Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3674/2025 27.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “3 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və 3 oktyabr 2024-cü il tarixdən orqanizm funksiyalarının 61-80% ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı Cavabdehnə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3 oktyabr 2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə qərarını ləğv edilərək, 2 dekabr 2022-ci il tarixdən əlilliyinin müəyyən edilməsinə dair qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-15659/2024 nömrəli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2nin əlilliyin təyin olunmasında imtina barədə 3 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və İddiaçı 3 oktyabr 2024-cü il tarixdən orqanizm funksiyalarının 61- 80% pozulmasına görə əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixində ona ümumi xəstəlik səbəbi ilə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq 2-ci dərəcə çatışmazlığı (101-109, 111.0,113- 113.2,120-125,130-131.9,133); stenokardiyanın digər formalar, paroksizmal taxkikardiya, supra ventrikulyar paraksizmal taxkikardiya essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi lll-dərəcə tez-tez baş verən krizislər, digər oynaqların birincili artrozu, hər iki diz oynaqlarının artrozu, kantrakturası, diffuzurla müşayiət olunan trieotoksikoz, diffyuz toksiki zob lll-İV dərəcə, tokski miokardit. Miokardiodistrofiya durğunluq ürək çatmazlığı, ÜÇ- İİİ.Fs) 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Həmin tarixdən də əlilliyə görə əmək pensiyası təyin olunaraq ödənilməyə başlanılmışdır. xx.xx.2022-ci il tarixində əlilliyin müddəti başa çatmış və həmin ilin avqust ayının 1-dən pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə xəstəliyi ilə bağlı tibbi sənədləri toplayaraq X5 təqdim etmiş, xəstəxana tərəfindən “Forma 88” adlanan göndəriş Tibbi-Sosial Ekspert Komissiyasına elektron qaydada göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixində əlliyin təyin edilməsindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi əlavə müalicəyə ehtiyacın olması, xəstənin müalicə müddətinin yetərli olmaması göstərilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində təkrar olaraq əlilliyin qiymətləndirilməsi üçün müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Sonuncu xx.xx.2024cü il tarixli qiymətləndirmə zamanı imtinanın səbəbi kimi diaqnoz əlillik əlamətləri təyin etməməsi, diaqnoz və ağırlaşmalar əlillik təyinatına əsas verməməsi göstərilmişdir. İddiaçı cavabdehin əlilliyin təyin edilməsindən imtinaya dair qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı xəstəliyi ilə bağlı tibb müəssisələrində dəfələrlə stasionar və ambulator müalicə və müayinələrdə olmuşdur. Lakin bütün müalicə tədbirlərinə baxmayaraq iddiaçının səhhətinin vəziyyətində yaxşılaşma olmamış, əksinə sağlamlıq durumum get-gedə daha da pisləşmişdir. Olduğu bəzi xəstəxanalar (Respublika Neyrocərrahiyyə Xəstəxanası və digərləri) öz rəylərində iddiaçının mütləq şəkildə əməlliyyat olunmağı ilə bağlı göstərişin olduğunu qeyd etmişlər. Həkimlər həmçinin onu da bildirmişlər ki, hər iki dizi çox pis vəziyyətdədir və mütləq implant qoyulmalıdır. İddiaçının sonuncu mayinə aktında diaqnozu birincili ikitərəfli qonartroz, hər iki diz oynağının üçüncü - dördüncü dərəcəli osteartrozudur. Bu diaqnoz 2022-ci il iyulun 1-də qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyariarf’nın X1: Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri - M.17. qonartroz (diz oynağının artrozu). Meyar: 13.4. Qiymətləndirmə: 13.4.41. Hər iki diz oynağının qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) bəndində göstərilmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan məlumatı xx.xx.2024-cü il tarixində olmağına baxmayaraq iddiaçı 30 gündən artıq müddəti ötürdüyü üçün iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdirlər.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
10. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.
11. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.
12. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.
13. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 xx.xx.2025-ci il tarixli, T 449/2025 saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı “X11”də xx.xx.2025-ci il tarixdə diz oynağının rentgenoloji müayinəsindən (sağ və sol, iki proyeksiyalı) keçirilərkən rentgenoqrafıyasında: Oynaq yarığı medial hissədə 90%-ə qədərdaralıb-İV dərəcə qonartroz, oynaq səthləri kobudlaşıb və deformasiyalıdır, oynağı təşkil edən sümüklərdə kobud osteofıtlər qeyd edilir, bağlayıcı lövhələrdə nəzərəçarpan subxondral skleroz aşkar edilmişdir. Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komis- siyasi tərəfindən qiymətləndirilməsi ilə bağlı “Xaçmaz rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Q00224451CGL saylı (TQS №-088) göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M17.0birincili ikitərəfli qonartroz, hər iki diz oynağının üçüncü-dördüncü dərəcəli osteoartrozu, D50.8-digər dəmir defısitli anemiyalar, anemiya. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, hərəkət məhdudluğu, R52.0-kəskin ağrı, daimi ağrılar, G83.1-aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, M54.1-radikulopatiya EMQ müayinəsində L5-S1 sinir kökcüklərinin radikulopatiyası. M47-spondilyoz, onurğa Th Vİİİ- Lİİİ yayılmış, deformasiyaedici spondilyoz, M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, bilaterial Valqus deformasiyası. Yanaşı xəstəliklər: İ50.0-(durğunluq) ürək çatmamazlığı, XÜÇ-ğı İİ fs., 120.8-stenokardiyanın digər formaları, ÜlX-yi, gərginlik stenokardiyası İİ fs. İİl.O-(durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya İİİ mərhələ” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və hazırda ağırlaşmalarla nəticələndiyindən onda həmin xəstəliklərin indi də olmasını inkar etmək olmaz. Qərardadda ekspertiza qarşısında qoyulmuş 3-cü sual əlilliyin təyini ilə əlaqədar olduğundan onun həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən həyata keçirilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
15. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
16. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.
17. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
18. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar barədə iddiaçıya xx.xx.2024-cü il tarixdə SMS bildiriş vasitəsilə məlumat verilmişdir. İddiaçı tərəf buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir.
19. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
b) Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 1.8-ci bəndinə əsasən əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
23. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının: 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 13-cü bəndinə əsasən orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.. 13.4 Qonartroz (diz oynağının artrozu) – M17. Qiymətləndirmə: 13.4.41. hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) - 50 faiz, 1 il.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması 1.3-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
27. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.
28. Belə ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar 5 il müddətinə, ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə əlillik təyin edilməkdən imtina edilmişdir. Sonuncu dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 xx.xx.2025-ci il tarixli, T 449/2025 saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı “X11”də xx.xx.2025-ci il tarixdə diz oynağının rentgenoloji müayinəsindən (sağ və sol, iki proyeksiyalı) keçirilərkən rentgenoqrafıyasında: Oynaq yarığı medial hissədə 90%-ə qədərdaralıb-İV dərəcə qonartroz, oynaq səthləri kobudlaşıb və deformasiyalıdır, oynağı təşkil edən sümüklərdə kobud osteofıtlər qeyd edilir, bağlayıcı lövhələrdə nəzərəçarpan subxondral skleroz aşkar edilmişdir. Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komis- siyasi tərəfindən qiymətləndirilməsi ilə bağlı “Xaçmaz rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Q00224451CGL saylı (TQS №-088) göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M17.0birincili ikitərəfli qonartroz, hər iki diz oynağının üçüncü-dördüncü dərəcəli osteoartrozu, D50.8-digər dəmir defısitli anemiyalar, anemiya. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, hərəkət məhdudluğu, R52.0-kəskin ağrı, daimi ağrılar, G83.1-aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, M54.1-radikulopatiya EMQ müayinəsində L5-S1 sinir kökcüklərinin radikulopatiyası. M47-spondilyoz, onurğa Th Vİİİ- Lİİİ yayılmış, deformasiyaedici spondilyoz, M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, bilaterial Valqus deformasiyası. Yanaşı xəstəliklər: İ50.0-(durğunluq) ürək çatmamazlığı, XÜÇ-ğı İİ fs., 120.8-stenokardiyanın digər formaları, ÜlX-yi, gərginlik stenokardiyası İİ fs. İİl.O-(durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertenziya İİİ mərhələ” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və hazırda ağırlaşmalarla nəticələndiyindən onda həmin xəstəliklərin indi də olmasını inkar etmək olmaz.
30. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 13.4 Qonartroz (diz oynağının artrozu) – M17. Qiymətləndirmə: 13.4.41. hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz).
31. Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X2nin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. X2nin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli