. 1969-1970-1971-1972-ci illərə dair əməyin ödənilməsinə dair hesablaşma kitablarında əmək haqqının sadə qələmlə yazılması və xx xxxxxx 1974–cü ildən xx xxxxxx 1979-cu il tarixə kimi sovxozun əmək haqqı cədvəllərinin arxivdə olmaması bütün bu illərə dair əmək kitabçasının olmaması onun günahı deyil. O Quşçu kənd “Xaqani “ adına sovxozda Yeni Astraxanovka sovxozunda işləmiş və bu illərə dair sığorta haqqları da sovxoz tərəfindən ödənilib. Hesab edir ki, DSMF-nin Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının vəkili və nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini və cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialı kimi nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, rayonun Quşçu kəndində yaşayan İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etdiyi arxiv arayışlarına DSMF tərəfindən imtina edilmişdir. Cavbdeh təşkilat imtinasını onunla əsaslandırmışdır ki, 1969-cu ildə cavabdehin 14 yaşı olmuş və buna görə də onun 1969cu ildən 1971-ci ilə kimi olan müddətini sığorta stajına daxil olması mümkün deyil. Bundan başqa Şamaxı rayon Arxiv İdarəsi tərəfindən təqdim edilmiş iddiaçının xx xxxxxx 1974-cü ildən xx xxxxxx 1979-cu il tarixinədək “Xəqani” adına sovxozda aldığı əmək haqqı cədvəlinin olmaması onun qeyd olunan müddətdə işləməməsinə dəlalət edir.1969,1970,1971 və 1972-ci illər üçün verilmiş əməyin ödənişi üzrə hesblaşma kitablarında iddiaçının adı və soyadı qələmlə yazılmışdır. Qanunvericiliyin tələbləri baxımından iddiaçıya pensiyaya çıxmaq üçün 25 il əmək stajı tələb olunur, lakin iş materiallarına əlavə edilmiş sənədlərdən onun hərbi xidmətdə olma müddəti daxil 22 il 11 ay 09 gün əmək stajı var. Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbini təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi X3 eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 saylı imtina məktubu, etiraz ərizəsi, Şamaxı rayon Dövlət Arxivinin verdiyi arxiv arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaşın və sosial sığorta stajının olmaması, iddiaçıya yaşa görə pensiya hüququnun yaranması qanunvericiliyin tələbi kimi mümkün deyildir. İddiaçı hazırda yuxarıda əmək stajının arxiv arayışlarına əsasən daxil edildiyi təqdirdə pensiya yaşına çıxmaq hüququnu tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. İddiaçı qeyd olunan qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranacaqdır . Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi arxiv arayışına əsasən ona yaşa görə əmək pensiyası təyin etmək mümkündür. Belə ki, cavabdeh təşkilat təqdim edilmiş arxiv arayışlarına əsasən iddiaçının ümumilikdə 22 il 11 ay 09 gün olmasını mübahisələndirmir və arxiv arayışlarında göstərilmiş 1976-ci ildən 1979-ci ilə kimi müddəti İddiaçı əmək haqqı barədə məlumat olmadığına görə həmin müddəti sığorta stajına daxil edilməsinə etiraz edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, vətəndaşın əmək haqqının alıb alması onun işə götürənlə bağlanmış əmək müqaviləsi üzrə münasibətlərin olmamasına dəlalət edə bilməz. Nəzərə alınmalıdır ki, Dövlət X5 rayon filialının xx xxxxxx 2019-cu il tarixli 782 saylı məktubuna əsasən İddiaçı əmək haqqı cədvəllərinin olmamasına səbəb kimi onun işlədiyi Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozun 1974-cü ildən 1980-ci ilə kimi əmək haqqı cədvəllərinin və şəxsi hesab kitablarınn Dövlət Arxivinin Şamaxı filialına təhvil verilməməsi göstərilmişdir. Dövlət Arxivinin Şamaxı filialının İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 782 saylı arxiv çıxarışından məlum olur ki, İddiaçı 02 saylı xx xxxxxx 1976-cı il tarixində Xəqani adına sovxoza fəhlə qəbul edilmiş və 01 saylı xx xxxxxx 1997-ci il tarixli əmr ilə islahatla əlaqədar işdən azad olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Xəqani adına sovxozda işlədiyi 1976-cı ildən 1979 ilə kimi olan müddət onun əmək stajına daxil edilməlidir. Məhkəmə iddiaçının iş stajının müəyyən olunmasında müvafiq arayışda göstərilmiş iş fəaliyyətinin 1969-cu ildən deyil 1970-ci ilin iyul ayından sonrakı dövrə hesablanmalı olmasına dair gəldiyi nəticəni onunla əsaslandırı ki, zaman etibarı ilə qüvvədə olan Qanunvericiliyə əsasən 15 yaşdan aşağı şəxslərin əməyə cəlb edilməsi yolverilmədiyinə görə İddiaçı 15 yaşının tamam olduğu xx xxxx 1970-ci il tarixdən sonrakı dövrlər ona yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Qeyd olunan hesablamaya görə İddiaçı Sadir oğlunun əmək stajı 26 il 11 ay 10 gün (24 il 11 ay 10 gün stajı + 2 il hərbi xidmət dövrü) təşkil edir. Həmin müddətə onun 25 illik sığorta stajı yaranmamışdır. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı əmək pensiyası hüququ yaşa və əmək stajına görə yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçının 15 yaşının tamam olduğu dövrdən, yəni xx xxxx 1970-ci ildən sonra işlədiyi və dövlət arxivinin arayışlarında göstərilmiş xx xxxx 1970-ci ildən xx xxxxxx 1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda, xx xxxxxx 1997-ci ildən xx xxxxxx 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi dövrlər ona pensiya təyinatının hesablanması zamanı nəzərə alınmalı və iddiaçıya hüququn yarandığı (64 il 6 ay) xx.xx.2020-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 15 yaşının tamam olduğu dövrdən, yəni xx xxxx 1970-ci ildən sonra işlədiyi və dövlət arxivinin arayışlarında göstərilmiş xx xxxx 1970-ci ildən xx xxxxxx 1996-cı il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda, xx xxxxxx 1997-ci ildən xx xxxxxx 1997-ci il tarixə kimi Yeni Astraxanovka sovxozunda işlədiyi dövrlər pensiya təyinatının hesablanması zamanı nəzərə alınsını və ona hüququn yarandığı (64 il 6 ay) xx.xx.2020-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-367/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-367/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver