Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3670/2025 01.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) GİRİŞ HİSSƏ X2-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********184046 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********189551 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********182776 saylı Qərarına əsasən, İddiaçı MMC-də (VÖEN**********) növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi xx.xx.2024-cü il tarixli **********184046 nömrəli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin Akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189551 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarla iddiaçı barəsində 634267,15 manat əlavə vergi məbləği və 317133,59 manat maliyyə sanksiyası hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən, yoxlama zamanı maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyi üçün mübahisələndirilən qərar (inzibati akt) tamamilə qanunsuzdur və ləğv olunmalıdır: Cavabdeh Aktın 1.8-ci bəndində xx.xx.2023cü il tarixli qərarlar əsasında operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyini və müəssisədən onun fəaliyyətini əks elətdirən elektron faylların götürüldüyünü qeyd etmişdir. İlk öncə bildirir ki, operativ vergi nəzarəti tədbirinin predmeti nəzarət kassa aparatından istifadə qaydalarının, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinin yoxlanmasından ibarət olmuşdur. Cavabdeh isə həmin nəzarət tədbirlərinin predmetlərinə zidd olaraq vergi ödəyicisinin elektron qurğularına müdaxilə etmişdir. Vergi Məcəlləsinin 43.5-ci maddəsinə görə, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır (həmin norma Məcəllənin 50.6cı maddə olaraq operativ vergi nəzarəti tədbirlərinə də şamil edilir). Bununla bağlı kassasiya instansiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1971/2023 saylı Qərarının 38-ci bəndində qeyd olunmuşdur ki, ... Halbuki, Vergi Məcəlləsinin 43.5-ci maddəsinə görə, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Yəni əmək münasibətlərinin yoxlanılması zamanı yalnız həmin məsələlərə dair sənədlər vergi ödəyicisindən tələb oluna bilərdi. Vergi ödəyicisi tədbiri əhatə edən hər hansı sənədi könüllü şəkildə təqdim etmədikdə isə bununla bağlı Vergi Məcəllənin 43.11-ci maddəsinə uyğun olaraq, vergi orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.”. Göründüyü kimi, cavabdeh tərəfindən vergi ödəyicisinin elektron qurğusuna müdaxilənin qanunsuz olmasına dair kassasiya instansiyasının da mövqeyi aydındır. Bundan əlavə, yoxlama zamanı iddiaçının təsərrüfat obyektlərinə baxış keçirilsə də, (xx.xx.2024-cü il tarixli protokolla rəsmiləşdirilmişdir) həmin məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü və 3.4.9-cu bəndlərinə əsasən, həmin məlumat reyestrə daxil edilməli idi. Həmin Əsasnamənin 1.4-cü bəndinə görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinin tələbləri pozulduğu üçün yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa, yoxlama zamanı cavabdehin qərarları ilə yoxlamanın müddəti mütəxəssis dəvət edilməsi əsası ilə 53 gün dayandırılsa da, sonda rəy verilməsinin mümkün olmaması barədə məktub verilmişdir. Əgər həqiqətən də rəy verilməsi mümkün deyildirsə, cəlb olunan mütəxəssi bunu ağlabatan qısa müddətdə (təxminən 10-15 gün) bildirə bilərdi. Amma yoxlamanın 53 gün mütəxəssis dəvət olunması əsası ilə dayandırılması bu addımın formal olaraq atıldığını, əvvəlcədən hər hansı rəyə ehtiyac olmadığını, yalnız vaxt qazanmaq məqsədilə edildiyini təsdiq edir. Mübahisənin mahiyyəti ilə bağlı isə bildiririk ki, cavabdehin istnad etdiyi elektron faylların Cəmiyyətlə heç bir bağlılığı yoxdur və reallığı əks etdirmir. Ümumiyyətlə, belə qaydada hesablamalarla bağlı kassasiya instansiyasının vahid formalaşmış mövqeyi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1971/2023 saylı (S.Kərimov), xx.xx.2023-cü il tarixli 2-1(102)-583/2023 saylı (X.Məmmədov), xx.xx.2023-cü il tarixli 2- 1(102)-1205/2023 saylı (N.Rəsulbəyova), xx.xx.2023-cü il tarixli 2-1(102)-2504/2023 saylı ( R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-608/2022 saylı (K.Bədəlov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1245/2022 saylı (Z.Quliyev), xx.xx.2024-cü il tarixli 2-1(102)-1083/2024 saylı (Z.Quliyev), xx.xx.2023-cü il tarixli 2-1(102)-2257/2023 saylı (N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2-1(102)-2289/2022 saylı (N.Rəsulbəyova), xx.xx.2024-cü il tarixli 2-1(102)-874/2024 saylı (N.Rəsulbəyova), xx.xx.2024-cü il tarixli 2-1(102)-15/2024 saylı (K.Bədəlov), xx.xx.2024-cü il tarixli 2-1(102)-15/2024 saylı (K.Bədəlov), xx.xx.2024-cü il tarixli 2-1(102)- 840/2024 saylı (S.Kərimov) qərarlarında əks etdirilən vahid mövqe ondan ibarətdir ki, qara mühasibatlıq məlumatları vergilərin hesablanmasının əsasını təşkil edə bilməz. Bundan əlavə, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən, həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir. Həmçinin, kassasiya instansiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-840/2024 saylı Qərarında qeyd olunmuşdur ki: “Məhkəmə kollegiyası cavabdeh tərəfindən “qara mühasibatlıq” sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya məhkəməsinin formalaşmış hüquqi mövqeyinə sadiqliyini bir daha vurğulayaraq qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir”. Həmçinin, xx.xx.2023-cü il tarixli 2-1(102)-1971/2023 saylı Qərarda göstərilmişdir ki, “Məhkəmə kollegiyası qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olubolmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırki qərarın 17-ci bəndində istinad olunan oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir.”. Göründüyü kimi, hazırki mübahisə ilə eynilik təşkil edən çoxsaylı işlər üzrə vahid təcrübə formalaşmışdır. Onu da bildirir ki, iddiaçı vergitutma məqsədləri üçün gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi, "Mühasibat uçotu haqqında" AR Qanunu və habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərinə uyğun yerinə yetirmiş, apardığı əməliyyatları qanunauyğun formada rəsmiləşdirmişdir. Bütün sadalananları ümumiləşdirirək bildiririk ki, iddiaçı barəsində qəbul olunmuş inzibati akt tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır.
4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********182776 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, **********184046 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189551 nömrəli qərar çıxarılmışdır. Səyyar vergisi yoxlaması ilə vergilərin hesablanmasına əsas səbəb İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ona məxsus təsərrüfat subyektlərində olan kompüter və noutbuklardan elektron daşıyıcılarda götürülmüş sənədlərdə olan məlumatlar olmuşdur. İddiaçı MMC yoxlanılan dövrdə tort və şirniyyat məhsullarının istehsalı və respublika ərazisində satışı fəaliyyəti ilə məşğul olmuşdur. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlara əsasən, keçirilən nəzarət tədbirləri zamanı vergi ödəyicisinə məxsus kompüterlərdən elektron və kağız daşıyıcılarda götürülmüş materiallar araşdırılmış və “2022 satis” və “2023 satis” adlı “Microsoft excel” proqram təminatında satış məlumatlarını, o cümlədən malların adı, dövrü (il), miqdarı və dəyər göstəriciləri əks olunan satış məlumatları ilə yoxlama ilə əhatə olunan dövr üzrə təqdim etdiyi bəyannamələrdə olan göstəricilər müqayisə olunarkən satış dövriyyələrinin hesabatlarda tam əks etdirilmədiyi müəyyən edilmiş və hesablama qeyd olunan elektron fayllardakı məlumatlar əsasında aparılmışdır. Sadələşdirilmiş vergi üzrə: Yoxlanılan xx.xx.2021-xx.xx.2022-ci il dövründə cəmiyyət sadələşdirilmiş verginin ödəyicisi olmuş, 232.222,31 manat dövriyyə bəyan etmiş və 4.644,44 manat sadələşdirilmiş vergi ödəmişdir. OVN tədbiri zamanı götürülmüş elektron fayllarda “2022 satis” adlı excel faylında malın adı, miqdarı, dəyəri əks olunan 2022-ci ilə aid satış dövriyyəsini əks etdirən məlumatlar müəyyən edilmişdir. İddiaçı MMC xx.xx.2022-ci il tarixədək sadələşdirilmiş vergi ödəyicisi olmuş və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövrdə bu tədiyyə üzrə 232.222,21 manat (2022-ci ilin 1-ci rübündə 73.708,17 manat, 2-ci rübündə 158.514,04 manat olmaqla) dövriyyə bəyan etmişdir. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixindən etibarən ƏDV ödəyicisi olmuş və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövriyyəsi 969.286,11 manat təşkil etmişdir. OVN tədbiri zamanı götürülmüş elektron fayllardan “2022 satis” excel cədvəlində əks olunmuş satış məlumatlarında vergi ödəyicisinin satış dövriyyəsi 2.037.686,32 manat müəyyən edilmiş və vergilər aşağıdakı kimi hesablanmışdır: 2022-ci il üzrə vergi ödəyicisinin ümumi dövriyyəsi 1.201.508,32 manat (232.222,21 (SV)+969. 286,11 (ƏDV)) olmuş, bu dövriyyədə sadələşdirilmiş vergi dövriyyəsinin xüsusi çəkisi (232.222,21/1. 201.508,32) 19.33%, ƏDV dövriyyəsinin xüsusi çəkisi isə (969.286,11/1.201.508,32) 80.67% olmuşdur. Götürülmüş sənədlərə əsasən 2022-ci il üzrə satış dövriyyəsinin 2.037.686,32 manat olmasını nəzərə alaraq, sadələşdirilmiş vergi üzrə azaldılmış dövriyyə 161.612,72 manat (2.037.686,32*19. 33%=393.884,76-232.222,21) müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 67.1.9-cu, 218.1.1-ci, 219.1-ci və 220.1-ci maddələrinə əsasən əlavə olaraq 3.232,26 manat sadələşdirilmiş verginin azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.616,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X4 üzrə: Vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsini Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etmiş, xx.xx.2022-ci il tarixli **********2 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi almış və bildiriş xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələri vergi orqanına vaxtında təqdim edilmiş, dövriyyə aşağıdakı kimi olmuşdur: 2022-ci ilin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövrdə vergi ödəyicisinin (ƏDV-siz) təqdimetmə dövriyyəsi 821428,91 manat, (ƏDV-siz) daxilolma dövriyyəsi 821093,18 manat, ƏDV məbləği 147796,77 manat, əvəzləşdirilən ƏDV-nin məbləği 153165,26 manat olduğundan büdcəyə ödənilmiş ƏDV məbləği olmamışdır. 2023-cü il üzrə təqdimetmə dövriyyəsi 2898030,94 manat, daxilolma dövriyyəsi 2896120,04 manat, ƏDV məbləği 521301,61 manat, əvəzləşdirilən ƏDV-nin məbləği 515137,41 manat, büdcəyə ödənilmiş ƏDV məbləği 6164,20 manat olmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində təqdimetmə dövriyyəsi 1158989,01 manat, daxilolma dövriyyəsi 1157787,01 manat, ƏDV məbləği 208401,66 manat, əvəzləşdirilən ƏDV-nin məbləği 203060,21 manat, büdcəyə ödənilmiş ƏDV məbləği 5341,45 manat olmuşdur. Ümumilikdə, cəmiyyətin ƏDV ödəyicisi olduğu xx.xx.2022-xx.xx.2024-ci il dövrdə vergi orqanında olan baza məlumatlarına əsasən (kameral vergi yoxlaması nəzərə alınmaqla) ƏDV-yə cəlb edilən təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 4878448,86 manat, daxil olma dövriyyəsi 4875000,23 manat, ƏDV məbləği 877500,04 manat, ƏDV-dən azad olunan və 0 dərəcə ilə təqdim edilmiş mal, iş və xidmətlər olmamış, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin məbləği 871362,88 manat, büdcəyə ödənilmiş ƏDV 6137,16 manat olmuşdur. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********0706 №-li qərarı ilə İddiaçı MMC-yə məxsus təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətin fəaliyyət göstərdiyi ünvanlardan elektron fayllar və kağız daşıyıcısında məlumatlar aşkar edilərək götürülmüşdür. Operativ vergi nəzarəti zamanı elektron və kağız daşıyıcılarda götürülmüş məlumatlar araşdırılmış və “2022 satis” və “2023 satis” adlı “Microsoft Excel” proqram təminatında tərtib olunmuş satış məlumatları müəyyən edilmişdir. İddiaçı MMC xx.xx.2022-ci il tarixinədək sadələşdirilmiş vergi ödəyicisi olmuş və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövrdə bu tədiyyə üzrə 232222,21 manat dövriyyə bəyan etmişdir. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixindən etibarən ƏDV ödəyicisi olmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ola dövr ərzində 969286,11 manat satış dövriyyəsi bəyan etmişdir. OVN tədbiri zamanı götürülmüş elektron fayllardan “2022 satis” excel cədvəlində əks olunmuş satış məlumatları çeşidlənmiş və vergi ödəyicisinin satış dövriyyəsi 2037686,32 manat müəyyən edilərək vergilər aşağıdakı kimi hesablanmışdır: 2022-ci il üzrə vergi ödəyicisinin ümumi dövriyyəsi (232222,21 (SV)+969286,11 (ƏDV) ) 1201508,32 manat olmuş, bu dövriyyədə sadələşdirilmiş vergi dövriyyəsinin xüsusi çəkisi (232222,21/1201508,32) 19,33%, ƏDV dövriyyəsinin xüsusi çəkisi isə (969286,11/1201508,32) 80.67% olmuşdur. Götürülmüş sənədlərə əsasən 2022-ci il üzrə satış dövriyyəsinin 2037686,32 manat olmasını nəzərə alaraq, ƏDV üzrə azaldılmış dövriyyə (2037686,02*80,67%=1643851.09/1,18=1393094,14- 821428,00) 571.665,23 manat, azaldılmış vergi məbləği (571665,23*18%) 102.899,74 manat müəyyən edilmişdir. Vergi ödəyicisi 2023-cü il ərzində təqdim edilmiş ƏDV bəyannamələrində 2898030,94 manat satış dövriyyəsi bəyan etmişdir. OVN tədbiri zamanı götürülmüş elektron fayllardan “2023 satis” excel cədvəlində əks olunmuş satış məlumatları çeşidlənmiş və vergi ödəyicisinin satış dövriyyəsi 4796288,98 manat, azaldılmış dövriyyə 1898258,04 manat olmaqla, azaldılmış ƏDV (1898258,04 x18%) 341.686,45 manat müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2024-cü il tarixindən 31,03.2024-cü il tarixədək olan dövr üzrə ƏDV kənarlaşması müəyyən edilməmişdir. Beləliklə, Vergi Məcəlləsinin 67.1.9-cu, 153.1 -ci, 161.1 -ci və 159-cu, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu, 2.1.11 -ci maddələrinə əsasən əlavə olaraq ümumilikdə 444.586,19 manat ƏDV-nin azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 222.293,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə (hesablama metodu) əsasən malların təqdim edilməsindən gəliri 821461,15 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərcləri 965380,74 manat, zərər 143919,59 manat göstərməklə vergiyə cəlb olunan mənfəəti olmamışdır. 2023-cü il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə (hesablama metodu) əsasən malların təqdim edilməsindən gəliri 2904108,70 manat, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərcləri 2804608,30 manat göstərilməklə vergiyə cəlb olunan mənfəəti 99500,40 manat, mənfəət vergisi 19900,08 manat göstərilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi gəlirləri və xərcləri barədə sənədləri tam təqdim etməmişdir. Beləliklə, Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən, analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və xx.xx.2024-cü il tarixli **********723100 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmuş, lakin əldə olunmuş xx.xx.2024-cü il tarixli **********442900 nömrəli cavab məktubunda yoxlanılan dövr üzrə İddiaçı MMC-nin fəaliyyətinə uyğun olan analoji vergi ödəyicisinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Yoxlama ilə əhatə olunan 2022 və 2023-cü illərin mənfəət vergisinin düzgünlüyünün yoxlanılması məqsədi ilə vergi ödəyicisinin xərclərinin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən xərcləri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında müəyyən edilmişdir. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********0706 №-li, **********0705 №-li, **********0708 №-li, **********0707 №-li, **********0711 №-li, **********0712 №-li, **********0710 №-li, **********0709 №-li qərarları ilə İddiaçı MMC-yə məxsus təsərrüfat subyektlərində operativ vergi nəzarəti tədbiri keçirilmiş və xx.xx.2023-cü il tarixli **********0727 №-li "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərara əsasən ödəyicinin fəaliyyət göstərdiyi ünvanlardan cəmiyyətə məxsus və onun fəaliyyətini əks etdirən elektron fayllar və kağız daşıyıcısında məlumatlar aşkar edilərək götürülmüş və “2022 satis” və “2023 satis” adlı “Microsoft excel” proqram təminatında satış məlumatları, o cümlədən malların adı, dövrü (il), miqdarı və dəyər göstəriciləri əks olunan satış məlumatları müəyyən edilmişdir. Beləliklə, OVN tədbiri nəticəsində götürülmüş elektron fayllardakı satış məlumatlarına əsasən cəmiyyətin 2022-ci il üzrə gəlirləri 1.393.094,14 manat, 2023-cü il üzrə gəlirləri isə 4.796.288,98 manat müəyyən edilmiş və vergilər aşağıdakı kimi yenidən hesablanmışdır: G = X : 100 x R G - Vergiyə cəlb olunmalı gəlir məbləği X - Vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. 2022-ci il üzrə: G =1393094,14/120 x 20 =232182,36 * 20% = 46436,47 2023-cü il üzrə: G = 4796288,98 /120 x 20 =799381,50 * 20% = 159876,30 Beləliklə, vergi ödəyicisinin mənfəət vergisi bəyannamələrində hesablanmış mənfəət vergisi nəzərə alınaraq 2022-ci il üzrə 46436,47 manat, 2023-cü il üzrə 139976,22 manat olmaqla, (159876,30-19900,08) ümumilikdə, yoxlama dövründə Vergi Məcəlləsinin 67.1.9-cu, 103.1 ci, 104.1-ci və 105.1-ci maddələrinə əsasən 186.412,69 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 93206,35 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən: -2022-ci ilin 2-ci rübündə icarə haqqı üzrə gəlir 17792,60 manat olmaqla 2490,96 manat; -2022-ci ilin 3-cü rübündə icarə haqqı üzrə gəlir 41072,99 manat olmaqla 5750,22 manat; -2022-ci ilin 3-cü rübündə icarə haqqı üzrə gəlir 70887,09 manat olmaqla 9924,19 manat; -2023-cü ilin 1 -ci rübündə icarə haqqı üzrə gəlir 70887.09manat olmaqla 9924,19 manat; -2023-ci ilin 2-ci rübündə icarə haqqı üzrə gəlir 70887.09manat olmaqla 9924,19 manat; -2023-ci ilin 3-cü rübündə icarə haqqı üzrə gəlir 70883,76 manat olmaqla 9923,73 manat; -2023-cü ilin 4-cü rübündə icarə haqqı üzrə gəlir 72833,76 manat olmaqla 10196,73 manat; -2024-ci ilin 1 -ci rübündə icarə haqqı üzrə gəlir 72833,76 manat olmaqla 10196,73 manat ödəmə mənbəyində tutulan vergi bəyan edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən ödənilən icarə haqları üzrə göstərilmiş gəlirlərdə kənarlaşma müəyyən edilməmişdir. Lakin, cəmiyyət tərəfindən tərtib edilmiş elektron alış aktları üzrə vergiyə cəlb edilən məbləğ göstərilməməklə vergilərin azaldılması müəyyən edilmişdir. Belə ki,2022-ci ilin 3-cü rübü üzrə ödənilmiş məbləğ 520,50 manat az göstərildiyi üçün əlavə olaraq 26,03 manat, 2022-ci ilin 4cü rübü üzrə 199,50 manat az göstərildiyi üçün əlavə olaraq 9,98 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. Ümumilikdə, yoxlanılan dövrdə azaldılmış ödəmə mənbəyindən tutulan vergi məbləğinin 36,01 manat olduğu müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yekun olaraq yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən ƏDV üzrə 444.586,19 manat, mənfəət vergisi üzrə 186.412,69 manat, sadələşdirilmiş vergi üzrə 3.232,26 manat, ödəmə mənbəyindən tutulan vergilər üzrə 36,01 manat olmaqla, ümumilikdə 634.267,15 manat vergilərin dövlət büdcəsindən yayındırılması halı müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 317.133,59 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
7. İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
9. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
10. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixli qərarının mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır.
12. İddia mümkündür.
IV. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: 38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 43. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi] 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; ... 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir(xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur). 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.(xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur). 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.2. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
IV. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
19. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********189551 saylı Qərarına əsasən, İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi xx.xx.2024-cü il tarixli **********184046 nömrəli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin Akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189551 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarla iddiaçı barəsində 634267,15 manat əlavə vergi məbləği və 317133,59 manat maliyyə sanksiyası hesablanmışdır.
20. Cavabdeh tərəfindən səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad olunmaqla növbədənkənar növdə başlanmışdır. Lakin cavabdeh tərəfindən qeyd olunan növdə yoxlamanın başlanmasına əsas olan mənbəyi bəlli məlumat məhkəməyə təqdim edilməmişdir.
21. Yoxlama zamanı 3 (üç) dəfə vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası ilə yoxlama dayandırılmışdır. Lakin cavabdeh vergi ödəyicisinin rəhbərinin ərizəsi ilə yanaşı qeyd olunan halı təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Bununla da, yoxlamanın hüquqi əsas olmadan ardıcıl dayandırıldığı müəyyən edilmişdir.
22. Məhkəmə bildirir ki, cavabdehin vergilərin hesablanmasında yalnız qara mühasibatlıq məlumatlarına istinad etmişdir. İş materialında olan sənədlərlə müəyyən olunur ki, cavabdeh tərəfindən əvvəl operativ vergi nəzarəti (OVN) tədbiri həyata keçirilmişdir. Həmin tədbirin məqsədi əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi olmuşdur. Lakin cavabdeh tərəfindən Vergi Məcəlləsinin 43.5-ci maddəsinin tələblərinə zidd olaraq tədbirin mahiyyətinə uyğun gəlməyən hərəkətlərə yol verilmiş, iddiaçının mülkiyyətində olan elektron avadanlıqlara müdaxilə olunmuşdur. Bundan sonra, həmin məlumatlar cavabdeh tərəfindən emal olunaraq iddiaçının dövriyyəsi kimi qiymətləndirilmişdir. Halbuki, qeyd olunan formada əldə olunmuş məlumatlar mötəbər sübut kimi qiymətləndirilə bilməz.
23. Həmçinin, məlumatların sonradan emal olunması onun həqiqiliyini də şübhə altına almışdır.
24. Məhkəmə qara mühasibatlıq predmeti üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən bildirir ki, “qara mühasibatlıq” məlumatları Vergi Məcəlləsinin 12-ci maddəsi ilə müəyyən olunan vergitutma elementlərini - vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.
25. Eyni zamanda, əlavə vergilərin hesablanması üçün həmin məlumatlarda yazılan məbləğlərin pul vahidini ifadə etdiyi və vergi ödəyicisinə ödənildiyi aşkar müəyyən olunmalıdır. Bu əsas Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbindən irəli gəlir. Başqa sözlə, qara mühasibatlıq məlumatları ehtimallar üzərindən qiymətləndirilməməli, oradakı göstəriciləri şübhə altına alacaq hər hansı imkana malik olmamalıdır.
26. Bundan başqa, həmin məlumatlar onların həqiqiliyi baxımından inzibati icraat çərçivəsində vergi ödəyicisinin rəsmi əməliyyatları ilə müqayisəli şəkildə təhlil edilməli və üzləşdirmə aparılmalı, qarşı tərəf şəxslərin münasibəti öyrənilməli, bir sözlə götürülən məlumatların həqiqiliyi istiqamətində yetərli araşdırma aparılmalıdır.
27. Həmçinin, “qara mühasibatlıq” məlumatları vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” məlumatları müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Hazırki işdə isə cavabdehin həmin məlumatları inzibati icraat zamanı araşdırdığı, hər hansı digər məlumatlarla üzləşdirdiyi və təkzibolunmaz faktlarla sübuta yetirdiyinə dair hər hansı dəlil müəyyən edilmir.
28. Məhkəmə bildirir ki, iddiaçı barəsində aparılan sadələşdirilmiş vergi, ƏDV və mənfəət vergisi üzrə hesablamalar qara mühasibatlıq məlumatları əsasında olduğundan həmin hesablamalar qanunauyğun olmamışdır.
29. Bundan başqa, mənfəət vergisi həm də birbaşa şərti rentabellik norması tətbiq olunmaqla hesablanmışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.Yəni, iddiaçının gəlirləri qara mühasibatlıq məlumatları əsasında artırılmasından əlavə, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl etmədən mənfəətin şərti müəyyən olunması metodundan istifadə etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67-ci maddəsinə görə mənfəətin müəyyən olunmasının real əsasları mövcuddur - əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları və s. Qeyd olunan formada hesablamalara münasibətdə formalaşmış vahid məhkəmə təcrübəsini nəzərə alaraq Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən edərkən qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməmişdir.
30. İddiaçı barəsində ödəmə mənbəyində vergilər üzrə hesablanan 36.01 manat vergi və həmin məbləğə tətbiq olunmuş maliyyə sanksiyasına münasibətdə isə Məhkəmə bildirir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması mənbəyi bəlli məlumat olmadan başlanmışdır və bu hal inzibati aktın ləğv olunması üçün əsaslardan biridir. Həmçinin, cavabdeh qeyd olunan hesablamaya dair təsdiqedici sənədləri məhkəməyə təqdim etmədiyindən həmin hesablamanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
31. Məhkəmə qeyd edir ki, oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-757/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “...11.Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri gözlənilmədən qəbul edilən yoxlamanın keçirilməsi haqqında qərar artıq formalhüquqi baxımdan qüsurlu sayılır. İlk növbədə qeyd edilməlidir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə, aşağıdakı səbəblərdən irəli gəlir. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 751/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1089/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 2429/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-2106/2024 nömrəli qərarları). 12. Həmçinin qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də səyyar vergi yoxlaması müddətinin uzadılmasına dair qərarın reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından səyyar vergi yoxlaması müddətinin uzadılmasına dair qərarın qəbul edilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir. Bu baxımdan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, vergi ödəyicisi barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)-810/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1174/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1741/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 2429/2024 nömrəli qərarları). 13. Həmçinin vahid məhkəmə təcrübəsinə əsasən, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün yetərli məlumatları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olubolmaması müəyyən olmalıdır. Lakin hazırkı iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 851/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1245/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1971/2023 nömrəli qərarları). 14. Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2181/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-943/2024 nömrəli qərarları)”.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
33. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı MMC barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 17 dekabr 2024-cü il tarixli **********189551 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X2-Abbaszadə